IV fəsil. Renta müqaviləsi
Daimi
renta
alanlar
yalnız
fiziki
şəxslər,
habelə
qeyri-kommersiya təşkilatları ola bilərlər, bir şərtlə ki, bu, qanuna
zidd olmasın və onların fəaliyyətinin məqsədlərinə uyğun gəlsin
(bax. AR MM, mad.871.1).
Müəyyən müddətə və müəyyən məqsədi əldə etmək üçün yaranan
qeyri-komersiya
hüquqi şəxslər müddətsiz münasibətlərin
iştirakçıları ola bilmədikləri üçün daimi renta müqaviləsi üzrə renta
alan kimi çıxış edə bilməzlər və deməli, bu müqavilənin iştirakçısı
ola bilməzlər. Kommersiya hüquqi şəxsləri sahibkarlıq fəaliyyətinin
subtektləri olduqları və fəaliyyətləri maddi nemətlərin dövriyyəsi ilə
əlaqədar olduğu üçün renta alan kimi çıxış edə bilməzlər. Bu
məhdudiyyət rentanm hüquqi təbiətindən irəli gəlir.
Daimi renta müqaviləsinin digər mühüm əlaməti renta alanın
hüqüqlarmm ötürülə bilməsində (tələbin güzəşti yolu ilə) və vərəsəlik
üzrə və ya hüquqi şəxsin yenidən təşkili halında hüquqi varislik
qaydasında keçə bilməsində ifadə olunur. Daimi renta müqaviləsi
üzrə renta alanın hüquqları fiziki şəxslərə və qeyri- kommersiya
hüquqi şəxslərinə ötürülə bilər.
Daimi renta münasibətlərinin növbəti mühüm əhəmiyyəti ondan
ibarətdir ki, daimi renta ona dair müqavilə ilə müəyyənləşdirilmiş
qiymətlə satın alınır. Odur ki, istər əvəzli olsun, istərsə də əvəzsiz, hər
bir halda rentanm satın alma qiyməti müəyyən olunmalıdır. Daimi
renta ödənilməsindən ötrü əmlakın haqq müqabilində verilməsi üçün
əsas götürülən daimi renta müqaviləsində satınalma qiyməti
haqqında şərt olmadıqda satınalma ödəniləsi rentanm illik məbləğinə
uyğun qiymətlə həyata keçirilir (bax. AR MM, mad.875.2). Daimi
renta ödənilməsindən ötrü əşyanın pulsuz verilməsi üçün əsas
götürülən daimi renta müqaviləsində satınalma qiyməti haqqında şərt
olmadıqda, satınalma qiymətinə renta ödənişlərinin illik məbləği ilə
yanaşı, verilmiş əşyanın qiyməti də daxil edilir (bax. AR MM,
mad.875.3).
101
Rüfət Göyüşov
Daimi renta müqaviləsinə xitam verilməsi satınalma məbləği tam
olaraq ödənildikdən sonra yol verilir. AR MM-in 873.2-ci maddəsinə
görə, müqavilədə satınalmanın başqa qaydası nəzərdə tutula bilər.
Renta alan tərəfindən əşyanın satın alınmasının tələb olunması
qanunda müəyyən olunan aşağıdakı şərtlərlə əlaqədardır;
-
daimi renta müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa,
renta ödəyicisi onun ödənilməsini bir ildən çox gecikdirdikdə;
-
renta ödəyicisi renta ödənişini təmin etmək öhdəliklərini
pozduqda;
-
onun rentanı müqavilə ilə müəyyənləşdirilmiş miqdarda və
müddətlərdə ödəməyəcəyinə aşkar dəlalət edən hallar yarandıqda;
-
renta ödənilməsi üçün verilmiş daşınmaz əmlak ümumi
mülkiyyətə daxil olduqda və ya bir neçə şəxs arasında
bölüşdürüldükdə;
-
müqavilədə nəzərdə tutulmuş digər hallarda.
Ümumi qaydaya görə, əmlakın təsadüfən məhv olması və ya
təsadüfən zədələnməsi riski, əgər Mülki Məcəllədə və ya müqavilədə
ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçisinin üzərinə düşür
(bax. AR MM, mad. 152.10). Bu məsələ daimi renta müqaviləsində
onun əvəzli və ya əvəzsiz olması ilə əlaqədar olaraq fərqli qaydada
müəyyən olunmuşdur. Belə ki, daimi renta ödənilməsi üçün pulsuz
verilmiş əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi
riski renta ödəyicisinin üzərinə düşür (bax. AR MM, mad.876.1).
Daimi renta ödənilməsi üçün haqq müqabilində verilmiş əşya
təsadüfən məhv olduqda və ya təsadüfən zədələndikdə risk demək
olar ki, hər iki tərəfin üzərinə düşür. Bu halda renta ödəyicisi müvafiq
olaraq, rentanm ödənilməsi öhdəliyinə xitam verilməsini və ya onun
ödənilməsi şərtlərinin dəyişdirilməsini tələb edə bilər. Bu cəhətdən
risk renta alanın üzərinə düşür. Digər tərəfdən isə uzun zaman dövrü
ərzində renta ödəyicisinin ödədiyi haqq onun itki riskinə daxildir.
102
IV fəsil. Renta müqaviləsi
4.3.
Ömürlük renta müqaviləsi
Bu müqavilə renta ödənişləri üzrə müddətli öhdəlik münasibəti
yaradır. AR MM-in 877.1-ci maddəsinə əsasən, ömürlük renta əşyam
renta ödənilməsi üçün verən fiziki şəxsin sağlığı dövrü üçün və ya
onun göstərdiyi başqa fiziki şəxsin sağlığı dövrü üçün
müəyyənləşdirilə bilər. Başqa sözlə, renta alanın ölümü renta
müqaviləsi üzrə renta ödənilməsi öhdəliyinə xitam vermiş olacaqdır.
Daimi rentadan fərqli olaraq, ömürlük renta müqaviləsində renta
alanın hüquqları onun şəxsiyyəti ilə sıx bağlı olduğu üçün başqasına
güzəşt edilə bilməz.
Ömürlük rentanın bir neçə fiziki şəxsin xeyrinə müəyyənləş-
dirilməsinə yol verilir və əgər ömürlük renta müqaviləsində ayrı
qayda nəzərdə tutulmayıbsa, renta almaq hüququnda onların payları
bərabər sayılır (bax. AR MM, mad.877.2).
Ömürlük renta bir neçə şəxsin xeyrinə müəyyən olunduqda
müqavilə onlardan sonuncusunun həyatda olduğu vaxta qədər davam
edir. Sonuncu renta alan öldükdə isə rentanı ödəmək öhdəliyinə
xitam verilir. Bu halda ölən renta alanın renta almaq hüququnda payı
ondan çox yaşayan renta alanlara keçir. Təbii ki, tərəflər ömürlük
renta müqaviləsində ayrı qayda nəzərdə tuta bilərlər.
Daimi renta müqaviləsindən fərqli olaraq, ömürlük renta
müqaviləsində rentanın ödənilməsi müddətləri, əgər müqavilədə ayrı
qayda nəzərdə tutlmaıbsa, hər təqvim ayının sonunda həyata keçirilir.
Ömürlük renta müqaviləsi - müddətli əqddir. Odur ki, bu
müqavilədən yaranan öhdəliklərə ümumi əsaslarla xitam verilə bilər'.
Renta ödəyicisi üzərinə düşən öhdəliyi icra edərkən vic-
' Гражданское право. Том II. Полугом 1: Учебник / Отв.ред.проф.
Е.А.Суханов - М.: Волтере Клувер, 2004, стр.363.
103
Dostları ilə paylaş: |