VI fəsil. İcarə müqaviləsi
214 nömrəli qərarı ilə təsdiq edilmişdir. Bu qayda meşə fondu
torpaqlarının meşə istifadəçilərinə - fiziki və hüquqi şəxslərə (bundan
sonra icarəçi adlandırılır) icarəyə verilməsini tənzimləyir. Qaydaların
2-ci maddəsində göstərilir ki, meşə fondu torpaqlarının icarəyə
verilməsini aşkarlıq şəraitində, müvafiq ərazidə yaşayan əhalinin
mənafeyini nəzərə almaqla Azərbaycan Respublikasının Ekologiya
və Təbii Sərvətlər Nazirliyi həyata keçirir.
Meşə fondu torpaqlarının icarəyə götürülməsi üçün icarəçi
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyinə ərizə ilə müraciət etməlidir. Ərizəyə baxılarkən imtiyazlı
şəxslərə üstünlük verilir. Ərizədə icarəçinin soyadı, adı, atasının adı,
ünvanı, meşə fondu torpaqlarının istənilən yeri göstərilir.
Təqdim olunan ərizə Azərbaycan Respublikasının Ekologiya və
Təbii Sərvətlər Nazirliyi tərəfindən xüsusi kitabda qeydə alınmaqla
qəbul edilir, baxılır və imtina üçün əsas olmadıqda qeydə alındığı
gündən başlayaraq bir ay müddətindən gec olmamaqla icarəçi ilə
icarə müqaviləsi bağlanılır.
İcarə müqaviləsi üç nüsxədən ibarət tərtib olunur, onun iki
nüsxəsi müvafiq olaraq Azərbaycan Respublikasının Ekologiya və
Təbii Sərvətlər Nazirliyində və aidiyyəti yerli meşə təsərrüfatı
orqanında saxlanılır, üçüncü nüsxəsi isə icarəçiyə verilir.
Müqavilə əsasında torpaq üzərində icarə hüququ qanunvericiliklə
müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində
dövlət qeydiyyatına alınır.
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi ərizəyə baxarkən məsələyə dair yerli meşə təsərrüfatı
orqanlarının rəyini və şərtlərini əsas tutmalıdır'.
Meşə icarəsi müqaviləsinə xitam verilməsi. İcarəçi rəsmi ərizə
əsasında meşə fondu torpaqlarından icarə hüququndan imtina
etdikdə, icarə müqaviləsinin müddəti başa çatdıqda, fəaliyyəti
' Bax. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 17 oktyabr tarixli
214 nömrəli qərarı. 4-cü bənd.
175
Rüfət Göyüşov
dayandıqda, Azərbaycan Respublikasının Meşə Məcəlləsində və
digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda və qaydada
onun meşə fondu torpaqlarından icarə hüququna Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən
xitam verilir.
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi meşə fondu torpaqlarından icarə hüququna yalnız aşağıdakı
hallarda məcburi xitam verə bilər:
-
icarəçi
tərəfindən Azərbaycan Respublikasının meşə
qanunvericiliyi pozulduqda;
-
fövqəladə vəziyyət törədən qəza, təbii fəlakət və bu kimi başqa
hadisələr baş verdikdə;
-
icarəçi tərəfindən meşə fondu torpaqlarının icarə haqqının
müəyyən olunmuş müddətdə ödənilmədikdə;
-
icarəçi tərəfindən icarə müqaviləsində nəzərdə tutulmuş şərtlər
pozulduqda;
-
icarəçi tərəfindən yanğın təhlükəsizliyi qaydalarına əməl
edilmədikdə;
Meşə fondu torpaqlarından icarə hüququna xitam verilməsi
barədə icarəçiyə rəsmi xəbər verilir.
İcarə müqaviləsinin formasını Azərbaycan Respublikasının
Ekologiya və Təbii Sərvətlər Nazirliyi hazırlayır və təsdiq edir'.
6.6.
Hüquqların icarəsi müqaviləsi
Mülki dövriyyənin digər obyektləri (fərdən müəyyən olunan
daşınar və daşınmaz əşyalar) kimi, hüquqlar da icarə müqaviləsinin
predmeti ola bilərlər. Əvvəlki mövzularda tələblərin və hüquqların
alqı-satqısından söhbət açmışdıq və qeyd edilmişdi ki, AR
' Bax. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 17 oktyabr tarixli
214 nömrəli qərarı. 10, 11, 12-ci bəndlər.
176
VI fəsil. İcarə müqaviləsi
Mülki Məcəlləsinin 193.1-ci maddəsində müəyyən olunan qaydaya
görə, güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya
hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər.
İcarə müqaviləsi əsasında icarəyə verilə bilən hüquqların dairəsi o
qədər də geniş deyildir. Qanunvericilikdə icarə müqaviləsinin
predmeti kimi çıxış edə biləcək hüquqların dairəsi konkret olaraq
göstərilməmişdir. Analogiyaya əsaslanaraq demək olar ki, güzəşt
edilməsi və ya girov qoyulması mümkün olan hüquq icarə
müqaviləsinin predmeti ola bilər. Odur ki, şəxsi xarakterli hüquqlar,
həmçinin aliment hüquqları icarə müqaviləsinin predmeti ola bilməz.
İcarə müqaviləsinin predmeti kimi, əsasən, əmlak xarakterli
hüquqlar çıxış edə bilər ki, buna müəllifin və müəlliflik hüququnun
digər sahibinin iqtisadi xarakterli hüquqları, əmlakdan istifadə
hüquqları (məsələn, girov saxlayanın ona verilmiş girov
predmetindən istifadə hüququ, meşə fondu sahələrindən istifadə
hüquqları və s.) misal göstərmək olar.
İcarəsi bilavasitə qanunvericiliklə qadağan olunmuş hüquqlara
servitut hüququnu aid etmək olar. Belə ki, AR Mülki Məcəlləsinin
255.3-cü maddəsində müəyyən olunmuş qaydaya görə, servitut
alqı-satqmm, girovun və icarənin müstəqil predmeti ola bilməz.
Hüquqi təbiətinə görə servituta yaxın olan uzufrukt hüququ ilə
əlaqədar isə oxşar qayda müəyyən olunmamışdır.
Hüquqların icarəsi müqaviləsinin fərqli cəhətlərindən biri odur ki,
qanunvericiliklə özgəninkiləşdirilməsi qadağan olunan obyektlərlə
əlaqədar hüquqların icarəsi müqaviləsinin bağlanmasına yol verilir.
Belə ki, AR Meşə Məcəlləsinin 11-ci maddəsinə görə, meşələr və
meşə fondunun torpaqları özəlləşdirilmir. Lakin Meşə Məcəlləsində
nəzərdə tutulmuş qaydalar əsasında meşə istifadəçisi' meşə
qanunvericiliyi ilə müəyyən edilmiş hal-
‘ Meşə fondu sahələrindən istifadə hüququ verilən fiziki və hüquqi şəxslər meşə
istifadəçiləridir (bax. AR Meşə Məcəlləsi, mad. 10).
177
Dostları ilə paylaş: |