Yazılmışdır. Bu kitabda mülki hüquq münasibətlərinin yaranmasında aparıcı



Yüklə 2,56 Mb.
Pdf görüntüsü
səhifə44/162
tarix29.08.2018
ölçüsü2,56 Mb.
#65284
növüYazı
1   ...   40   41   42   43   44   45   46   47   ...   162

V fəsil. Əmlak kirayəsi müqaviləsi 

dət  üçün  kirayələnməsi  və  yaxud  geoloji  tədqiqatların  aparılması 

məqsədilə yüksək dəqiqliyə malik ölçmə avadanlıqlarının kirayəsi və 

s. göstərmək olar. 

Məişət  burovuzLi  müqaviləsinin  xüsusiyyətlərindən  biri  bu 

müqavilənin  ümumi  müqavilələrə  aid  olmasıdır.  Odur  ki, 

kommersiya  təşkilatı  kimi  çıxış  edən  kirayəyə  verən  onunla  bu 

müqaviləni bağlamaq istəyən hər bir kəslə müqaviləni bağlamalıdır 

və  yaxud  müqaviləni  bağlamaq  istəyənlərdən  birinə  münasibətdə 

digərinə  üstünlük  verə  bilməz.  Məişət  burovuzu  müqaviləsi  üzrə 

kirayəyə  verən  bütün  kirayəçilər  üçün  eyni  şərtləri  müəyyən 

etməlidir'. 



Yaşayış  sahələrinin  kirayəsi  müqaviləsi.  Mənzil  hüquq 

münasibətlərinin obyekti kimi, yaşayış sahəsinin anlayışı AR Mənzil 

Məcəlləsinin 12.2-ci maddəsində aşağıdakı kimi verilmişdir: 

Yaşayış  sahəsi  dedikdə,  Azərbaycan  Respublikasının  Mülki 

Məcəlləsinə  uyğun  olaraq  daşınmaz  əmlak  hesab  edilən  və 

vətəndaşların  daimi  yaşaması  üçün  yararlı  olan  (müəyyən  edilmiş 

sanitariya  və  texniki  norma  və  qaydalara,  qanunvericiliyin  digər 

tələblərinə (bundan sonra - tələblərə) cavab verən) ayrıca sahə başa 

düşülür. 

Azərbaycan  Respublikasının  ərazisində  yerləşən  bütün  yaşayış 

sahələrinin  məcmusu  Azərbaycan  Respublikasının  mənzil  fondunu 

yaradır.  Mənzil  fondu  dedikdə,  mülkiyyət  formasından  asılı 

olmayaraq  bütün  yaşayıq  yerlərinin  məcmusu  başa  düşülür. 

Mülkiyyət formasına görə mənzil fondu aşağıdakılara bölünür (bax. 

AR Mənz.Məc., mad. 17): 

-

 



özəl mənzil fondu -- fiziki və hüquqi şəxslərin mülkiyyətində 

olan yaşayış sahələrinin məcmusu

-

 

dövlət mənzil fondu - mülkiyyət hüququ əsasında Azərbaycan 



Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu; 

‘ Гражданское право. Том II. Полутом 1: Учебник / Отв.ред.проф. 

Е.А.Суханов - М.: Волтере Клувер, 2004, стр.386. 

135 



Rüfət Göyüşov 

-  bələdiyyə  mənzil  fondu  -  bələdiyyələrə  mülkiyyət  hüququ 

əsasında məxsus olan yaşayış sahələrinin məcmusu. 

Dövlət  və  bələdiyyə  mülkiyyətində  olan  mənzilləri  istifadə 

məqsədlərinə görə sosial və xüsusi təyinatlı olmaqla iki qrupa bölmək 

olar.  Sosial  təyinatlı  mənzil  fondu  -  dövlət  və  bələdiyyə  mənzil 

fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən 

yaşayış sahələrinin məcmusudur. Xüsusi təyinatlı mənzil fondu isə - 

ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə 

tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin 

məcmusudur. 

Fiziki  və  hüquqi  şəxslərin  mülkiyyətində  olan  yaşayış 

sahələrinin  kirayəyə  verilməsi  üzrə  müqavilə  münasibətləri  AR 

Mülki  Məcəlləsinin  33-cü  fəslinin  normaları  ilə  yanaşı,  müəyyən 

hissədə  AR  Mənzil  Məcəlləsinin  5-ci  fəslinin  normaları  ilə  də 

tənzimlənir.  Həmin  fəslin  müddəalarına  əsasən,  yaşayış  sahəsinin 

mülkiyyətçisi  mülki  qanunvericiliklə,  bu  Məcəllə  ilə  müəyyən 

edilmiş  tələblər  nəzərə  alınmaqla  ona  mülkiyyət  hüququ  əsasında 

məxsus olan yaşayış sahəsini kirayə müqaviləsi, əvəzsiz istifadə və 

ya  digər  qanuni  əsaslarla  fiziki  və  ya  hüquqi  şəxslərin  istifadəsinə 

vermək hüququna malikdir (bax. AR Mənz.Məc., mad.29.2). 

Qanunverici  Mənzil  Məcəlləsində  ümumi  birgə  yaşayış 

qaydalarını  müəyyən  edən  normalar  vasitəsilə  ilk  öncə 

mülkiyyətçinin,  dolayısı  ilə  də  kirayəçinin  üzərinə  AR  Mülki 

Məcəlləsi  ilə  xüsusi  olaraq  nəzərdə  tutulmayan  əlavə  vəzifələr 

müəyyən edir. Belə ki, AR Mənzil Məcəlləsinin 29.3-cü maddəsinin 

tələblərinə  görə,  qanunla  və  ya  müqavilə  ilə  başqa  hal  nəzərdə 

tutulmayıbsa,  yaşayış  sahəsinin  mülkiyyətçisi  yaşayış  sahəsinin  və 

əgər  həmin  sahə  mənzildirsə,  müvafiq  yaşayış  binasının  tərkib 

hissəsinin  mülkiyyətçilərinin  ümumi  əmlakının  saxlanması  yükünü 

daşıyır,  kommunal  mənzildə  otaq  mülkiyyətçisi  isə  əlavə  olaraq 

həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması 

yükünü daşıyır. 

136 



V fəsil. Əmlak kirayəsi müqaviləsi 

Yaşayış  sahəsinin  mülkiyyətçisi  onu  yararlı  vəziyyətdə 

saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə,  yaşayış 

sahəsindən  istifadə  qaydalarına,  habelə  çoxmənzilli  binanın  sahə 

mülkiyyətçilərinin  ümumi  əmlakının  saxlanması  qaydalarına  riayət 

etməyə borcludur (bax. AR Mənz.Məc., mad.29.4). 

Göstərilən vəzifələrin icrası  mülkiyyətçinin  mənzilindən qanuni 

və ya müqavilə əsasında istifadə edən digər şəxslərin üzərinə qoyula 

bilər.  Belə  ki,  əgər  yaşayış  sahəsinin  mülkiyyətçisi  ilə  ailə  üzvləri 

arasında  başqa  razılaşma  yoxdursa,  mülkiyyətçinin  mülki  hüquqi 

fəaliyyət  qabiliyyətli  ailə  üzvləri  həmin  yaşayış  sahəsinin 

istifadəsindən  irəli  gələn  öhdəliklər  üzrə  mülkiyyətçi  ilə  birgə 

məsuliyyət daşıyırlar (bax. AR Mənz.Məc., mad. 30.3). 

Dövlət  və  bələdiyyə  mülkiyyətində  olan  yaşayış  sahələrinin 

kirayəyə  verilməsi  üzrə  müqavilə  münasibətləri  əsasən  AR  Mənzil 

Məcəlləsinin 8 və 10-cu fəslinin normaları ilə tənzimlənir. Qaydalara 

əsasən,  dövlət  və  bələdiyyə  mülkiyyətində  olan  mənzillər  sosial 

kirayə  və  xüsusi  təyinatlı  yaşayış  sahəsinin  kirayə  müqaviləsi  üzrə 

kirayəçilərin istifadəsinə verilir. 



Sosial  kirayə  müqaviləsi.  AR  Mənzil  Məcəlləsinin  59-cu 

maddəsində yaşayış sahəsinin sosial kirayəsi müqaviləsinə anlayış 

verilərək  göstərilir  ki,  yaşayış  sahəsinin  sosial  kirayə  müqaviləsinə 

əsasən  bir  tərəf  -  dövlət  və  ya  bələdiyyə  mənzil  fondunun  yaşayış 

sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli 

dövlət  orqanı  və  ya  səlahiyyətli  bələdiyyə  orqanı)  və  ya  onun 

səlahiyyətli  şəxsi  (kirayəyə  verən)  yaşayış  sahəsini  digər  tərəfin  - 

vətəndaşın  (kirayəçinin)  yaşaması  üçün  bu  Məcəllə  ilə  müəyyən 

edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. 

Yaşayış sahəsinin sosial kirayəsi müqaviləsinin əlamətləri: 

Birincisi,  Mənzil  Məcəlləsində  verilən  anlayışdan  görünür  ki, 

müqavilə  konsensual,  əvəzli  və  qarşılıqlı  xarakterlidir.  Tərəflər 

arasında razılıq əldə olunan andan bağlanmış hesab edilir. Kira 

137 



Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə