Yazılmışdır. Bu kitabda mülki hüquq münasibətlərinin yaranmasında aparıcı



Yüklə 2,56 Mb.
Pdf görüntüsü
səhifə60/162
tarix29.08.2018
ölçüsü2,56 Mb.
#65284
növüYazı
1   ...   56   57   58   59   60   61   62   63   ...   162

Rüfət Göyüşov 

maddəsində çoxmənzilli binanın ümumi əmlakının icarəyə verilməsi 

və  ya  bu  əmlaka  dair  digər  hüquqların  verilməsi  haqqında  qərarlar 

qəbul  etmək  səlahiyyətinin  mənzil  mülkiyyətçiləri  müştərək 

cəmiyyəti  iştirakçılarının  ümumi  yığıncağının  səlahiyyətinə  aid 

olduğu qeyd olunur. 

Daha sonra həmin məcəllənin 132.1-ci maddəsində göstərilir ki, 

nizamnamə ilə nəzərdə tutulmuş məqsədlərə nail olmaq üçün mənzil 

mülkiyyətçilərinin  müştərək  cəmiyyəti  təsərrüfat  fəaliyyəti  ilə 

məşğul ola bilər. Belə təsərrüfat fəaliyyətinin növlərindən biri kimi, 

çoxmənzilli  binanın  bir hissəsinin  icarəyə,  kirayəyə  verilməsi  çıxış 

edir. 


6.9.

 

Müəssisələrin icarəsi müqaviləsi 

Müəssisələrin icarəsi müqaviləsi icarə müqaviləsinin növlərindən 

biridir.  Lakin  qanunverici  müəssisələrin  icarəsi  müqaviləsini 

tənzimləyən müddəaları, torpaq icarəsi müqaviləsində olduğu  kimi, 

ayrıca bir paraqraf altında birləşdirməmişdir. Müəssisələrin icarəsi ilə 

əlaqədar  müddəalar,  əsasən,  icarə  müqaviləsinin  digər  növlərini 

tənzimləyən  normalarda  bu  və  digər  məsələlər  ilə  əlaqədar  yer 

almışdır. 

Qanunvericilikdə  müəssisələrin  icarəsi  müqaviləsinin  anlayışı 

verilməsə də müəssisələrin əmlak kompleksi kimi mülki dövriyyədə 

iştirak  xüsusiyyətlərindən,  müqavilənin  iştirakçılarının  statusundan 

və digər əlamətlərdən çıxış edərək müəssisələrin icarəsi müqaviləsinə 

aşağıdakı tərifi vermək olar: Müəssisələrin icarəsi müqaviləsinə görə, 

icarəyəverən  üzərində  sahibkarlıq  fəaliyyətinin  həyata  keçirilməsi 

məqsədilə  istifadəsi  üçün  əmlak  kompleksini  icarəçinin  müvəqqəti 

istifadəsinə verməyi, icarəçi isə həmin əşyadan istifadə ilə əlaqədar 

müəyyən  haqq  ödəməyi  öhdəsinə  götürür.  İcarəçinin  əmlakdan 

istifadə zamanı gəlir götürmək hüququ vardır. 



184 


VI fəsil. İcarə müqaviləsi 

Göründüyü  kimi,  müqavilənin  predmeti  kimi  əmlak  kompleksi 

olaraq  müəssisə  çıxış  edir.  Müəssisələr  daşınmaz  əşyalara  aid 

olmaqla  özündə  əsas  və  dövriyyə  vəsaitlərini  birləşdirir  ki,  bura 

binalar,  istehsalat  sexləri,  qurğular,  maşın  və  avadanlıqlar,  hazır 

məhsul, dövriyyə vəsaitləri, alacaqlar və borclar aiddir. Müəssisələr 

fəaliyyətləri  dövründə  daimi  olaraq  öz  tərkiblərini  bu  və  ya  digər 

vəsaitlərin sıradan çıxması, təzələnməsi, əldə olunması, satılması və 

s. hesabına dəyişirlər. Müəssisələrin icarəsinin məhz bu xüsusiyyəti 

qeyd olunan müqavilə növünün xüsusi tənzimlənməsinin zəruriliyini 

tələb edir'. 

Qeyd etməliyik ki, müəssisədən istifadənin mahiyyəti də məhz bu 

komponentlərin  daimi  olaraq  təzələnməsində  ifadə  olunur.  Bu 

müqavilə  üzrə  icarəçiyə  hüquq  verilməlidir  ki,  o,  ica-  rəyəverənin 

razılığını  almadan  əmlak  kompleksinə  daxil  olan  komponenti  sata, 

dəyişdirə, istifadəyə və ya subicarəyə verə bilsin. Bir sözlə, icarəçi 

müəssisənin ümumi dəyərinin dəyişməsi ilə nəticələnməyən və icarə 

müqaviləsinin şərtlərinə zidd olmayan istənilən mülki-hüquqi əqdlər 

bağlamaq  səlahiyyəti  ilə  təmin  olunmalıdır.  Bununla  əlaqədar,  AR 

MM-in 703-cü maddəsində qeyd olunur ki, hər hansı torpaq sahəsinin 

və ya müəssisənin icarəçisinin öhdəsinə ləvazimat obyektlərinə dair 

sərəncam  verməmək  və  ya  icarəyəverənin  razılığı  ilə  sərəncam 

vermək və ya onları icarəyəverənə satmaq vəzifəsi qoyan  müqavilə 

müddəalarının yalnız o halda qüvvəsi vardır ki, icarəyəverən icarəyə 

xitam  verildikdən  sonra  həmin  ləvazimatı  qiymətləndirmə  dəyəri 

üzrə əldə etməyi öhdəsinə götürsün. 

Müəssisələrin  icarəsi  müqaviləsinin  tənzimlənməsinə  ümumi 

icarə müqaviləsi kontekstində baxmaq lazımdır. Bura müəssisələrin 

icarəsi müqaviləsinin bağlanması, məzmunu, münasibətlə- 

' Гражданское право: Учебник / Под. ред. А.П.Сергеева, Ю.К.Толстого. Том 

2. М.: Проспект, 2003, с.223. 

185 



Rüfət Göyüşov 

rin davam etdirilməsi, müqavilənin ləğvi ilə əlaqədar qaydalar aiddir. 

Məsələn,  AR  Mülki  Məcəlləsinin  701.1-ci  maddəsində  müəyyən 

olunmuş  qaydaya  görə,  icarəlik  əşya  (icarə  obyekti),  o  cümlədən 

torpaq sahəsi və ya müəssisə öz ləvazimatı ilə birlikdə icarəyə verilir. 

Digər  misal,  icarə  müqaviləsinin  ləğvi  üçün  müəyyən  olunan 

qayda müəssisələrin icarəsi müqaviləsini də əhatə edir. Belə ki, AR 

MM-in 704.1-ci maddəsində nəzərdə tutulur ki, əgər hər hansı torpaq 

sahəsinin, hüququn və ya müəssisənin icarəsi müqaviləsi bağlanarkən 

icarə  müddəti  müəyyənləşdirilməyibsə,  müqavilənin  ləğvinə  yalnız 

azı altı aylıq xəbərdarlıq müddətini gözləmək şərti ilə ilin sonunda yol 

verilir. 

Müəssisələr  üzərində  yerləşdikləri  torpaq  sahələrinin  icarəsi 

müqaviləsi  üzrə  hüquq  münasibətlərinin  davam  etdirilməsi  üçün 

həlledici  amil  kimi  çıxış  edir.  Belə  ki,  AR  MM-in  720.1-ci 

maddəsində  qeyd  olunur  ki,  icarəçi  icarəyəverəndən  torpaq  icarəsi 

müqaviləsi  üzrə  hüquq  münasibətlərinin  davam  etdirilməsini 

aşağıdakı hallarda tələb edə bilər: 

-

 

müəssisənin icarəyə götürüldüyü halda bu müəssisə icarəçinin 



mövcudluğunun iqtisadi əsasını təşkil etdikdə; 

-

 



torpaq  sahəsinin  icarəyə  götürüldüyü  halda  icarəçi  öz 

mövcudluğunun iqtisadi əsasını təşkil edən müəssisəsini həmin sahə- 

siz  saxlaya  bilmədikdə  və  müqavilə  üzrə  hüquq  münasibətlərinə 

xitam verilməsi icarəçi və ya onun ailəsi üçün hətta icarəyə verənin 

əsaslı mənafeləri ilə haqq qazandırıla bilməyən mənfi nəticələr törədə 

bildikdə. 

Qeyd  olunan  sonuncu  şərt  müəssisələrin  icarəsi  müqaviləsinin 

predmeti  olan  müəssisənin  üzərində  yerləşdiyi  torpaq  sahəsi  ilə  sıx 

əlaqəsini müəyyən edir. 

186 



Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə