Yazılmışdır. Bu kitabda mülki hüquq münasibətlərinin yaranmasında aparıcı



Yüklə 2,56 Mb.
Pdf görüntüsü
səhifə30/162
tarix29.08.2018
ölçüsü2,56 Mb.
#65284
növüYazı
1   ...   26   27   28   29   30   31   32   33   ...   162

III fəsil. Bağışlama müqaviləsi 

da  qeyd  etmişdik.  Bura  hədiyyə  verənin  imtina  hüququ  (hədiyyə 

verilənə  qədər,  hədiyyənin  restitusiyası  hüququ  və  hədiyyə  qəbul 

edildikdən sonra bağışlamaqdan imtina hüququ) aiddir. 

Obyektiv  səbəblər  imtina  hüququnun  həyata  keçirilməsinə 

zərurət  olmadan  bağışlama  müqaviləsinin  ləğvini  nəzərdə  tutur  ki, 

bunun  da  əsasları  AR  MM-in  674.1-ci  maddəsində  nəzərdə 

tutulmuşdur. Həmin normaya əsasən, bağışlanması vəd edilmiş əşya 

itirildikdə və  ya məhv olduqda və  ya hədiyyə verənin  əmlakı  üçün 

müsabiqə icraatı başlandıqda müqavilə ləğv edilir və öhdəliyə xitam 

verilir. 

Bağışlama  müqaviləsi  üzrə  öhdəliklərə  hüquqi  faktlar  olan 

hadisələrin baş verməsi nəticəsində də xitam verilir. Belə ki, hədiyyə 

verən vaxtaşırı xidmətlər göstərməyi öhdəsinə götürdükdə, əgər ayrı 

şərt qoyulmayıbsa, bu öhdəliyə onun ölümü ilə xitam verilir (bax. AR 

MM, mad. 674.2). 



91 


Rüfət Göyüşov 

IV

 

FƏSİL. Renta müqaviləsi 

4.1.

 

Renta müqaviləsinin anlayışı və əlamətləri 

Renta  müqaviləsi  mülki  dövriyyədə  orta  əsrlərdən  məlumdur. 

Hüquq 

ədəbiyyatlarında 



Avropa 

qanunvericiliyində 

renta 

münasibətlərinin  yaranmasının  iki  səbəbini  qeyd  edirlər.  Məşhur 



fransız  sivilist  alimi  L.J.Morander  birinci  səbəb  kimi  nağd  pul 

vəsaitlərinin çatışmazlığını göstərirdi və qeyd edirdi ki, öz əmlakını 

satmaq  istəyən  mülkiyyətçi  onu  birdəfəlik  ödəmək  şərti  ilə  almaq 

istəyən  müştərini  tapmaqda  çətinlik  çəkirdi.  Lakin  daimi  olaraq 

müntəzəm ödəmələr vasitəsilə həmin əmlakı almaq istəyən müştərilər 

çox idi. Müəllif tarixən renta müqaviləsinin yranmasmm ikinci səbəbi 

kimi kilsənin faizlə borc verməni qadağan etməsini göstərirdi. Onun 

fikrincə,  bu  utandırıcı  qadağa  idi.  Lakin  insanlar  bütün  bu 

qadağanlardan  yayınmaq  istəyirdilər  və  bu  məqsədilə  renta 

müqaviləsindən  istifadə  edirdilər.  Böyük  məbləğdə  borc  alan  şəxs 

həmin  borca  görə  faizlər  ödəməyi  və  borcu  qaytarmağı  deyil, 

kreditora illik renta ödəməyi öhdəsinə götürürdü'. 

Renta  müqaviləsi  bizim  qanunvericiliyə  ilk  dəfədir  ki,  daxil 

edilib.  Lakin  oxşar  münasibətləri  tənzimləyən  normalar  1964-cü  il 

Azərb.SSR  Mülki  Məcəlləsində  də  nəzərdə  tutulmuşdu.  Həmin 

qaydalar  bir  sıra  məhdudiyyətlərlə  yaşayış  sahəsinin  satıcısının 

ömürlük himayədə saxlanılması müqabilində alqı-satqı müqaviləsinin 

bağlanmasına  yol  verilirdi.  Bu  məhdudiyyətlər  ondan  ibarət  idi  ki, 

yaşayış sahəsinin satıcısı qismində ancaq əmək qabiliy- 

'  Гражданское  право.  Том  II.  Полутом  1:  Учебник  /  Отв.ред.проф. 

Е.А.Суханов - М.: Волтере Ю

1

увер, 2004, стр.350. 



92 


IV fosil. Renta müqaviləsi 

yətini  itirmiş  şəxs  çıxış  edə  bilərdi.  Hal-hazırda  ictimai  siyasi 

quruluşun  dəyişməsi  ilə  əlaqədar  bu  cür  məhdudiyyətlər  aradan 

qalxmış  və  tarixən  digər  ölkələrin  hüququnda  mövcud  olan  oxşar 

mülki münasibətləri tənzimləyən yeni normalar qanunvericiliyə əlavə 

edilmişdir.  Bu  münasibətlərin  tənzimlənməsi  renta  müqaviləsi  ilə 

həyata keçirilir. 

Renta müqaviləsi ingilis-amerikan, eləcə də roman-alman hüquq 

sistemində  kifayət  qədər  tarixə  malik  olan  müqavilə  kimi  tanınır. 

Renta  sözünün  özü  müasir  qanunvericilikdə  olan  kirayə  və  icarə 

anlayışına uyğundur. Odur ki, bu müqavilədə həm kirayənin, həm də 

alqı-satqınm elementləri var desək, səhv eləmərik. 

Renta  müqaviləsinin  anlayışı  AR  MM-in  864.1-ci  maddəsində 

aşağıdakı kimi verilmişdir: "Renta müqaviləsinə görə bir tərəf (renta 

alan)  əmlakı  digər  tərəfin  (renta  ödəyicisinin)  mülkiyyətinə  verir, 

renta ödəyicisi isə alınmış əmlakın müqabilində renta alana vaxtaşırı 

müəyyən pul məbləği şəklində renta ödəməyi öhdəsinə götürür". 

Ümumi  qaydaya  əsasən,  renta  müqaviləsi  əmlakın  mülkiyyətə 

verilməsi  ilə əlaqədar  yaranan öhdəliklər sırasına aidddir.  Lakin  bu 

müqavilə ödənişin birdəfəlik deyil, hissə-hissə həyata keçirilməsinə, 

həmçinin  ömürlük  renta  müqaviləsi  üzrə  renta  ödəyicisinin 

müqaviləni  əhəmiyyətli  dərəcədə  pozduqda  renta  alanın  renta 

ödəyicisində  rentanı  satın  almağı  və  ya  müqaviləni  ləğv  etməyi  və 

zərərin  əvəzini  ödəməyi  tələb  etmə  xüsusiyyətinə  və  bir  sıra  digər 

əlamətlərinə  görə  kirayə  müqaviləsinə  yaxındır.  Lakin  əlbəttə  ki, 

kirayə müqaviləsi deyildir. 

Tərifdə  verilən  anlayışdan  da  görünür  ki,  renta  müqaviləsi  real 

müqavilədir,  belə  ki,  müqavilənin  bağlanmış  hesab  edilməsi  üçün 

əmlakın  renta  ödəyicisinə  verilməsi  tələb  olunur.  Əmlakın 

verilməsindən  sonra  renta  alan  müqavilə  üzrə  heç  bir  vəzifə 

daşımayıb  yalnız  hüquqlara  malik  olduğu  üçün,  demək  olar  ki,  bu 

müqavilə birtərəfli xarakterlidir. 

93 



Rüfət Göyüşov 

Renta  müqaviləsi  əvəzli  müqavilədir.  Belə  ki,  əmlakın  dəyəri 

müəyyənləşdirilmiş  miqdarda  pulla  və  ya  digər  formada  (pul 

məbləğinə  uyğun  əmlakın  verilməsi,  işlərin  görülməsi  və  ya 

xidmətlərin  göstərilməsi  yolu  ilə  ödənilməsi  nəzərdə  tutula  bilər) 

ödənilir.  Əvəzlilik  əlaməti  rentanm  hüquqi  təbiətindən  və  daşıdığı 

məqsəddən  irəli  gəlir.  Lakin  Mülki  Məcəllədə  rentanm  əvəzsiz  ola 

bilməsi də qeyd olunur. Bununla əlaqədar, AR MM-in 

867.2-

 

ci  maddəsində  nəzərdə  tutulmuş  qaydaya  görə,  əgər  həmin 



məcəllənin renta münasibətlərini tənzimləyən 48-ci fəslinin qaydaları 

ilə  ayrı  hal  müəyyənləşdirilməyibsə  və  bu,  renta  müqaviləsinin 

mahiyyətinə  zidd  deyildirsə,  renta  müqaviləsində  əmlakın  haqq 

müqabilində verilməsinin nəzərdə tutulduğu halda əmlakın verilməsi 

və  ödənilməsi  üzrə  tərəBərin  münasibətlərinə  alqı-satqı  haqqında 

qaydalar,  belə  əmlakın  pulsuz  verildiyi  halda  isə  bağışlama 

müqaviləsi haqqında qaydalar tətbiq edilir. 

Renta  müqaviləsi  əmlakın  özgəninkiləşdirilməsi  ilə  əlaqədar 

yaranan müqavilələr sırasına aid olduğu üçün, həmin müqavilələrdə 

olduğu  kimi,  renta  müqaviləsində  də  əmlak  digər  tərəfin,  bu  halda 

renta  ödəyicisinin  mülkiyyətinə  verilir.  Lakin  renta  müqaviləsi  ilə 

yaranan mülkiyyət hüququnu sözün əsl mənasında mülkiyyət hüququ 

ilə  tam  olaraq  eyniləşdirmək  mümkün  deyil.  Mülkiyyət  hüququna 

əsasən mülkiyyətçi öz əmlakının üzərində tam hakimdir, istədiyi kimi 

həmin  əmlaka  sahiblik,  istifadə  və  sərəncam  hüquqlarını  həyata 

keçirə bilər (digər şəxslərin qanunla qorunan hüquqlarını pozmamaq 

şərti ilə). Mülkiyyətçi öz hüququ üzərində başqa hüququ tanımır və 

əmlakı  ilə  əlaqədar  heç  kəsin  qarşısında  məsuliyyət  daşımır.  Lakin 

renta müqaviləsində bu heç də belə deyildir. Renta ödəyicisi əmlakın 

mülkiyyətçisi olsa da o, bu əmlaka görə haqq (renta ödənişi) ödəmək 

vəzifəsinin daşıyıcısıdır. O, bu vəzifəsini yerinə yetirmədikdə renta 

müqaviləsinin  ləğv  olunması  və  vurulmuş  ziyanın  ödənilməsi 

sanksiyasına məruz qala bilər (bax. AR MM, mad.869.3). Vurduğu 

ziyanı 


94 


Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə