Yazılmışdır. Bu kitabda mülki hüquq münasibətlərinin yaranmasında aparıcı



Yüklə 2,56 Mb.
Pdf görüntüsü
səhifə52/162
tarix29.08.2018
ölçüsü2,56 Mb.
#65284
növüYazı
1   ...   48   49   50   51   52   53   54   55   ...   162

Rüfət Göyüşov 

-

 



icarəyə  xitam  verildikdən  sonra  icarəçi  mövcud  ləvazimatı 

icarəyə verənə qaytarmalıdır (bax. AR MM, mad. 701.2.4); 

-

 

əgər qəbul edilmiş ləvazimatla qaytarılmalı ləvazimatın ümumi 



qiymətləndirmə  dəyərləri  arasında  fərq  vardırsa,  o,  pulla 

kompensasiya  edilir.  Qiymətləndirmə  dəyərləri  üçün  icarəyə  xitam 

verildiyi məqamda qüvvədə olan qiymətlər əsas götürülməlidir (bax. 

AR MM, mad.701.2.5). 



6.3.

 

İcarə müqaviləsinin növləri 

İcarə obyektlərindən çıxış edərək icarə müqaviləsinin aşağıdakı 

növlərini fərqləndirmək olar: 

-

 



torpaq icarəsi müqaviləsi

-

 



binaların icarəsi müqaviləsi

-

 



daşmar əşyaların icarəsi müqaviləsi

-

 



hüquqların icarəsi müqaviləsi; 

-- müəssisələrin icarəsi müqaviləsi. 



6.4.

 

Torpaq icarəsi müqaviləsi 

Torpaq icarəsi müqaviləsi AR Mülki Məcəlləsinin 34-cü fəslinin 

2-ci paraqrafınm normaları ilə yanaşı, AR Torpaq Məcəlləsi (13, 15 

və 17-ci fəslinin normaları), AR Meşə Məcəlləsi (2 və 5-ci fəslinin 

normaları) "Torpaq icarəsi haqqında", "Torpaq bazarı haqqında" AR 

Qanunları ilə tənzimlənir. 

"Torpaq icarəsi haqqında" AR Qanunun 1-ci maddəsində torpaq 

icarəsinə  anlayış  verilərək  qeyd  olunur  ki,  torpaq  icarəsi  müqavilə 

əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Bu 

anlayışı AR MM-in 700.1-ci maddəsində icarə müqaviləsinə verilən 

anlayışla ümumiləşdirsək torpaq icarəsi 

160 



VI fəsil. İcarə müqaviləsi 

müqaviləsinə belə tərif vermək olar; torpaq icarəsi müqaviləsi əmlak 

kirayəsi  müqaviləsi  olub,  əvəzi  ödənilməklə  torpaqdan  müddətli 

istifadə  etməklə  yanaşı,  icarəçini  bəhərdən  istifadə  etmək  və  gəlir 

götürmək hüququ ilə təmin edir. 

Torpaq  icarəsi  müqaviləsi  digər  kirayə  münasibətləri  kimi 

konsensual, əvəzli və qarşılıqlıdır. 

Torpaq icarəsi müqaviləsinin elementləri. Müqavilənin pred- 

meti  qismində  AR  Mülki  Məcəlləsinin  706.1-ci  maddəsində 

göstərildiyi kimi, dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün 

kateqoriyalara aid torpaqlar çıxış edir. 

İcarə  münasibətlərinin  obyektləri  olan  dövlət  və  bələdiyyə 

torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və 

fiziki  şəxslərin  istifadəsinə,  qanunvericiliklə  müəyyən  edilmiş 

qaydada, icarə əsasında verilir. 

Dövlət  mülkiyyətində  olan  aşağıdakı  torpaqlar  icarəyə  verilə 

bilər:  dağ-mədən  sənayesinin,  ehtiyatları  təsdiq  edilmiş  faydalı 

qazıntı  yataqlarının, magistral boru kəmərlərinin, sənaye, nəqliyyat, 

rabitə, energetika, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin 

yerləşdiyi  torpaqlar;  meşə  fondu  torpaqları;  Xəzər  dənizinin 

(gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin dibi 

də  daxil  olmaqla  su  fondu  torpaqları;  yay  və  qış  otlaqlarının 

torpaqları;  dövlət  elmi-tədqiqat  və  tədris  müəssisələrinin,  onların 

təcrübə bazalarının,  maşın-sınaq stansiyalarının, dövlət sort-sı- naq, 

baytarlıq, fıtosanitar nəzarəti xidmətlərinin, toxumçuluq və damazlıq 

müəssisələrinin  torpaqları;  sağlamlaşdırma  və  istirahət  təyinatlı 

torpaqlar;  dövlət  müəssisə,  idarə  və  təşkilatlarının  yerləşdiyi  və  ya 

dövlət obyektlərinin tikintisi layihələndirilmiş torpaqlar; Digər dövlət 

torpaqlarının icarəyə verilməsi Azərbaycan Respub-' likasının Torpaq 

Məcəlləsi  və  müvafiq  qanunvericiliyi  ilə  tənzimlənir  (bax.  "Torpaq 

icarəsi haqqında" AR Qanunu, mad.5). 

Dövlət  torpaqları  icarəyə  verilərkən  onların  hüquqi  statusu, 

rejimi, məqsədli təyinatı nəzərə alınır. Dövlət torpaqlarının isti 

161 



Rüfət Göyüşov 

fadəsi  və  mühafizəsi  Azərbaycan  Respublikasının  torpaq 

qanunvericiliyi və digər qanunvericilik aktları ilə tənzimlənir. 

Bələdiyyə mülkiyyətində olan aşağıdakı torpaqlar icarəyə verilə 

bilər; ehtiyat fondu torpaqları; fiziki və hüquqi şəxslərin istifadəsində 

olan torpaqlar. 

Hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyətlərində olan torpaqlar 

mülki  və  torpaq  qanunvericiliyində  nəzərdə  tutulmuş  qaydada 

icarəyə verilə bilər. 

Torpaq  icarəsi  müqaviləsinin  tərəfləri  kimi  icarəyə  verən  və 

icarəçi çıxış edir. Torpaq üzərində icarə münasibətlərinin subyektləri 

Azərbaycan Respublikası, bələdiyyələr, Azərbaycan Respublikasının 

hüquqi  şəxsləri  və  vətəndaşları,  habelə  əcnəbilər  və  vətəndaşlığı 

olmayan  şəxslər,  xarici  hüquqi  şəxslər,  beynəlxalq  birliklər  və 

təşkilatlar, habelə xarici dövlətlərdir. 

Dövlət  mülkiyyətində  olan  torpaqların  icarəyə  verilməsini 

qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti 

orqanları,  bələdiyyə  torpaqlarını  isə  bələdiyyələr  həyata  keçirirlər. 

Xüsusi  mülkiyyətdə  olan  torpaqların  icarəyə  verilməsini 

qanunvericilikdə  nəzərdə  tutulmuş  qaydada  mülkiyyətçilər  həyata 

keçirirlər. 

Azərbaycan  Respublikasında  torpağı  icarəyə  vermək  hüququ 

mülkiyyətçilərə,  onların  vəkil  etdiyi  orqanlara,  Azərbaycan 

Respublikasının hüquqi və fiziki şəxslərinə məxsusdur. 

Torpaq 


icarəçisi  qismində  Azərbaycan  Respublikasının 

vətəndaşları  və  hüquqi  şəxsləri,  əcnəbilər  və  vətəndaşlığı  olmayan 

şəxslər,  xarici  hüquqi  şəxslər,  beynəlxalq  birliklər  və  təşkilatlar, 

habelə  xarici  dövlətlər  ola  bilərlər  (bax.  "Torpaq  icarəsi  haqqında" 

AR Qanunu, mad.21). 

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər

beynəlxalq  birliklər  və  təşkilatlar,  habelə  xarici  dövlətlər  icarə 

münasibətlərində yalnız icarəçilər və subicarəçilər kimi iştirak edə 

bilərlər (bax. "Torpaq icarəsi haqqında" AR Qanunu, mad.8). 

162 



Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə