Yazılmışdır. Bu kitabda mülki hüquq münasibətlərinin yaranmasında aparıcı



Yüklə 2,56 Mb.
Pdf görüntüsü
səhifə61/162
tarix29.08.2018
ölçüsü2,56 Mb.
#65284
növüYazı
1   ...   57   58   59   60   61   62   63   64   ...   162

VII fəsil. Əvəzsiz istifadə müqaviləsi 

VII

 

FƏSİL. Əvəzsiz istifadə müqaviləsi 

7.1.

 

Əvəzsiz istifadə müqaviləsinin anlayışı 

AR  Mülki  Məcəlləsinin  732-ci  maddəsində  aşağıdakı  kimi 

verilmişdir;  Əvəzsiz  istifadə  müqaviləsinə  görə,  hər  hansı  əşyanı 

kirayəyə  verən  onu  kirayəçinin  istifadəsinə  verməyi  öhdəsinə 

götürür,  kirayəçi  isə  həmin  əşyanı  kirayəyə  verənə  qaytarmağı 

öhdəsinə  götürür,  özü  də  bu  öhdəlikləri  iştirakçılar  əvəzsiz  icra 

etməlidirlər. 

Əvəzsiz  istifadə  (ssuda)'  müqaviləsinin  tarixi  qədimdir.  Zəif 

inkişaf  etmiş  maddi  mədəniyyətlərdə  gündəlik  məişətdə  ssuda 

müqaviləsi alqı-satqı müqaviləsi ilə müqayisədə daha çox işlədilirdi. 

Təsadüfü  deyil  ki,  Roma  hüququnda  ssuda  (commonda-  tum) 

müqaviləsi ən qədim müqavilələrdən birinə aid edilirdi və ona həsr 

edilmiş  normalar  keçən  min  illər  ərzində  yalnız  cüzi  dəyişikliyə 

məruz  qalmışdır.  Bunun  üçün  bizim  Mülki  Məcəllənin  ssuda 

müqaviləsini  tənzimləyən  normalarının  məzmunu  ilə  Avropa 

qanunlarının  və  Roma  hüququnun  müvafiq  müddəalarının 

məzmununu  müqayisə  etmək  kifayətdir.  Bu  onu  təsdiq  edir  ki, 

əvəzsiz  istifadə  müqaviləsinin  müddəaları  ilə  tənzimlənən  sadə 

məişət məsələlərinə bir çox ölkələrdə eyni qayda tətbiq olunurh 

Ssuda  müqaviləsi  əvəzsiz  xarakterlidir.  Məhz  bu  əlamət  bu 

müqaviləni  kirayə  müqaviləsindən  fərqləndirən  əsas  əlamətdir. 

Müqavilənin əvəzsiz xarakteri tərəflər arasında vəzifə bölgüsün- 

‘  Hüquq  ədəbiyyatlarında  əvəzsiz  istifadə  müqaviləsinin  ikinci  adı  kimi  ssuda 

müqaviləsi terminindən istifadə edilir. Бах.: Гражданское право: Учебник / Под. ред. 

А.П.Сергеева,  Ю.К.Толстого.  Том  2.  М.:  Проспект,  2003,  səh.342;  Гражданское 

право.  Том  II.  Полутом  1:  Учебник  /  Отв.ред.проф.  Е.А.Суханов  -  М.:  Волтере 

Ю

1

увер, 2004, səh.419 vəs. 



- Гражданское право: Учебник / Под. ред. А.П.Сергеева, Ю.К.Толстого. Том 

2. М.: Проспект, 2003, с.342. 



187 


Rüfət Göyüşov 

də və kirayəyə verənin məsuliyyətinin məhdud olmasında öz əksini 

tapır.  Belə  ki,  əvəzsiz  istifadə  müqaviləsi  üzrə  kirayəçi  ilə 

müqayisədə  kirayəyə  verən  daha  az  məsuliyyət  daşıyır.  Kirayəyə 

verənin  məsuliyyəti  yalnız  qəsd  və  kobud  ehtiyatsızlıq  nəticəsində 

kirayəçiyə dəyən real zərərə görə müəyyən olunur (gözlənilən gəlir 

və  əldən  çıxmış  fayda  bura  aid  deyil).  Bu  onunla  əlaqədardır  ki, 

kirayəyə verən müqavilənin əvəzsiz xarakterinə uyğun olaraq heç bir 

fayda  əldə  etmir  və  elə  buna  görə  də  kirayəçi  birtərəfli  qaydada 

faydalandığı üçün, adi kirayə və icarə müqavilələrində olduğu kimi, 

kirayəyə verənə qarşı əlavə tələblər irəli sürə bilməz. 

Əvəzsiz  istifadə  müqaviləsi  bağlanma  qaydasından  asılı  olaraq 

konsensual və real xarakterli ola bilər. Belə ki, əgər tərəflər nəzərdə 

tutsalar ki, əşya istifadəyə müqavilə bağlandıqdan sonra veriləcək, o 

zaman  bu  müqavilə  konsensual  xarakterli  olur.  Yox,  əgər 

müqavilənin bağlanması anı əşyanın verilməsi ilə müşahidə olunursa, 

onda bu müqavilə real xarakterli olacaqdır'. 

Əvəzsiz istifadə müqaviləsi  qarşılıqlı  xarakterlidir. Konsensual 

ssuda  müqaviləsində  tam  olaraq  sinelaqma  var.  Hər  iki  tərəf  bu 

müqavilə  çərçivəsində  bərabər  əhəmiyyətli  hüquq  və  vəzifələr 

daşıyır’.  Belə  hüquq  və  vəzifələr  kimi,  əşyanı  istifadəyə  vermək 

(kirayəyə verən üçün) və əşyanın istifadəyə verilməsini tələb etmək 

(kirayəçi  üçün),  müqavilənin  müddəti  bitdikdə  isə  onun  geri 

qaytarılmasını  tələb  etmək  (kirayəyə  verən  üçün)  və  onu  geri 

qaytarmaq vəzifəsi (kirayəçi üçün) çıxış edir. 

Rus  alimlərindən  V.S.Em  əvəzsiz  istifadə  müqaviləsinin 

qarşılıqlı  olması  fikri  ilə  razılaşmayaraq  qeyd  edir  ki,  konsensual 

xarakterli  əvəzsiz  istifadə  müqaviləsi  ikitərəfli  olsa  da  qarşılıqlı 

xarakterli deyildir. Müəllif fikrini onunla əsaslandırır ki, ssuda 

' Гражданское право: Учебник / Под. ред. А.П.Сергеева, Ю.К.Толстого. Том 

2. М.: Проспект, 2003, с.343. 

^ Yenə orada, səh. 343. 



188 


VII fəsil. Əvəzsiz istifadə müqaviləsi 

verənin  əşyanı  vermək  öhdəliyi  ssuda  alanın  bu  əşyanı  istifadəyə 

verməyi tələb etmək hüququ ilə müşahidə olunmur. Müqavilə əvəzsiz 

xarakterli  olduğu  üçün  ssuda  verənin  əşyanın  əvəzsiz  istifadəyə 

verilməsi  ilə  əlaqədar  öhdəliyini  yerinə  yetirməməsi  müqabilində 

ssuda  alan  əşyanın  naturada  verilməsini  tələb  edə  bilməz  və  yalnız 

müqavilənin  icra  edilməməsi  ilə  əlaqədar  vurulmuş  ziyanın 

ödənilməsini tələb edə bilər'. Lakin bu fikirlə, həm razılaşmaq, həm 

də  razılaşmamaq  olar.  Razılaşmaq  olmaz  ona  görə  ki,  əgər 

müqavilənin  ikitərəfli  olmasını  qəbul  ediriksə,  o  zaman  hüquq  və 

vəzifələr də sözsüz ki, qarşılıqlı olacaqdır. Razılaşmaq olar ona görə 

ki,  predmeti  fərdən  müəyyən  olunan  əşya  olan  öhdəliklər  üzrə  AR 

MM-in  452.1-ci  maddəsində  müəyyən  olunan  qaydaya  əsasən, 

fərdi-müəyyən  əşyanı  kreditorun  mülkiyyətinə  və  ya  əvəzli 



istifadəsinə  vermək  öhdəliyi  icra  edilmə-  dikdə,  kreditor  həmin 

əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan 

şərtlərlə  ona  verilməsini  tələb  edə  bilər.  Odur  ki,  əvəzsiz  istifadə 

müqaviləsi  üzrə  ssuda  alan  (kirayəçi)  əmlakın  borclunun  əlindən 

alınmasını  və  öhdəlikdə  nəzərdə  tutulan  şərtlərlə  ona  verilməsini 

tələb edə bilməz. Deməli, müqavilə qarşılıqlı xarakterli deyildir. 

Real  ssuda  müqaviləsi  isə  qismən  qarşılıqlı  xarakter  daşıyır. 

Kirayəyə verən bu halda istifadəyə verilən əşyanın çatışmazlığı üçün 

məsuliyyət  daşıyır.  Lakin  ssuda  alanın  əşyanı  lazımı  qaydada 

qaytarmaq  vəzifəsi  ilə  müqayisədə  ssuda  verənin  qeyd  olunan 

vəzifəsi  ikinci  dərəcəlidir  və  heç  də  bütün  ssuda  müqavilələrində 

istifadə olunmur. Yəni burada yarımçıq sinelaqma vardır. 

Ssuda  müqaviləsinin  məqsədi  əşyanı  müvəqqəti  istifadəyə 

verməkdən ibarətdir. Ssuda alanın bu əşyaya ehtiyacı vardır və 

'  Гражданское  право.  Том  II.  Полутом  1:  Учебник  /  Отв.ред.проф. 

Е.А.Суханов - М.: Волтере Ю

1

увер, 2004, стр. 419, 420. 



^ Гражданское право: Учебник / Под. ред. А.П.Сергеева, Ю.К.Толстого. Том 

2. М.: Проспект, 2003, с.343. 



189 


Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə