Yazılmışdır. Bu kitabda mülki hüquq münasibətlərinin yaranmasında aparıcı



Yüklə 2,56 Mb.
Pdf görüntüsü
səhifə56/162
tarix29.08.2018
ölçüsü2,56 Mb.
#65284
növüYazı
1   ...   52   53   54   55   56   57   58   59   ...   162

Rüfət Göyüşov 

tələbləri  əsasında  torpaq  sahəsini  saxlamaq  hüququ  yoxdur.  Əgər 

icarəçi icarəyə götürdüyü torpağı hər hansı üçüncü şəxsin istifadəsinə 

vermişsə,  torpaq  icarəsi  müqaviləsi  üzrə  hüquq  münasibətlərinə 

xitam verildikdən sonra icarəyə verən torpağın qaytarılmasını həmin 

üçüncü şəxsdən də tələb edə bilər (bax. AR MM, mad.722.1); 

- qanunvericilikdə, habelə istifadə və icarə müqaviləsində başqa 

hal  nəzərdə  tutulmamışdırsa,  torpaq  sahəsindən  müvəqqəti  istifadə 

(icarə)  müddəti  başa  çatdıqdan  sonra  istifadəçi  (icarəçi)  tərəfindən 

ucaldılmış  müvəqqəti  tikili  onun  hesabına  sökülməlidir  (bax.  AR 

Torpaq Məcəlləsi, mad.58). 

Torpaq  icarəsi  müqaviləsinə  xitam  verilməsi.  AR  Mülki 

Məcəlləsinin  719.1-ci  maddəsinə  əsasən,  torpaq  icarəsi  müqaviləsi 

üzrə  hüquq  münasibətlərinə  müqavilənin  bağlandığı  müddət 

qurtardıqda xitam verilir. 

Torpaq  icarəsi  müqaviləsi  azı  üç  il  müddətinə  bağlanmışdırsa, 

iştirakçılardan  biri  müqavilənin  uzadılması  və  ya  xitam  verilməsi 

barədə  sorğu  verdikdən  sonra  digər  iştirakçı  həmin  münasibətlərin 

davam  etdirilməsindən  üç  ay  ərzində  imtina  etməzsə,  bu  müqavilə 

üzrə hüquq münasibətləri qeyri-müəyyən müddətə uzadılmış sayılır. 

Sorğu və imtina yazılı formada tərtib edilməlidir. Əgər sorğuda ona 

riayət  edilməməsinin  nəticələri  birbaşa  göstərilməmişsə  və  sorğu 

icarənin üçüncü ili ərzində verilməmişsə, onun qüvvəsi yoxdur. 

Əgər  icarə  müddəti  müəyyənləşdirilməyibsə,  müqavilənin 

istənilən  iştirakçısı  müqaviləni  icarənin  hər  hansı  ilinin  üçüncü  iş 

günündən gec olmamaqla ləğv edə bilər. Həm də ləğvetmə icarənin 

növbəti ilinin sonunda qüvvəyə minir. Şübhə halında icarə ili təqvim 

ili sayılır (bax. AR MM, mad.719.3). 

İcarə müqaviləsi 30 ildən çox müddətə bağlandıqda müqavilənin 

istənilən iştirakçısı 30 ildən sonra müqavilənin ləğvinə dair bildirişi 

icarənin növbəti ilinin sonu üçün qüvvəyə minməklə 



172 


VI fəsil. İcarə müqaviləsi 

icarənin hər hansı ilinin üçüncü iş günündən gec olmayaraq verə bilər. 

Əgər  müqavilə  icarəyə  verənin  və  ya  icarəçinin  bütün  ömrü  üçün 

bağlanmışdırsa, ləğvetməyə yol verilmir (bax. AR MM, mad.719.4). 



6.5.

 

Meşə torpaqlarının icarəsi müqaviləsi 

Meşə  torpaqlarının  icarəsi  torpaq  icarəsi  müqaviləsinin 

növlərindən  biridir.  Meşə  torpaqlarının  icarəsi  müqaviləsinin  pred- 

meti  kimi  meşə  fonduna  aid  olan  torpaqlar  çıxış  edir.  Meşə  fondu 

sahələri  dedikdə,  meşə  sahələri,  habelə  meşə  bitkiləri  ilə  örtülü 

olmayan meşə və qeyri-meşə torpaq sahələri başa düşülür. 

Azərbaycan  Respublikasının  ərazisindəki  bütün  meşələr,  habelə 

meşə bitkiləri ilə örtülü olmayan meşə fondunun torpaqları (meşə və 

qeyri-meşə  torpaqları)  Azərbaycan  Respublikasının  meşə  fondunu 

təşkil  edir.  Azərbaycan  Respublikasında  meşə  fondu  dövlətə 

mənsubdur  və  onun  mülkiyyətidir.  Meşələr  və  meşə  fondunun 

torpaqları özəlləşdirilmir (bax. AR Meşə Məcəlləsi, mad.6 və 11). 

AR Torpaq Məcəlləsinin 31-ci maddəsinin 6-cı bəndinə əsasən, 

meşə  fondu  torpaqları  meşələrin  bərpası  məqsədilə  təyinatı  üzrə 

Azərbaycan  Respublikasının  Meşə  Məcəlləsində  nəzərdə  tutulmuş 

qaydada  icarəyə  verilə  bilər.  Eyni  qayda  AR  Meşə  Məcəlləsinin 

14-cü  maddəsində  də  nəzərdə  tutulmuşdur.  Həmin  normaya  görə, 

"Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə 

müəyyən olunmuş qaydada meşə bitkiləri ilə örtülü olmayan meşə və 

qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə Meşə 

Məcəlləsi  ilə  müəyyən  edilmiş  şərtlərlə  fiziki  və  hüquqi  şəxslərə 

müqavilə  əsasında  icarəyə  verilə  bilər.  Göründüyü  kimi,  meşələrin 

istifadəyə (icarəyə) verilməsində əsas məqsəd meşələrin bərpasından 

ibarətdir. 

173 



Rüfət Göyüşov 

Meşə fondu sahələrindən istifadə hüququ meşə fondu sahəsinin 

(torpaqlarının)  icarə  müqaviləsinin,  meşəqırma  biletinin,  orderin, 

meşə biletinin əsasında yaranır (bax. AR Meşə Məcəlləsi, mad. 16). 

Meşə fondu sahələrindən istifadə hüququnun xitamı isə meşə fondu 

sahəsinin (torpaqlarının) icarə müqaviləsinin, meşə- qırma biletinin, 

orderin, meşə biletinin ləğvi nəticəsində olur. 

Meşə  fondu  torpaqlarının  icarəyə  verilməsi.  Meşə  fondu 

sahələrindən  istifadə  hüququ  meşələrin  çoxfunksiyah  mahiyyəti 

nəzərə  alınmaqla  həyata  keçirilir  (müxtəlif  şəxslər  tərəfindən  və 

müxtəlif məqsədlər üçün eyni vaxtda istifadə). Bu normanın tələbləri 

nəzərə  alınmaqla  meşə  bitkiləri  ilə  örtülü  olmayan  meşə  və 

qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə meşə 

istifadəçisinə  (icarəçi)  icarə  müqaviləsi  əsasında  müvafiq  icra 

hakimiyyəti orqanı (icarəyəverən) tərəfindən bir ildən on ilədək verilə 

bilər (bax. AR Meşə Məcəlləsi, mad.22). 

Meşə fondu torpaqlarının icarə müqaviləsi əsasında əldə edilmiş 

meşə  sərvətləri  (məhsul)  icarəçinin  mülkiyyətidir.  Meşə  fondu 

torpaqlarının subicarəsi qadağandır. 



Meşə  fondu  torpaqlarının  icarə  müqaviləsinin  şərtləri  AR 

Meşə  Məcəlləsinin  23-cü  maddəsində  nəzərdə  tutulmuşdur.  Həmin 

normaya  görə,  meşə  fondu  torpaqlarının  icarə  müqavilələrində 

aşağıdakılar göstərilir; 

-

 

icarəyə verilən sahənin sərhədləri



-

 

işin həcmi (ölçüləri); 



-

 

icarənin müddəti; 



-

 

icarə haqqının miqdarı və onun ödənmə qaydası; 



-

 

icarəyə  verilən  sahənin  mühafizəsi,  qorunması  və  bərpası 



sahəsində tərəflərin öhdəlikləri

-

 



Azərbaycan Respublikasının meşə qanunvericiliyi və tərəflərin 

razılığı ilə nəzərdə tutulmuş başqa şərtlər. 



Meşə  fondu  torpaqlarının  icaroyə  verilmə  qaydası 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 17 oktyabr 

tarixli 

174 



Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə