Yazılmışdır. Bu kitabda mülki hüquq münasibətlərinin yaranmasında aparıcı



Yüklə 2,56 Mb.
Pdf görüntüsü
səhifə53/162
tarix29.08.2018
ölçüsü2,56 Mb.
#65284
növüYazı
1   ...   49   50   51   52   53   54   55   56   ...   162

VI fəsil. İcarə müqaviləsi 

Torpaq  icarəsi  müqaviləsinin  müddəti,  icarə  haqqı  və  digər 

şərtlər. 

AR  Torpaq  Məcəlləsinin  51-ci  maddəsinin  4-cü  bəndinə  əsasən, 

icarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən 

edilir və onlar arasında  qanunvericilikdə müəyyən edilmiş  qaydada 

bağlanılan müqavilədə təsbit olunur. Əgər torpaq icarəsi müqaviləsi 

torpaq  müsabiqəsində  və  ya  hərracında  qalib  gəlmiş  hüquqi  və  ya 

fiziki  şəxslə  bağlanmışdırsa,  o  zaman  icarə  müqaviləsi  torpaq 

müsabiqəsinin  və  ya  hərracının  şərtləri  əsasında  tərtib  olunur  (bax. 

"Torpaq icarəsi haqqında" AR Qanunu, mad.10). 

Bəzi kateqoriyaya aid dövlət torpaqlarının icarə müddətinin aşağı 

və  yuxarı  həddi  qanunvericiliklə  müəyyən  olunur.  Belə  ki,  AR 

Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4-cü bəndinə əsasən, yay və 

qış  otlaqları,  habelə  bələdiyyə  ehtiyat  fondunun  örüş  və  biçənək 

sahələri  hüquqi  və  fiziki  şəxslərin  icarəsinə,  bir  qayda  olaraq,  on 



ildən on beş ilədək verilə bilər. 

Torpağın  icarə  haqqı  torpaqdan  müddətli  istifadəyə  görə 

icarəçinin icarəyəverənə ödədiyi vəsaitdir (bax. AR "Torpaq icarəsi 

haqqında" AR Qanunu, mad. 14). İcarə haqqının müəyyən olunması 

xüsusiyyətləri  icarəyə  verən  tərəfin  kimliyindən  asılıdır.  Belə  ki, 

icarəyəverən  torpaq  vergisi  tədiyəçisi  olduqda,  torpaq  vergisi  icarə 

haqqının  tərkibinə  daxil  edilir,  əksinə  icarəyəverən  torpaq  vergisi 

tədiyəçisi olmadıqda, icarə haqqının tərkibində torpaq vergisi nəzərə 

alınmır. 

Dövlət mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi 

və  hərraca  (müsabiqəyə)  çıxarılan  dövlət  və  ya  bələdiyyə 

mülkiyyətində olan torpaqların icarə haqqının ilkin qiyməti (qiyməti) 

onların  təyinatından,  sahəsindən,  coğrafi  yerləşməsindən  və 

keyfiyyətindən  asılı  olaraq  müvafiq  icra  hakimiyyəti  orqanı 



tərəfindən təsdiq edilmiş normativlər əsasında müəyyənləşdirilir. 

Həmin sənədlərdə torpağın normativ qiyməti, torpaq vergisi, habelə 

tələb  və  təklif  nəzərə  alınmalıdır,  (bax.  AR  MM,  mad.710.2  və 

"Torpaq icarəsi haqqında" AR Qanunu, mad. 14). 

163 



Rüfət Göyüşov 

Kənd  təsərrüfatı  təyinatlı  torpaqlara  təklif  tələbi  üstələdiyi 

hallarda dövlət mülkiyyətində olan torpaq üçün icarə haqqı, hərraca 

(müsabiqəyə)  çıxarılan  dövlət  və  ya  bələdiyyə  mülkiyyətində  olan 

torpaqlar  üçün  isə  torpağın  icarə  haqqının  ilkin  qiyməti  (qiyməti) 

güzəştli müəyyən edilə bilər. 

AR  Mülki  Məcəlləsinin  710.3-cü  maddəsinə  əsasən,  icarə 

haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi 

ilə müəyyənləşdirilir. İcarə haqqı tərəflərin razılığı ilə pul, natura və 

ya qarışıq formalarda müəyyən edilə bilər. 

Qanunla  müəyyən  edilmiş  hallar  istisna  olmaqla,  dövlət 

mülkiyyətində  olan  torpaqların  icarə  haqları  Azərbaycan 

Respublikasının dövlət büdcəsinə köçürülür. 

Torpaqların 

icarəyə 

verilməsi 

qaydası. 

Azərbaycan 

Respublikasında torpaqlar mülkiyyətçilərin və ya onların vəkil etdiyi 

orqanların  qərarı  (razılığı)  ilə  bilavasitə,  torpaq  müsabiqələri  və  ya 

hərracları  vasitəsilə  icarəyə  verilə  bilər.  Bələdiyyə  torpaqları 

üzərində  icarə  hüquqları  yalnız  açıq  torpaq  hərracları  və  ya 

müsabiqələri  vasitəsilə  əldə  edilə  bilər  (bax.  "Torpaq  icarəsi 

haqqında"  AR  Qanunu,  mad.  10).  Lakin  AR  Torpaq  Məcəlləsinin 

56-cı  maddəsinin  2-ci  bəndində  bu  qayda  konkretləşdirilərək 

müəyyən olunmuşdur ki, bələdiyyənin ərazisində daimi  yaşayan və 

eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda 

olan  Azərbaycan  Respublikası  vətəndaşlarının  mülkiyyətinə  fərdi 

yaşayış  evinin  tikintisi  üçün  torpağın  ayrılması  istisna  olmaqla, 

digər  hallarda  bələdiyyə  torpaqları  üzərində  mülkiyyət  və  icarə 

hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə 

əldə edilə bilər. 

AR  Torpaq  Məcəlləsinin  56-cı  maddəsinin  6-cı  bəndində 

göstərilən  qaydaya  əsasən,  bələdiyyə  mülkiyyətində  olan  torpaq 

sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin 

qərarı  ilə  sahənin  xüsusiyyətinə  və  torpağın  ayrılma  məqsədinə, 

mövcud texniki normalara, habelə yerquruluşu və 

164 



VI fəsil. İcarə müqaviləsi 

şəhərsalma  sənədlərinə  uyğun  olaraq  müvafiq  icra  hakimiyyəti 

orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata 

keçirilir. 

Dövlət  torpaqları  hər  iki  üsulla  (həm  bilavasitə,  həm  də  torpaq 

müsabiqələri  və  hərracları  vasitəsilə)  icarəyə  verilə  bilər.  Dövlət 

torpaqlarının bilavasitə icarəyə verilməsi barədə qərar torpağı icarəyə 

götürmək  istəyənin  ərizəsi,  icarəyə  verilən  torpaq  sahəsi  qanuni 

istifadədə olduqda isə torpaq istifadəçisinin razılığı və müvafiq icra 

hakimiyyəti orqanının rəyi əsasında qəbul olunur və icarəyəverənlə 

icarəçi  arasında  icarə  müqaviləsi  bağlanılır.  Dövlət  torpaqlarının 

torpaq  müsabiqələri  və  ya  hərracları  vasitəsilə  icarəyə  verilməsini 

müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Xüsusi şəhərsalma 

əhəmiyyətinə malik dövlət və bələdiyyə torpaqları ayrılıqda,  yaxud 

layihələrlə  birlikdə  yalnız  torpaq  müsabiqələri  və  ya  hərracları 

vasitəsilə  icarəyə  verilə  bilər  (bax.  "Torpaq  icarəsi  haqqında"  AR 

Qanunu, mad. 10). 

Bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan torpaqların 

torpaq  müsabiqələri  və  ya  hərracları  vasitəsilə  icarəyə  verilməsini 

mülkiyyətçilər  sərbəst  həyata  keçirirlər.  Dövlət  və  bələdiyyə 

mülkiyyətində olan torpaqların hərraclar və ya müsabiqələr vasitəsilə 

icarəyə  verilməsini  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada 

müvafiq icra hakimiyyəti orqanı təşkil edir. 

Müvafiq  icra  hakimiyyəti  orqanı  dedikdə,  Azərbaycan 

Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli, 972 nömrəli 

Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə mülkiyyətində olan 

torpaqların  mülkiyyətə  və  icarəyə  verilməsi  ilə  bağlı  torpaq 

müsabiqələrinin  və  hərraclarının  keçirilməsi  qaydaları"nm  3-cü 

maddəsinin 3-cü abzasına əsasən, özəlləşdirilən dövlət müəssisə və 

obyektlərinin yerləşdiyi torpaq sahələri istisna olmaqla, digər torpaq 

sahələrinin müsabiqələr və hərraclar vasitəsilə mülkiyyətə və icarəyə 

verilməsi qaydasını tənzimləyən sənədlərin (ərizə, 

165 



Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə