Yazılmışdır. Bu kitabda mülki hüquq münasibətlərinin yaranmasında aparıcı



Yüklə 2,56 Mb.
Pdf görüntüsü
səhifə66/162
tarix29.08.2018
ölçüsü2,56 Mb.
#65284
növüYazı
1   ...   62   63   64   65   66   67   68   69   ...   162

Rüfət Göyüşov 

sına sərf olunmuş vəsaitlərin qaytarılması lizinq ödənişləri vasitəsilə 

həyata keçirilir'. 

Lizinq  müqaviləsi  xüsusi  əlamətlərə  malik  olmaqla  icarə 

müqaviləsinin  növlərindən  biri  kimi  çıxış  edir’.  Lakin  bu  fikirlə 

razılaşmayan müəlliflər də vardır. Belə ki, rus alimlərindən V.S.EM 

qeyd  edir  ki,  adi  kirayə  münasibətlərinin  əsasını  gəlir  əldə  etmək 

məqsədilə  əşyanın  üzərində  sərəncam  verməklə  onu  digər  şəxsin 

istifadəsinə verilməsi qaydası təşkil edir. Bundan fərqli olaraq, lizinq 

başqa  bir  iqtisadi  vəziyyət  yaradır.  Müəyyən  əmlakın  təsərrüfatda 

istifadəsinə ehtiyacı olan şəxs həmin əmlakı bazarda tapır və maliyyə 

vəsaitlərinə malik olan digər subyektə həmin əmlakın satıcıdan alınıb 

onun  müvəqqəti  istifadəsinə  verilməsi  məqsədilə  müraciət  edir. 

Alınıb  istifadəyə  verilməsi  nəzərdə  tutulan  əşya  və  onun  satıcısına 

müraciət edən şəxs özü tapmadığı üçün həmin əşyanın keyfiyyətinə 

və  satıcının  hərəkətlərinə  görə  (maliyyə  vəsaitlərinə  malik  olan 

subyekt) məsuliyyət daşımayacaqdır. Bu şəraitdə əşyanın alıcısı üçün 

əşyanın  alınmasından  daha  çox,  investisiyalaşmanm  formalarından 

biri  kimi,  maliyyə  vəsaitləri  üzərində  məqsədəuyğun  şəkildə 

sərəncam  verilməsi  məsələsi  birinci  dərəcəli  əhəmiyyətə  malikdir. 

Alıcı  tərəfindən  əşyanın  dəyərinin  ödənilməsi  əşyanın  gələcək 

istifadəçisi üçün maliyyə xidmətinin göstərilməsi kimi çıxış edirk 

Burada əmlakın əvəzli olaraq mülkiyyətə alınması münasibətləri 

bu əşyanın digər şəxsin müvəqqəti istifadəyə verilməsi 

' Гражданское право: Учебник / Под. ред. А.П.Сергеева, Ю.К.Толстого. Том 

2. М.: Проспект, 2003, с.229. 

^ Yeno orada, səh.230. 

’  Lizinq  termini  ingilis  dilindən  tərcümədə  -  götürmək  və  müvəqqəti  istifadəyə 

vermək  mənasını  verir.  Bu  ifadəni  Amerika  şirkəti  olan  "Bell  Telefon  Kompani" 

rəhbərliyinin  telefon  aparatlarının  satılmaması  və  onların  kirayəyə  verilməsi  barədə 

1877-ci ildə qəbul etdiyi qərarı əsasında aparılan əməliyyatlarla əlaqələndirirlər, (bax. 

H.İ.Şpitler. Практический лизинг. M., 1991, s.7). 

202 



VIII fəsil. Lizinq müqaviləsi 

münasibətləri  ilə  şərtlənir.  Qeyd  olunan  əmlak  münasibətləri 

sisteminin  tam  olaraq  tənzimlənməsi  üçün  lizinq  müqaviləsində 

alınmış əmlakın istifadəyə verilməsi ilə həmin əmlakın alqı-sat- qısı 

müqavilələri arasında qarşılıqlı əlaqə olmalıdır. 

Maliyyə  vəsaitlərinin  cəlb  edilməsi,  agent  xidmətlərinin 

göstərilməsi,  qarşılıqlı  qarantiyaların  təmin  olunması  üzrə 

subyektlərin  iştirak  etdiyi  mürəkkəb  lizinq  əməliyyatlarında  əmlak 

münasibətləri  sistemi  daha  da  mürəkkəbləşir,  çünki  burada  digər 

müqavilə  (kredit,  agent  və  s.)  formalarından  istifadə  olunmasına 

zərurət yaranır. Odur ki, lizinq münasibətlərinin hüquqi təbiətini artıq 

ənənəvi  xarakter  alan  icarə,  nisyə  satış,  borc,  tapşırıq  müqavilələri 

hüquq  institutları  vasitəsilə  müəyyən  etmək  lizinq  münasibətlərinin 

digər  iştirakçılarının  hüquqi  təsnifatının  lazımi  səviyyədə 

aparılmamış qalması demək olacaqdır'. Lakin mülki qanunvericilikdə 

lizinq  münasibətlərini  tənzimləyən  müddəaların  təhlili  onu  deməyə 

əsas  verir  ki,  lizinq  müqaviləsi  hüquqi  təbiətinə  görə  icarə 

müqaviləsinə daha yaxındır. Bu müqavilə növləri arasında fərq azdır. 

Bu  fikri  AR  MM-in  751-ci  maddəsində  müəyyən  olunan  qayda  da 

təsdiq edir. Orada qeyd olunur ki, li- zinq barəsində əmlak kirayəsi 

müqaviləsinin  Mülki  Məcəllənin  747-750-ci  maddələrinə  zidd 

olmayan qaydaları tətbiq edilir. 



8.3.

 

Lizinq əməliyyatlarının hüquqi forması 

Bizim  mülki  qanunvericiliyə  görə  lizinq  müqaviləsi  həm 

ikitərəfli,  həm  də  üçtərəfli  ola  bilər.  Bununla  əlaqədar  AR  Mülki 

Məcəlləsinin  747-5.1-ci  maddəsində  qeyd  edilir  ki,  lizinq 

əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında 

’  Гражданское  право.  Том  II.  Полутом  1:  Учебник  /  Отв.ред.проф. 

Е.А.Суханов - М.: Волтере Клувер, 2004, стр.409. 

203 



Rüfət Göyüşov 

bağlanmış  lizinq  müqaviləsi  və  lizinq  verənlə  satıcı  arasında 

bağlanılmış  alqı-satqı  müqaviləsidir,  ya  da  həmin  şəxslər  arasında 

Mülki  Məcəllənin  747-5.2-ci  maddəsinə  və  lizinqlə  bağlı  digər 

maddələrinə  müvafiq  surətdə  bağlanılmış  üçtərəfli  müqavilədir.  Bü 

cür  yanaşma  Ottava  Konvensiyasında  da  əksini  tapmışdır.  Lakin 

hüquq ədəbiyyatlarında lizinq müqaviləsinin ikitərəfli və ya üçtərəfli 

olması  ilə  əlaqədar  müxtəlif  fikirlər  mövcuddur.  Rus  alimlərindən 

A.A.İvanov  qeyd  edir  ki,  bir  tərəfdən,  lizinq  verənlə  lizinq  alan 

arasında  olan  münasibətlər,  digər  tərəfdən  isə  lizinq  verənlə  satıcı 

arasında  olan  münasibətlər  klassik  sinelaqmatik  müqavilələrdə 

olduğu kimi  tənzimlənir. Çünki  lizinq  münasibətlərinin iştirakçıları 

çoxtərəfli əqdləri xarakterizə edən, eyni zamanda, bütün iştirakçılara, 

ayrı-ayrılıqda isə hər birinə məxsus olan hüquq və vəzifələrə malik 

deyildirlər. 

Lizinq 


münasibətlərinin 

iştirakçıları 

istənilən 

müqavilənin  bağlanması  üçün  ümumi  (razılaşdırılmış)  iradə  ifadəsi 

bildirmirlər.  Lizinq  münasibətlərinin  iştirakçıları  arasında  yaranan 

münasibətlərə müqavilələrin bağlanması, dəyişdirilməsi və xitamı və 

əqdlərin etibarsızlığı haqqında qaydaları tətbiq etmək olmaz. Belə ki, 

bir  müqavilə  öz  tərkibində  digər  müstəqil  müqavilələri  birləşdirə 

bilməz. Odur ki, lizinq sözün geniş mənasında - lizinq verənin lizinq 

alanın və satıcının iştirak etdiyi müqavilələr məcmusudur'. 

Oxşar  fikir  digər  rus  alimlərindən  V.S.Em  tərəfindən  də 

vurğulanır. Müəllif lizinq müqaviləsini təhlil edərək göstərir ki, lizinq 

müqaviləsində  satıcı  haqqında  şərtin  dəqiqləşdirilməsi  lizinq 

müqaviləsini  üçtərəfli  müqaviləyə  çevirməyəcəkdir.  Belə  ki,  lizinq 

müqaviləsinin  iştirakçıları  (lizinq  alan  və  lizinq  verən)  lizinq 

predmetinin satıcısı ilə lizinq müqaviləsi əsasında 

' Гражданское право: Учебник / Под. ред. А.П.Сергеева, Ю.К.Толстого. 

Том 2. М.: Проспект, 2003, с.232. 

204 



Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə