Yazılmışdır. Bu kitabda mülki hüquq münasibətlərinin yaranmasında aparıcı



Yüklə 2,56 Mb.
Pdf görüntüsü
səhifə45/162
tarix29.08.2018
ölçüsü2,56 Mb.
#65284
növüYazı
1   ...   41   42   43   44   45   46   47   48   ...   162

Rüfət Göyüşov 

yəçi  yaşayış  sahəsindən  istifadəyə  və  kommunal  xidmətlərə  görə 

haqq  ödəməlidir.  Müqavilə  üzrə  tərəflərin  qarşılıqlı  hüquq  və 

vəzifələri müəyyən olunur. 

İkincisi, sosial kirayə müqaviləsinin tərəfləri (kirayəyə verən və 

kirayəçi) kimi mülki dövriyyənin istənilən iştirakçıları deyil, yalnız 

AR Mənzil Məcəlləsində göstərilən müəyyən kateqoriyaya aid olan 

şəxslər  çıxış  edir.  Belə  ki,  sosial  kirayə  müqaviləsi  üzrə  kirayəyə 

verən  qismində  yalnız  dövlətin  və  ya  bələdiyyələrin  müvafiq 

orqanları çıxış edə bilər. Kirayəçi qismində isə, AR Mənzil Məcəlləsi 

ilə  və  digər  qanunvericilik  aktları  ilə  müəyyən  edilmiş  əsaslarla 

yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlar 

çıxış  edə  bilər  (bax.  AR  Mənz.Məc.,  mad.48.1).  Bu  kateqoriya 

şəxslər sırasından  əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istisna 

təşkil  edir.  Belə  ki,  AR  Mənzil  Məcəlləsinin  48.3-cü  maddəsində 

nəzərdə  tutulmuş  qaydaya  əsasən,  Azərbaycan  Respublikasının 

tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrdə  başqa  qaydalar  nəzərdə 

tutulmayıbsa,  həmin  şəxslərə  sosial  kirayə  müqaviləsi  əsasında 

yaşayış sahələri verilmir. 

Üçüncüsü,  müqavilə  müddətsiz  xarakterlidir.  Belə  ki,  yaşayış 

sahəsinin  sosial  kirayə  müqaviləsi  qüvvədə  olma  müddəti  müəy- 

yənləşdirilmədən  bağlanılır  (bax.  AR  Mənz.Məc.,  mad.59.2).  Adi 

kirayə müqaviləsində müddət barədə razılaşmanın nəzərdə tutulması 

tərəflərin iradəsindən asılı olduğu halda sosial kirayə müqaviləsinin 

müddətsiz bağlanılması qanunvericinin birbaşa göstərişidir. 

Dördüncüsü, sosial kirayə müqaviləsi üzrə kirayəyə verənin tələbi 

ilə müqaviləyə xitam verilməsi ancaq məhkəmə qaydasında ola bilər 

(bax.  AR  Mənz.Məc.,  mad.82.4).  Adi  kirayə  müqaviləsində 

müqavilənin  ləğv  edilməsi  tərəflərin  xəbərdarlıq  müddəti  haqqında 

qanunvericiliyin  tələblərinə  riayət  edilməsi  şərtləri  altında  həyata 

keçirilə  bildiyi  halda,  sosial  kirayə  müqaviləsi  müqaviləyə  xitam 

verilməsi üçün xəbərdarlıq müddəti haqqında 

138 



V fəsil. Əmlak kirayəsi müqaviləsi 

şərtlərə riayət olunması tələb olunmur. Kirayəçi isə müqavilənin ləğv 

edilməsi  hüququnu  AR  Mənzil  Məcəlləsinin  82.2-ci  maddəsinə 

əsasən, istənilən vaxt həyata keçirə bilər. 

Beşincisi,  yaşayış  sahəsinin  sosial  kirayə  müqaviləsi 

mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə 

orqanının  inzibati  qaydada  qəbul  etdiyi  qərarı  əsasında  bağlanılır. 

Yəni  müvafiq  qərar  olmasa,  sosial  kirayə  müqaviləsi  bağlanıla 

bilməz.  İnzibati  qərarın  qəbul  olunması  isə  qanunvericilikdə 

müəyyən  olunan  tələblərlə  şərtlənir  ki,  bura:  yaşayış  sahəsinə 

ehtiyacın olması və ehtiyacı olan şəxs qismində uçota durmaq üçün 

ərizə  ilə  müraciət  edilməsi,  müvafiq  icra  hakimiyyəti  və  bələdiyyə 

orqanı tərəfindən müraciət edən şəxsin uçota alınması, bundan sonra 

növbəlilik  qaydasına  əsasən,  müraciət  edənlərin  uçota  alınma  tarixi 

və  inzibati  ərazi  vahidləri  üzrə  yaşayış  sahəsinin  ayrılma  norması 

nəzərə alınmaqla verilməsi prosedurları aiddir. 

Altıncısı,  AR  Mənzil  Məcəlləsinin  59.3-cü  maddəsinə  görə, 

sosial  kirayə  müqaviləsi  üzrə  yaşayış  sahəsi  almağa  hüquq  verən 

əsasların  və  halların  dəyişməsi  yaşayış  sahəsinin  sosial  kirayə 

müqaviləsinin  ləğv  edilməsinə  əsas  deyil.  Əsasların  dəyişməsi 

dedikdə,  bura  yaşayış  sahəsinə  ehtiyacın  aradan  qalxması  nəzərdə 

tutulur.  Vətəndaşların  sosial  kirayə  müqaviləsi  əsasında  yaşayış 

sahəsi əldə etmələrinə hüquq yaradan əsaslar,, aradan qalxması AR 

Mənzil  Məcəlləsinin  55.1.2-ci  maddəsinə  görə,  yaşayış  sahəsinə 

ehtiyacı olan qismində uçotdan çıxarılma üçün əsas olsa da müqavilə 

bağlandıqdan  sonra  belə  əsasların  aradan  qalxması  kirayə 

müqaviləsinin ləğv edilməsi üçün əsas deyildir. 

Yeddincisi, əmlak kirayə müqaviləsinin digər növlərindən fərqli 

olaraq  sosial  kirayə  müqaviləsi  əsasında  yaşayış  sahəsi  üzərində 

yaranmış  hüquqlar  qanunla  müəyyən  edilmiş  qaydada  daşınmaz 

əmlakın  dövlət  reyestrində  qeydiyyata  alınır  (bax.  AR  Mənz.Məc., 

mad.59.4). 

139 



Rüfət Göyüşov 

Müqavilənin  predmeti  kimi  yaşayış  sahəsi  çıxış  edir.  Yaşayış 

sahəsinin  növləri  AR  Mənzil  Məcəlləsinin  13-cü  maddəsində 

göstərilmişdir. Bura aiddir: 

-

 

yaşayış evi, yaşayış evinin hissəsi. Otaqlardan, habelə yaşama 



ilə  əlaqədar  məişət  və  digər  ehtiyacların  ödənilməsi  üçün  nəzərdə 

tutulmuş  yardımçı  sahələrdən  ibarət  fərdi  müəyyən  edilmiş  ev 

yaşayış evi hesab edilir

-

 



mənzil,  mənzilin  hissəsi.  Bir  və  ya  bir  neçə  otaqdan,  habelə 

yaşama  ilə  əlaqədar  məişət  və  digər  ehtiyacların  ödənilməsi  üçün 

nəzərdə  tutulmuş  yardımçı  sahələrdən  ibarət  çoxmənzilli  binanın 

ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin 

edən strukturca ayrıca sahəsi mənzil hesab edilir

-

 



otaq.  Yaşayış  evinin  və  ya  mənzilin  bilavasitə  yaşamaq  üçün 

nəzərdə tutulmuş ayrıca hissəsi otaq hesab edilir. 

AR  Mənzil  Məcəlləsinin  61.2-ci  maddəsinə  əsasən,  ayrıca 

olmayan yaşayış sahəsi, yardımçı sahələr, habelə çoxmənzilli binanın 

ümumi əmlakı yaşayış sahəsinin sosial kirayə müqaviləsinin müstəqil 

predmeti ola bilməz. 



Müqavilənin  forması.  Yaşayış  sahəsinin  sosial  kirayə 

müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin 

verilməsi haqqında qərara əsasən  yazılı formada bağlanır (bax. AR 

Mənz.Məc., mad.62.1). 

Adi kirayə müqaviləsində olduğu kimi, sosial kirayə müqaviləsi 

üzrə  yaşayış  sahəsinə  mülkiyyət  hüququnun  başqasına  keçməsi 

yaşayış sahəsinin sosial kirayə müqaviləsinin qüvvəsinin ləğvinə və 

ya şərtlərinin dəyişdirilməsinə səbəb ola bilməz. 



Sosial  kirayə  müqaviləsinin  məzmunu  tərəflərin  hüquq  və 

vəzifələrinin məcmusunda ifadə olunur. 

Kirayəyə  verənin  hüquq  və  vəzifələri  AR  Mənzil  Məcəlləsinin 

64-cü maddəsində nəzərdə tutulmuşdur. Bunlar aşağıdakılardır: 

Kirayəyə verənin hüquqları: 

-

 



yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın vaxtında 

ödənilməsini tələb etmək; 

140 



Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə