Yazılmışdır. Bu kitabda mülki hüquq münasibətlərinin yaranmasında aparıcı



Yüklə 2,56 Mb.
Pdf görüntüsü
səhifə64/162
tarix29.08.2018
ölçüsü2,56 Mb.
#65284
növüYazı
1   ...   60   61   62   63   64   65   66   67   ...   162

Rüfət Göyüşov 

Əvəzsiz istifadə müqaviləsinin mülki hüququn digər qruplara aid 

olan  bir  neçə  müqaviləsi  ilə  oxşar  əlamətləri  vardır.  Oxşar 

müqavilələrdən biri borc müqaviləsidir. Borc müqaviləsi həm əvəzli, 

həm  də  əvəzsiz  ola  bilər.  Hər  iki  müqavilə  üzrə  əşya  digər  tərəfə 

verilir  və  müqavilənin  müddəti  bitdikdən  sonra  geri  qaytarılır. 

Ümumi  oxşarlıqla  yanaşı,  onları  fərqləndirən  üç  əlamət  vardır. 

Birincisi, borc müqaviləsinin predmeti kimi cinsən müəyyən olunan 

əşyalar  çıxış  etdiyi  halda,  əvəzsiz  istifadə  müqaviləsinin  predmeti 

kimi yalnız fərdən müəyyən olunan əşyalar çıxış edə bilər. İkincisi, 

borc müqaviləsi üzrə əşya digər tərəfin mülkiyyətinə verildiyi halda, 

əvəzsiz istifadə müqaviləsi üzrə əşya digər tərəfin yalnız sahibliyinə 

və istifadəsinə verilir və əşyanın mülkiyyətçisi kimi kirayəyə verən 

qalır. Üçüncüsü, borc müqaviləsi üzrə müddət bitdikdə borc alan eyni 

miqdarda və eyni şəkildə əşyaları qaytarmalı olduğu halda, əvəzsiz 

istifadə müqaviləsi üzrə kirayəçi ancaq istifadəyə götürdüyü əşyanı 

qaytarır. 

Əvəzsiz  istifadə  müqaviləsi  saxlama  müqaviləsi  ilə  oxşar 

əlamətlərə  malikdir.  Hər  iki  müqavilənin  predmeti  kimi 

mülkiyyətçiyə qaytarılmalı olan fərdən müəyyən olunan əşyalar çıxış 

edir.  Lakin  əgər  saxlama  müqaviləsində  əşya  yalnız  saxlama  üçün 

verilirsə,  əvəzsiz  istifadə  müqaviləsi  üzrə  əşya  istifadəyə  verilir. 

Saxlanmaya  verilmiş  əşyanın  istifadə  olunması  müqavilənin 

pozulması demək olacaqdır. 

Əvəzsiz  istifadə  müqaviləsi  üzrə  kirayəçinin  müqavilənin 

predmetinə münasibətdə hüququ müvəqqəti xarakter daşıdığı üçün o, 

öhdəlik hüquqi xarakterlidir. Odur ki,  əvəzsiz istifadə müqaviləsini 

tənzimləyən normalar əmlakın etibarnaməli idarə- çiyə verilməsinə, 

torpaqdan daimi istifadə hüquqlarına, meşə sahələri üzərində ümumi 

servitutlara tətbiq olunmayacaqdır. Qeyd olunan münasibətlərə mülki 

qanunvericiliyin  müvafiq  əşya  hüquqi  münasibətlərini  tənzimləyən 

normaları tətbiq olunacaqdır'. 

'  Гражданское  право.  Том  II.  Полутом  1:  Учебник  /  Отв.ред.проф. 

Е.А.Суханов - М.: Волтере Клувер, 2004, стр. 424. 

196 



VII fəsil. Əvəzsiz istifadə müqaviləsi 

7.3.

 

Müqavilənin məzmunu 

Əvəzsiz  istifadə  müqaviləsinin  məzmunu  tərəflərin  hüquq  və 

vəzifələrində  ifadə  olunur.  Hüquq  və  vəzifələr  isə  müqavilənin 

növünə,  predmetinə  (fərdən  müəyyən  olunan,  istehlak  olunmayan), 

məqsədinə (əmlakın istifadəyə verilməsi), təyinatına (şəxsi istehlak) 

və  digər  əlamətlərinə  görə  müəyyən  olunur.  Müqavilənin  əvəzsiz 

xarakterli  olmasına,  yəni  müqavilədə  tək  fayda  götürən  şəxs  kimi 

kirayəçinin  çıxış  etməsinə  baxmayaraq,  qanunverici  tərəfləri 

qarşılıqlı hüquq və vəzifələrlə təmin etmişdir. Bunlar aşağıdakılardır: 

Ssuda  (kirayə)  verənin  vəzifəsi.  Ssuda  verənin  əsas  vəzifəsi 

ümumi  kirayə  münasibətlərində  olduğu  kimi,  əşyanı  kirayəçinin 

istifadəsinə vermək, həm də müqavilə şərtlərinə uyğun olaraq istifadə 

üçün  yararlı  vəziyyətdə  təqdim  etməkdir.  Kirayə  müqaviləsində 

olduğu kimi, bu müqavilə üzrə ssuda verən müqavilə müddəti ərzində 

ssuda alanın əşyadan sərbəst istifadəsinə şərait yaratmalıdır. 

Burada ssuda verənin faydalanan tərəf kimi çıxış etməməsi onun 

məsuliyyət  dərəcəsini  (yəni,  əşyanı  əvəzsiz  istifadəyə  verən  şəxsin 

məsuliyyətinin  yaranması  əsaslarını)  adi  kirayə  müqaviləsi  ilə 

müqayisədə məhdudlaşdırır. Belə ki, kirayə müqaviləsində kirayəyə 

verən  kirayəyə  verilmiş  əşyanın  hər  cür  qüsuru  nəticəsində  dəyən 

zərər üçün məsuliyyət daşıdığı halda əvəzsiz istifadə müqaviləsində 

kirayəyə  verən  kirayəçi  qarşısında  yalnız  qəsdən  və  ya  kobud 

ehtiyatsızlıq  üzündən  törədilmiş  əməllər  və  ya  qüsurlar  üçün 

məsuliyyət  daşıyır  (bax.  AR  MM,  mad.677.1.2;  677.1.3;  677.4; 

733.1). 


Ssuda  verənin  istifadəyə  verilmiş  əşyanın  qüsurlarına  görə 

məsuliyyətini  istisna  edən  halları  kirayə  müqaviləsini  tənzimləyən 

normalar əsasında aşağıdakı qaydada ümumiləşdirmək olar (bax. AR 

MM, mad.677.2): 

1)

 

əgər  kirayəyə  götürülən  əşyanın  müqaviləyə  uyğunsuzluğu 



kirayəçiyə müqavilə bağlanarkən məlum olmuşsa

2)

 



əgər  kirayəçi  qüsuru  bilə-bilə  müqavilənin  şərtlərinə  uyğun 

gəlməyən əşyanı qəbul edirsə

3)

 

əşya istifadəyə götürülərkən əşyaya baxış zamanı bu qüsur 



197 


Rüfət Göyüşov 

müəyyən olmalı idisə ssuda verən istifadəyə verilən əşyanın qüsuru 

nəticəsində yaranan zərərə görə məsuliyyət daşımayacaqdır. 

Ssuda  verənin  əsas  hüquqlarından  biri  əvəzsiz  istifadə 

müqaviləsinə vaxtından qabaq xitam verməsi hüququdur. Onun, bu 

hüququ müəyyən şərtlər daxilində həyata keçirilə bilər. 



Əvəzsiz  istifadə  müqaviləsinə  aşağıdakı  hallarda  kirayə 

verənin təşəbbüsü ilə vaxtından əvvəl xitam verilə bilər: 

1)

 



əgər kirayəçinin əşyadan istifadə edə bilməsi üçün yetərli olan 

müddət  bitərsə,  kirayəyə  verən  əşyanın  daha  əvvəl  qaytarılmasını 

tələb edə bilər (bax. AR MM, mad.736.2); 

2)

 



kirayəyə verən  əvəzsiz istifadəyə verdiyi  əşyaya gözlənilməz 

hallar nəticəsində ehtiyac duyduqda (bax. AR MM, mad.737); 

3)

 

kirayəçi əşyadan müqavilə şərtlərini pozmaqla istifadə etdikdə 



(bax. AR MM, mad.737); 

4)

 



kirayəyə  verənin  razılığı  olmadan  əşyanı  üçüncü  şəxslərin 

istifadəsinə verdikdə (bax. AR MM, mad.736.4); 

5)

 

kirayəçinin  kifayət  qədər  vicdanlı  olmaması  üzündən  əşya 



mühüm təhlükəyə məruz qaldıqda (bax. AR MM, mad.737); 

6)

 



kirayəçinin öldüyü halda (bax. AR MM, mad.737). 

Kirayəçinin (ssuda alanın) vəzifələri aşağıdakılardır: 

1)

 



əvəzsiz  istifadəyə  götürülmüş  əşyadan  müqavilə  şərtlərinə 

uyğun  istifadə  etmək.  Belə  ki,  AR  Mülki  Məcəlləsinin  735-ci 

maddəsinin tələbinə əsasən, kirayəçinin əvəzsiz istifadəyə götürdüyü 

əşyadan  müqavilədə  göstəriləndən  savayı,  başqa  təyinatla  istifadə 

etməsinə icazə verilmir. 

2)

 



kirayəyə  verənin  icazəsi  olmadan  kirayəçinin  həmin  əşyanı 

üçüncü şəxslərin istifadəsinə vermək hüququ yoxdur (bax. AR MM, 

mad.735); 

3)

 



kirayəçi  əvəzsiz istifadəyə  götürdüyü əşyanın  adi  saxlanması 

və  ona  qulluq  üçün  zəruri  olan  xərcləri  çəkməlidir  (bax.  AR  MM, 

mad.734.1); 

4)

 



kirayəçi  əvəzsiz  istifadəyə  götürdüyü  əşyanı  müqavilədə 

müəyyənləşdirilmiş  müddət  qurtardıqdan  sonra  qaytarmağa 

borcludur (bax. AR MM, mad.736.1). 

198 



Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə