Yazılmışdır. Bu kitabda mülki hüquq münasibətlərinin yaranmasında aparıcı



Yüklə 2,56 Mb.
Pdf görüntüsü
səhifə58/162
tarix29.08.2018
ölçüsü2,56 Mb.
#65284
növüYazı
1   ...   54   55   56   57   58   59   60   61   ...   162

Rüfət Göyüşov 

larda və şərtlərlə istifadəyə verənin razılığı ilə meşə fondu sahəsindən 

istifadə  hüququnu  özünün  hüquqi  varisi  olmayan  şəxsə  müqavilə 

əsasında  verə  bilər  (bax.  AR  Meşə  Məcəlləsi,  mad.  16).  Burada 

müqavilə  əsasında  verə  bilər  dedikdə,  ya  istifadə,  ya  da  ki,  icarə 

müqaviləsi nəzərdə tutulur. 

İstifadə  hüquqlarının  icarəsi  münasibətlərinə  misal  olaraq  AR 

Torpaq  Məcəlləsinin  64-cü  maddəsində  müəyyən  olunan  qaydanı 

göstərmək  olar.  Həmin  qaydalara  əsasən,  dövlət  müəssisələri, 

idarələri  və  təşkilatları  əsas  fəaliyyət  sahəsinə  xələl  gətirmədən 

istifadələrində  olan  torpaqlardan  öz  işçilərinə  müvafiq  icra 

hakimiyyəti orqanının razılığı ilə müdiriyyətin və həmkarlar ittifaqı 

təşkilatının qərarı əsasında müvəqqəti  istifadəyə  və icarəyə torpaq 

sahələri verə bilərlər. Torpağı istifadəyə götürmüş şəxs isə, torpağın 

istifadəsi  haqqında  sənədlərdə  nəzərdə  tutulduğu  hallarda  onu 

icarəyə verə bilər. 

İstifadə  hüquqlarının  icarəyə  verilməsi  ilə  əlaqədar  növbəti 

misal kimi, girov münasibətlərini tənzimləyən normalarda müəyyən 

olunan  aşağıdakı  qaydanı  göstərmək  olar.  AR  Mülki  Məcəlləsinin 

284.3-cü  maddəsində  qeyd  edilir  ki,  girov  saxlayan  ona  verilmiş 

girov  predmetindən  yalnız  müqavilədə  nəzərdə  tutulan  hallarda 

istifadə edə bilər. Girov qoyanın tələbi ilə o, istifadə haqqında hesabat 

verməlidir.  Müqaviləyə  əsasən  girov  saxlayanın  üzərinə  əsas 

öhdəliyin  ödənilməsi  məqsədi  ilə  və  ya  girov  qoyanın  mənafeləri 

üçün  girov  predmetindən  bəhər  və  gəlir  götürmək  vəzifəsi  qoyula 

bilər. 

Əmlakdan istifadə nəticəsində bəhər və gəlir götürmək hüququ 



icarə  müqaviləsinin  mahiyyətini  təşkil  edir.  Odur  ki,  əmlakdan 

istifadə hüququna malik olan girov saxlayan AR Mülki Məcəlləsinin 

284.3-cü  maddəsində  müəyyən  olunan  şərtlər  çərçivəsində  istifadə 

hüququnu icarəyə verə bilər. 

Müəlliflik  hüquqlarının  icarəyə  verilə  bilməsi  ilə  əlaqədar 

"Müəlliflik hüquqları və əlaqəli hüquqlar haqqında" AR Qanu 



178 


VI fəsil. İcarə müqaviləsi 

nun 4-cü maddəsində göstərilir ki, "kirayə" - əsərin, fonoqramın və ya 

bu  Qanunla  qorunan  obyektlərin  orijinalının  və  ya  nüsxələrinin 

birbaşa  və  ya  dolayısı  yolla  gəlir  götürmək  məqsədi  ilə  müəyyən 

müddətə  müvəqqəti  istifadəyə  verilməsi  deməkdir.  Sözü  gedən 

qanunun - müəllifin və ya əsərə müəlliflik hüququnun digər sahibinin 

əmlak  (iqtisadi)  hüquqlarını  nəzərdə  tutan  15-ci  maddəsində 

müəyyən olunur ki, müəllifin və ya əsərə müəlliflik hüququnun digər 

sahibi bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, əsərdən hər 

hansı formada və üsulla istifadə etməyə müstəsna hüququ vardır ki, 

bu hüquqların arasında əsərin orijinalını və  ya nüsxələrini kirayəyə 

vermək (kirayə hüququ) hüququ da vardır. 



6.7.

 

Daşınar əşyaların icarəsi müqaviləsi 

Nəqliyyat  vasitələrinin  icarəsi  müqaviləsi.  Daşmar  əşyaların 

icarəsi  müqavilələri  arasında  normativ  tənzimləyə  daha  çox  məruz 

qalan  avtomobil  nəqliyyatı  vasitələrinin  icarəsi  müqaviləsidir. 

Avtomobil  nəqliyyatı  vasitələrinin  icarəsi  müqaviləsi  kommersiya 

məqsədilə  avtomobil  daşıyıcıları  ilə,  avtomobil  nəqliyyatı  ilə 

daşımaların sifarişçiləri (sərnişinlər, yükgöndərənlər, sərnişin və yük 

avtomobil  daşımalarının  təşkilatçıları)  arasında  bağlanılan 

müqavilələrdən biridir. 

Avtomobil nəqliyyatı ilə əsasən sərnişin, baqaj və yük daşınması 

həyata  keçirildiyi  üçün  bu  sahədə  bağlanılan  icarə  müqaviləsini  bu 

əsasdan  çıxış  edərək  iki  növə  bölmək  olar.  Bunlardan  birincisi, 

sərnişin  avtonəqliyyat  vasitəsinin  icarəsi  (fraxtetmə)  müqaviləsi, 

ikincisi,  yük  daşınması  üçün  avtonəqliyyat  vasitəsinin  icarəsi 

(fraxtetmə)  müqaviləsidir.  Göstərilən  hər  iki  müqavilə  Azərbaycan 

Respublikasının  "Avtomobil  nəqliyyatı  haqqında"  09.07.2008-ci  il 

tarixli Qanunu ilə tənzimlənir. Həmin qanu 

179 



Rüfət Göyüşov 

nun  29.1-ci  maddəsində  müəyyən  olunan  qaydaya  əsasən,  sərnişin 

daşınması icarə (fraxtetmə) müqaviləsi əsasında yerinə yetirildikdə, 

daşıyıcı hüquqi və ya fiziki şəxslərin sifarişinə əsasən bir və ya bir 

neçə  avtonəqliyyat  vasitəsini  haqqı  sifarişçi  tərəfindən  ödənilmək 

şərti ilə bir və ya bir neçə reys üçün onlara təqdim etmək öhdəliyini 

üzərinə götürür. 

"Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları" 

Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  2009-cu  il  17 

sentyabr  tarixli  141  nömrəli  qərarı  ilə  təsdiq  edilmişdir.  Nazirlər 

Kabinetinin qeyd olunan qərarı ilə təsdiq olunmuş qaydaların 8.9-cu 

bəndində  daşıyıeı  ilə  sifarişçi  arasında  sərnişinlərin  avtonəqliyyat 

vasitəsilə daşınması üçün bağlanılan icarə (fraxtetmə) müqaviləsinin 

məzmunu  ilə  əlaqədar  tələblər  müəyyən  olunmuşdur.  Qaydalara 

əsasən, icarə müqaviləsində daşınmanın marşrutu, sərnişinlərin sayı, 

daşımanın  başlanması  və  başa  çatması  tarixi,  vaxtı  və  yeri,  daşıma 

haqqı,  daşıyıemm  təqdim  edilən  əlavə  ödənişsiz  və  ödənişli 

xidmətlərin  siyahısı,  təqdim  olunan  sərnişin  avtomobil  nəqliyyatı 

vasitəsinin növü və digər şərtlər göstərilməlidir. 

Yük daşınması üçün avtonəqliyyat vasitəsinin icarəsi (fraxtetmə) 

müqaviləsi  ilə  əlaqədar  Azərbaycan  Respublikasının  "Avtomobil 

nəqliyyatı  haqqında"  Qanunun  3.3-cü  maddəsində  nəzərdə  tutulan 

qaydaya  görə,  müəyyən  müddət  ərzində,  habelə  bir  və  ya  bir  neçə 

reyslə  kommersiya  məqsədli  yük  daşınmasının  yerinə  yetirilməsi 

avtonəqliyyat  vasitəsinin  icarəsi  (fraxtetmə)  müqaviləsi  ilə 

rəsmiləşdirilir. Bu müqavilə yük daşınması üçün yararlı olan bir və ya 

bir  neçə  avtonəqliyyat  vasitəsinin  tutumunun  bütövlükdə  və  ya 

qismən bir və ya bir neçə reys üçün digər tərəfə haqqı ödənilməklə 

təqdim edilməsi şərtilə bağlanıla bilər. 

Həmin qaydaların 38.1-ci maddəsində verilən tərifə əsasən, yük 

daşınması  üçün  avtonəqliyyat  vasitəsinin  icarəsi  (fraxtetmə) 

müqaviləsinə görə daşıyıeı hüquqi və ya fiziki şəxslərin (daşm- 



180 


Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə