III fəsil. Bağışlama müqaviləsi
da qeyd etmişdik. Bura hədiyyə verənin imtina hüququ (hədiyyə
verilənə qədər, hədiyyənin restitusiyası hüququ və hədiyyə qəbul
edildikdən sonra bağışlamaqdan imtina hüququ) aiddir.
Obyektiv səbəblər imtina hüququnun həyata keçirilməsinə
zərurət olmadan bağışlama müqaviləsinin ləğvini nəzərdə tutur ki,
bunun da əsasları AR MM-in 674.1-ci maddəsində nəzərdə
tutulmuşdur. Həmin normaya əsasən, bağışlanması vəd edilmiş əşya
itirildikdə və ya məhv olduqda və ya hədiyyə verənin əmlakı üçün
müsabiqə icraatı başlandıqda müqavilə ləğv edilir və öhdəliyə xitam
verilir.
Bağışlama müqaviləsi üzrə öhdəliklərə hüquqi faktlar olan
hadisələrin baş verməsi nəticəsində də xitam verilir. Belə ki, hədiyyə
verən vaxtaşırı xidmətlər göstərməyi öhdəsinə götürdükdə, əgər ayrı
şərt qoyulmayıbsa, bu öhdəliyə onun ölümü ilə xitam verilir (bax. AR
MM, mad. 674.2).
91
Rüfət Göyüşov
IV
FƏSİL. Renta müqaviləsi
4.1.
Renta müqaviləsinin anlayışı və əlamətləri
Renta müqaviləsi mülki dövriyyədə orta əsrlərdən məlumdur.
Hüquq
ədəbiyyatlarında
Avropa
qanunvericiliyində
renta
münasibətlərinin yaranmasının iki səbəbini qeyd edirlər. Məşhur
fransız sivilist alimi L.J.Morander birinci səbəb kimi nağd pul
vəsaitlərinin çatışmazlığını göstərirdi və qeyd edirdi ki, öz əmlakını
satmaq istəyən mülkiyyətçi onu birdəfəlik ödəmək şərti ilə almaq
istəyən müştərini tapmaqda çətinlik çəkirdi. Lakin daimi olaraq
müntəzəm ödəmələr vasitəsilə həmin əmlakı almaq istəyən müştərilər
çox idi. Müəllif tarixən renta müqaviləsinin yranmasmm ikinci səbəbi
kimi kilsənin faizlə borc verməni qadağan etməsini göstərirdi. Onun
fikrincə, bu utandırıcı qadağa idi. Lakin insanlar bütün bu
qadağanlardan yayınmaq istəyirdilər və bu məqsədilə renta
müqaviləsindən istifadə edirdilər. Böyük məbləğdə borc alan şəxs
həmin borca görə faizlər ödəməyi və borcu qaytarmağı deyil,
kreditora illik renta ödəməyi öhdəsinə götürürdü'.
Renta müqaviləsi bizim qanunvericiliyə ilk dəfədir ki, daxil
edilib. Lakin oxşar münasibətləri tənzimləyən normalar 1964-cü il
Azərb.SSR Mülki Məcəlləsində də nəzərdə tutulmuşdu. Həmin
qaydalar bir sıra məhdudiyyətlərlə yaşayış sahəsinin satıcısının
ömürlük himayədə saxlanılması müqabilində alqı-satqı müqaviləsinin
bağlanmasına yol verilirdi. Bu məhdudiyyətlər ondan ibarət idi ki,
yaşayış sahəsinin satıcısı qismində ancaq əmək qabiliy-
' Гражданское право. Том II. Полутом 1: Учебник / Отв.ред.проф.
Е.А.Суханов - М.: Волтере Ю
1
увер, 2004, стр.350.
92
IV fosil. Renta müqaviləsi
yətini itirmiş şəxs çıxış edə bilərdi. Hal-hazırda ictimai siyasi
quruluşun dəyişməsi ilə əlaqədar bu cür məhdudiyyətlər aradan
qalxmış və tarixən digər ölkələrin hüququnda mövcud olan oxşar
mülki münasibətləri tənzimləyən yeni normalar qanunvericiliyə əlavə
edilmişdir. Bu münasibətlərin tənzimlənməsi renta müqaviləsi ilə
həyata keçirilir.
Renta müqaviləsi ingilis-amerikan, eləcə də roman-alman hüquq
sistemində kifayət qədər tarixə malik olan müqavilə kimi tanınır.
Renta sözünün özü müasir qanunvericilikdə olan kirayə və icarə
anlayışına uyğundur. Odur ki, bu müqavilədə həm kirayənin, həm də
alqı-satqınm elementləri var desək, səhv eləmərik.
Renta müqaviləsinin anlayışı AR MM-in 864.1-ci maddəsində
aşağıdakı kimi verilmişdir: "Renta müqaviləsinə görə bir tərəf (renta
alan) əmlakı digər tərəfin (renta ödəyicisinin) mülkiyyətinə verir,
renta ödəyicisi isə alınmış əmlakın müqabilində renta alana vaxtaşırı
müəyyən pul məbləği şəklində renta ödəməyi öhdəsinə götürür".
Ümumi qaydaya əsasən, renta müqaviləsi əmlakın mülkiyyətə
verilməsi ilə əlaqədar yaranan öhdəliklər sırasına aidddir. Lakin bu
müqavilə ödənişin birdəfəlik deyil, hissə-hissə həyata keçirilməsinə,
həmçinin ömürlük renta müqaviləsi üzrə renta ödəyicisinin
müqaviləni əhəmiyyətli dərəcədə pozduqda renta alanın renta
ödəyicisində rentanı satın almağı və ya müqaviləni ləğv etməyi və
zərərin əvəzini ödəməyi tələb etmə xüsusiyyətinə və bir sıra digər
əlamətlərinə görə kirayə müqaviləsinə yaxındır. Lakin əlbəttə ki,
kirayə müqaviləsi deyildir.
Tərifdə verilən anlayışdan da görünür ki, renta müqaviləsi real
müqavilədir, belə ki, müqavilənin bağlanmış hesab edilməsi üçün
əmlakın renta ödəyicisinə verilməsi tələb olunur. Əmlakın
verilməsindən sonra renta alan müqavilə üzrə heç bir vəzifə
daşımayıb yalnız hüquqlara malik olduğu üçün, demək olar ki, bu
müqavilə birtərəfli xarakterlidir.
93
Rüfət Göyüşov
Renta müqaviləsi əvəzli müqavilədir. Belə ki, əmlakın dəyəri
müəyyənləşdirilmiş miqdarda pulla və ya digər formada (pul
məbləğinə uyğun əmlakın verilməsi, işlərin görülməsi və ya
xidmətlərin göstərilməsi yolu ilə ödənilməsi nəzərdə tutula bilər)
ödənilir. Əvəzlilik əlaməti rentanm hüquqi təbiətindən və daşıdığı
məqsəddən irəli gəlir. Lakin Mülki Məcəllədə rentanm əvəzsiz ola
bilməsi də qeyd olunur. Bununla əlaqədar, AR MM-in
867.2-
ci maddəsində nəzərdə tutulmuş qaydaya görə, əgər həmin
məcəllənin renta münasibətlərini tənzimləyən 48-ci fəslinin qaydaları
ilə ayrı hal müəyyənləşdirilməyibsə və bu, renta müqaviləsinin
mahiyyətinə zidd deyildirsə, renta müqaviləsində əmlakın haqq
müqabilində verilməsinin nəzərdə tutulduğu halda əmlakın verilməsi
və ödənilməsi üzrə tərəBərin münasibətlərinə alqı-satqı haqqında
qaydalar, belə əmlakın pulsuz verildiyi halda isə bağışlama
müqaviləsi haqqında qaydalar tətbiq edilir.
Renta müqaviləsi əmlakın özgəninkiləşdirilməsi ilə əlaqədar
yaranan müqavilələr sırasına aid olduğu üçün, həmin müqavilələrdə
olduğu kimi, renta müqaviləsində də əmlak digər tərəfin, bu halda
renta ödəyicisinin mülkiyyətinə verilir. Lakin renta müqaviləsi ilə
yaranan mülkiyyət hüququnu sözün əsl mənasında mülkiyyət hüququ
ilə tam olaraq eyniləşdirmək mümkün deyil. Mülkiyyət hüququna
əsasən mülkiyyətçi öz əmlakının üzərində tam hakimdir, istədiyi kimi
həmin əmlaka sahiblik, istifadə və sərəncam hüquqlarını həyata
keçirə bilər (digər şəxslərin qanunla qorunan hüquqlarını pozmamaq
şərti ilə). Mülkiyyətçi öz hüququ üzərində başqa hüququ tanımır və
əmlakı ilə əlaqədar heç kəsin qarşısında məsuliyyət daşımır. Lakin
renta müqaviləsində bu heç də belə deyildir. Renta ödəyicisi əmlakın
mülkiyyətçisi olsa da o, bu əmlaka görə haqq (renta ödənişi) ödəmək
vəzifəsinin daşıyıcısıdır. O, bu vəzifəsini yerinə yetirmədikdə renta
müqaviləsinin ləğv olunması və vurulmuş ziyanın ödənilməsi
sanksiyasına məruz qala bilər (bax. AR MM, mad.869.3). Vurduğu
ziyanı
94
Dostları ilə paylaş: |