Yazılmışdır. Bu kitabda mülki hüquq münasibətlərinin yaranmasında aparıcı



Yüklə 2,56 Mb.
Pdf görüntüsü
səhifə35/162
tarix29.08.2018
ölçüsü2,56 Mb.
#65284
növüYazı
1   ...   31   32   33   34   35   36   37   38   ...   162

Rüfət Göyüşov 

lər,  onu  sata  bilər  və  ya  müqavilə  öhdəlikləri  pozulduğu  təqdirdə 

kirayəyə verilmiş əşyanın geri qaytarılmasını tələb edə bilər. 

Rus müəlliflərindən A.A.İvanov hesab edir ki, kirayəyə verilmiş 

əmlak üzərində sahiblik və istifadə hüququnun verilməsi ilə əlaqədar 

iki  hal  ola  bilər.  Birincisi,  kirayəyə  verən  sahiblik  və  istifadə 

hüquqlarını  bütünlüklə  icarəçiyə  verir.  İkincisi,  kirayəyə  verən 

əmlaka  sahiblik  hüququnu  (tam  və  ya  müəyyən  hissədə)  özündə 

saxlayır  və  ya  istifadə  hüququnu  (tam  və  ya  müəyyən  hissədə) 

güzəştə  gedir.  Bu  zaman  ikili  sahiblik  yaranır.  Sonuncuya  misal 

olaraq nəqliyyat vasitələrinin kirayəsini göstərmək olar'. 

Fikir mübahisəlidir, sadəcə ona görə ki, əmlaka birbaşa sahiblik 

etmədən  ondan  istifadə  etmək  mümkün  deyildir.  Kirayə  predmeti 

üzərində  sahiblik  hüququ  müəyyən  zaman  hissələrində  kirayəyə 

verəndə  qalarsa,  o  zaman  kirayəçi  həmin  əmlakdan  istifadə 

imkanlarına  malik  olmayacaqdır  ki,  bu  da  kirayə  münasibətlərinin 

məqsədlərinə və təyinatına uyğun deyil. İstifadənin sona yetməsi ilə 

kirayə  münasibətləri  də  sona  yetmiş  sayılmalıdır.  Müəyyən  zaman 

çərçivəsində kirayə predmetinin kirayəyə verənə qaytarılması həmin 

predmetlə  əlaqədar  kirayəçinin  yalnız  hüquqlarının  (istifadə)  deyil, 

həmçinin vəzifələrinin (saxlanması, qorunması, xərclərin ödənilməsi 

və s.) də həyata keçirilməsinə mane olacaqdır. 

Həmin  zaman  kəsiyi  bitdikdən  sonra  əşya  təkrar  istifadəyə 

götürülərsə, yenidən kirayə müqaviləsi bağlanmış hesab olunmalıdır. 

Məsələn, parkda olan  idman velosipedlərinin istifadəsi  ilə  əlaqədar 

gənclər  təşkilatı  velosipedləri  kirayəyə  verən  təşkilatla  müqavilə 

bağlayaraq məzmuna belə bir şərt əlavə edir ki, yarışlara hazırlaşan 

gənclər  təşkilatının  üzvü  olan  idmançı  bir  ay  ərzində  hər  gün 

velosiped kirayə edəcək və axşam məşqlərdən 

' Гражданское право; Учебник / Под. ред. А.П.Сергеева, Ю.К.Толстого. 

Том 2. М.: Проспект, 2003, с. 169. 

108 



V fəsil. Əmlak kirayəsi müqaviləsi 

sonra  onu  kirayəyə  verənə  qaytaracaq.  İdmançının  istifadə  etdiyi 

velosipedi  hər  axşam  qaytarması  ilə  onun  təkrarən  həmin 

velosipeddən  istifadə  imkanları  məhdudlaşır.  Bu  halda  kirayəyə 

verilmiş  predmet  üzərində  mülkiyyətçi  kimi  kirayəyə  verənin 

səlahiyyətlərinin  hər  üçü  (sahiblik,  istifadə  və  sərəncam)  bərpa 

olunduğu  üçün  o,  həmin  kirayə  predmeti  üzərində  istədiyi  kimi 

sərəncam (satar, başqa birinə istifadəyə verər və s.) verə bilər. Sabahı 

gün kirayəyə verən həmin velosipedin əvəzinə başqa bir velosipedi 

istifadə üçün təqdim edə bilər ki, bu da artıq predmeti başqa əşya olan 

yeni kirayə müqaviləsi sayılacaqdır. 

Kirayəçinin  əşyadan  istifadə  hüququ  əşya-hüquqi  müdafiə 

üsulları  vasitəsilə  müdafiə  olunmaqla  bu  müstəvidə  mülkiyyət  və 

digər  əşya  hüquqlarına  bərabərləşdirilir'.  Kirayəçinin  bu 

səlahiyyətləri əmlak ona verildikdən sonra yaranır. Bununla əlaqədar 

olaraq  AR  MM-in  699.4-cü  maddəsində  belə  bir  qayda  müəyyən 

olunmuşdur  ki,  əgər  üçüncü  şəxslərin  hüquqları  və  iddiaları 

müqaviləyə uyğun istifadəyə mane olursa, kirayəçi bu hüquqların və 

iddiaların  həyata  keçirilməsinin  qadağan  olunmasını  tələb  etmək 

hüququna malikdir. 

Kirayəçinin əmlakdan istifadə hüququ əşya hüquqlarına aid olan 

izləmə  hüququ  ilə  təmin  olunmuşdur.  İzləmə  hüququna  əsasən, 

əmlaka  hüququ  olan  qeyri-mülkiyyətçi  əmlakın  mülkiyyətçisinin 

dəyişməsindən  asılı  olmayaraq  həmin  əmlaka  olan  hüquqlarını 

saxlayır.  Kirayə  müqaviləsində  də  kirayəçi  eyni  hüquqdan  istifadə 

edə bilər. Belə ki, kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra 

ona  mülkiyyət  hüququ  kirayəyə  verəndən  hər  hansı  üçüncü  şəxsə 

(əldə  edənə)  keçdikdə  əldə  edən  mülkiyyəti  əldə  etdiyi  andan 

kirayəyə  verəni  əvəz  edərək  kirayə  hüquq  münasibətlərindən  irəli 

gələn bütün hüquq və vəzifələrə malik 

' Гражданское право: Учебник / Под. ред. А.П.Сергеева, Ю.К.Толстого. 

Том 2. М.: Проспект, 2003, с. 169. 

109 



Rüfət Göyüşov 

olur. Əldə edən öz öhdəliklərini yerinə yetirmədikdə, kirayəyə verən 

əldə  edən  tərəfindən  əvəzi  ödənilməli  zərər  üçün  zamin  kimi 

məsuliyyət  daşıyır.  Bu  cür  məsuliyyət  mülkiyyət  hüququnun 

keçməsinin  kirayəyə  verənə  məlum  olmasından  altı  ay  keçənədək 

mövcud  olur  (bax.  AR  MM,  mad.699.1).  Bu  normadan  irəli  gələn 

tələb ondan ibarətdir ki, kirayəyə verilmiş əmlakın mülkiyyətçisinin 

dəyişməsi  kirayə  hüquq  münasibətlərinin  xitamına  səbəb  olmur. 

Əvvəlki  kirayəyə  verənin  yerini  kirayə  predmetini  əldə  edən  yeni 

mülkiyyətçi tutur. 

Kirayəçinin  hüquqlarına  izləmə  hüququnun  xas  olması  və  əşya 

hüquqi müdafiə üsulları  ilə təmin olunması kirayə hüququnun əşya 

hüquqları sırasına aid edilə bilməsinə əsas verir. Lakin' məsələyə bu 

cür  yanaşma  əşya  və  öhdəlik  hüquqları  arasında  sərhədi  pozmuş 

olacaqdır. Belə ki, əmlakın digər şəxsin sahibliyinə verilməsi bir çox 

müqavilələrin  məzmununu  təşkil  etdiyi  üçün  o  zaman  həmin 

müqavilələri də əşya hüquqlarına aid etmək lazım gələcəkdir. Bu isə 

öhdəlik  hüquqlarının  əhatə  dairəsini  məhdudlaşdırmış  olacaqdır. 

Odur ki,  əşya hüquqlarına o hüquqları  aid  etmək lazımdır ki,  onlar 

mülki qanunvericilikdə əşya hüquqları kimi nəzərdə tutulmuş olsun'. 

Kirayəçinin  istifadə  hüququ  əşya  hüquqlarına  aid  olan  istifadə 

hüququndan  özünün  iradəvi  xarakterinə  görə  fərqlənir.  Belə  ki, 

kirayəçinin  istifadə  hüququ  müqavilə  tərəflərinin  razılaşması  ilə 

yaranır.  Odur  ki,  kirayəçinin  istifadə  hüququnun  məzmunu  hər  bir 

kirayə  müqaviləsində  fərqli  ola  bilər.  Əşya  hüquqlarının  məzmunu 

isə qanunla müəyyən olunur. Bununla yanaşı, əşya hüquqları sahəsinə 

aid  istifadə  hüququ  müddətsiz  xarakterlidir.  Bunun  əksinə,  kirayə 

müqaviləsi hər zaman müddətli xarakterlidir. 

' Гражданское право: Учебник / Под. ред. Л.П.Сергеева, Ю.К.Толстого. 

Том 2. М.; Проспект, 2003, с. 169-170. 

ПО 



Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə