Yazılmışdır. Bu kitabda mülki hüquq münasibətlərinin yaranmasında aparıcı



Yüklə 2,56 Mb.
Pdf görüntüsü
səhifə72/162
tarix29.08.2018
ölçüsü2,56 Mb.
#65284
növüYazı
1   ...   68   69   70   71   72   73   74   75   ...   162

Rüfət Göyüşov 

müqaviləsi üzrə borcalan eynicinsli, eyni keyfiyyətli, eyni miqdarda 

əşyalar  şəklində  qaytarmalı  olduğu  təqdirdə,  əvəzsiz  istifadə 

müqaviləsində istifadəçi məhz verilmiş əşyanı qaytarmalıdır. 

Borc  müqaviləsinin  predmeti  kimi  cinsən  müəyyən  edilən 

əşyalar,  tələb  hüquqları,  milli  və  xarici  valyuta  çıxış  edə  bilər. 

Daşınmaz əşyalar, mülki dövriyyədən çıxarılmış və mülki dövriyyəsi 

məhdudlaşdırılmış  əşyalar  borc  müqaviləsinin  predmeti  kimi  çıxış 

edə"  bilməzlər.  AR  MM-in  739.2-ci  maddəsinə  görə,  borc 

müqaviləsinin  predmeti  hər  hansı  pul  məbləği  olduqda,  o,  kredit 

müqaviləsi adlandırılır. 

Borc  müqaviləsinin  tərəfləri  kimi  borcverən  və  borcalan  çıxış 

edir. Həm borcverən, həm də borcalan qismində mülki dövriyyənin 

istənilən iştirakçısı həm fiziki şəxslər, həm də hüquqi şəxslər çıxış edə 

bilərlər. 

Borc öhdəliklərinin aşağıdakı növləri vardır: veksel öhdəlikləri, 

istiqrazların buraxılması ilə əlaqədar yaranan borc öhdəlikləri, dövlət 

(bələdiyyə) borc öhdəlikləri. 

1)

 

Veksellər  orderli  qiymətli  kağızlardır,  veksel  verən  onların 



vasitəsilə müəyyən şəxsə müəyyən məbləğ ödəmək barəsində başqa 

şəxsə  (ödəyiciyə)  göstəriş  verir  (köçürmə  vekseli)  və  ya  hər  hansı 

müəyyən  şəxsə  və  ya  bu  şəxsin  sərəncamına  müəyyən  məbləğ 

ödəməyi öhdəsinə götürür (sadə veksel). 

2)

 

İstiqraz  şəklində  borc  öhdəliyi.  İstiqraz,  onun  sahibinin  onu 



buraxmış  şəxsdən  istiqrazda  nəzərdə  tutulan  müddətdə  istiqrazın 

nominal dəyərini və  ya başqa əmlak ekvivalentini almaq hüququnu 

təsdiqləyən  qiymətli  kağızdır.  İstiqraz  onun  sahibinə,  həmçinin 

istiqrazın  nominal  dəyərindən  faiz  almaq  hüququ  və  ya  digər  əşya 

hüquqları  verə  bilər.  Faiz  ödənişlərini  nəzərdə  tutmayan  istiqraz 

faizsiz istiqraz hesab olunur. 

3)

 

Dövlət (bələdiyyə) borcu - müqaviləsi üzrə borc alan qismində 



ya  bütövlükdə  dövlət,  ya  da  onun  subyekti  və  yaxud  bələdiyyələr 

çıxış edir. Bu cür müqavilələr bağlanarkən dövlət 

220 



IX fəsil. Borc və kredit müqavilələri 

şüurlu  olaraq  öz  daxili  borclanmasını  artırır.  Bu  borcun  son  həddi 

növbəti  maliyyə  ili  ilə  əlaqədar  qəbul  olunan  büdcə  qanunu  ilə 

məhdudlaşdırılır.  Dövlətin  daxili  borcunun  həcminə:  dövlətin  borc 

qiymətli kağızlarının əsas nominal məbləği, dövlət tərəfindən alınan 

kreditlər  üzrə  əsas  borcun  həcmi,  dövlət  tərəfindən  digər  büdcə 

səviyyələrində  alınmış  büdcə  kreditləri  üzrə  əsas  borcun  həcmi, 

dövlət  qarantiyaları  üzrə  öhdəliklərin  ümumi  həcmi  aiddir. 

Azərbaycan Respublikasının dövlət borcu dövlətin sərəncamında olan 

bütün  əmlakla  təmin  olunur.  Dövlət  borcu  müqaviləsi  qoşulma 

müqaviləsi  olmaqla  dövlətin  müəyyən  etdiyi  şərtlər  daxilində 

borcverənlər  tərəfindən  dövlətin  buraxdığı  istiqrazların  və  digər 

qiymətli kağızların alınması ilə bağlanılır. 

Borc müqaviləsi məqsədli və məqsədsiz ola bilər. Məqsədli borc 

müqaviləsi  dedikdə,  alınmış  vəsaitlərin  müqavilədə  nəzərdə  tutulan 

istiqamətlərdə  istifadəsini  nəzərdə  tutan  şərtlərlə  bağlanılan  borc 

müqaviləsi başa düşülür. Kredit müqaviləsindən fərqli olaraq adi borc 

müqaviləsi  əksər  hallarda  məqsədsiz  olaraq  bağlanılır.  Lakin 

tərəflərin  hüququ  var  ki,  borc  müqaviləsində  vəsaitlərdən  istifadə 

məqsədlərini  müəyyən  edən  şərtlər  nəzərdə  tutsunlar.  Bu  cür 

müqavilələr əsasən kommersiya təşkilatları arasında bağlanılan borc 

müqavilələrində  rast  gəlinir.  Məsələn,  kənd  təsərrüfatı  sahəsində 

fəaliyyət göstərən təşkilatlarda biri digərinə şəxsi istehlak məqsədləri 

üçün deyil, məhz təkrar istehsal, yəni əkin üçün müəyyən miqdarda 

buğda  verir  və  bu  şərt  müqavilədə  mühüm  şərt  olaraq  göstərilir. 

Yaxud hər hansı müəssisə öz işçisinə yaşayış şəraitini yaxşılaşdırması 

üçün  müəyyən  məbləğdə  borc  verir.  Bu  halda  borcverən  verilmiş 

borcun hansı istiqamətlərdə xərclənməsinə nəzarəti həyata keçirmək 

hüququ  əldə  edir.  Alınmış  borcun  təyinatı  üzrə  istifadə  edilməməsi 

borcalanın  əmlak  vəziyyətinin  pisləşməsindən  xəbər  verir  ki,  bu  da 

gələcəkdə onun qaytarılması təhlükəsini yaradır. Belə olduğu təqdirdə 

isə AR MM-in 743-cü maddəsinə əsasən, borcverən borcun qayta- 

221 



Rüfət Göyüşov 

nlmasmı  tələb  etmək  hüququna  malikdir.  Belə  ki,  həmin  normaya 

əsasən,  əgər  borcalanm  əmlak  vəziyyəti  əhəmiyyətli  dərəcədə 

pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, 

borcverən  borcun  dərhal  qaytarılmasını  tələb  edə  bilər.  Bu  hüquq, 

həmçinin,  borcalanm  əmlak  vəziyyəti  müqavilə  bağlan-  mazdan 

əvvəl  pisləşdikdə,  borcverənə  isə  bu  yalnız  borc  müqaviləsi 

bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. 

Borc  müqaviləsi  həm  şifahi,  həm  də  yazılı  formada  bağlanıla 

bilər.  Bununla  əlaqədar  qayda  AR  MM-in  740-cı  maddəsində 

nəzərdə  tutulmuşdur.  Orada  qeyd  olunur  ki,  borc  müqaviləsi  şifahi 

bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə 

bilər. 

Borc müqaviləsinin hansı hallarda şifahi və hansı hallarda yazılı 



olması  ilə  əlaqədar  qanunverici  hər  hansı  bir  qayda  müəyyən 

etməmişdir'  və  bu  məsələnin  həllini  tərəflərin  ixtiyarına  buraxır. 

Hesab  edirik  ki,  qeyd  olunan  məsələdə  bizim  qanunverici-  nin 

yanaşması  daha  mütərəqqidir  və  mülki  hüquqi  tənzimetmə-  nin 

tələblərinə cavab verir. 

9.2.

 

Kredit müqaviləsinin anlayışı və əlamətləri 

Kredit müqaviləsi AR MM-də ayrıca müqavilə növü kimi deyil, 

ümumi  borc  müqaviləsi  adı  ilə  əhatə  olunur.  Kredit  müqaviləsinin 

tənzimlənməsi  ilə  əlaqədar  qaydalar  AR  MM-i  ilə  yanaşı,  müvafiq 

icra hakimiyyəti orqanlarının kreditlərin verilmə 

'  Bir  sıra  ölkələrin  qanunvericiliklərində  borc  müqaviləsinin  yazılı  formada 

bağlanılması  və  yalnız  müəyyən  şərtlər  daxilində  şifahi  ola  bilməsi  qaydası  nəzərdə 

tutulmuşdur.  Məsələn,  Rusiya  Federasiyası  Mülki  Məcəlləsinin  808.1-ci  maddəsində 

müəyyən  olunmuş  qaydaya  görə  yalnız  vətəndaşlar  arasında  minimum  əmək  haqqı 

məbləğinin  on  mislindən  az  olan  məbləğdə  bağlanılan  borc  müqavilələri  şifahi 

bağlanıla bilər. Qalan hallarda isə borc müqaviləsi yazılı bağlanılmalıdır. 

222 



Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə