Yazılmışdır. Bu kitabda mülki hüquq münasibətlərinin yaranmasında aparıcı



Yüklə 2,56 Mb.
Pdf görüntüsü
səhifə59/162
tarix29.08.2018
ölçüsü2,56 Mb.
#65284
növüYazı
1   ...   55   56   57   58   59   60   61   62   ...   162

VI fəsil. İcarə müqaviləsi 

manın  sifarişçisinin)  sifarişi  ilə  haqqı  ödənilməklə  yük  daşınması 

üçün  yararlı  olan  bir  və  ya  bir  neçə  avtonəqliyyat  vasitəsinin 

tutumunu bütövlükdə və ya qismən bir və ya bir neçə reys üçün digər 

tərəfə vermək öhdəliyini üzərinə götürür. 

"Avtomobil  nəqliyyatı  ilə  yüklərin  daşınması  Qaydaları" 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr 

tarixli, 142 nömrəli qərarı ilə təsdiq edilmişdir. 



Hava  gəmilərinin  icarəsi  müqaviləsi.  Daşmar  əşyalarla 

əlaqədar  bağlanılan  icarə  müqavilələri  arasında  hava  gəmilərinin 

icarəsi müqaviləsi xüsusi yer tutur. İcarə müqaviləsinin bu növü 20 

iyul  2000-ci  il  tarixində  Azərbaycan  Respublikası  Ədliyyə 

Nazirliyində Dövlət qeydiyyatına alınmış, "Hava gəmilərinin icarəsi 

(lizinqi),  kirayələnməsi,  birlikdə  işlədilməsi  və  kodlardan  birgə 

istifadə haqqında" Əsasnamə ilə tənzimlənir. 

Əsasnamə  icarəyə  götürülmüş,  kirələnmiş  hava  gəmilərindən 

istifadə  edən  və  ya  öz  hava  gəmilərini  icarəyə  (kirayəyə)  verən 

istismarçı  aviaşirkətlərin  yerinə  yetirməli  olduğu hüquqi  və praktik 

istismar 

şərtlərini 

müəyyənləşdirmək 

məqsədilə 

işlənib 

hazırlanmışdır. Əsasnamənin 1.2-ci bəndinə görə, icarəyə verənlərə 

aşağıdakılar aiddir: 

a)

 



xüsusi  olaraq  hava  gəmilərinin  alınması  və  ya  icarəyə 

götürülməsi üçün yaradılmış şirkətlər

b)

 

kommersiya bankları və digər maliyyə təşkilatları; 



c)

 

hava gəmilərinin istehsalçıları; 



ç) aviaşirkətlər. 

Hava  gəmilərinin  icarəsi  haqqında  müqavilələr  ən  azı  bir  il 

müddətinə  bağlanmalıdır.  Hava  gəmilərinin  icarəsi  haqqında 

müqavilələr aşağıdakı şərtlərlə bağlana bilər: 

-

 

icarəyəverən  ölkənin  mülki  hava  gəmilərinin  dövlət 



reyestrindən çıxarılmamaq şərtilə hava gəmilərinin icarəyə verilməsi

-

 



icarəyəverən  ölkənin  mülki  hava  gəmilərinin  dövlət 

reyestrindən çıxarılmaq şərtilə hava gəmilərinin icarəyə verilməsi; 



181 


Rüfət Göyüşov 

-

 



hava  gəmilərinin  ekipajsız  icarəsi  -  bu,  "natamam  icarə" 

adlanır; 

-

 

hava gəmilərinin ekipajla icarəsi - bu, "tam icarə" adlanır; 



-

 

hava  gəmilərinin  sonradan  dəyəri  ödənilib  alınması  şərtilə 



lizinqi (icarəsi); 

-

 



hava gəmilərindən və kodlardan birgə istifadə. 

Hava  gəmilərinin  ekipaşsız  icarəsi  haqqında  müqavilədə  öz 

ekipajını  təmsil  edən  icarəyə  götürən  müqavilədə  göstərilən  hava 

gəmisinin uçuşlarının və bundan irəli kələn bütün öhdəliklərin yerinə 

yetirilməsini  məsuliyyət  daşıyan  tərəf  kimi  təmin  etməsi 

müəyyənləşdirilməlidir. 

Hava  gəmiləri  ekipajla  birlikdə  icarəyə  götürüldükdə  icarəyə- 

verən  onların  uçuşlarını  idarə  edir  və  onlar  hava  gəmilərini  qeydə 

alan 

dövlətin 



səlahiyyətli 

orqanının 

verdiyi 

istismarçı 

Şəhadətnaməsinin müddəalarına uyğun olaraq istismar edilməlidir. 

6.8.

 

Binaların icarəsi müqaviləsi 

İcarə müqaviləsinin predmetlərindən biri də binalardır. Binaların 

icarəsi müqaviləsi - icarə müqaviləsinin növlərindən biri kimi çıxış 

etsə  də  bizim  mülki  qanunvericilikdə  xüsusi  qaydada 

tənzimlənməmişdir.  Binaların  icarəsi  müqaviləsinin  ümumi 

təyinatını və icarə predmeti kimi çıxış edə biləcək əşyanın (binanın) 

xüsusiyyətlərini (icarə müqaviləsinin predmeti kimi çıxış edə bilməsi 

üçün onun bəhər və gəlir gətirə bilmək qabiliyyəti olmalıdır) nəzərə 

alaraq  binaların  icarəsi  müqaviləsinə  aşağıdakı  tərifi  vermək  olar: 

Binaların  icarəsi  müqaviləsinə  görə  icarəyəverən  binanı  və  yaxud 

onun  müəyyən  hissəsini  icarəçiyə  müvəqqəti  istifadəyə  verməyi, 

icarəçi  isə  istifadəyə  görə  müəyyənləşdirilmiş  haqq  (icarə  haqqı) 

ödəməyi  öhdəsinə  götürür.  İcarəçinin  binadan  istifadənin  nəticəsi 

olaraq gəlir götürmək hüququ vardır. 

182 



VI fəsil. İcarə müqaviləsi 

Burada bir məqamı nəzərə almaq lazımdır: torpaq sahələrinin və 

yaxud müəssisələrin icarəsi müqavilələrinin predmeti kimi çıxış edən 

əşyalardan (torpaq sahəsi və yaxud əmlak kompleksi olan müəssisə) 

fərqli olaraq binalar öz-özünə bəhər və gəlir gətirmək qabiliyyətinə 

malik  deyildir.  Odur  ki,  binaların  icarəsi  müqaviləsi  zamanı 

müqavilənin predmeti kimi çıxış edən binanı, onun bir hissəsini və 

yaxud  mənzili'  icarəyə  götürən  şəxs  bu  sahədən  şəxsi  istehlak 

məqsədləri üçün deyil, sırf sahibkarlıq məqsədləri (mağaza, market, 

ofis, hotel və s.) üçün istifadə etməlidir. 

Bina yerləşdiyi torpaq sahəsi ilə sıx əlaqədədir. Məhz bu əlamət 

binaların icarəsi müqaviləsini icarə müqaviləsinin ayrıca növü kimi 

fərqləndirilməsinin  əsas  səbəbi  kimi  çıxış  edir.  Binanın  yerləşdiyi 

torpaq sahəsindən istifadə etmədən onun üzərində yerləşən binadan 

istifadə  etmək  praktiki  olaraq  mümkün  deyildir.  Tərəflər  əksər 

hallarda bu barədə şərti müqaviləyə daxil etmirlərk 

Binaların  icarəsi  müqaviləsinin  göstərilən  əlamətlərini  nəzərə 

alaraq  qeyd  etmək  istərdik  ki,  gələcəkdə  bu  müqavilə  növünü 

tənzimləyən  qaydaların  mülki  qanunvericiliyə  əlavə  edilməsi 

məqsədəmüvafiq olardı. 

Hazırda  isə  binaların  icarəsi  müqaviləsinin  tənzimlənməsinə 

ümumi icarə müqaviləsinin tənzimlənməsi haqqında qaydalar tətbiq 

olunur.  Çox  az  sayda  normativ  hüquqi  aktda  binaların  icarəyə 

verilməsi  münasibətlərini  tənzimləyən  müddəalar  nəzərdə 

tutulmuşdur. Bunlardan da biri, AR Mənzil Məcəlləsidir. Binaların 

icarəsi ilə əlaqədar AR Mənzil Məcəlləsinin 125.2.12-ci 

'  AR  Monzil  Məcəlbsinin  14.2-ci  maddəsinə  əsasən,  yaşayış  sahəsində  qanuni 

əsaslarla yaşayan fiziki şəxslərə həmin yaşayış sahəsindən peşə fəaliyyətini və ya fərdi 

sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə istifadəsinə yol verilir, o şərtlə ki, 

bu,  digər  şəxslərin  hüquqlarını  və  qanuni  mənafelərini,  habelə  yaşayış  sahəsi  üçün 

müəyyən edilmiş tələbləri pozmasın. 

^Гражданское право: Учебник / Под. ред. А.П.Сергеева, Ю.К.Толстого. Том 

2. М.: Проспект, 2003, с.217. 

183 



Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə