Yazılmışdır. Bu kitabda mülki hüquq münasibətlərinin yaranmasında aparıcı



Yüklə 2,56 Mb.
Pdf görüntüsü
səhifə67/162
tarix29.08.2018
ölçüsü2,56 Mb.
#65284
növüYazı
1   ...   63   64   65   66   67   68   69   70   ...   162

VIII fəsil. Lizinq müqaviləsi 

deyil, 


məhz 

alqı-satqı 

müqaviləsi 

əsasında 

müxtəlif 

münasibətlərdədirlər'. 



8.4.

 

Lizinq müqaviləsinin əlamətləri 

Lizinq  müqaviləsi  icarə  müqaviləsi  növlərindən  biri  kimi  çıxış 

edir.  Konvensiyaya  və  mülki  qanunvericiliyə  əsaslanaraq  lizinq 

müqaviləsinin aşağıdakı əlamətlərini fərqləndirmək olar: 

1)

 

Lizinq 



verənin 

əsas 


vəzifəsi 

maliyyələşdirmədir 

(investisiyalaş-  dırma).  Burada  pul  vəsaiti  gələcəkdə  icarəyə 

veriləcək müəyyən əmlakın alınmasına yatırılır. Bu tələb AR MM-in 

747-5.2.1-ci maddəsinin tələblərindən irəli gəlir. Orada qeyd olunur 

ki,  lizinq  obyekti  lizinq  verən  tərəfindən  xüsusi  olaraq  lizinqə 

verilmək üçün əldə edilir. Lizinq alan tərəfindən ödənilən pul vəsaiti 

lizinq verənin həyata keçirdiyi kapitallaşmadan əldə etdiyi gəlir kimi 

çıxış edir. 

Münasibətlərin  məzmunundan  aydındır  ki,  əmlak  özünün 

maddi-natural  formasında  lizinq  verənə  lazım  deyildir  və  onun 

tərəfindən həmin əmlakın icarəyə verilib gəlir götürülməsi məqsədilə 

əldə  olunub.  Bu  zaman  lizinq  verənin  kreditor  kimi  hüquqlarının 

təminatı  kimi  icarəyə  verilən  əmlaka  mülkiyyət  hüququnun  onda 

qalması  çıxış  edir.  Bu  şərtin  üstünlüyü  ondadır  ki,  girov  və 

ipotekadan  fərqli  olaraq  lizinq  müqaviləsində  borclu  (lizinq  alan) 

üzərinə  düşən  öhdəliyi  yerinə  yetirmədiyi  təqdirdə  lizinqə  verilmiş 

əmlaka tutma yönəltmək lazım deyildir. Sadəcə həmin əmlakı tələb 

etmək lazımdır. Odur ki, digər əlamətləri ilə yanaşı, maliyyə li- zinqi 

müqaviləsi təminat funksiyasını da yerinə yetirirk 

'  Гражданское  право.  Том  II.  Полутом  1:  Учебник  /  Отв.ред.проф. 

Е.А.Суханов - М.: Волтере Клувер, 2004, стр.412. 

^ Гражданское право: Учебник / Под. ред. А.П.Сергеева, Ю.К.Толстого. Том 

2. М.: Проспект, 2003, с.230. 

205 



Rüfət Göyüşov 

2)

 



Lizinq müqaviləsi bağlandıqdan sonra lizinqə veriləcək əmlak 

lizinq verən tərəfindən satıcıdan öz mülkiyyətinə alınır. Bu qayda AR 

MM-in  747.2-ci  maddəsində  nəzərdə  tutulmuşdur.  Həmin  normaya 

əsasən, lizinq verən müqavilədə nəzərdə tutulan əmlakı hazırlamağa 

və ya əldə etməyə borcludur. 

Lizinq predmetinin seçimi tərəflərin istəyindən asılı olaraq həm 

lizinq verən, həm də lizinq alan tərəfindən həyata keçirilə bilər. Bu 

halda  lizinq  obyektinin  lizinq  müqaviləsinə  əsasən  istifadə 

məqsədlərinə  uyğunsuzluğu  ilə  bağlı  riskin  məsuliyyətini,  lizinq 

müqaviləsi  ilə  ayrı  qayda  nəzərdə  tutulmayıbsa,  lizinq  obyektini 

seçən tərəf daşıyır (bax. AR MM, mad.748-7.3). 

3)

 



Lizinq  alan  lizinqə  verilən  əşyadan  həm  sahibkarlıq,  həm  də 

digər məqsədlər üçün istifadə edə bilər. 

4)

 

Lizinq  müqaviləsi  üzrə  əşya  lizinq  alanın  sahibliyinə  və 



istifadəsinə  verilir.  Lizinq  predmetinin  yalnız  istifadə  üçün  təqdim 

olunmasının  heç  bir  mənası  yoxdur.  Həmçinin  lizinq  verən  də 

əşyanın  saxlanmasında  maraqlı  deyildir.  Lizinqin  məqsədi  əşyanın 

lizinqə verilməsindən gəlir əldə etməkdir. Lizinq predmetinin lizinq 

verəndə qalması onun maraqlarına uyğun deyil, çünki o halda lizinq 

predmetinin  saxlanması  ilə  əlaqədar  xərclər  lizinq  verənin  üzərinə 

düşmüş olacaqdı'. 

5)

 



Əmlak  müəyyən 

müddətə 

lizinqə  verilir.  Lizinq 

müqaviləsinin  qeyri-müəyyən  müddətə  bağlanması  istisna  olunur. 

Çünki lizinq fəaliyyəti lizinq müqaviləsinin müddətindən asılı olaraq 

lizinq ödənişləri üzrə dəqiq hesablamaları tələb edir. 

6)

 



Müqavilədə  nəzərdə  tutulduğu  halda  lizinq  alan  lizinq  pred- 

metini lizinq ödənişləri vasitəsilə mülkiyyətinə əldə edə bilər. Kirayə 

(icarə)  müqavilələri  əsasında  istifadəyə  verilmiş  əmlakın  kirayəçi 

(icarəçi) tərəfindən əldə edilməsi hüququ istənilən müqavilədə 

‘ Гражданское право: Учебник / Под. ред. А.П.Сергеева, Ю.К.Толстого. 

Том 2. М.: Проспект, 2003, с.231. 

206 



VIII fəsil. Lizinq müqaviləsi 

nəzərdə  tutula  bilər.  Kirayəçinin  yaşayış  otağı  kirayə  verildikdən 

sonra satıldığı halda onu əldə etməkdə üstünlük hüququ AR MM- in 

699.3-cü maddəsində müəyyən olunmuşdur. Lakin kirayəçi kirayəyə 

verilmiş  əmlakı  mülkiyyətinə  alması  üçün  sonradan  əldə  olunmuş 

razılaşmada nəzərdə tutulan alış qiymətini kirayəyə verənə ödəməsi 

zəruridir.  Bu  zaman  kirayə  haqqı  heç  bir  halda  alış  qiymətinin 

tərkibinə  daxil  ola  bilməz.  Lizinq  müqaviləsində  bu  məsələ  fərqli 

qaydada həll olunur. Belə ki, burada yuxarıda qeyd olunan qayda üzrə 

lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini 

əldə  etmək  və  kirayələmək  vəzifəsi  həvalə  edilə  bilər  və  ya  belə 

hüquq verilə bilər (bax. AR MM, mad.747.3). Bununla yanaşı, lizinq 

müqaviləsinin bəzi növləri üzrə lizinq ödənişləri lizinq predmetinin 

alış qiymətinə daxil edilə bilər. Lizinq ödənişləri həyat keçirildikdən 

sonra isə lizinq predmeti lizinq alanın mülkiyyətinə verilir. Məsələn, 

AR MM-in 748-2.5-ci maddəsində nəzərdə tutulur ki, maliyyə lizinqi 

zamanı  lizinq  obyektinə  mülkiyyət  hüququ,  əgər  maliyyə  lizinqi 

müqaviləsində  ayrı  qayda  nəzərdə  tutulmayıbsa,  bütün  lizinq 

ödənişlərinin  verilməsi  şərti  ilə  müqavilə  müddəti  başa  çatmazdan 

əvvəl lizinq alana keçir. 

7)

 

Ümumi  qaydaya  görə  əmlakın  təsadüfən  məhv  olması  və  ya 



təsadüfən  zədələnməsi  riski  mülkiyyətçinin  üzərinə  düşdüyü  halda 

lizinq  müqaviləsində  ayrı  qayda  tətbiq  olunur.  Belə  ki,  AR  MM-in 

748-7.1-ci maddəsində müəyyən olunan qaydaya görə, lizinq obyekti 

olan  əmlakın  zərərin  bütün  növlərindən  qorunması,  həmçinin  onun 

məhv  edilməsi,  itirilməsi,  korlanması,  talanması,  vaxtından  əvvəl 

sıradan  çıxması,  quraşdırılması  və  ya  istifadəsi  zamanı  buraxılan 

səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə 

bağlı  məsuliyyəti,  lizinq  müqaviləsi  ilə  ayrı  qayda  nəzərdə 

tutulmayıbsa,  lizinq  obyektinin  faktiki  qəbulu  anından  lizinq  alan 

daşıyır.  Qeyd  olunan  əlamət  lizinq  müqaviləsini əmlakın  istifadəyə 

verilməsi ilə əlaqədar digər müqavilələrdən fərqləndirən cəhətlərdən 

biri kimi çıxış edir. 



207 


Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə