Yazılmışdır. Bu kitabda mülki hüquq münasibətlərinin yaranmasında aparıcı



Yüklə 2,56 Mb.
Pdf görüntüsü
səhifə65/162
tarix29.08.2018
ölçüsü2,56 Mb.
#65284
növüYazı
1   ...   61   62   63   64   65   66   67   68   ...   162

VIII fəsil. Lizinq müqaviləsi 

VIII

 

FƏSİL. Lizinq müqaviləsi 

8.1.

 

Lizinq müqaviləsinin anlayışı və formaları 

Lizinq  müqaviləsinin  anlayışı  AR  MM-in  747.1-ci  maddəsində 

aşağıdakı  kimi  verilmişdir.  Lizinq  müqaviləsinə  görə  lizinq  verən 

müəyyən  əşyanı  müqavilə  ilə  şərtləşdirilmiş  müəyyən  haqla, 

müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq 

hüququnun  verilməsi  də  daxil  olmaqla)  lizinq  alanın  istifadəsinə 

verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd 

ödəməyə borcludur. 

Lizinq  müqaviləsinin  AR  Mülki  Məcəlləsi  ilə  tənzimlənən  əsas 

formalarına  daxili  və  beynəlxalq  lizinq  aiddir.  Daxili  lizinq 

münasibətlərinin 

iştirakçıları 

Azərbaycan 

Respublikası 

rezidentləridir.  Beynəlxalq  lizinq  müqaviləsində  isə  lizinq  verən, 

yaxud  lizinq  alan  (yaxud  da  onların  hər  ikisi)  Azərbaycan 

Respublikasının qeyri-rezidentləridirlər (bax. AR MM, mad.747-3). 

Beynəlxalq  lizinq  münasibətləri  beynəlxalq  maliyyə  lizinqi 

haqqında  28  may  1988-ci  il  tarixində  Ottavada  imzalanmış 

UNİDRUA Konvensiyası ilə tənzimlənir. Qeyd olunan Konvensiya, 

əsasən,  beynəlxalq  maliyyə  lizinqi  sahəsində  münasibətlərin 

tənzimlənməsi  məqsədinə  xidmət  edir  ki,  burada  müqavilə 

tərəflərindən  (lizinq  alan  və  ya  lizinq  verən)  biri  kimi  hər  zaman 

qeyri-rezident çıxış edir'. 

'  Lizinqin  beynəlxalq  tənzimlənməsi  məsələlərinin  həlli  Xüsusi  hüququn  unifı- 

kasiyası üzrə beynəlxalq institutun (UNİDROİT) üzərinə qoyulmuşdur. 1974-cü ildə bu 

institutun nəzdində beynəlxalq lizinq üzrə unifikasiya edilmiş qaydalar məcmuəsinin 

hazırlanması üçün qrup  yaradılmışdır. Görülmüş iş 1988-ci ildə Ottavada diplomatik 

konfransla nəticələnmişdir. 55 dövlətin iştirak etdiyi bu konfransda Beynəlxalq maliyyə 

lizinqi haqqında Konvensiya qəbul edilmişdir. 

Bax.

http://www.ifc.org/ifccxt/aldp.nsf/AttachmentsByTitle/ProjectMater



 

ials03/$FILE/03.pdf. 

Fuad 

Məmmədov. 



Azərbaycanda 

lizinqin 

hüquqi 

tənzimlənməsində mövcud olan problemlər və bunların həlli məsələləri. 



199 


Rüfət Göyüşov 

Lizinq münasibətlərinin üstünlüyü bazar iqtisadiyyatı ölkələrində 

bu  müqavilə  növündən  istifadənin  yayılması  ilə  nəticələnmişdir. 

Xarici  ölkə  investorlarının  Azərbaycana  yatırımları,  istehsal 

münasibətlərinin  inkişafı  Respublikamızın  Beynəlxalq  maliyyə  li- 

zinqi haqqında Ottava Konvensiyasına qoşulmasını zəruri edir. 

Azərbaycan  Respublikasında  lizinq  münasibətləri  Mülki 

Məcəllənin  "Lizinq"  adlandırılan  38-ci  fəsli',  bu  fəsillə 

tənzimlənməmiş hissəsi isə 33-cü və 34-cü fəsilləri ilə tənzimlənir. 

Belə  ki,  AR  Mülki  Məcəlləsinin  751-ci  maddəsində  müəyyən 

olunmuş  qaydaya  əsasən,  lizinq  barəsində  əmlak  kirayəsi 

müqaviləsinin  Mülki  Məcəllənin  747-750-ci  maddələrinə  zidd 

olmayan  qaydaları  tətbiq  edilir.  Lizinq  münasibətlərinə  əmlak 

kirayəsini  tənzimləyən  müddəaların  tətbiq  edilməsi  Azərbaycan 

Respublikasında lizinqdən daha geniş sahələrdə istifadə imkanlarını 

təmin edir. Bəzi xarici ölkələrin qanunvericiliklərindən fərqli olaraq 

(Rusi-  yay  Qazaxıstan  və  s.)  Azərbaycanda  əmlak  lizinqə  yalnız 

sahibkarlıq  məqsədləri  üçün  deyil,  həmçinin  məişət  və  sosial 

məqsədlər  üçün  verilə  bilər.  Çünki  AR  MM-in  675-ci  maddəsində 

nəzərdə tutulur ki, əmlak kirayəsi müqaviləsinə görə kirayəyə verən 

əşyanı kirayəçinin istifadəsinə verir, kirayəçi isə bunun müqabilində 

kirayə  verənə  kirayə  haqqı  ödəyir.  Bu  cəhətdən  Azərbaycan 

qanunvericiliyi Almaniya qanunvericiliyi ilə oxşarlıq təşkil edir. Belə 

ki,  Almaniya  qanunvericiliyinə  görə  lizinq  müqaviləsi  subyektlər 

arasında  yalnız  sahibkarlıq  məqsədləri  üçün  deyil,  digər  məqsədlər 

üçün də istifadə edilə biləri. 

'  "Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsinə  əlavələr  və  dəyişikliklər 

edilməsi haqqında" 17 iyun 2003-cü il tarixli AR Qanunu qüvvəyə minənədək lizinq 

münasibətləri "Lizinq xidməti haqqında" 29 noyabr 1994-cü il tarixli AR Qanunu ilə 

tənzimlənirdi. 

^  Бах.  Гражданское  право.  Том  II.  Полутом  1;  Учебник  /  Отв.ред.проф. 

Е.А.Суханов - М.: Волтере Клувер, 2004, стр.411. 

^ Бах. Н.И.Шпитлер. Практический лизинг. М.,1991, с.18 

200 



VIII fosil. Lizinq müqaviləsi 

Lizinq münasibətləri Mülki Məcəllə ilə yanaşı, Vergi Məcəlləsi 

ilə də tənzimlənir. AR Vergi Məcəlləsinin 140-cı maddəsi "maliyyə 

lizinqi"  adı  ilə  verilmişdir.  Qeyd  olunan  norma  əmlak  icarəsinin 

maliyyə  lizinqinə  aid  edilməsi  hallarını  müəyyən  edir.  Maliyyə 

mütəxəssisləri hesab edirlər ki, Vergi Məcəlləsinin 140-  cı maddəsi 

Mülki Məcəllənin lizinq münasibətlərini tənzimləyən müddəaları ilə 

ziddiyyət  təşkil  edir.  Onlar  fikirlərini  belə  əsaslandırırlar  ki,  həmin 

norma  Vergi  Məcəlləsinin  tənzimlədiyi  münasibətlərin  dairəsini 

müəyyən  edən  1-ci  maddəsi  ilə  ziddiyyət  təşkil  edildiyindən  mülki 

hüquqi tənzimləmə elementlərini daşıyır. Vergi Məcəlləsində yalnız 

lizinqin  vergiqoyma  məsələlərinin  xüsusiyyətləri,  vergi  güzəştləri 

(belələri nəzərdə tutulduqda) müəyyən edilməlidir. Digər məsələlər 

isə mülki qanunvericiliklə tənzimlənməlidir'. 



8.2.

 

Lizinq müqaviləsinin 

tətbiqi sahəsi və hüquqi təbiəti 

Lizinq  müqaviləsinin  geniş  tətbiqini  şərtləndirən  əsas  səbəb  bu 

müqavilə vasitəsilə sahibkarlıq sahəsində sənaye və digər xarakterli 

yeni avadanlıqlardan istifadə edilməsi və gələcəkdə bu avadanlıqların 

əldə  olunması  imkanının  təmin  olunmasıdır.  Lizinq  verən  öz 

vəsaitləri  üzərində  sərfəli  surətdə  sərəncam  verərək  lizinq  alanın 

göstərişi ilə hər hansı əmlakı əldə edir (satıcıdan) və onu lizinq alana 

icarəyə verir. Lizinq verən isə lizinq ödənişləri vasitəsilə həm lizinq 

predmetinin dəyərini, həm də istifadə haqqını ödəməklə, bu əmlakdan 

istifadə edir. Əmlakın əldə olunma- 

'  Bax.http;//

www.ifc.org/ifcext/aldp.nsf/AttachmentsByTitle/Project

  Materials03/ 

$FILE/03.pdf.  Fuad  Mammədov.  Azərbaycanda  lizinqin  hüquqi  tənzimlənməsində 

mövcud  olan  problemlər  və  bunların  həlli  məsələləri.  Azərbaycanda  lizinqin  ibkişafı 

layihəsi Beynəlxalq Maliyyə Korporasiyası. 

201 



Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə