VI fəsil. İcarə müqaviləsi
Torpaq sahəsini icarəyə verən qanunvericilikdə nəzərdə tutulmuş
digər vəzifələrlə yanaşı, aşağıdakı vəzifələrə malikdir (bax. "Torpaq
icarəsi haqqında" AR Qanunu, mad.20):
-
icarəyə verilən torpaq sahəsini icarə müqaviləsi və torpaq
qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada icarəçiyə təhvil vermək;
-
icarəyə verilmiş dövlət mülkiyyətində olan torpaq sahəsi
özəlləşdirilərkən, bu sahənin satın alınmasını ilk növbədə icarəçiyə
təklif etmək;
-
icarə müqaviləsinin şərtlərinə əməl etmək, müqavilənin
müddəti qurtardıqda və ya müqavilə vaxtından əvvəl ləğv edildikdə,
müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa, onun razılığı ilə
icarəçinin vəsaiti hesabına aparılmış tikinti işlərinin dəyərini ödəmək
(bax. "Torpaq icarəsi haqqında" AR Qanunu, mad. 20);
-
icarəyəverən icarəlik torpağı icarəçiyə müqavilə üzrə istifadəyə
yararlı vəziyyətdə verməli və bütün icarə müddətində onu həmin
vəziyyətdə saxlamalıdır, bir şərtlə ki, bu vəzifə icarəçinin öhdəsinə
qoyulmasın (bax. AR MM, mad.708.1);
-
icarə müqaviləsində ayrı şərtlər nəzərdə tutulmamışdırsa,
icarəyə verilən torpağın yüklülüklərini və ondan tutulan vergiləri
torpaq və vergi qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada
torpaq mülkiyyətçisi ödəməlidir (bax. AR MM, mad.709).
-
icarəyəverən icarəyə verilmiş əşyanın saxlanması və ya bərpası
üçün icarəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə
borcludur (bax. AR Mülki Məcəlləsi, mad.714.1). Əvəzi ödənilən
xərclərə istismar, qulluq və təmizləmə xərcləri aid deyildir;
-
torpaq icarəsi üzrə hüquq münasibətlərinə xitam verildikdə
icarəyəverən razılıq verdiyi və icarəyə götürülmüş torpağın dəyərini
icarə müddətindən sonra artıran (dəyərin artımı) digər məsrəflərin
əvəzini də icarəçiyə ödəməlidir (bax. AR MM, mad.714.2);
169
Rüfət Göyüşov
-
əgər torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə
icarənin hər hansı ili ərzində xitam verilirsə, icarəyə verən hələ
yaranmamış, lakin təsərrüfatın lazımınca aparılması qaydalarına görə
icarə ilinin sonunadək əldə edilə bilən bəhərlərin dəyərini icarəçiyə
ödəməlidir. Bu zaman məhsulla bağlı risk ağlabatan şəkildə nəzərə
alınmalıdır (bax. AR MM, mad.722.2).
Torpaq sahəsinin icarəçisi qanunvericilikdə nəzərdə tutulmuş
digər hüquqlarla yanaşı, aşağıdakı hüquqlara malikdir (bax. "Torpaq
icarəsi haqqında" AR Qanunu, mad.22):
-
torpaq sahələrindən icarə müqaviləsi ilə müəyyən edilmiş həddə
sərbəst istifadə etmək;
-
icarə obyekti özəlləşdirildiyi, başqasına istifadəyə və ya icarəyə
verildiyi halda həmin obyektə qoyulmuş investisiyanı icarəyə
verəndən tələb etmək;
-
icarə müqaviləsinin uzadılması üçün icarəyə verənə təklif
vermək;
-
icarəyəverənin razılığı ilə icarəyə götürülmüş torpaq sahələrində
torpaqdan təyinatı üzrə səmərəli istifadə etmək məqsədilə tikililər və
avadanlıqlar quraşdırmaq;
-
icarəyə götürülmüş torpağın keyfiyyətinin təbii proseslər
nəticəsində pisləşdiyi halda icarə haqqının azaldılmasını icarəyə
verəndən tələb etmək;
-
dövlət mülkiyyətində olan torpaq sahəsi özəlləşdirildiyi halda
həmin sahənin ilk növbədə ona təklif edilməsini icarəyəve- rəndən
tələb etmək;
-
qonşu torpaq mülkiyyətçilərinin və istifadəçilərinin torpaq
sahələrinə torpaq qanunvericiliyi ilə müəyyən edilmiş servitut
qoyulmasını tələb etmək;
-
AR MM-in 720.1-ci maddəsinə əsasən, torpaq icarəsi
müqaviləsi üzrə icarəçi icarəyə verəndən torpaq icarəsi müqaviləsi
üzrə hüquq münasibətlərinin davam etdirilməsini aşağıdakı hallarda
tələb edə bilər:
170
VI fosil. İcarə müqaviləsi
a)
müəssisənin icarəyə götürüldüyü halda, bu müəssisə icarəçinin
mövcudluğunun iqtisadi əsasım təşkil etdikdə;
b)
torpaq sahəsinin icarəyə götürüldüyü halda, icarəçi öz
mövcudluğunun iqtisadi əsasım təşkil edən müəssisəsini həmin
sahəsiz saxlaya bilmədikdə və müqavilə üzrə hüquq münasibətlərinə
xitam verilməsi icarəçi və ya onun ailəsi üçün hətta icarə- yəverənin
əsaslı mənafeləri ilə haqq qazandırıla bilməyən mənfi nəticələr törədə
bildikdə;
c)
icarəçi icarəyə götürdüyü torpağı icarəyəverənin qabaqcadan
icazəsini almaqla üçüncü şəxslərin istifadəsinə, o cümlədən ikinci
əldən icarəyə, həmçinin birgə istifadə üçün torpağı tamamilə və ya
qismən hər hansı kənd təsərrüfatı birliyinə verə bilər (bax. AR MM,
nıad.712.1.1 və 712.1.2);
Torpaq sahəsinin icarəçisi qanunvericilikdə nəzərdə tutulmuş
digər vəzifələrlə yanaşı, aşağıdakı vəzifələrə malikdir (bax. "Torpaq
icarəsi haqqında" AR Qanunu, mad.23):
-
icarəyə götürülmüş torpaqlardan təyinatı üzrə istifadə etmək;
-
icarə müqaviləsinin şərtlərinə və torpaq qanunvericiliyinin
tələblərinə riayət etmək;
-
icarəyə götürülmüş kənd təsərrüfatı təyinatlı torpaqların
mühafizəsi, keyfiyyətinin qorunması, bərpası və yaxşılaşdırılması
üçün müvafiq aqrotexniki tədbirlər görmək;
-
icarəyə götürülmüş torpaq sahələrini müqavilənin müddəti başa
çatdıqdan sonra vaxtında geri qaytarmaq;
-
icarəyə götürülmüş torpaq sahəsinə, ətraf mühitə və əhalinin
sağlamlığına ziyan vurmamaq;
-
torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiy-
yələri vaxtında ödəmək;
-
müqavilə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra
icarəçi icarəyə götürdüyü torpağı təyinatı üzrə lazımi istifadədən
sonra qaytarılma məqamında uyğun gəlməli olduğu vəziyyətdə
qaytarmağa borcludur. İcarəçinin icarəyəverənə qarşı
171
Dostları ilə paylaş: |