Yazılmışdır. Bu kitabda mülki hüquq münasibətlərinin yaranmasında aparıcı



Yüklə 2,56 Mb.
Pdf görüntüsü
səhifə50/162
tarix29.08.2018
ölçüsü2,56 Mb.
#65284
növüYazı
1   ...   46   47   48   49   50   51   52   53   ...   162

Rüfət Göyüşov 

İcarə  predmeti  kimi, istənilən fərdən müəyyən olunan istehlak 

olunmayan əşya çıxış edə bilər. Belə ki, bu əşyalar istifadə prosesində 

öz təbii xüsusiyyətlərini itirmirlər'. 

Predmet haqqında razılaşma icarə müqaviləsinin mühüm şərtidir. 

AR Mülki Məcəlləsinin 700.2-ci maddəsinə görə, icarə müqaviləsinin 

predmeti  torpaq  sahələri,  binalar,  daşmar  əşyalar,  hüquqlar  və 

müəssisələr ola bilər. Torpaq sahəsi qanunvericiliyə görə həm kirayə 

müqaviləsinin, həm də icarə müqaviləsinin predmeti ola bilər. Belə 

olan  təqdirdə,  əgər  torpaq  sahəsindən  təsərrüfat  məqsədləri  üçün 

istifadə  olunub  gəlir  əldə  olunmursa  və  yalnız  şəxsi  istehlak 

məqsədləri  üçün  istifadə  olunursa,  o  zaman  bu münasibətlər  kirayə 

müqaviləsi ilə tənzimlənəcəkdir. Əks halda, əgər torpaq sahəsindən 

təsərrüfat  məqsədləri  üçün  istifadə  olunursa  (məsələn,  əkin 

məqsədləri,  otlaq  məqsədləri,  təbii  xüsusiyyətlərinə  görə  turizm 

məqsədləri və s.), o zaman yaranan münasibətlər icarə müqaviləsi ilə 

tənzimlənəcəkdir. 

Binalar  daha  çox  icarə  müqaviləsi  əsasında  digər  şəxslərin 

istifadəsinə  verilir.  İcarəyə  verilən  binalar  öz  xüsusiyyətlərinə  görə 

istifadə nəticəsində gəlir gətirə bilmə imkanına malik olmalıdır. Bura 

istirahət  komplekslərini,  hotelləri  və  təsərrüfat  məqsədilə  istifadə 

oluna biləcək binaları aid etmək olar. 

Kirayə  və  icarə  arasında  olan  fərqi  alqı-satqı  müqaviləsinin 

növləri  olan  pərakəndə  alqı-satqı  və  mal  göndərmə  müqavilələri 

arasında  olan  fərqli  məqamlarla  müqayisə  etmək  olar.  Kirayə  və 

pərakəndə  alqı-satqı  müqavilələri  arasındakı  oxşarlıq  hər  ikisinin 

istehlak xarakteri daşımasında, yəni kirayəçi və alıcı tərəfindən şəxsi 

məqsədlərin  güdülməsində  ifadə  olunur.  İcarə  və  mal  göndərmə 

müqavilələri arasındakı oxşarlıq isə hər ikisində şəxsi, ailə və digər bu 

kimi məqsədlər üçün deyil, məhz kommer- 

' Гражданское право: Учебник / Под. ред. А.П.Сергеева, Ю.К.Толстого. Том 

2. М.: Проспект, 2003, с.175. 

154 



VI fəsil. İcarə müqaviləsi 

siya (təkrar emal və ya təkrar satış, istifadə edib, faydalı xassələrini 

hasil  edib  gəlir  əldə  etmə)  məqsədlərini  izləyir.  Odur  ki,  bu 

müqavilələr  arasındakı  fərq  onların  predmetində  deyil,  əsasən 

müqavilənin  məzmununda  (tərəflərin  niyyətlərində  və  razılaşdıqları 

şərtlərdə) ifadə olunur. 

Hər  hansı  bir  əşya  hətta  sırf  kirayə  məqsədləri  üçün  istifadə 

olunan  əşyalar  (məsələn  yaşayış  otaqları)  belə  hər  iki  müqavilənin 

həm kirayə, həm də icarə müqaviləsinin predmeti ola bilər'. 

İcarə müqaviləsinin tərəfləri kimi icarəyə verən və icarəçi çıxış 

edir. Ümumi qaydaya görə, icarəyə verən və icarəçi qismində mülki 

dövriyyənin  istənilən  iştirakçısı  çıxış  edə  bilər.  Bura  fiziki  şəxslər, 

hüquqi  şəxslər  aiddir.  Axırıncıların  arasında  kommersiya  və 

qeyri-kommersiya hüquqi şəxsləri, dövlət orqanları (əmlak komitəsi, 

ərazi icra hakimiyyəti orqanları və s.), bələdiyyələr çıxış edə bilərlər. 

Yalnız  icarə  müqaviləsinin  bə^i  növlərində  (dövlət  və  bələdiyyə 

torpaqlarının  icarəsi)  və  yaxud  əşyaların  ayrı-ayrı  növlərinin 

(istifadəsi  üçün  xüsusi  icazə  tələb  olunan)  icarəsi  zamanı  icarəyə 

verən və icarəçi qismində xüsusi subyektlər çıxış edə bilərlərk 

İcarəyə verən qismində əmlakın mülkiyyətçisi və yaxud qanunla 

və ya mülkiyyətçi tərəfindən səlahiyyət verilmiş şəxs çıxış edə bilər. 

İcarəçi  əmlakın  istifadəyə  götürülməsində maraqlı  olan şəxsdir. 

Ümumi qaydaya görə, qanunvericilik icarəçiyə münasibət- 

'  Bununla  əlaqədar  AR  Mənzil  Məcəlləsinin  14.1-ci  maddəsində  göstərilir  ki, 

yaşayış sahəsinin əsas təyinatı həmin sahədə insanların yaşamasıdır. Həmin məcəllənin 

14.2-ci  maddəsinə  əsasən,  yaşayış  sahəsində  qanuni  əsaslarla  yaşayan  fiziki  şəxslərə 

həmin yaşayış sahəsindən peşə fəaliyyətini və  ya fərdi sahibkarlıq fəaliyyətini həyata 

keçirmək məqsədilə istifadəsinə yol verilir, o şərtlə ki, bu digər şəxslərin hüquqlarını və 

qanuni mənafelərini, habelə yaşayış sahəsi üçün müəyyən edilmiş tələbləri pozmasın. 

^ Гражданское право: Учебник / Под. ред. А.П.Сергеева, Ю.К.Толстого. Том 

2. М.: Проспект, 2003, с.172. 

155 



Rüfət Göyüşov 

də xüsusi tələblər müəyyən etməmişdir. Yalnız ayrı-ayrı əşyaların - 

əsasən  təbii  ehtiyatların,  dövriyyəsi  məhdudlaşdırılmış  əşyaların 

istifadəsi  zamanı  icarəçinin  müvafiq  fəaliyyətlə  məşğul  olmağa 

icazəsi (lisenziyası) olmalıdır. 

Dövlət və bələdiyyə mülkiyyətinin icarəyə verilməsi ilə əlaqədar 

xüsusi  qaydalar  müəyyən  olunmuşdur.  Bu  zaman  mürəkkəb 

münasibətlər  sistemi  formalaşır.  Dövlət  əmlakının  idarə  olunması 

icra hakimiyyəti səlahiyyətlərinə aiddir. Bu sahəni tənzimləyən əsas 

normativ  hüquqi  aktlar  arasında  Azərbaycan  Respublikası 

Prezidentinin  2007-ci  il  6  iyun  tarixli  Fərmanı  ilə  təsdiq  edilmiş 

Azərbaycan  Respublikasında  Dövlət  Əmlakının  İdarə  edilməsinin 

Təkmilləşdirilməsi Üzrə Dövlət Proqramını misal göstərmək olar. 

Proqramın  8.1-ci  bəndinə  əsasən,  daşınmaz  dövlət  əmlakı 

obyektlərinin  mülki  dövriyyəyə  cəlb  edilməsinə  və  öz  təyinatına 

uyğun  olaraq  səmərəli  istifadəsinə  nail  olmaq  məqsədi  ilə 

Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə 

Dövlət  Komitəsi  digər  işlərlə  yanaşı,  qanunvericilikdə  nəzərdə 

tutulmuş  qaydada  daşınmaz  dövlət  əmlakı  obyektlərini  fiziki  və 

hüquqi şəxslərin istifadəsinə və icarəsinə verir, həmçinin, müəyyən 

edilmiş  normativlər  əsasında  daşınmaz  dövlət  əmlakı  obyektlərinin 

dövlət orqanlarının, müəssisə və təşkilatlarının balansına verilməsi, 

istifadə  hüququ  ilə  təhkim  olunması  (icarəyə  verilməsi)  barədə 

təkliflər verir. 

Bələdiyyələr  tərəfindən  əmlaklarının  icarəyə  verilməsi 

səlahiyyəti  "Bələdiyyələrin  statusu  haqqında"  Azərbaycan 

Respublikası  Qanunu  ilə  müəyyən  olunur.  Həmin  qanunun  33-cü 

maddəsinin  3-cü  bəndinə  görə.  Qanuna  uyğun  olaraq  bələdiyyələr 

bələdiyyə  mülkiyyəti  obyektlərini  fiziki  və  hüquqi  şəxslərin 

müvəqqəti və ya daimi istifadəsinə, icarəsinə verə bilər. 



İcarə  müqaviləsinin  müddəti.  İcarə  müqaviləsi  müəyyən  və 

qeyri-müəyyən müddətə bağlanıla bilər. Əgər müqavilədə icarə 

156 



Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə