Rüfət Göyüşov
lər, onu sata bilər və ya müqavilə öhdəlikləri pozulduğu təqdirdə
kirayəyə verilmiş əşyanın geri qaytarılmasını tələb edə bilər.
Rus müəlliflərindən A.A.İvanov hesab edir ki, kirayəyə verilmiş
əmlak üzərində sahiblik və istifadə hüququnun verilməsi ilə əlaqədar
iki hal ola bilər. Birincisi, kirayəyə verən sahiblik və istifadə
hüquqlarını bütünlüklə icarəçiyə verir. İkincisi, kirayəyə verən
əmlaka sahiblik hüququnu (tam və ya müəyyən hissədə) özündə
saxlayır və ya istifadə hüququnu (tam və ya müəyyən hissədə)
güzəştə gedir. Bu zaman ikili sahiblik yaranır. Sonuncuya misal
olaraq nəqliyyat vasitələrinin kirayəsini göstərmək olar'.
Fikir mübahisəlidir, sadəcə ona görə ki, əmlaka birbaşa sahiblik
etmədən ondan istifadə etmək mümkün deyildir. Kirayə predmeti
üzərində sahiblik hüququ müəyyən zaman hissələrində kirayəyə
verəndə qalarsa, o zaman kirayəçi həmin əmlakdan istifadə
imkanlarına malik olmayacaqdır ki, bu da kirayə münasibətlərinin
məqsədlərinə və təyinatına uyğun deyil. İstifadənin sona yetməsi ilə
kirayə münasibətləri də sona yetmiş sayılmalıdır. Müəyyən zaman
çərçivəsində kirayə predmetinin kirayəyə verənə qaytarılması həmin
predmetlə əlaqədar kirayəçinin yalnız hüquqlarının (istifadə) deyil,
həmçinin vəzifələrinin (saxlanması, qorunması, xərclərin ödənilməsi
və s.) də həyata keçirilməsinə mane olacaqdır.
Həmin zaman kəsiyi bitdikdən sonra əşya təkrar istifadəyə
götürülərsə, yenidən kirayə müqaviləsi bağlanmış hesab olunmalıdır.
Məsələn, parkda olan idman velosipedlərinin istifadəsi ilə əlaqədar
gənclər təşkilatı velosipedləri kirayəyə verən təşkilatla müqavilə
bağlayaraq məzmuna belə bir şərt əlavə edir ki, yarışlara hazırlaşan
gənclər təşkilatının üzvü olan idmançı bir ay ərzində hər gün
velosiped kirayə edəcək və axşam məşqlərdən
' Гражданское право; Учебник / Под. ред. А.П.Сергеева, Ю.К.Толстого.
Том 2. М.: Проспект, 2003, с. 169.
108
V fəsil. Əmlak kirayəsi müqaviləsi
sonra onu kirayəyə verənə qaytaracaq. İdmançının istifadə etdiyi
velosipedi hər axşam qaytarması ilə onun təkrarən həmin
velosipeddən istifadə imkanları məhdudlaşır. Bu halda kirayəyə
verilmiş predmet üzərində mülkiyyətçi kimi kirayəyə verənin
səlahiyyətlərinin hər üçü (sahiblik, istifadə və sərəncam) bərpa
olunduğu üçün o, həmin kirayə predmeti üzərində istədiyi kimi
sərəncam (satar, başqa birinə istifadəyə verər və s.) verə bilər. Sabahı
gün kirayəyə verən həmin velosipedin əvəzinə başqa bir velosipedi
istifadə üçün təqdim edə bilər ki, bu da artıq predmeti başqa əşya olan
yeni kirayə müqaviləsi sayılacaqdır.
Kirayəçinin əşyadan istifadə hüququ əşya-hüquqi müdafiə
üsulları vasitəsilə müdafiə olunmaqla bu müstəvidə mülkiyyət və
digər əşya hüquqlarına bərabərləşdirilir'. Kirayəçinin bu
səlahiyyətləri əmlak ona verildikdən sonra yaranır. Bununla əlaqədar
olaraq AR MM-in 699.4-cü maddəsində belə bir qayda müəyyən
olunmuşdur ki, əgər üçüncü şəxslərin hüquqları və iddiaları
müqaviləyə uyğun istifadəyə mane olursa, kirayəçi bu hüquqların və
iddiaların həyata keçirilməsinin qadağan olunmasını tələb etmək
hüququna malikdir.
Kirayəçinin əmlakdan istifadə hüququ əşya hüquqlarına aid olan
izləmə hüququ ilə təmin olunmuşdur. İzləmə hüququna əsasən,
əmlaka hüququ olan qeyri-mülkiyyətçi əmlakın mülkiyyətçisinin
dəyişməsindən asılı olmayaraq həmin əmlaka olan hüquqlarını
saxlayır. Kirayə müqaviləsində də kirayəçi eyni hüquqdan istifadə
edə bilər. Belə ki, kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra
ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə
(əldə edənə) keçdikdə əldə edən mülkiyyəti əldə etdiyi andan
kirayəyə verəni əvəz edərək kirayə hüquq münasibətlərindən irəli
gələn bütün hüquq və vəzifələrə malik
' Гражданское право: Учебник / Под. ред. А.П.Сергеева, Ю.К.Толстого.
Том 2. М.: Проспект, 2003, с. 169.
109
Rüfət Göyüşov
olur. Əldə edən öz öhdəliklərini yerinə yetirmədikdə, kirayəyə verən
əldə edən tərəfindən əvəzi ödənilməli zərər üçün zamin kimi
məsuliyyət daşıyır. Bu cür məsuliyyət mülkiyyət hüququnun
keçməsinin kirayəyə verənə məlum olmasından altı ay keçənədək
mövcud olur (bax. AR MM, mad.699.1). Bu normadan irəli gələn
tələb ondan ibarətdir ki, kirayəyə verilmiş əmlakın mülkiyyətçisinin
dəyişməsi kirayə hüquq münasibətlərinin xitamına səbəb olmur.
Əvvəlki kirayəyə verənin yerini kirayə predmetini əldə edən yeni
mülkiyyətçi tutur.
Kirayəçinin hüquqlarına izləmə hüququnun xas olması və əşya
hüquqi müdafiə üsulları ilə təmin olunması kirayə hüququnun əşya
hüquqları sırasına aid edilə bilməsinə əsas verir. Lakin' məsələyə bu
cür yanaşma əşya və öhdəlik hüquqları arasında sərhədi pozmuş
olacaqdır. Belə ki, əmlakın digər şəxsin sahibliyinə verilməsi bir çox
müqavilələrin məzmununu təşkil etdiyi üçün o zaman həmin
müqavilələri də əşya hüquqlarına aid etmək lazım gələcəkdir. Bu isə
öhdəlik hüquqlarının əhatə dairəsini məhdudlaşdırmış olacaqdır.
Odur ki, əşya hüquqlarına o hüquqları aid etmək lazımdır ki, onlar
mülki qanunvericilikdə əşya hüquqları kimi nəzərdə tutulmuş olsun'.
Kirayəçinin istifadə hüququ əşya hüquqlarına aid olan istifadə
hüququndan özünün iradəvi xarakterinə görə fərqlənir. Belə ki,
kirayəçinin istifadə hüququ müqavilə tərəflərinin razılaşması ilə
yaranır. Odur ki, kirayəçinin istifadə hüququnun məzmunu hər bir
kirayə müqaviləsində fərqli ola bilər. Əşya hüquqlarının məzmunu
isə qanunla müəyyən olunur. Bununla yanaşı, əşya hüquqları sahəsinə
aid istifadə hüququ müddətsiz xarakterlidir. Bunun əksinə, kirayə
müqaviləsi hər zaman müddətli xarakterlidir.
' Гражданское право: Учебник / Под. ред. Л.П.Сергеева, Ю.К.Толстого.
Том 2. М.; Проспект, 2003, с. 169-170.
ПО
Dostları ilə paylaş: |