IV fəsil. Renta müqaviləsi
ödəyə bilməsə, renta predmetinə öhdəliklərin icrasının təmini
məqsədilə tutma yönəldilə bilər. Qanunla müəyyən olunmuş hallarda
isə əmlak ondan qeri alına bilər. Belə ki, əgər ömürlük renta
ödənilməsi üçün mənzil, yaşayış evi və ya başqa əmlak pulsuz
özgəninkiləşdirilmişdirsə, renta ödəyicisi müqaviləni əhəmiyyətli
dərəcədə pozduqda renta alan həmin əmlakın qaytarılmasını və onun
dəyərinin rentanm satınalma qiyməti ilə əvəzləşdirilmə- sini tələb edə
bilər (bax. AR MM, mad.879.2). Bu əlamətlərinə görə renta
müqaviləsi əmlakın satın alınması hüququnun lizinq alana verildiyini
nəzərdə tutan lizinq müqaviləsinə oxşayır.
Renta
ödəyicisinin
səlahiyyətlərini
mülkiyyətçinin
səlahiyyətlərinə yaxınlaşdıran əsas əlamət renta ödəyicisinin
mülkiyyətçinin mühüm hüquqlarından biri olan əmlaka sərəncam
vermək (özgəninkiləşdirmək və.s) səlahiyyətinə malik olmasıdır.
Mülkiyyətçidən başqa heç kim onun mülkyyətində olan əmlakın
üzərində sərəncam verə bilməz. Məhz bu məqamdan çıxış edərək
deyirik ki, renta müqaviləsi əmlakın mülkiyyətə verilməsi ilə
əlaqədar yaranan öhdəliklər sırasına aiddir. Renta ödəyicisi renta ilə
yüklü olan əmlakı alqı-satqı, bağışlama və digər müqavilələr əsasında
başqasının mülkiyyətinə verə bilər. Bu halda renta öhdəlikləri əşyanı
əldə edənə keçir. Renta ilə yüklü olan daşınmaz əşyanı başqa şəxsin
mülkiyyətinə vermiş şəxs isə renta alanın renta müqaviləsinin
pozulması ilə əlaqədar əmələ gəlmiş tələbləri üzrə həmin şəxslə
subsidiar məsuliyyət daşıyır (bax. AR MM, mad.868.2).
Bəzi əlamətlərinə görə renta müqaviləsi nisyə alqı-satqı
müqaviləsinə oxşayır. Belə ki, əşyanın hissə-hissə ödənilməsi
qaydalarını tənzimləyən AR MM-in 601-ci maddəsində göstərilir ki,
"əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə- hissə
ödənilməsi nəzərdə tutula bilər..." Bu zaman müddət tərəflərin
razılığı ilə istənilən dövr üçün müəyyən oluna bilər. Renta müqaviləsi
üzrə də renta ödəyicisi renta alana renta əmlakının
95
Rüfət Göyüşov
müqabilində vaxtaşırı müəyyən pul məbləği şəklində renta ödəməyi
öhdəsinə götürür. Lakin alqı-satqıdan fərqi odur ki, renta ödəyicisi bu
ödənişi əmlakın qanuni mülkiyyətçisi ola-ola həyata keçirir. Nisyə
alqı satqı müqaviləsində isə AR MM-in 606.11- ci maddəsinə uyğun
olaraq satıcı alıcı tərəfindən alış qiyməti ödənilənədək əşyaya
mülkiyyət hüququnu özündə saxlaya bilər. Əgər alış qiymətinin
ödənilməsi gecikdirilərsə, satıcının müqaviləni ləğv etmək və əşyanı
geri götürmək hüququ vardır. Yalnız ömürlük renta müqaviləsinin
şərtlərində nəzərdə tutulmuşdur ki, renta ödəyicisi ömürlük renta
müqaviləsini əhəmiyyətli dərəcədə pozduqda renta alan renta
ödəyicisindən rentanı satın almağı və ya müqaviləni ləğv etməyi və
zərərin əvəzini ödəməyi tələb edə bilər (AR MM, mad.879.1). Əlbəttə
ki, renta ödəyicisi həm ömürlük, həm də daimi renta müqavilələri
üzrə üzərinə düşən vəzifələri icra etmədiyi təqdirdə renta alan
analogiya üzrə AR MM-nin 441.2 və 598.4-cü maddələri ilə müəyyən
olunmuş hüquqlarından istifadə edərək əşyanın ödənilməsini tələb
edə və yaxud müqavilənin icrasından imtina edə bilər.
Bu oxşarlıqlar heç də o demək deyil ki, renta müqaviləsi də
alqı-satqı müqaviləsinin bir növü kimi çıxış edə bilər. Belə ki, bu
müqavilələr arasında ciddi fərqlər vardır, bu da renta müqaviləsinin
müstəqil müqavilə növü kimi mövcud olmasından xəbər verir. Renta
müqaviləsinin spesfik xüsusiyyətlərindən biri budur ki, bu
müqavilənin iştirakçıları arasında xüsusi hüquq münasibəti yaranır ki,
bu da digər müqavilələrdə yoxdur. Bu münasibətin mahiyyəti ondan
ibarətdir ki, müqavilənin bir tərəfi, yəni renta ödəyicisi ya daimi
olaraq, ya da renta alanın bütün ömrü boyu nüəyyən vəsaitin
ödənilməsi vəzifəsini daşıyır. Deməli, renta müqaviləsindən irəli
gələn münasibətlər uzanan münasibətlərdir, stabildir və müəyyən
şəkildə etibar xarakterlidir. Demək olar ki, müqavilənin bu
xüsusiyyəti ilə iştirakçılar müqavilə bağlayarkən tanış olduqları üçün
bu müqaviləyə renta ödəniş-
96
IV fəsil. Renta müqaviləsi
lərinin əmlakın dəyəri ilə kifayətləndirilməsi şərtinin daxil edilməsi
artıq olardı.
Renta müqaviləsi üzrə münasibətlərin tənzimlənməsi Mülki
Məcəllədə, əsasən, dispozitivlik əsasında həyata keçirilir. Renta
müqaviləsi ilə əlaqədar bir çox normalar tərəflərə müqavilənin
məzmununu müəyyən etməkdə geniş imkanlar verir. Bunlara misal
olaraq rentanm miqdarı, rentanm ödənilməsi müddətlərini və s.
göstərmək olar. Məsələn, AR MM-in 870.1-ci maddəsinə görə, renta
müqavilə ilə müəyyənləşdirilmiş miqdarda pulla ödənilir. Renta
müqaviləsində rentanm dəyərcə onun pul məbləğinə uyğun əmlakın
verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi yolu ilə
ödənilməsi nəzərdə tutula bilər. Qeyd olunan norma tərəflərə renta
haqqının ödənilməsi üsulunun seçilməsində göstərilən istənilən
formalardan istifadə imkanlarını saxlayır. Növbəti misal rentanm
ödənilməsi müddətləri ilə əlaqədardır. Belə ki, AR MM-in 872-ci
maddəsinə əsasən, əgər daimi renta müqaviləsində ayrı müddət
nəzərdə tutulmayıbsa, daimi renta hər təqvim rübünün sonunda
ödənilir. Göstərilən qayda tərəflərə rentanm ödənilməsi
müddətlərinin müəyyən olunmasında normada tələb olunandan (hər
təqvim rübünün sonu) fərqli qaydalar təsis etmək üçün şərait yaradır.
Bununla bərabər, renta müqaviləsinin tənzimlənməsi ilə əlaqədar
Mülki Məcəllədə çoxlu sayda imperativ normalar da nəzərdə
tutulmuşdur. Bunlara misal olaraq renta müqaviləsinin formasına aid
tələbləri, rentanm ödənilməsi üçün əmlakın özgə- ninkiləşdirilməsi
qaydalarını, daşınmaz əşyanın renta ilə yüklü- lüyünü müəyyən edən
qaydaları, renta ödənilməsinin təmin edilməsini, rentanı satın
almamaq hüququna dair qaydaları, renta- nın ödənilməsi üçün
verilmiş əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi
riskinin renta ödəyicisinin üstünə düşməsi məsələlərini və s.
göstərmək olar.
Renta müqaviləsinin forması ilə əlaqədar qanunverıcinin birbaşa
göstərişləri vardır. Belə ki, renta müqaviləsi tərəflərin im
97
Dostları ilə paylaş: |