Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə134/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   130   131   132   133   134   135   136   137   ...   151

 

675 


atıĢmanın  heç  bir  təsiri  olmamıĢdı.  Əlbəttə,  güman  eləmək 

olardı  ki,  piĢiyin  brauninqi  oyuncaq  silahdır,  ancaq 

gələnlərin  mauzeri  haqqında  bunu  heç  cür  demək  olmazdı. 

PiĢiyin  ilk  yarası  isə  Ģübhə  yoxdu  ki,  benzin  içməyi  kimi 

fokusdan və hiyləgərlikdən baĢqa bir Ģey deyilmiĢ. 

PiĢiyi  tutmaq  üçün  bir  cəhd  də  göstərdilər.  Atdıqları 

kəmənd  Ģamdanların  birinə  iliĢib  çilçırağı  qopartdı.  Yerə 

düĢən çilçırağın zərbi bütün binanı silkələdi, ancaq bunun da 

bir  faydası  olmadı.  Qırıntılar  ətrafdakıların  baĢına  yağdı, 

piĢik isə sıçrayıb tavandan azca aĢağıda, buxarı güzgüsünün 

qızılı  çərçivəsinin  üstündə  oturdu.  O  heç  hara  qaçana 

oxĢamırdı,  əksinə,  nisbətən  təhlükəsiz  yerdə  oturub  hətta 

yenə nitq irad elədi. 

– Mənimlə  bu  cür  kobud  rəftarın  səbəbini,  –  o,  üstdən 

aĢağı dedi, – qətiyyən anlamıram... 

Bu çıxıĢı haradan eĢidildiyi məlum olmayan yoğun səs 

kəsdi: 

– Mənzildə nə baĢ verir? ĠĢləməyimə mane olurlar. 



XoĢagəlməz tın-tın səs cavab verdi: 

– Əlbəttə, lənətə gəlmiĢ Begemotdur! 

downloaded from KitabYurdu.org



 

676 


Xırıltılı baĢqa bir səs dedi: 

– Messir! ġənbədir. Gün əyilir. Getmək vaxtıdır. 

– BağıĢlayın,  daha  söhbət  eləyə  bilmərəm,  –  piĢik 

güzgünün  üstündən  dedi,  –  getmək  vaxtıdır.  –  O, 

brauninqini  atıb  pəncərənin  hər  iki  ĢüĢəsini  sındırdı.  Sonra 

döĢəməyə  benzin  çilədi  və  öz-özünə  alıĢan  benzinin  alovu 

tavana qədər yüksəldi. 

Nədənsə  mənzil  qeyri-adi  sürətlə  alıĢdı,  hətta  benzin 

tökəndə  də  belə  yanmır.  Divar  kağızları  dərhal  tüstüləndi, 

döĢəməyə  düĢmüĢ  pərdə  od  tutdu,  sınmıĢ  pəncərələrin 

çərçivəsi  yanmağa  baĢladı.  PiĢik  qıvrılıb  mıyoldadı, 

güzgünün  üstündən  pəncərənin  qabağına  atılıb,  öz 

primusuyla birlikdə yoxa çıxdı. Bayırda atəĢ səsləri eĢidildi. 

PiĢik  pəncərədən-pəncərəyə  tullanıb  nal  Ģəklində  tikilmiĢ 

binanın  küncündəki  su  borusuna  yaxınlaĢdığı  vaxt  zərgər 

arvadının  pəncərəsi  səviyyəsindəki  yanğına  qarĢı  dəmir 

pilləkəndə oturmuĢ adam onu atəĢə tutdu. PiĢik su borusuyla 

dama  çıxdı.  Tüstü  bacalarınınyanında  keĢikçəkənlərin  də, 

əfsuslar  ki,  gülləsi  boĢa  çıxdı  və  batan  günəĢin  Ģəhəri 

bürüyən Ģəfəqləri altında piĢik yox oldu. 

downloaded from KitabYurdu.org



 

677 


Bu  vaxt  gələnlərin  ayağı  altında  parketdən  alov  qalxdı 

və özünü yaralılığa vurmuĢ piĢiyin sərildiyi  yerdə, get-gedə 

qatılaĢan  tüstüdə  baron  Meygelin  çənəsi  yuxarı  dartılmıĢ, 

gözləri donuq meyiti göründü. Daha onu çıxarmaq mümkün 

deyildi.  Yanan  parketin  üstündən  tullana-tullana,  əllərini 

tüstülənən  çiyinlərinə,  sinələrinə  çırpa-çırpa  qonaq 

otağındakılar  kabinetə  və  dəhlizə  çəkildilər.  Mətbəxdə 

olanlar  da  qaçıb  dəhlizə  gəldilər.  Qonaq  otağı  artıq  alova, 

tüstüyə bürünmüĢdü. Kimsə bu çaxnaĢmada yanğınsöndürən 

idarənin  telefon  nömrəsini  yığıb  dəstəyə  qıĢqırmağa  macal 

tapdı: 

– Sadovaya, üç yüz iki-bis! 



Daha  ləngimək  olmazdı.  Alov  dəhlizə  də  adlamıĢdı. 

Nəfəs almaq çətinləĢmiĢdi. 

TilsimlənmiĢ  mənzilin  sınmıĢ  pəncərələrindən  tüstü 

görünən kimi həyətdə çığırtı, bağırtı eĢidildi: 

– Yanğın! Yanğın! Yanırıq! 

Binanın  müxtəlif  mənzillərində  telefona  qıĢqırmağa 

baĢladılar: 

– Sadovaya! Sadovaya, üç yüz iki-bis! 

downloaded from KitabYurdu.org



 

678 


ġəhərin  hər  tərəfindən  sürətlə  gələn  uzun  qırmızı 

maĢınların  ürəyi  səksəkəyə  salan  siqnal  səsləri  Sadovıda 

eĢidiləndə  həyətdə  vurnuxan  adamlar  beĢinci  mərtəbənin 

pəncərəsindən  tüstüylə  birlikdə  üç  kiĢi,  bir  çılpaq  qadın 

qaraltısının uçduğunu gördülər. 

 

 



 

XXVIII fəsil 

KOROVYEVLƏ 

BEGEMOTUN 

SON 

SƏRGÜZƏġTLƏRĠ 



Bunlar  adam  qaraltıları  idi,  yoxsa  Sadovıdakı  uğursuz 

binanın  qorxudan  heyrətə  düĢmüĢ  sakinlərinin  gözünə 

görünmüĢdü?  Əlbəttə,  dəqiq  demək  olmaz.  Əgər  adam 

qaraltılarıydısa,  onların  hara  getdiyini  də  heç  kim  bilmir. 

Harada  ayrıldıqlarını  da  deyə  bilmərik,  ancaq  bilirik  ki, 

Sadovıdakı  yanğından,  təxminən,  on  beĢ  dəqiqə  sonra 

Smolenski  bazarındakı  Torqsinin

32

 



güzgülü  qapıları 

                                                 

32

Toqrsin – xarici valyuta ilə alver edən xüsusi mağaza 



downloaded from KitabYurdu.org


 

679 


qarĢısında dama-dama kostyumlu uzundraz bir adamla yekə 

qara piĢik peyda oldu.  

Həmin  adam  yoldan  keçənlərin  arasından  siviĢərək 

mağazanın qapısını açdı. Ancaq bu zaman balaca, çox arıq, 

üzündən  zəhrimar  yağan  qapıçı  onun  qarĢısını  kəsib 

əsəbiliklə dedi: 

– PiĢiklə olmaz! 

– BağıĢlayın,  –  uzundraz  adam  ağır  eĢidirmiĢ  kimi 

düyünlü barmaqlarını qulağına söykədi, – piĢiklə deyirsiniz? 

Hanı piĢik? 

Qapıçı  gözlərini  bərəltdi,  bu  da  səbəbsiz  deyildi: 

adamın  ayaqlarının  yanında  artıq  piĢik-filan  yox  idi, 

əvəzində  onun  arxasında  baĢında  cırıq  kepka  olan  gonbul, 

doğrusu, sifətdən piĢiyə oxĢayanın biri mağazaya təpilməyə 

çalıĢırdı. Gonbulun əlində primus var idi. 

Bu  iki  müĢtəridən  adamayovuĢmaz  qapıçının  nəyə 

görəsə xoĢu gəlmədi. 

– Bizdə  ancaq  valyutayladır,  –  elə  bil,  güvənin 

seyrəltdiyi  pırpız  ağ  qaĢlarının  altından  əsəbiliklə  baxaraq 

xırıldadı. 

downloaded from KitabYurdu.org



Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə