Yazılmışdır. Bu kitabda mülki hüquq münasibətlərinin yaranmasında aparıcı



Yüklə 2,56 Mb.
Pdf görüntüsü
səhifə37/162
tarix29.08.2018
ölçüsü2,56 Mb.
#65284
növüYazı
1   ...   33   34   35   36   37   38   39   40   ...   162

Rüfət Göyüşov 

də,  yaşayış  sahəsinə  mülkiyyət  hüququ  əldə  edir.  Pay  haqqını  tam 

ödəməyən  mənzil-tikinti  kooperativinin  üzvü  onunla  birlikdə 

yaşayan  ailə  üzvlərinin  və  mənzil-tikinti  kooperativinin  idarə 

heyətinin razılığı ilə mənzil-tikinti kooperativi binasında ona məxsus 

yaşayış sahəsinin bir hissəsini, müvəqqəti olaraq getdikdə isə bütün 

yaşayış  sahəsini  haqqı  ödənilməklə  kirayəyə  verə  bilər  (bax.  AR 

Mənzil Məcəlləsi, mad. 116.1). 

AR Mənzil Məcəlləsinin 116.2-ci maddəsi ilə müəyyən olunmuş 

qaydalar  əsasında  mənzil-tikinti  kooperativi  özü  kirayəyə  verən 

qismində  çıxış  edə  bilər.  Belə  ki,  mənzil-tikinti  kooperativi  onun 

nizamnaməsində 

müəyyən 

edilmiş 


qaydada 

kooperativin 

üzvlüyündən  çıxmış  və  ya  çıxarılmış  üzvlərin  sahibliyində  olmuş 

boşalmış yaşayış sahələrini mənzil-tikinti kooperativinə yeni üzvlər 

qəbul edilənədək haqqı ödənilməklə kirayəyə verə bilər, bu şərtlə ki, 

kooperativdən  çıxmış  və  ya  çıxarılmış  üzvün  payının  tam  məbləği 

(dəyəri) qaytarılmış olsun. 

Kirayəçi kimi kirayə predmetinin istifadəsində maraqlı olan şəxs 

çıxış edir. Qanunverici kirayəçinin kirayə müqaviləsinin tərəfi kimi 

çıxış  edə  bilməsi  ilə  əlaqədar  xüsusi  qayda  müəyyən  etməmişdir. 

Lakin  müəyyən  əşyaların  (mülki  dövriyyəsi  məhdudlaşdırılmış) 

kirayəsi  zamanı  kirayəçi  təbii  ki,  həmin  əşyalara  sahib  olmaq  və 

onları  idarə  etməklə  əlaqədar  müvafiq  lisenziyaya  malik  olmalıdır. 

Bununla  yanaşı,  kirayə  müqaviləsinin  bəzi  növləri  üzrə  kirayəçi 

qismində  yalnız  müəyyən  sosial  qruplara  aid  şəxslərin  çıxış  edə 

bilməsi  imkanı  qanunverici  tərəfindən  tanınmışdır.  Məsələn,  AR 

Mənzil  Məcəlləsinin  48.1-ci  maddəsinin  tələblərinə  əsasən,  sosial 

kirayə müqaviləsi üzrə kirayəçi kimi yaşayış sahələrinə ehtiyacı olan 

hesab edilən aztəminatlı vətəndaşlar çıxış edir. 

Həmin  Məcəllənin  92-ci  maddəsinə  əsasən  xidməti  yaşayış 

sahələrinin kirayəçisi kimi, əmək münasibətlərinin xarakterinə görə 

müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda 

114 



V fəsil. Əmlak kirayəsi müqaviləsi 

və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə 

təyin  edilmə,  dövlət  qulluğunda  qulluqkeçmə,  hüquq-mühafizə  və 

hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək 

fəaliyyəti  ilə  əlaqədar  və  qanunvericiliklə  müəyyən  edilmiş  digər 

kateqoriyalardan olan şəxslər çıxış edir. 



Kirayə  müqaviləsinin  müddəti.  Müddət  haqqında  razılaşma 

kirayə  müqaviləsinin  mühüm  şərtləri  sırasına  aid  deyildir.  Kirayə 

müqaviləsində  müddət  göstərilə  və  ya  göstərilməyə  bilər.  Əgər 

müddət  göstərilirsə,  AR  MM-in  689.1-ci  maddəsinə  əsasən,  kirayə 

müqaviləsi  üzrə  hüquq  münasibətlərinə  müqavilənin  bağlandığı 

müddət bitdikdə xitam verilir. 

Kirayə  müqaviləsində  müddət  göstərilmirsə,  o  zaman  müqavilə 

qeyri-müəyyən  müddətə  bağlanmış  hesab  olunur.  Müqavilənin 

qeyri-müəyyən  müddətə  bağlanması  onun  müddətsiz  bağlanması 

demək deyildir. Bununla əlaqədar, rus alimlərindən D.İ.Meyer qeyd 

edir  ki,  əgər  kirayə  müqaviləsində  müddət  gös-  tərilməyibsə,  bu  o 

demək deyil ki, müqavilə müddətsiz bağlanıb. Bu halda müqavilənin 

müddəti  bu  və  ya  digər  tərəfin  müqavilənin  ləğv  edilməsini  tələb 

etdiyi  təqdirdə  bitir.  Belə  hesab  olunur  ki,  tərəflər  müqaviləni 

bağlayarkən müddəti dəqiq göstərməyərək onun müəyyən olunmasını 

sonraya saxlayırlar'. 

Qeyri-müəyyən müddətə bağlanmış  kirayə müqaviləsi  müddətlə 

bağlanmış  müqavilə  əlamətlərini  saxlayır.  Qüvvədə  olma  müddəti 

göstərilməyən kirayə müqaviləsi üzrə istənilən iştirakçı müqavilənin 

ləğvinə  dair  bildiriş  verə  bilər.  Kirayə  müqaviləsinin  ləğvinə  dair 

bildirişin  forma  və  məzmununa  olan  tələblər  AR  MM-in  690-cı 

maddəsində müəyyən olunmuşdur

- əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildiriş yazılı formada 

verilməlidir; 

Мейер Д.И. Русское гражданское право. Ч.2, с.262. 

115 



Rüfət Göyüşov 

-

 



əmlak  kirayəsi  müqaviləsinin  ləğvinə  dair  bildirişdə 

müqavilənin ləğvi üçün əsaslar göstərilməlidir

-

 

yaşayış  otağım  kirayəyə  verən  etirazvermə  imkanını,  habelə 



etirazın  verilməsi  formasını  və  müddətini  kirayəçiyə  vaxtında 

göstərməlidir. 

Qanunverici  kirayə  müqaviləsinin  istehlak  xarakterini  (əsasən 

şəxsi ehtiyaclar üçün bağlanmasını) nəzərə alaraq müqavilənin ləğv 

edilməsi  ilə  əlaqədar  konkret  xəbərdarlıq  müddətləri  müəyyən 

etmişdir.  Hər  iki  tərəf  müqavilənin  ləğvinə  dair  xəbərdarlıq 

müddətini  gözləməlidir.  Kirayəyə  verən  tərəfindən  xəbərdarlıq 

müddətinin  gözlənilməsi  mühüm  şərt  olaraq  müəyyən  olunmuşdur. 

Bununla əlaqədar AR MM-in 691.3-cü maddəsində qeyd olunur ki, 

müqavilənin  ləğvinə  dair  xəbərdarlıq  edilməsinin  kirayəyə  verən 

tərəfindən gözlənilməli olan müddətlərinin qısaldılmasma əsas verən 

razılaşmaların qüvvəsi yoxdur. 

Əmlak  kirayəsi  müqaviləsinin  ləğv  edilməsinə  dair  xəbərdarlıq 

müddətləri  kirayə  haqqının  ödənilməsinə  görə  hesablanır.  Kirayə 

haqqının  ödənilməsi  isə  öz  növbəsində  kirayə  müqaviləsinin 

müddətindən  asılı  olaraq  müəyyən  olunur.  Belə  ki,  əmlak  kirayəsi 

haqqı,  əgər  kirayə  müddəti  bir  aydan  qısadırsa,  həmin  müddətin 

sonunda  ödənilməlidir.  Əgər  kirayə  müddəti  bir  aydan  çoxdursa, 

əmlak  kirayəsi  haqqı  zərurət  olduqda  müvafiq  surətdə  hər  ayın 

sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman 

hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda 

ödənilir (bax. AR MM, mad.684.1). 

Əmlak kirayəsi müqaviləsinin ləğv edilməsi predmetinin daşınar 

və  daşınmaz  olmasına  görə  fərqləndirilir.  AR  MM-in  691.1-  ci 

maddəsində  müəyyən  olunmuş  qaydaya  görə,  torpaq  sahələrinin, 

otaqların  və  ya  rəsmi  reyestrdə  qeydə  alınmış  gəmilərin  kirayəsi 

müqaviləsi  üzrə  hüquq  münasibətlərində  müqavilənin  ləğvinə 

aşağıdakı hallarda yol verilir: 

116 



Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə