Yazılmışdır. Bu kitabda mülki hüquq münasibətlərinin yaranmasında aparıcı



Yüklə 2,56 Mb.
Pdf görüntüsü
səhifə48/162
tarix29.08.2018
ölçüsü2,56 Mb.
#65284
növüYazı
1   ...   44   45   46   47   48   49   50   51   ...   162

V fəsil. Əmlak kirayəsi müqaviləsi 

biq edilir) tələblərindən çıxış edərək AR Mülki Məcəlləsinin müvafiq 

norması tətbiq olunmalıdır. 

AR  Mülki  Məcəlləsinin  694-cü  maddəsinin  tələbləri  kirayəçiyə 

münasibətdə xüsusilə aktualdır. Belə ki, məhz kirayəçi müqaviləyə 

vaxtından  əvvəl  xitam  vermək  istəyərsə,  AR  Mülki  Məcəlləsinin 

690-cı  maddəsində  müəyyən  olunmuş  formada  bildiriş  verə  bilər. 

Əgər ləğvetməyə dair bildiriş həmin müddətdə verilməzsə, o zaman 

ümumi  qaydalar  tətbiq  edilir  və  kirayəçi  müvafiq  xəbərdarlıq 

müddətlərini  gözləməlidir.  Kirayəyə  verən  isə  münasibətlərdə 

kirayəçi tərəfindən heç bir pozuntuya yol verilmədiyi təqdirdə onsuz 

da  vaxtından  əvvəl  (kirayəçinin  xidməti  və  ya  təhsillə  bağlı 

müddətləri bitməmiş) müqavilənin ləğv olunmasını tələb edə bilməz. 

Müqavilənin  müddəti  bitdikdən  sonra  isə  artıq  AR  Mülki 

Məcəlləsinin 694.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bir ay 

sonra müqavilənin ləğvinə dair bildiriş verə bilər. Əgər ləğvetməyə 

dair bildiriş həmin müddətdə verilməzsə, o zaman ümumi qaydalar 

tətbiq  edilir  və  kirayəyə  verən  müvafiq  xəbərdarlıq  müddətlərini 

gözləməlidir. 

Kirayəyə  verən  tərəfindən  müqavilənin  vaxtından  əvvəl  ləğv 

olunması  isə  yenə  də  sosial  kirayə  müqaviləsində  olduğu  kimi, 

kirayəçi  və  onunla  birgə  yaşayan  ailə  üzvləri  tərəfindən  xüsusi 

təyinatlı  yaşayış  sahəsinin  kirayə  müqaviləsi  üzrə  vəzifələr  yerinə 

yetirilmədikdə, habelə 

-

 

kirayəçi altı aydan artıq müddətdə yaşayış sahəsinə və (və ya) 



kommunal xidmətlərə görə haqq ödəmədikdə; 

-

 



kirayəçi və ya onun hərəkətlərinə cavabdeh olduğu digər şəxslər 

yaşayış sahəsini dağıtdıqda və ya korladıqda; 

-

 

kommunal  mənzildə  birgə  yaşayışı  qeyri-mümkün  edən 



qonşuların  hüquqları  və  qanunla  qorunan  mənafeləri  müntəzəm 

olaraq pozulduqda; 

-

 

yaşayış  sahəsindən  təyinatı  üzrə  istifadə  edilmədikdə  xüsusi 



təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin 

147 



Rüfət Göyüşov 

tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər (bax. AR Mənz.Məc., 

mad. 100.3). 

Müqavilənin  forma  və  məzmununa  münasibətdə  tələblər  AR 

Mənzil  Məcəlləsinin  99-cu  maddəsində  göstərilmişdir.  Belə  ki, 

xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin 

predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin 

hüquq  və  vəzifələri  müəyyən  edilməklə  yazılı  formada  bağlanılır. 

Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin 

ailə üzvləri göstərilir. 

Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması 

Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  2010-cu  il  29  aprel 

tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmişdir. 

Xidməti  yaşayış  sahələrinin  kirayə  müqaviləsi.  Xidməti 

yaşayış  sahələri  vətəndaşlara  ayrıca  mənzil  kimi  verilir.  Xidməti 

yaşayış  sahələri  verilən  vətəndaşların  kateqoriyaları  dövlət  mənzil 

fonduna  münasibətdə  -  Azərbaycan  Respublikasının  müvafiq  icra 

hakimiyyəti  orqanı,  bələdiyyə  mənzil  fonduna  münasibətdə  - 

bələdiyyə  tərəfindən  müəyyən  edilir  (bax.  AR  Mənz.Məc., 

mad.103.2.1, 103.2.2). 

Xidməti  yaşayış  sahələrinin  təyinatı  AR  Mənzil  Məcəlləsinin 

92-ci maddəsində müəyyən olunur. Belə ki, xidməti yaşayış sahələri 

əmək  münasibətlərinin  xarakterinə  görə  müvafiq  icra  hakimiyyəti 

orqanının  müəyyən  etdiyi  hallarda  və  qaydada  dövlət  orqanına  və 

bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda 

qulluqkeçmə,  hüquq-mühafizə  və  hərbi  orqanlarda  xidmətkeçmə, 

habelə  dövlət  müəssisələrində  əmək  fəaliyyəti  ilə  əlaqədar  və 

qanunvericiliklə  müəyyən  edilmiş  digər  kateqoriyalardan  olan 

şəxslərə  verilir.  Odur  ki,  xidməti  yaşayış  sahəsinin  kirayə 

müqaviləsinin  müddəti  qeyd  olunan  maddədə  göstərilən  əmək, 

qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin 

əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın 

xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi 

üçün əsasdır. 

148 



V fəsil. Əmlak kirayəsi müqaviləsi 

"Xidməti  yaşayış  sahələrinin  verilməsi  halları  və  Qaydası" 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 may 2010- cu il 

tarixli 86 №-li Qərarı ilə təsdiq olunmuşdur. 



Yataqxanalarda  yaşayış  sahələrinin  kirayəsi  müqaviləsi. 

Yataqxanalarda  yaşayış  sahələri  vətəndaşların  işlədiyi,  xidmət 

keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulur 

(bax. AR Mənz.Məc., mad.93.1). 

AR Mənzil Məcəlləsinin 104.2-ci maddəsində müəyyən olunmuş 

qaydaya əsasən, yataqxanalarda yaşayış sahəsinin kirayə müqaviləsi 

əmək  münasibətləri,  xidmət  keçdiyi  və  ya  təhsil  aldığı  müddətləri 

əhatə  edir.  Əmək  münasibətlərinin,  təhsilin  xitamı,  habelə 

xidmətkeçmədən  azad  edilmə  yataqxanalarda  yaşayış  sahəsinin 

kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. 

Yataqxanalarda  yaşayış  sahələri  adambaşına  düşən  yaşayış 

sahəsinin altı kvadratmetrdən az olmaması şərti ilə verilir. 



Manevr  fondu  yaşayış  sahələrinin  kirayə  müqaviləsi.  AR 

Mənzil Məcəlləsinin 94-cü maddəsinə əsasən. Manevr fondu yaşayış 

sahələri  aşağıdakı  şəxslərin  müvəqqəti  yaşaması  üçün  nəzərdə 

tutulur.  Bu  kateqoriya  şəxslərə  sosial  kirayə  müqaviləsi  əsasında 

yaşadıqları yaşayış sahələrinin yerləşdiyi binanın əsaslı təmiri və (və 

ya)  yenidən  qurulması  ilə  əlaqədar  həmin  vətəndaşlar,  ipoteka  ilə 

yüklü edilmiş yaşayış sahələrinə tutmanın yönəldilməsi nəticəsində 

yaşayış  sahələrini  itirmiş  vətəndaşlar,  fövqəladə  hallar  nəticəsində 

yeganə  yaşayış  sahələri  yaşayış  üçün  yararsız  hala  düşmüş 

vətəndaşlar  və  qanunvericiliklə  nəzərdə  tutulan  hallarda  digər 

vətəndaşlar aiddir. 

Manevr  fondu  yaşayış  sahələri  adambaşına  düşən  yaşayış 

sahəsinin altı kvadratmetrdən az olmaması şərti ilə verilir (bax. AR 

Mənz.Məc.,  mad.  105.1).  Manevr  fondu  yaşayış  sahəsinin  kirayə 

müqaviləsi aşağıdakı müddətləri əhatə edir: 

- binanın əsaslı təmiri və yenidən qurulması başa çatanadək olan 

müddət; 

149 



Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə