Rüfət Göyüşov
ssuda verən, belə desək, ssuda alanın istəyinə xoş məramla yanaşır və
verdiyi əşyanın əvəzində heç nə tələb etmir. Bu humanitar, tədris,
maarifçilik, xeyriyyəçilik məqsədləri ilə ola bilər. Misal olaraq,
dövlətin və qeyri-dövlət qurumlarının dini təşkilatlara, qocalar evinə
və uşaq evlərinə olan ianələri, kitabxanaların öz oxucularına mütaliə
üçün kitab verməsini və s. göstərmək olar. Bu münasibətlərdə ssuda
verən heç bir mənfəət güdmür.
Əvəzsiz istifadə müqaviləsinin elementlərinə müqavilənin
tərəfləri, predmeti, müddəti, forma və məzmunu aiddir.
Müqavilənin tərəfləri kirayəyə verən (ssuda verən) və kirayəçidir
(ssuda alan). Bu müqavilə üzrə kirayəyə verən və kirayəçi kimi mülki
dövriyyənin istənilən subyekti çıxış edə bilər.
Ssuda verən qismində əşyanın mülkiyyətçisi (fiziki və hüquqi
şəxslər, dövlət və bələdiyyə orqanları) və ya mülkiyyətçi tərəfindən
vəkil edilmiş şəxs çıxış edir. Əmlakı əvəzsiz istifadəyə vermək hər bir
mülkiyyətçinin hüququdur.
Dövlətin və bələdiyyələrin əmlaklarını istifadəyə verməsi ilə
əlaqədar münasibətlər AR Torpaq Məcəlləsi, "Bələdiyyələrin statusu
haqqında" AR Qanunu və s. qanunlarla tənzimlənir. AR Torpaq
Məcəlləsinin 50-ci maddəsinin 1-ci bəndində qeyd olunur ki, torpaq
sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında
torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın
istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır.
Münasibətlərin yaranması əsası kimi müqavilə çıxış etdiyi üçün bu
münasibətləri əvəzsiz istifadə müqaviləsindən irəli gələn
münasibətlər kimi qəbul etmək lazımdır.
Müvafiq funksiyaların yerinə yetirilməsi, habelə əhalinin mənzil
hüququnun təmin edilməsi məqsədilə dövlət və bələdiyyə torpaqları
daimi istifadəyə, bir qayda olaraq, dövlət hakimiyyət və yerli
özünüidarə orqanlarına, dövlət və bələdiyyə büdcəsindən
maliyyələşən müəssisələrə, idarələrə, təşkilatlara və birliklərə,
həmkarlar ittifaqlarına və dini təşkilatlara, dövlət əhəmiyyətli dağ-mə
190
VII fəsil. Əvəzsiz istifadə müqaviləsi
dən, neft-kimya, energetika, nəqliyyat, rabitə, müdafiə, habelə təbiəti
mühafizə, təbii qoruq, tarix-mədəniyyət, elmi-tədqiqat, tədris
obyektlərinə, müəssisələrinə və idarələrinə, dövlət və bələdiyyə
mülkiyyətində olan digər müəssisələrə, idarələrə və təşkilatlara,
dövlətin, bələdiyyənin və əhalinin vəsaiti hesabına inşa edilən və
sahibkarlıq fəaliyyətinə aid olmayan çoxmərtəbəli çoxmənzilli
yaşayış evlərinin müvafiq mənzil-istismar təşkilatlarına verilir.
Əşyanın digər sahibləri onu əvəzsiz istifadəyə verməkləri üçün
mülkiyyətçinin razılığını almalıdırlar. Bu səlahiyyət ya qanunda
(dövlət unitar müəssisələri üçün) və ya mülkiyyətçinin hər hansı
formada ifadə olunmuş iradəsində əksini tapmalıdır.
Əvəzsiz istifadə müqaviləsində ssuda verən mülkiyyətçi olduğu
üçün əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələn- məsi
riski onun üzərinə düşür (bax. AR MM, mad. 152.10). Lakin
müəyyən hallarda o qeyd olunan risklərdən azad olur. Bu hallarda
risk ssuda alanın üzərinə qoyulur. Belə ki, kirayəçinin əvəzsiz
istifadəyə götürdüyü əşyadan müqavilədə göstəriləndən savayı, başqa
təyinatla istifadə etməsinə icazə verilmədiyi üçün təbii ki, bu halda
əşyanın məhv olması və təsadüfən zədələnməsi riski ssuda alanın
üzərinə düşəcəkdir (bax. AR MM, mad.735).
Ssuda alan əşyanı əvəzsiz olaraq istifadəyə qəbul edən şəxsidir.
Qanunla nəzərdə tutulan hallarda ssuda alanların dairəsi
məhdudlaşdırıla bilər. Məsələn, tədris müəssisəsi öz əmlakından
(kitabdan) istifadəni yalnız öz tələbələrinə icazə verir'. Əvəzsiz
istifadə müqaviləsi üzrə ssuda alan əşyadan istifadə hüququ əldə edir.
Onun bu hüququ öhdəlik xarakterlidir. Bununla yanaşı, hər bir titullu
sahib kimi, o da əşya hüquqi müdafiə üsullarından istifadə etmək
hüququna malikdir. Bu halda adi kirayə müqaviləsi üzrə kirayəçinin
əşya hüquqi müdafiə üsullarından isti-
' Гражданское право: Учебник / Под. ред. А.П.Сергеев, Ю.К.Толстого. Том 2.
М.: Проспект, 2003, с.346.
191
Rüfət Göyüşov
fadə imkanlarını nəzərdə tutan AR MM-in 685.1 və 699.4-cü
maddələri tətbiq olunacaqdır.
Ssuda müqaviləsinin predmeti kimi fərdən müəyyən olunan,
istehlak olunmayan istər daşmar, istərsə də daşınmaz əşyalar çıxış
edir'. Əvəzsiz istifadə müqaviləsi şəxsi, ailə, ev, məişət, mənəvi və s.
oxşar tələbatların təmin olunması məqsədilə bağlandığı üçün
müqavilənin predmeti sahibkarlıq fəaliyyətində istifadə edilə
bilməyən əşyalardır (məsələn, müəssisələr və s.). Bu da təbiidir.
Qəribə olardı ki, əgər əvəzsiz istifadə müqaviləsi üzrə kirayəyə verən
şəxs hər hansı əşyanın istifadəsindən gəlir götürmək imkanına malik
olduğu halda bundan imtina etsin.
İkincisi, predmet qismində istehlak olunan əşyalar çıxış etmir.
Çünki müqavilə dövrünün sonunda məhz istifadəyə verilən əşya
kirayəyə verənə qaytarılır.
Əvəzsiz istifadə müqaviləsinin forması ilə əlaqədar qanunverici
kirayə (bax, sosial kirayə və xüsusi təyinatlı yaşayış sahələrinin
kirayəsi müqavilələri) və icarə (bax, torpaq icarəsi müqaviləsi)
müqavilələrində olduğu kimi xüsusi qayda müəyyən etməmişdir.
Odur ki, əvəzsiz istifadə müqaviləsinin formasına münasibətdə
əqdlərin forması haqqında AR Mülki Məeəlləsinin XIII fəslində
göstərilən ümumi qaydalar tətbiq olunur. Lakin torpaqların istifadəyə
verilməsi ilə əlaqədar bağlanılan müqavilələr istisna təşkil edir. Belə
ki, AR Torpaq Məcəlləsinin 56-cı maddəsinin 9-cu bəndinin
tələblərinə əsasən, xüsusi mülkiyyətdə olan torpaq sahələrinin
özgəninkiləşdirilməsi, habelə istifadəyə və ya icarəyə verilməsi
tərəflər arasında qanunverieilikdə müəyyən edilmiş qaydada
bağlanılan və notarial qaydada təsdiq olunan müvafiq müqavilə
əsasında həyata keçirilir. Bununla bərabər, AR Mülki Məcəlləsinin
139-cu maddəsində müəyyən olunur ki, mülkiyyət hü-
' Гражданское право. Том II. Полутом 1: Учебник / Отв.ред.проф.
Е.А.Суханов - М.: Волтере Клувер, 2004, стр. 421.
192
Dostları ilə paylaş: |