Yazılmışdır. Bu kitabda mülki hüquq münasibətlərinin yaranmasında aparıcı



Yüklə 2,56 Mb.
Pdf görüntüsü
səhifə43/162
tarix29.08.2018
ölçüsü2,56 Mb.
#65284
növüYazı
1   ...   39   40   41   42   43   44   45   46   ...   162

Rüfət Göyüşov 

maq hüququna malik deyildir. Odur ki, torpaq kirayəsi müqaviləsinə 

xitam  verildikdən  sonra  kirayəçi  həmin  əşyanı  kirayəyə  verənə 

qaytarmalıdır.  Pozulmuş  hüquqlarını  isə  məhkəmə  qaydasında 

müdafiə edə bilər. 

Kirayə  hüquq  münasibətlərinə  xitam  verildikdən  sonra  kirayəçi 

kirayəyə 

götürdüyü 

əşyanı 

qaytarmırsa, 



kirayəyə 

verən 


kompensasiya 

olaraq 


əşyanın 

saxlandığı 

müddət 

üçün 


müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər (bax. 

AR MM, mad.697.2). 



Kirayə 

müqaviləsi 

üzrə 

iddia 

müddəti. 

Kirayə 


münasibətlərinin  hər  iki  tərəfi  müqavilə  öhdəliklərinin  yerinə 

yetirilməməsi ilə əlaqədar pozulmuş hüquqlarının bərpası məqsədilə 

digər  tərəfə  qarşı  iddia  irəli  sürə  bilər.  Bu  münasibətlərə  iddia 

müddəti tətbiq olunur. 

İddia müddətləri ilə əlaqədar qaydaları nəzərdə tutan AR MM-in 

18-ci  fəslinin  müddəalarına  əsasən  müqavilə  tələbləri  üzrə  iddia 

müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia 

müddəti  isə  altı  ildir.  Odur  ki,  bu  qaydalar  eyni  ilə  kirayə 

müqaviləsində  də  tətbiq  olunur.  Lakin  qanunverici  kirayə 

münasibətlərində yarana biləcək bəzi hüquq pozuntuları ilə əlaqədar 

qısaldılmış  iddia  müddətlərini  tətbiq  edir.  Belə  ki,  AR  MM-in 

697.4-cü  maddəsinə  əsasən,  kirayəyə  verənin  kirayəyə  verilmiş 

əşyanın  dəyişməsi  və  ya  pisləşməsi  nəticəsində  zərərin  əvəzinin 

ödənilməsi  barədə  iddiaları  altı  aydan  sonra  müddətin  keçməsinə 

görə qüvvədən düşür. Eləcə də kirayəçinin əşyanın saxlanması və ya 

bərpası üçün xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun 

götürülməsinə  icazə  verilməsi  barədə  iddiaları  altı  aydan  sonra 

müddətin keçməsinə görə qüvvədən düşür. 

Bu  zaman  iddia  müddətinin  axımı  kirayəyə  verən  üçün  əşyanı 

geri  aldığı  andan  başlanır.  Kirayəçinin  iddialarının  müddəti  isə, 

kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. 

132 



V fəsil. Əmlak kirayəsi müqaviləsi 

AR  MM-in  697.4-cü  maddəsinin  son  cümləsi  belə  bir  qaydanı 

nəzərdə  tutur  ki,  kirayəyə  verən  əşyanın  qaytarılması  hüququnu 

müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi 

barədə iddiaları da qüvvədən düşür. Hesab edirik ki, bu qayda mülki 

qanunvericiliyin digər müddəaları  ilə ziddiyyət  təşkil edir.  Belə ki, 

əşyanı  kirayəyə  verən  onun  mülkiyyətçisidir  və  ya  mülkiyyətçisi 

tərəfindən  səlahiyyət  verilmiş  şəxsdir.  Mülkiyyətçinin  hüququnun 

hər  cür  pozuntularının  aradan  qaldırılması  haqqında  tələblərinə  isə 

iddia  müddəti  şamil  edilmir  (bax.  AR  MM,  mad.384.0.4).  Bu 

qaydanın  tələbləri  kirayə  münasibətlərinə  tətbiq  olunduğu  üçün 

nəticə  etibarı  ilə  kirayəyə  verənin  əşyanın  qaytarılması  hüququna 

müddətin keçməsinə görə xitam verilə bilməz. 

5.5.

 

Kirayə müqaviləsinin növləri 

AR  MM-də  kirayə  müqaviləsinin  növləri  konkret  olaraq 

göstərilməmişdir.  Digər  qanunvericilik  aktlarını  və  təcrübədə  geniş 

istifadə  olunan  kirayə  münasibətləri  əsasında  kirayə  müqaviləsinin 

növlərini aşağıdakı kimi təsnifləşdirmək olar. 

1)

 



Məişət burovuzu müqaviləsi. 

2)

 



Yaşayış sahələrinin kirayəsi müqaviləsi. 

3)

 



İcarə müqaviləsi. 

Məişət burovuzu (prokatı) müqaviləsi. Mülki dövriyyədə daha 

çox  prokat  müqaviləsi  kimi  tanınan  məişət  burovuzu  müqaviləsi 

qüvvədə  olan  Azərbaycan  qanunvericiliyi  ilə  xüsusi  olaraq 

tənzimlənmir.  Azərbaycan  SSR-nin  1964-cü  il  Mülki  Məcəlləsində 

məişət  burovuzu  müqaviləsini  tənzimləyən  müddəalar  nəzərdə 

tutulmuşdu.  Həmin  məcəllənin  288-ci  maddəsində  verilən  anlayışa 

görə, məişət burovuzu müqaviləsi məişətdə işlənən ev 

133 



Rüfət Göyüşov 

şeyləri,  musiqi  alətləri,  idman  alətləri,  minik  maşınları  və  sair 

əmlakın (məişət burovuzu) dövlət, kooperativ təşkilatları və ictimai 

təşkilatlar  tərəfindən  pulla  vətəndaşların  müvəqqəti  istifadəsinə 

verilməsi şərtləri və qaydasını müəyyən edir. 

Prokat  müqaviləsinin  fərqləndirici  əlamətləri  birincisi,  kirayəyə 

verənin  xüsusi  statusunda,  ikincisi,  bu  müqavilənin  pred-  metinin 

xüsusiyyətlərində  ifadə  olunur.  Məişət  burovuzu  müqaviləsində 

kirayəyə  verən  qismində  əsasən  bu  işlə  peşəkarcasına  məşğul  olan 

kommersiya təşkilatları  çıxış  edə bilər. Əşyanın  kirayəyə  verilməsi 

bu təşkilatların sahibkarlıq fəaliyyətlərinin əsas məqsədidir. Onlar bu 

fəaliyyətlə davamlı olaraq məşğul olduqları üçün bu tip subyektlərin 

kənarında  əşyaların  istifadəyə  verilməsi  ilə  əlaqədar  bağlanılan 

müqavilələr məişət burovuzu müqaviləsinə aid olmayacaqdır. 

Məişət  burovuzu  müqaviləsinin  predmeti  kimi,  yalnız  daşmar 

əşyalar  çıxış  edə  bilər.  Prokata  verilə  bilən  daşınar  əşyalar 

müxtəlifdir. Bura aiddir: məişət-elektrik avadanlıqları, paltar, musiqi 

alətləri,  minik  avtomobilləri,  mebel  dəstləri,  idman  inventarı, 

mərasim tədbirləri üçün stol-stul, qab-qacaq və s. Daşınmaz əmlakın 

kirayəyə  verilməsi  ilə  əlaqədar  istənilən  əqdlər  bu  münasibətlərin 

qısamüddətli  olmasından  və  yaxud  kommersiya  məqsədilə 

bağlanmasından  asılı  olmayaraq  heç  bir  halda  məişət  burovuzu 

müqaviləsinə aid edilə bilməz'. 

Ümumi qaydaya görə, məişət burovuzu müqaviləsi üzrə kirayəyə 

verilən  əşya  istehlak  məqsədləri  üçün  istifadə  edilməlidir.  Lakin 

təcrübədə  sahibkarlıq  fəaliyyətinin  həyata  keçirilməsi  ilə  əlaqədar 

bağlanılan prokat müqavilələrinə rast gəlmək olur. Məsələn, konsert 

tədbirlərinin  həyata  keçirilməsi  məqsədilə  iri  monitorların  və  səs 

gücləndiricilərinin tədbirin keçirildiyi müd 

' Гражданское право. Том II. Полутом 1: Учебник / Отв.ред.проф. 

Е.А.Суханов - М.: Волтере Клувер, 2004, стр.386. 

134 



Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə