Rüfət Göyüşov
də, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Pay haqqını tam
ödəməyən mənzil-tikinti kooperativinin üzvü onunla birlikdə
yaşayan ailə üzvlərinin və mənzil-tikinti kooperativinin idarə
heyətinin razılığı ilə mənzil-tikinti kooperativi binasında ona məxsus
yaşayış sahəsinin bir hissəsini, müvəqqəti olaraq getdikdə isə bütün
yaşayış sahəsini haqqı ödənilməklə kirayəyə verə bilər (bax. AR
Mənzil Məcəlləsi, mad. 116.1).
AR Mənzil Məcəlləsinin 116.2-ci maddəsi ilə müəyyən olunmuş
qaydalar əsasında mənzil-tikinti kooperativi özü kirayəyə verən
qismində çıxış edə bilər. Belə ki, mənzil-tikinti kooperativi onun
nizamnaməsində
müəyyən
edilmiş
qaydada
kooperativin
üzvlüyündən çıxmış və ya çıxarılmış üzvlərin sahibliyində olmuş
boşalmış yaşayış sahələrini mənzil-tikinti kooperativinə yeni üzvlər
qəbul edilənədək haqqı ödənilməklə kirayəyə verə bilər, bu şərtlə ki,
kooperativdən çıxmış və ya çıxarılmış üzvün payının tam məbləği
(dəyəri) qaytarılmış olsun.
Kirayəçi kimi kirayə predmetinin istifadəsində maraqlı olan şəxs
çıxış edir. Qanunverici kirayəçinin kirayə müqaviləsinin tərəfi kimi
çıxış edə bilməsi ilə əlaqədar xüsusi qayda müəyyən etməmişdir.
Lakin müəyyən əşyaların (mülki dövriyyəsi məhdudlaşdırılmış)
kirayəsi zamanı kirayəçi təbii ki, həmin əşyalara sahib olmaq və
onları idarə etməklə əlaqədar müvafiq lisenziyaya malik olmalıdır.
Bununla yanaşı, kirayə müqaviləsinin bəzi növləri üzrə kirayəçi
qismində yalnız müəyyən sosial qruplara aid şəxslərin çıxış edə
bilməsi imkanı qanunverici tərəfindən tanınmışdır. Məsələn, AR
Mənzil Məcəlləsinin 48.1-ci maddəsinin tələblərinə əsasən, sosial
kirayə müqaviləsi üzrə kirayəçi kimi yaşayış sahələrinə ehtiyacı olan
hesab edilən aztəminatlı vətəndaşlar çıxış edir.
Həmin Məcəllənin 92-ci maddəsinə əsasən xidməti yaşayış
sahələrinin kirayəçisi kimi, əmək münasibətlərinin xarakterinə görə
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda
114
V fəsil. Əmlak kirayəsi müqaviləsi
və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə
təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və
hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək
fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər
kateqoriyalardan olan şəxslər çıxış edir.
Kirayə müqaviləsinin müddəti. Müddət haqqında razılaşma
kirayə müqaviləsinin mühüm şərtləri sırasına aid deyildir. Kirayə
müqaviləsində müddət göstərilə və ya göstərilməyə bilər. Əgər
müddət göstərilirsə, AR MM-in 689.1-ci maddəsinə əsasən, kirayə
müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı
müddət bitdikdə xitam verilir.
Kirayə müqaviləsində müddət göstərilmirsə, o zaman müqavilə
qeyri-müəyyən müddətə bağlanmış hesab olunur. Müqavilənin
qeyri-müəyyən müddətə bağlanması onun müddətsiz bağlanması
demək deyildir. Bununla əlaqədar, rus alimlərindən D.İ.Meyer qeyd
edir ki, əgər kirayə müqaviləsində müddət gös- tərilməyibsə, bu o
demək deyil ki, müqavilə müddətsiz bağlanıb. Bu halda müqavilənin
müddəti bu və ya digər tərəfin müqavilənin ləğv edilməsini tələb
etdiyi təqdirdə bitir. Belə hesab olunur ki, tərəflər müqaviləni
bağlayarkən müddəti dəqiq göstərməyərək onun müəyyən olunmasını
sonraya saxlayırlar'.
Qeyri-müəyyən müddətə bağlanmış kirayə müqaviləsi müddətlə
bağlanmış müqavilə əlamətlərini saxlayır. Qüvvədə olma müddəti
göstərilməyən kirayə müqaviləsi üzrə istənilən iştirakçı müqavilənin
ləğvinə dair bildiriş verə bilər. Kirayə müqaviləsinin ləğvinə dair
bildirişin forma və məzmununa olan tələblər AR MM-in 690-cı
maddəsində müəyyən olunmuşdur;
- əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildiriş yazılı formada
verilməlidir;
Мейер Д.И. Русское гражданское право. Ч.2, с.262.
115
Rüfət Göyüşov
-
əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildirişdə
müqavilənin ləğvi üçün əsaslar göstərilməlidir;
-
yaşayış otağım kirayəyə verən etirazvermə imkanını, habelə
etirazın verilməsi formasını və müddətini kirayəçiyə vaxtında
göstərməlidir.
Qanunverici kirayə müqaviləsinin istehlak xarakterini (əsasən
şəxsi ehtiyaclar üçün bağlanmasını) nəzərə alaraq müqavilənin ləğv
edilməsi ilə əlaqədar konkret xəbərdarlıq müddətləri müəyyən
etmişdir. Hər iki tərəf müqavilənin ləğvinə dair xəbərdarlıq
müddətini gözləməlidir. Kirayəyə verən tərəfindən xəbərdarlıq
müddətinin gözlənilməsi mühüm şərt olaraq müəyyən olunmuşdur.
Bununla əlaqədar AR MM-in 691.3-cü maddəsində qeyd olunur ki,
müqavilənin ləğvinə dair xəbərdarlıq edilməsinin kirayəyə verən
tərəfindən gözlənilməli olan müddətlərinin qısaldılmasma əsas verən
razılaşmaların qüvvəsi yoxdur.
Əmlak kirayəsi müqaviləsinin ləğv edilməsinə dair xəbərdarlıq
müddətləri kirayə haqqının ödənilməsinə görə hesablanır. Kirayə
haqqının ödənilməsi isə öz növbəsində kirayə müqaviləsinin
müddətindən asılı olaraq müəyyən olunur. Belə ki, əmlak kirayəsi
haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin
sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa,
əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın
sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman
hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda
ödənilir (bax. AR MM, mad.684.1).
Əmlak kirayəsi müqaviləsinin ləğv edilməsi predmetinin daşınar
və daşınmaz olmasına görə fərqləndirilir. AR MM-in 691.1- ci
maddəsində müəyyən olunmuş qaydaya görə, torpaq sahələrinin,
otaqların və ya rəsmi reyestrdə qeydə alınmış gəmilərin kirayəsi
müqaviləsi üzrə hüquq münasibətlərində müqavilənin ləğvinə
aşağıdakı hallarda yol verilir:
116
Dostları ilə paylaş: |