Yazılmışdır. Bu kitabda mülki hüquq münasibətlərinin yaranmasında aparıcı



Yüklə 2,56 Mb.
Pdf görüntüsü
səhifə69/162
tarix29.08.2018
ölçüsü2,56 Mb.
#65284
növüYazı
1   ...   65   66   67   68   69   70   71   72   ...   162

VIII fəsil. Lizinq müqaviləsi 

hüquqların  həcmi, lizinq  obyektinin  verilmə  yeri və qaydası,  lizinq 

müqaviləsinin  müddəti,  lizinq  verənin  balans  uçotunun  qaydası, 

lizinq  obyektinin  saxlanması  və  təmiri,  lizinq  verənin  göstərəcəyi 

əlavə xidmətlərin siyahısı, lizinq ödənişinin ümumi məbləği şərtlərini 

aid edir (bax. AR MM, mad. 748.2). Bu o deməkdir ki, tərəflər lizinq 

müqaviləsini  bağlayarkən  ənənəvi  şərtlərlə  yanaşı,  AR  MM-in 

748.2-ci  maddəsində  göstərilən  qeyri-  ənənəvi  şərtlər  barədə  də 

(məsələn,  lizinq  obyekti  üzrə  verilən  hüquqların  həcmi,  lizinq 

obyektinin  verilmə  yeri  və qaydası,  lizinq  verənin balans uçotunun 

qaydası,  lizinq  obyektinin  saxlanması  və  təmiri,  lizinq  verənin 

göstərəcəyi əlavə xidmətlərin siyahısı) razılıq əldə etməlidirlər. Əks 

halda  müqavilə  bağlanmamış  hesab  olunaeaqdır.  Qanunverici 

tərəfindən lizinq müqaviləsinin mühüm şərtləri siyahısının bu qədər 

geniş  müəyyən  olunmasının  lizinq  münasibətlərinin  inkişafı 

baxımından  maneə  ola  biləcəyini  düşünürük.  Belə  çıxır  ki,  qeyd 

olunan şərtlərdən hər hansı biri haqqında razılığın əldə olunmaması 

sonradan  müqavilənin  etibarsız  hesab  olunması  səbəblərindən  biri 

kimi  çıxış  edə  bilər.  Odur  ki,  lizinq  münasibətlərinin  davamlılığı 

baxımından, digər mülki hüquqi müqavilələrin əksəriyyətində olduğu 

kimi, yalnız müqavilənin predmeti (lizinq obyektinin dəqiq təsviri), 

müddəti  və  qiyməti  (lizinq  ödənişinin  ümumi  məbləği)  haqqında 

şərtlərin  lizinq  müqaviləsinin  mühüm  şərtləri  sırasına  aid  edilməsi 

daha məqsədəmüvafiq olardı. 

Lizinq  müqaviləsinin  qiyməti  dedikdə,  lizinq  ödənişləri  başa 

düşülür'.  AR  MM-in  748-10.1-ci  maddəsinə  görə,  lizinq 

müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə 

ödənişlərin  ümumi  məbləği  lizinq  ödənişləri  hesab  edilir.  Lizinq 

ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq ob- 

' Гражданское право: Учебник / Под. род. А.П.Сергеева, Ю.К.Толстого. 

Том 2. М.: Проспект, 2003, с.236. 

211 



Rüfət Göyüşov 

yektindən  istifadəyə  görə  onun  tərəfindən  lizinq  verənin  xeyrinə 

həyata keçirilən ödənişlərdir. 

Lizinq  ödənişlərinin  ümumi  məbləği  AR  MM-in  748-1-ci 

maddəsində müəyyən olunmuşdur. Bura aşağıdakılar daxildir: lizinq 

obyektinin  amortizasiya  ödənişləri;  lizinq  obyektinin  əldə  edilməsi 

ilə  bağlı  zəruri  xərclər;  lizinq  obyektini  əldə  etmək  üçün  alınan 

kreditə  görə  faiz;  lizinq  verənin  mükafatının  məbləği;  sığorta 

olunubsa,  sığorta  üçün  ödənilən  məbləğ;  lizinq  verənin  əlavə 

xidmətlərinin haqqı; müqavilədə nəzərdə tutulmuş digər xərclər. 

Ümumilikdə  lizinq  ödənişlərini  iki  qrupda  birləşdirmək  olar; 

birincişi, xərclərin ödənilməsi; ikincisi, lizinq verənin gəliri. Xərclər 

sırasına lizinq  verən tərəfindən lizinq  predmetinin əldə edilməsi və 

lizinqə  verilməsi  həmçinin  müqavilədə  nəzərdə  tutulan  digər 

xidmətlərin  göstərilməsi  ilə  əlaqədar  bütün  xərclər  aiddir.  Gəlir 

dedikdə,  çəkilmiş  xərclərin  üstündə  lizinq  verənə  ödənilən  lizinq 

müqaviləsində nəzərdə tutulan pul məbləği başa düşülür. 

AR  MM-in  748-10.4-ci  maddəsinə  görə,  lizinq  alanın  lizinq 

ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı 

qayda  nəzərdə  tutulmayıbsa,  lizinq  alanın  lizinq  obyektindən 

istifadəyə  başladığı  vaxtdan  qüvvəyə  minir.  Lizinq  müqaviləsində 

lizinq ödənişlərinə lizinq obyektindən istifadəyə başlanıldığı vaxtdan 

6 ay (180 gün) keçənədək möhlət verilməsi nəzərdə tutula bilər. 

8.5.

 

Lizinq müqaviləsi üzrə tərəflərin hüquq və vəzifələri 

Lizinq müqaviləsinin məzmunu adi icarə (kirayə) müqaviləsinin 

məzmunundan,  əsasən,  lizinq  verənin  öhdəlikləri  və  hüquqları 

nöqteyi-nəzərindən  fərqlənir.  Lizinq  verənin  hüquq  və  vəzifələri 

aşağıdakılardır: 

Lizinq verən müqavilədə nəzərdə tutulan əmlakı hazırlamağa və 

ya əldə etməyə borcludur (bax. AR MM, mad.747.2). Lizinq verən 

lizinq predmetini alqı-satqı müqaviləsi əsasında əldə edir. Odur ki, 

212 



VIII fəsil. Lizinq müqaviləsi 

bu  halda  lizinq  nıüaviləsi  alqı-salqı  müqaviləsinin  əsas  şərtlərini 

özündə  əks  etdirmiş  olacaqdır.  Lizinq  müqaviləsində  əsas  şərtlərlə 

yanaşı, lizinq obyektinin lizinq verən tərəfindən xüsusi olaraq lizin- 

qə  verilməsi  üçün  əldə  edilməsi  və  lizinq  müqaviləsində  ayrı  hal 

nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektinin satıcısı ilə lizinq 

verən arasında bağlanılan alqı-satqı müqaviləsindən irəli gələn alıcı 

hüquqlarına malik olması barədə şərtlər olmalıdır. 

Lizinq  verən  lizinq  obyekti  olan  əmlakı  lizinq  alana  lizinq 

müqaviləsinin  şərtlərinə  və  həmin  əmlakın  təyinatına  uyğun  halda 

(vəziyyətdə) təqdim etməlidir (bax. AR MM, mad.748-1.1), 

Lizinq obyekti olan əmlakın əsaslı təmiri, əgər lizinq müqaviləsi 

ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq verən tərəfindən aparılır 

(bax. AR MM, mad. 748-1.7). 

Lizinq  alan  lizinq  obyektini  qaytarmayıbsa  və  ya  vaxtında 

qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək 

hüququ vardır (bax. AR MM, mad.748-1.9). 

Lizinq  verənin  aşağıdakı  hallarda  pul  məbləğlərini  və  lizinq 

obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini 

vaxtından  əvvəl  ləğv  etmək  hüququ  vardır  (bax.  AR  MM, 

mad.748-1.12): 

-

 



lizinq  alanın  lizinq  obyektindən  istifadə  şəraiti  lizinq 

müqaviləsinin  şərtinə  və  ya  lizinq  obyektinin  təyinatına  uyğun 

deyilsə; 

-

 



lizinq  alan  lizinq  verənin  icazəsi  olmadan  sublizinq  həyata 

keçirirsə; 

-

 

lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun 



istehlak keyfiyyətlərini pisləşdirirsə

-

 



lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə 

nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq 

ödəmirsə. 

Lizinq  verən  müvəqqəti  sahibliyə  və  istifadəyə  verilən  lizinq 

obyektini lizinq müqaviləsi bağlanarkən şərtləşdirilmiş və ya lizinq 

alana  əvvəlcədən  məlum  olan,  yaxud  lizinq  alanın  lizinq  obyektini 

nəzərdən keçirərkən və ya lizinq müqaviləsinin bağlan 

213 



Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə