Yazılmışdır. Bu kitabda mülki hüquq münasibətlərinin yaranmasında aparıcı



Yüklə 2,56 Mb.
Pdf görüntüsü
səhifə34/162
tarix29.08.2018
ölçüsü2,56 Mb.
#65284
növüYazı
1   ...   30   31   32   33   34   35   36   37   ...   162

Rüfət Göyüşov 

danlılığın  tələb  etdiyi  tərzdə,  yəni  şərtləşdirilmiş  vaxtda  və  yerdə 

lazımi şəkildə hərəkət etməlidir. Ömürlük renta müqaviləsi üzrə renta 

alanın  bu  vəzifəsinin  icrasına  renta  predmetinin  təsadüfən  məhv 

olması  və  təsadüfən  zədələnməsi  halı  mane  ola  bilməz.  Belə  ki, 

ömürlük  renta  ödənilməsi  üçün  verilmiş  əşyanın  təsadüfən  məhv 

olması və ya təsadüfən zədələnməsi renta ödəyicisini ömürlük renta 

müqaviləsində  nəzərdə  tutulmuş  şərtlər  əsasında  rentanı  ödəmək 

öhdəliyindən  azad  etmir  (bax.  AR  MM,  mad.880).  Bu  əlamət 

ömürlük renta müqaviləsini daimi renta müqaviləsindən fərqləndirən 

əsas  əlamətlərdəndir.  Çünki  daimi  renta  müqaviləsində  renta 

ödənilməsi  üçün  verilmiş  əşyanın  təsadüfən  məhv  olması  və  ya 

təsadüfən  zədələnməsi  halında  ödə-  yici  renta  müqaviləsinə  xitam 

verilməsini və ya onun şərtlərinin dəyişdirilməsini tələb edə bilər. 



104 


V fəsil. Əmlak kirayəsi müqaviləsi 

II BOLMƏ. 

ƏMLAKIN İSTİFADƏYƏ VERİLMƏSİ İLƏ 

ƏLAQƏDAR OLAN MÜQAVİLƏLƏR 



V

 

FƏSİL. Əmlak kirayəsi müqaviləsi 

5.1.

 

Əmlak kirayəsi müqaviləsinin anlayışı və əlamətləri 

Müqavilədən  yaranan  öhdəliklərin  əsas  növlərindən  biri  kimi 

əmlakın  digər  tərəfin  istifadəsinə  verilməsi  ilə  əlaqədar  yaranan 

müqavilələr  çıxış  edir.  Bu  tip  müqavilələr  əmtəə  mübadiləsini 

şərtləndirən  iqtisadi  münasibətlərin  müstəqil  qrupunun  hüquqi 

təminatını  həyat  keçirtməklə  mülki  dövriyyə  iştirakçılarının  maddi 

nemətlərdən  təsərrüfat  və  digər  ehtiyaclarının  müvəqqəti  təmin 

edilməsi üçün istifadəsinə şərait yaradır. 

Bu  qrupa  daxil  olan  müqavilələr  sırasında  əhatə  dairəsinə  və 

normativ  bazasına  görə  əsas  yeri  əmlak  kirayəsi  müqaviləsi  tutur. 

Əmlakın  müvəqqəti  istifadəyə  verilməsini  tənzimləyən  digər 

müqavilələr  (icarə,  əvəzsiz  istifadə  və  s.)  öz  başlanğıcını  kirayə 

müqaviləsindən  götürürlər.  Kirayə  müqaviləsi  qədim  tarixə  malik 

olan  bir  müqavilədir.  Bu  müqavilə  növü  haqqında  ilk  məlumatlara 

qədim Babilistan və Misir dövlətlərinin aktlarında rast gəlinir. Roma 

hüququ  əmlak  kirayəsi  müqaviləsinə  (locatio-  conductio  rerum)' 

daha  yeni  forma  verdi.  Kirayə  müqaviləsinə  Roma  hüququnun 

yanaşmasının  xüsusiyyəti  ondan  ibarət  idi  ki,  kirayəyə  verilmiş 

əmlakın  mülkiyyətçisinin  dəyişməsi  kirayə  müqaviləsinin  xitamına 

səbəb  olurdu.  Yəni  kirayəçinin  hüququ  əşyanı  izləmirdi  və  əşya 

hüquqi müdafiə vasitələrindən istifadə 

‘ İ.B.Novitski. Roma Hüququ / Rus dilindən Azərbaycan dilinə tərcümə, tərcümə 

edən və elmi redaktor İ.Ə.Vəliyev. Bakı; "Adiloğlu" nəşriyyatı 2006, səh 212. 

105 



Rüfət Göyüşov 

edə bilmirdi. Sonradan Avropa hüququ bu məsələ ilə əlaqədar bəzi 

dəyişikliklər etdi ki, bu da əsasən əşya hüquqi konstruksiyadan bəzi 

mənimsəmələrlə əlaqədar idi'. 

Azərbaycan 

Mülki 


Məcəlləsi, 

Almaniya 

və 

İsveçrə 


qanunvericiliklərində  olduğu  kimi,  əmlak  kirayəsi  və  icarə 

müqavilələrinin  anlayışlarını  biri-birindən  fərqləndirir.  Həmin 

qanunvericiliklərə əsasən, icarəçiyə əvəzli əsaslarla yalnız əmlakdan 

istifadə hüququ deyil, eyni zamanda həmin əşyadan bəhər əldə etmək 

hüququ verilir. Odur ki, icarə müqaviləsinin predmeti qismində ancaq 

bəhər  verə  bilən  (ticarət-sənaye  müəssisələri,  kənd  təsərrüfatı 

torpaqları  və  s.)  əşyalar  çıxış  edə  bilər.  Lakin  Rusiya 

qanunvericiliyində bu münasibətlər ümumi icarə (arenda) müqaviləsi 

adı ilə əhatə olunur, kirayə müqaviləsi (договор найма) isə onun bir 

növü kimi göstəriliL. 

Əmlak  kirayəsi  müqaviləsinin  anlayışı  AR  MM-in  675-ci 

maddəsində  aşağıdakı  kimi  verilmişdir:  "Əmlak  kirayəsi 

müqaviləsinə  görə,  kirayəyə  verən  əşyanı  kirayəçinin  istifadəsinə 

verməyi,  kirayəçi  isə  bunun  üçün  kirayəyə  verənə  kirayə  haqqı 

ödəməyi öhdəsinə götürür"k Hüquqi təbiətinə görə kirayə müqaviləsi 

konsensual, əvəzli və qarşılıqlı müqavilədir. 

Kirayə  müqaviləsi  hüquqi  xarakterinə  görə  başqasının 

əmlakından  istifadəni  nəzərdə  tutur.  Bu  müqavilənin  məqsədi  - 

əmlakın  müvəqqəti  istifadəyə  verilməsinin  təmin  olunmasıdır. 

Əmlakdan  istifadə  etmək  hər  iki  tərəfin  marağındadır.  Belə  ki, 

kirayəçiyə  müəyyən  müddət  üçün  əmlak  lazımdır,  lakin  bu  əmlakı 

əldə  etməyə  ya  imkanı  yoxdur,  ya  da  ki  istəmir  (məsələn,  bahalı 

olduğu üçün). Kirayəyə verənə isə həmin əmlak lazım deyil, ya da bu 

əmlakı kirayəyə verməklə müəyyən gəlir əldə etmək istəyir. 

’ Гражданское право: Учебник / Под. ред. А.П.Сергеева, Ю.К.Толстого. Том 

II. М.: Проспект, 2003, с. 167. 

-  Гражданское  право.  Том  II.  Полутом  1:  Учебник  /  отв.  ред.проф. 

Е.А.Суханов - М.: Волтере Ю

1

увер, 2004, стр.367, 368. 



■’ Yenə orada, səh. 368. 

106 



V fəsil. Əmlak kirayəsi müqaviləsi 

Əmlakdan  istifadə  hüququ  -  girov  və  servitut  kimi  mülkiyyətçi 

olmayan  şəxslərin  əmlak  hüquqları  sırasına  aid  olmaqla  əmlakdan 

(əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan 

fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (bax. AR 

MM,  mad.  152.3;  158.1.2).  İstifadədən  fayda  gəlir,  artım,  bəhər, 

törəmə şəklində və başqa formalarda ola bilər. 

Müqavilənin unikal xüsusiyyəti ondan ibarətdir ki, əslində hər iki 

tərəf  eyni  zamanda  kirayə  predmetindən  istifadə  etməklə  onun 

faydalı  xassələrindən  yararlanır.  Mülkiyyətçinin  istifadə  hüququ 

mülkiyyət hüququnun məzmunundan, kirayəçinin istifadə hüququ isə 

kirayə  müqaviləsinin  məzmunundan  irəli  gəlir.  Kirayəyə  verən 

kirayəyə  verdiyi  əmlaka  görə  razılaşdırılmış  haqq  alaraq  maddi 

maraqlarını, kirayəçi isə həmin əmlakdan istifadə etməklə özünün və 

ya ailəsinin maddi və mənəvi tələbatlarını təmin etmiş olur. 

Əmlakın  istifadəyə  verilməsi  ilə  əlaqədar  yaranan  münasibətlər 

mülki hüququn digər müqavilələri vasitəsilə də tənzimlənir. Məsələn, 

öhdəlik  hüququ  yanmsahəsində  kirayə  müqaviləsi  ilə  yanaşı  icarə, 

əvəzsiz  istifadə,  lizinq,  əşya  hüquqları  olan  servitut,  uzufrukt, 

tikintiyə vərəsəlik hüququ, əmlakın etibarnaməli idarəçiliyə verilməsi 

və s. münasibətlər əmlakın digər şəxsə istifadəyə verilməsini nəzərdə 

tutur. 


Kirayə  müqaviləsinin  normativ  bazasını,  oxşar  münasibətlərin 

formalaşmasına  təsirini  nəzərə  alaraq  kirayə  formasında  əmlakın 

müvəqqəti  istifadəyə  verilməsinin  xüsusiyyətləri  dəqiq  olaraq 

araşdırılmalıdır. 

Birincisi,  bu  müqaviləyə  görə  kirayəçi  kirayə  predmetindən 

istifadə hüququna malikdir. Bu kirayəçinin müqavilədən irəli gələn 

əsas hüququdur. İstifadə dedikdə, əmlakın faydalı xüsusiyyətlərinin 

mənimsənilməsi başa düşülür. 

Kirayəyə  verən  isə  əmlakın  mülkiyyətçisi  olmaqla  sərəncam 

hüququnu özündə saxlayır. Yəni əmlaka müəyyən təsirlər edə bi- 



107 


Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə