Rüfət Göyüşov
hərrac iştirakçılarının biletləri, protokol, hərrac və ya müsabiqə
qalibinə verilən şəhadətnamə və s.) nümunələri təşkilatçı -
Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsi tərəfindən hazırlanır və təsdiq olunur.
Torpaq icarəsi müqaviləsinə yönəlik tələblər və torpaq
icarəsi müqaviləsinin forması. Qanunvericinin tələbinə əsasən,
icarə müqaviləsi üzrə hüquq münasibətlərinə girməzdən əvvəl
icarəyəve- rən və icarəçi icarəyə verilən torpağın təsvirini birlikdə
tərtib etməlidirlər. Təsvirdə torpağın həcmi, habelə verildiyi an
olduğu vəziyyət göstərilir. Təsvir hüquq münasibətlərinə xitam
verildikdə də tərtib edilir. Təsvirə onun tərtib olunduğu günün tarixi
qoyulmalı və müqavilənin hər iki iştirakçısı imza atmalıdır (bax. AR
MM, mad.707.1).
Müqavilə iştirakçılarından biri təsvirin tərtibində iştirakdan
imtina etdikdə və ya tərtib zamanı mühüm ixtilaflar yarandıqda
müqavilənin istənilən iştirakçısı tələb edə bilər ki, təsvir ekspert
tərəfindən tərtib edilsin, amma torpağın icarəyə verildiyi vaxtdan
doqquz aydan çox və ya icarə hüquq münasibətlərinə xitam verildiyi
vaxtdan üç aydan çox keçdiyi hallar istisna təşkil edir. Belə hallarda
tərəflərdən birinin iddiası üzrə ekspert məhkəmənin qərarı ilə
məcburi qaydada təyin edilə bilər. Bununla əlaqədar əmələ gələn
xərcləri müqavilənin hər iki iştirakçısı yarıbayarı çəkir (bax. AR
MM, mad. 707.2).
İcarəyəverənlə icarəçinin münasibətləri torpaq icarəsi müqaviləsi
ilə tənzimlənir. "Torpaq icarəsi haqqında" AR Qanununun 11-ci
maddəsində müəyyən olunan qaydaya görə, torpaq icarəsi müqaviləsi
Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun tərtib
olunmalıdır. İcarə müqaviləsində aşağıdakılar nəzərdə tutulmalıdır:
- icarəyəverən və icarəçinin adları, hüquqi ünvanları, digər
rekvizitləri, onların hüquq və vəzifələri;
166
VI fəsil. İcarə müqaviləsi
-
torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, sərhədləri və
təyinatı barədə məlumatlar;
-
icarənin müddəti, icarə haqqı, ona yenidən baxılması şərtləri və
ödənilmə qaydaları;
-
torpaqların
istifadəsi,
mühafizəsi
və
keyfiyyətinin
yaxşılaşdırılması şərtləri;
-
müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv
edilməsi və xitamı qaydası;
-
müqavilənin şərtlərinin pozulması ilə bağlı tərəflərin
məsuliyyəti və mübahisəli məsələlərin həlli qaydası.
Torpaq icarəsi müqaviləsində torpağın subicarəyə verilməsi, satın
alınması, torpaq və mülki qanunvericiliklə müəyyən edilmiş digər
şərtlər də nəzərdə tutula bilər.
Qanunvericinin tələbinə əsasən, xüsusi mülkiyyətdə olan
torpaqların bilavasitə icarəyə verilməsi icarəyəverən və icarəçi
arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə
əsasında həyata keçirilir (bax. "Torpaq icarəsi haqqında" AR
Qanunu, mad. 10 və AR Torpaq Məcəlləsi, mad.56.9). Dövlət və
bələdiyyə torpaqlarının icarəyə verilməsi müqaviləsi icarəyəverən
(müvafiq dövlət və bələdiyyə orqanı) və icarəçi (dövlət torpaqlarının
bilavasitə icarəyə verilməsi barədə qərarda göstərilən şəxs və ya
müsabiqəni və hərracın qalibi olan şəxs) arasında bağlanır.
Qanunverici bu müqavilənin notariat qaydasında təsdiq olunmasını
tələb etmir.
Torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə
hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz
əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır (bax. "Torpaq
icarəsi haqqında" AR Qanunu, mad. 12).
AR Torpaq Məcəlləsinin 67-ci maddəsində müəyyən olunan
qaydaya əsasən, torpaq üzərində hüquqların dövlət qeydiyyatı
qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət
reyestrində aparılır.
167
Rüfot Göyüşov
Torpaq icarəsi müqaviləsinin məzmunu. Müqavilənin
məzmunu tərəflərin hüquq və vəzifələrində ifadə olunur.
Qanunvericilikdə torpaq icarəsi müqaviləsi üzrə tərəflərin hüquq və
vəzifələri aşağıdakı kimi müəyyən olunmuşdur:
Torpaq sahəsini icarəyə verən qanunvericilikdə nəzərdə tutulmuş
digər hüquqlarla yanaşı, aşağıdakı hüquqlara da malikdir (bax.
"Torpaq icarəsi haqqında" AR Qanunu, mad. 19):
-
icarəyə verilmiş torpaq sahələrinin təyinatı üzrə istifadəsinə və
icarə müqaviləsinin şərtlərinə əməl edilməsinə nəzarət etmək;
-
icarəyə verilmiş torpaq sahələrinin istifadəsi, keyfiyyətinin
yaxşılaşdırılması, qorunması və mühafizəsi barədə icarəçilərdən
məlumatlar almaq;
-
icarə müqaviləsinin dəyişdirilməsi, vaxtından əvvəl ləğv
edilməsi, dayandırılması və (bələdiyyə torpaqlarına dair müqavilə
istisna olmaqla) uzadılması barədə təkliflər vermək;
-
icarəçinin təqsiri üzündən icarəyə verilmiş torpaqlara vurulmuş
zərərin əvəzinin ödənilməsini tələb etmək;
-
icarəyə verilmiş torpaqlarda icarəyə verənin razılığı olmadan
tikilmiş və quraşdırılmış binaların, qurğuların sökülməsini tələb
etmək (bax. "Torpaq icarəsi haqqında" AR Qanunu, mad.19);
-
torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərindən irəli
gələn tələblərə görə icarəyəverən icarəçinin icarəyə götürülmüş
torpaqda qurulmuş əşyalarına, habelə icarəyə götürülmüş əşyanın
bəhərinə girov hüququna malikdir;
-
icarəçi icarə haqqını və ya onun mühüm hissəsini ödəməyi üç
aydan çox gecikdirdikdə də, icarəyəverən müqaviləni dərhal ləğv edə
bilər. Əgər icarə haqqı bir ildən az müddət üçün tutulursa,
müqavilənin ləğvinə yalnız icarəçinin iki ardıcıl müddət üçün icarə
haqqını və ya onun mühüm hissəsini ödəmədiyi halda yol verilir
(bax. AR Mülki Məcəlləsi, mad.719.7).
168
Dostları ilə paylaş: |