Yazılmışdır. Bu kitabda mülki hüquq münasibətlərinin yaranmasında aparıcı



Yüklə 2,56 Mb.
Pdf görüntüsü
səhifə42/162
tarix29.08.2018
ölçüsü2,56 Mb.
#65284
növüYazı
1   ...   38   39   40   41   42   43   44   45   ...   162

V fəsil. Əmlak kirayəsi müqaviləsi 

-

 



kirayəçi  kirayə  müddəti  ərzində  aşkar  etdiyi  müqaviləyə  hər 

hansı  uyğunsuzluqlar  barəsində  və  ya  əşyanı  və  ya  onun 

istifadəçilərini  gözlənilməz  təhlükədən  qorumaq  üçün  tədbirlər 

görülməsi  zərurəti  barəsində  kirayəyə  verənə  dərhal  bildiriş 

verməlidir. Əgər kirayəçi bildiriş vermirsə, bunun nəticəsində əmələ 

gələn zərərin əvəzini ödəməyə borcludur (bax. AR MM, mad.677.3); 

-

 

kirayəçi 



kirayəyə 

götürdüyü 

əşyanı 

kirayə 


hüquq 

münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur (AR 

MM, mad.697.1). 

-

 



torpaq sahəsinin kirayəçisi kirayəyə götürdüyü torpaq sahəsini 

kirayəyə  verənə  qarşı  pretenziyaları  əsasında  saxlamaq  hüququna 

malik deyildir. 

5.4.

 

Kirayə müqaviləsinin xitamı və davam etdirilməsi 

Kirayə  müqaviləsinin  xitamının  başlıca  əsası  müddətin 

bitməsidir'.  Əgər  kirayə  müddəti  bitdikdən  sonra  kirayəçi  otaqdan 

istifadəni davam  etdirirsə və iki həftə ərzində kirayəyə verən və  ya 

kirayəçi  əks  niyyətdə  olduğu  barədə  müvafiq  olaraq  digər  tərəfə 

bildiriş vermirsə, o zaman müqavilə qeyri-müəyyən müddətə uzadılır 

(bax. AR MM, mad.693.2.1). 

Yaşayış  otaqlarının  kirayəsi  müqaviləsinin  xüsusiyyətlərini 

nəzərə  alaraq  qanunverici  müddət  bitdikdə  müqavilənin  davam 

etdirilməsi imkanları ilə əlaqədar xüsusi qaydalar müəyyən etmişdir. 

Belə ki, əgər müqavilənin ləğv olunduğu halda münasibətlərin davam 

etdirilməsini AR MM-ə əsasən tələb etmək mümkündürsə, o zaman 

kirayəçi bu münasibətlərin davam etdirilməsini tələb edə bilər (bax. 

AR MM, mad.693.1.1). Kirayəçi tərəfin- 

' Гражданское право. Том II. Полутом 1: Учебник / Отв.ред.проф. 

Е.А.Суханов - М.: Волтере Клувер, 2004, стр.374. 

129 



Rüfət Göyüşov 

dən müqavilənin davam etdirilməsinin tələb edilə bilməsi şərtləri AR 

MM-in  696-cı  maddəsində  göstərilmişdir.  Həmin  normaya  əsasən, 

əgər  yaşayış  otağının  kirayəsi  haqqında  müqaviləyə  uyğun  olaraq 

hüquq münasibətlərinə xitam verilməsi kirayəçi və onun ailəsi üçün 

ağır nəticələrə gətirib çıxara bilərsə və buna hətta kirayəyə verənin 

əsaslı  mənafelərini  nəzərə  almaqla  haqq  qazandırmaq  mümkün 

olmazsa, kirayəçi müqavilənin ləğv edilməsi barədə şikayət verə bilər 

və  kirayəyə  verəndən  həmin  müqavilə  üzrə  hüquq  münasibətlərini 

davam etdirməyi tələb edə bilər. 

Ağır  nəticələr  əvvəlki  otağın  əvəzinə  münasib  yaşayış  otağının 

məqbul şərtlərlə verilməsinin mümkün olmadığı halda da baş verir. 

Razılıq  əldə  edilmirsə,  kirayə  hüquq  münasibətlərinin  davam 

etdirilməsi  və  kirayə  müddəti  haqqında,  habelə  kirayənin  davam 

etdirilməsi şərtləri haqqında qərar məhkəmə qaydasında qəbul edilir. 

Əgər kirayə hüquq münasibətlərinə xitam verilməsinin kirayəçi və ya 

onun  ailəsi  üçün  ağır  nəticələrə  gətirib  çıxarmasına  əsas  verən 

şərtlərin  nə  vaxt  aradan  qalxacağını  ehtimal  etmək  mümkün 

deyildirsə,  kirayə  hüquq  münasibətlərinin  qeyri-müəyyən  müddətə 

davam etdiriləcəyi müəyyənləşdirilə bilər (bax. AR MM, mad.696.3). 

Razılığa  və  ya  məhkəmə  qərarına  əsasən  kirayə  hüquq 

münasibətlərinin 

müəyyən 

müddətə 


davam 

etdiriləcəyi 

müəyyənləşdirilmişsə,  həmin  müddət  bitdikdən  sonra  müqaviləyə 

xitam  verilməlidir.  Bu  halda  kirayəçi  münasibətlərin  həmin 

müddətdən əlavə davam etdirilməsini yalnız o halda tələb edə bilər 

ki, buna şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi əsas versin. 

Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu 

dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni 

əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, 

bağlamazdılar (bax. AR MM, mad.422.1). 

Qeyri-müəyyən müddətə bağlanmış kirayə müqaviləsinin davam 

etdirilməsindən həm kirayəyə verənin, həm də kirayəçinin 



130 


V fəsil. Əmlak kirayəsi müqaviləsi 

istəyilə AR MM-in 691-ci maddəsində müəyyən olunan xəbərdarlıq 

müddətini gözləməklə istənilən vaxt imtina etmək olar. 

Kirayəyə  verilən  əmlakın  mülkiyyətçisinin  dəyişməsi  kirayə 

müqaviləsinin  xitamına  səbəb  olmur.  Bu  zaman  kirayəyə  verənin 

hüquq və vəzifələri kirayə predmetini əldə edənə keçir. Əldə edən öz 

öhdəliklərini  yerinə  yetirmədikdə,  kirayəyə  verən  əldə  edən 

tərəfindən əvəzi ödənilməli zərər üçün zamin kimi məsuliyyət daşıyır. 

Bu cür məsuliyyət mülkiyyət hüququnun keçməsinin kirayəyə verənə 

məlum olmasından altı ay keçənədək mövcud olur. 

Kirayəçinin  öldüyü  halda  isə,  kirayə  müqaviləsi  üzrə  hüquq 

münasibətləri,  əgər  başqa  kirayəçilər  varsa,  onlarla  davam  etdirilir. 

Başqa  kirayəçilər  olmadıqda  kirayə  müqaviləsi  üzrə  hüquq 

münasibətləri vərəsələrlə davam etdirilir (bax. AR MM, mad.695.1). 



Kirayə  müqaviləsinə  xitam  verilməsinin  nəticələri.  Kirayəyə 

verilmiş əşya kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra 

kirayəyə verənə qaytarılmalıdır. Kirayəyə verən isə, öz növbəsində, 

kirayə  müqaviləsi  bağlanarkən  kirayəçinin  müqavilə  öhdəliklərini 

icra  etməsi  üçün  təminat  kimi  verdiyi  və  öhdəliklərə  görə  tutmaya 

yönəldilməmiş  əşyalarını  (və  ya  əmlak  hüquqlarını)  geri 

qaytarmalıdır.  Bundan  əlavə,  AR  MM-in  697.3-cü  maddəsinin 

müəyyən etdiyi tələblərə əsasən, kirayə hüquq münasibətlərinə xitam 

verildikdən sonra kirayəyə verən hər hansı müddət üçün qabaqcadan 

verilmiş kirayə haqqını qaytarmalıdır. 

Mülki  qanunvericiliyin  ümumi  qaydalarına  əsasən,  borcluya 

məxsus əşya qanuni və ya müqavilə əsasında kreditorda olduqda, o, 

(kreditor)  borcluya  yönəlik  tələblərinin  icrasının  təmini  məqsədilə 

həmin əşyaya saxlaya və ya üzərində girov hüququnu müəyyən edə 

bilər. Torpaq kirayəsinə münasibətdə bu qaydadan istisnalar vardır. 

Belə  ki,  AR  MM-in  697.1-ci  maddəsində  göstərilir  ki,  torpaq 

sahəsinin  kirayəçisi  kirayəyə  götürdüyü  torpaq  sahəsini  kirayəyə 

verənə qarşı pretenziyaları əsasında saxla 

131 



Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə