Yazılmışdır. Bu kitabda mülki hüquq münasibətlərinin yaranmasında aparıcı



Yüklə 2,56 Mb.
Pdf görüntüsü
səhifə47/162
tarix29.08.2018
ölçüsü2,56 Mb.
#65284
növüYazı
1   ...   43   44   45   46   47   48   49   50   ...   162

Rüfət Göyüşov 

nin  itirilməsi  (sökülməsi),  yaşayış  sahəsində  tənha  yaşayan 

kirayəçinin vəfatı ilə bağlı xitam verilir. 

Xüsusi  təyinatlı  yaşayış  sahəsinin  kirayə  müqaviləsi.  Xüsusi 

təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin anlayışı AR Mənzil 

Məcəlləsinin 99.1-ci maddəsində aşağıdakı kimi verilmişdir; "Xüsusi 

təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi 

təyinatlı  yaşayış  sahəsinin  mülkiyyətçisi  (mülkiyyətçinin  adından 

çıxış  edən  səlahiyyətli  dövlət  və  ya  bələdiyyə  orqanı)  və  ya  onun 

səlahiyyətli  şəxsi  (kirayəyə  verən)  həmin  yaşayış  sahəsini  haqqı 

ödənilməklə  müvəqqəti  yaşamaq  üçün  digər  tərəfə  -  vətəndaşın 

(kirayəçinin) sahibliyinə və istifadəsinə verir. 

Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinin AR Mənzil 

Məcəlləsinin  91-ci  maddəsində  göstərilən  növlərindən  çıxış  edərək 

xüsusi  təyinatlı  yaşayış  sahələrinin  kirayə  müqaviləsini  aşağıdakı 

kimi təsnifləşdirmək olar. 

-- xidməti yaşayış sahələrinin kirayə müqaviləsi

-

 

yataqxanalarda yaşayış sahələrinin kirayə müqaviləsi; 



-

 

manevr fondu yaşayış sahələrinin kirayə müqaviləsi; 



Əhaliyə  sosial  xidmət  sisteminə  daxil  olan  binalarda  yaşayış 

sahələri  və  məcburi  köçkünlərin  və  qaçqın  statusuna  malik  olan 

şəxslərin  müvəqqəti  yerləşdirilməsi  fondunun  yaşayış  sahələri 

verilməsi  və  onlardan  istifadənin  qayda  və  şərtləri  müvafiq 

qanunvericiliklə  müəyyən  edilir.  Ayrı-ayrı  kateqoriyalardan  olan 

vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri isə kirayə deyil, 

əvəzsiz  istifadə  müqavilələri  əsasında  verilməsinin  qayda  və 

şərtlərinin xüsusi qanunvericiliklə müəyyən edilməsi nəzərdə tutulur. 



Xüsusi  təyinatlı  yaşayış  sahələrinin  kirayəsi  müqaviləsinin 

əlamətləri: 

Birincisi,  AR  Mənzil  Məcəlləsinin  91.2-ci  maddəsinə  görə, 

xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil 

fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsi 

144 



V fəsil. Əmlak kirayəsi müqaviləsi 

nin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin 

sahə  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən  edilmiş 

qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid 

edildikdən sonra yol verilir. 

İkincisi,  sosial  kirayə  müqaviləsinin  predmetindən  fərqli  olaraq 

xüsusi təyinatlı  yaşayış sahələrinin kirayəsi müqaviləsinin predmeti 

özgəninkiləşdirilə,  icarəyə  və  kirayəyə  verilə  bilməz  (bax.  AR 

Mənz.Məc.,  mad.91.3).  Sosial  kirayə  müqaviləsinin  predmetinin 

mülkiyyətçisi dəyişə bilər, o, kirayəçi tərəfindən ikinci əldən kirayəyə 

verə bilməz. 

Üçüncüsü, xüsusi təyinatlı yaşayış sahələri Mənzil Məcəlləsində 

müəyyən  edilmiş  əsaslarla  müvafiq  yaşayış  məntəqəsində  yaşayış 

sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir (bax. AR Mənz.Məc., 

mad.98.2). 

Dördüncüsü,  sosial  kirayə  müqaviləsində  olduğu  kimi,  xüsusi 

təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin 

adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və 

ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış 

sahələrinin kirayə müqavilələri əsasında verilir. Lakin bura ayrı-ayrı 

kateqoriyalardan  olan  vətəndaşların  sosial  müdafiəsi  üçün  əvəzsiz 

istifadə  müqavilələri  əsasında  verilən  yaşayış  sahələri  aid  deyildir 

(bax. AR Mənz.Məc., mad.98.1). 

Beşincisi,  sosial  kirayə  müqaviləsindən  fərqli  olaraq,  xüsusi 

təyinatlı  yaşayış  sahəsinin  kirayəçisi  kirayəyə  götürülmüş  yaşayış 

sahəsini  dəyişdirə,  habelə  digər  şəxslərin  istifadəsinə  verə  bilməz 

(bax. AR Mənz.Məc., mad.98.4). 

Altıncısı,  sosial  kirayə  müqaviləsindən  fərqli  olaraq,  xüsusi 

təyinatlı  yaşayış sahələrinə aid olan xidməti yaşayış sahəsinə və  ya 

yataqxanada  yaşayış  sahəsinə  mülkiyyət  hüququnun  başqasına 

keçməsi,  habelə  həmin  yaşayış  sahəsinin  digər  dövlət  (bələdiyyə) 

orqanının  təsərrüfat  idarəçiliyinə  və  ya  operativ  idarəçiliyinə 

verilməsi həmin yaşayış sahəsinin kirayə müqaviləsinin xitamına 

145 



Rüfət Göyüşov 

səbəb olur. Bu müddəa yaşayış sahəsinin yeni mülkiyyətçisinin və ya 

təsərrüfat  idarəçiliyinə  və  ya  operativ  idarəçiliyinə  yaşayış  sahəsi 

verilmiş dövlət (bələdiyyə) orqanının həmin xüsusi təyinatlı yaşayış 

sahəsinin  kirayəçisi  ilə  əmək  müqaviləsinin  tərəfi  olduğu  hallara 

şamil edilmir (bax. AR Mənz.Məc., mad. 101.2). 

Yeddincisi,  sosial  kirayə  müqaviləsindən  fərqli  olaraq  xüsusi 

təyinatlı  yaşayış  sahələrinin  kirayəsi  müqaviləsi  müddətli 

xarakterlidir.  Belə  ki,  bu  müqavilədə  müddət  əmək,  qulluq  və  ya 

seçkili vəzifədə qalma, təhsil alma müddətləri ilə əhatə olunur. 

Səkkizincisi,  sosial  kirayə  müqaviləsində  olduğu  kimi,  xüsusi 

təyinatlı  yaşayış  sahəsinin  kirayəçisi  istənilən  vaxt  xüsusi  təyinatlı 

yaşayış  sahəsinin  kirayə  müqaviləsini  ləğv  edə  bilər  (bax.  AR 

Mənz.Məc., mad. 100.2). 

AR Mülki Məcəlləsinin 694.1-ci maddəsində müəyyən olunmuş 

qaydaya  əsasən,  yaşayış  otağı  xidməti  münasibətlərin  mövcudluğu 

nəzərə alınmaqla kirayəyə verildikdə kirayə müqaviləsi üzrə hüquq 

münasibətlərinin  istənilən  iştirakçısı  xidməti  münasibətlərə  xitam 

verilənədək və ya xitam verildikdən bir ay sonra müqavilənin ləğvinə 

dair  bildiriş  verə  bilər.  Bu  halda  ləğvetmə  onun  bildirildiyi  aydan 

sonrakı ayın axırında qüvvəyə minir. Əgər ləğvetməyə dair bildiriş 

həmin müddətdə verilməzsə, ümumi qaydalar tətbiq edilir. 

Ümumi  qaydalar  dedikdə,  əmlak  kirayəsi  müqaviləsinin  ləğv 

edilməsi  ilə  əlaqədar  AR  Mülki  Məcəlləsinin  691-ci  maddəsində 

müəyyən  olunan  ləğv  etməyə  dair  xəbərdarlıq  müddətləri  nəzərdə 

tutulur. Bu məsələ ilə əlaqədar AR Mülki Məcəlləsinin 694.1 və AR 

Mənzil Məcəlləsinin 100.2-ci maddələrinin ziddiyyəti aşkardır. Odur 

ki, "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının 

Konstitusiya 

Qanununun 

2.5-ci 

maddəsinin 



(Azərbaycan 

Respublikasının  Mülki  Məcəlləsi  mülki  hüquq  normalarını  əks 

etdirən  digər  məcəllə  və  qanunlarla  ziddiyyət  təşkil  etdikdə 

Azərbaycan Respublikasının Mülki Məcəlləsi tət 



146 


Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə