Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə130/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   126   127   128   129   130   131   132   133   ...   151

 

655 


edilmiĢ  milisin  böyük  təəccübünə  rəğmən  o,  dərhal  öz 

kostyumunun  içinə  qayıtmıĢdı.  Bir  daha  yeri  gəlmiĢkən: 

Proxor  Petroviç  öz  yerinə,  zolaqlı  boz  kostyumunun  içinə 

qayıdan  kimi,  onun  olmadığı  qısa  müddətdə  kostyumun 

qoyduğu dərkənarları tamamilə təsdiq eləmiĢdi. 

...Həmin  o  Proxor  Petroviç  Voland  adlı  Ģəxs  haqqında 

qətiyyən heç nə bilmirdi. 

Nəsə  cəfəng  bir  Ģey  alınırdı:  minlərlə  tamaĢaçı, 

Varyetenin  bütün  iĢçiləri,  nəhayət,  çox  elmli  adam  olan 

Sempleyarov  Arkadi  Apollonoviç  bu  cadugəri,  eləcə  də 

onun  lənətəgəlmiĢ  assistentlərini  görmüĢdü,  di  gəl, onu  heç 

harada  tapmaq  mümkün  deyildi.  Ġcazənizlə  soruĢaq:  bəlkə, 

öz  murdar  seanslarından  dərhal  sonra  yerə  batmıĢdı,  ya 

bəzilərinin  dediyi  kimi,  heç  Moskvaya  gəlməmiĢdi?  Əgər 

birincini ehtimal eləsək, Ģübhəsiz, yerə batarkən Varyetenin 

bütün müdiriyyətini özüylə aparmıĢdı, yox, ikincini ehtimal 

eləsək,  belə  çıxmırmı  ki,  talesiz  teatrın  müdiriyyətinin  özü 

qabaqcadan nəsə bir ziyankarlıq eləyib (kabinetin sındırılmıĢ 

pəncərəsini 

və 


Tuzabubenin 

hərəkətini 

xatırlayın!), 

Moskvadan izsiz-soraqsız yox olmuĢdu. 

downloaded from KitabYurdu.org



 

656 


Əslinə  qalanda,  istintaqa  rəhbərlik  eləyənə  minnətdar 

olmalıyıq.  ĠtmiĢ  Rimskini  son  dərəcə  tez  tapdılar. 

Kinoteatrın  yanındakı  taksi  dayanacağında  Tuzabubenin 

hərəkətini  seansın  nə  zaman  qurtardığı  və  Rimskinin  məhz 

nə zaman yoxa çıxa biləcəyi müddətlə tutuĢdurmaq bəs elədi 

ki,  Leninqrada  təcili  teleqram  vursunlar.  Bir  saat  sonra 

(cümə  gününün  axĢamı)  cavab  gəldi  ki,  Rimski  "Astoriya" 

mehmanxanasının  dördüncü  mərtəbəsindəki  dörd  yüz  on 

ikinci  otaqda,  həmin  vaxt  Leninqradda  qastrolda  olan 

Moskva  teatrlarından  birinin  repertuarlar  Ģöbəsinin  müdiri 

qalan  nömrənin  yanındakı,  qızılı  haĢiyəli  bozumtul-mavi 

mebeli və gözəl hamamı olan otaqda tapılıb. 

"Astoriya"nın  dörd  yüz  on  ikinci  otağının  paltar 

dolabında  gizlənən  Rimski  dərhal  həbs  olunub  elə 

Leninqraddaca  dindirilmiĢdi.  Bundan  sonra  Moskvaya 

teleqram  gəldi  ki,  Varyetenin  maliyyə  direktoru  anlaqsız 

vəziyyətdədir,  suallara  ağıllı  cavablar  vermir,  ya  vermək 

istəmir,  yalnız  xahiĢ  eləyir  ki,  onu  zirehli  kamerada 

gizlətsinlər,  yanına  da  silahlı  keĢikçilər  qoysunlar. 

Moskvadan  teleqramla  əmr  olundu  ki,  Rimskini  mühafizə 

downloaded from KitabYurdu.org



 

657 


altında Moskvaya gətirsinlər və cümə günü axĢam qatarıyla 

Rimski mühafizə altında oradan yola düĢdü. 

Cümə  günü  axĢam  Lixodeyevin  də  izinə  düĢdülər. 

Onun  haqqında  bütün  Ģəhərlərə  teleqram  göndərilmiĢdi  və 

Yaltadan  cavab  gəldi  ki,  Lixodeyev  Yaltada  olub,  ancaq 

aeroplanla Moskvaya uçub. 

Yalnız  Varenuxanın  izinə  düĢmək  mümkün  olmurdu. 

Bütün  Moskvada  tanınan  məĢhur  teatr  inzibatçısı,  sanki, 

yoxa çıxmıĢdı. 

Eyni  zamanda  Varyetedən  kənarda,  Moskvanın  baĢqa 

yerlərində  baĢ  verən  hadisələrlə  də  məĢğul  olmaq  lazım 

gəldi.  "ġanlı  dəniz"  oxuyan  qulluqçuların  (yeri  gəlmiĢkən: 

professor  Stravinski  dəri  altına  iynə  vurmaqla  iki  saat 

ərzində  onları  qaydaya  sala  bilmiĢdi),  pul  əvəzinə 

baĢqalarına,  ya  da  müəssisələrə  kağız-kuğuz  verənlərin, 

həmçinin bu cür puldan zərər çəkmiĢ Ģəxslərin baĢına gələn 

qeyri-adi hadisələrə aydınlıq gətirməli oldular. 

Aydındır ki, bütün bu hadisələrdən ən xoĢagəlməzi, ən 

rüsvayçısı,  ən qəlizi mərhum ədəbiyyatçı Berliozun baĢının 

downloaded from KitabYurdu.org




 

658 


günün  günorta  çağı  Qriboyedov  zalında  tabutdan 

oğurlanmasıydı. 

Ġstintaqı  aparan  on  iki  nəfər  bütün  Moskvaya 

səpələnmiĢ  bu  lənətə  gəlmiĢ  mürəkkəb  iĢi  zərrə-zərrə  bir 

yerə toplamıĢdılar. 

Müstəntiqlərdən biri professor Stravinskinin klinikasına 

gəlib,  ilk  növbədə  son  üç  gündə  klinikaya  daxil  olan 

Ģəxslərin  siyahısını  göstərmələrini  xahiĢ  eləmiĢdi.  Nikanor 

Ġvanoviç  Bosoy  və  baĢı  qopanlan  bədbəxt  konferansye 

beləcə tapılmıĢdı. Amma  onlarla  az  məĢğul  olmuĢdular. Bu 

iki  adamın  müəmmalı  cadugərin  baĢçılıq  elədiyi  eyni 

dəstənin qurbanı olduğunu müəyyən eləmək indi elə də çətin 

deyildi.  Ġvan  Nikolayeviç  Bezdomnı  isə  müstəntiqi  çox 

maraqlandırmıĢdı. 

ĠvanuĢkanın  117  №-li  otağının  qapısı  cümə  günü 

axĢama  yaxın  açıldı  və  müstəntiqə  heç  oxĢamayan,  buna 

baxmayaraq,  Moskvanın  ən  yaxĢı  müstəntiqlərindən  olan 

mülayim  rəftarlı  yumrusifət  bir  oğlan  içəri  girdi.  O,  rəngi 

ağarmıĢ,  arıqlamıĢ,  ətrafında  baĢ  verənlərə  gözlərində  heç 

bir  maraq  hiss  olunmayan,  ətrafındakıların  baĢı  üstündən 

downloaded from KitabYurdu.org



 

659 


gah harasa uzaqlara baxan, gah da özünə qapılan, çarpayıda 

uzanmıĢ cavan oğlanı gördü. 

Müstəntiq  özünü  mehribancasına  təqdim  edib,  Ġvan 

Nikolayeviçin  yanına  srağagün  Patriarx  gölündə  baĢ  verən 

hadisə barədə danıĢmaq üçün gəldiyini dedi. 

Ax,  əgər  müstəntiq  onun  yanına  bundan  əvvəl,  heç 

olmasa,  çərĢənbəyə  keçən  gecə,  Patriarx  gölündəki  hadisə 

barədə  ona  qulaq  asmaları  üçün  dəridən-qabıqdan  çıxdığı 

vaxt gəlsəydi, Ġvan necə də Ģad olardı. Məsləhətçini tutmağa 

kömək  eləmək  arzusu  indi  həyata  keçmiĢdi,  daha  kiminsə 

arxasınca qaçmaq lazım deyildi, özləri onun yanına və məhz 

çərĢənbə  günü  axĢam  nə  baĢ  verdiyini  eĢitmək  üçün 

gəlmiĢdilər. 

Ancaq  əfsus,  Berliozun  ölümündən  keçən  vaxt  ərzində 

ĠvanuĢka  tamam  dəyiĢmiĢdi.  Müstəntiqin  bütün  suallarına 

həvəslə,  nəzakətlə  cavab  verməyə  hazır  idi,  ancaq  Ġvanın 

baxıĢlarında,  danıĢığında  biganəlik  duyulurdu.  Berliozun 

taleyi Ģairi artıq mütəəssir eləmirdi. 

Müstəntiq  gəlməmiĢdən  ĠvanuĢka  uzanıb  mürgüləyirdi 

və  gözünün  qabağından  bəzi  Ģeylər  keçirdi.  YonulmuĢ 

downloaded from KitabYurdu.org



Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə