Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə126/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   122   123   124   125   126   127   128   129   ...   151

 

635 


prokurator alnını ovuĢdurdu, – onlar pulu Kaifanın sarayına 

necə ata biliblər? 

– Bilirsinizmi,  prokurator...  Bu  elə  də  çətin  məsələ 

deyil.  Qisasçılar  həyətin  dalana  çıxdığı  yerdə  Kaifanın 

sarayının  arxa  tərəfinə  keçiblər.  Onlar  bağlamanı  hasardan 

içəri atıblar. 

– Məktubla birlikdə? 

– Bəli,  prokurator,  elə  siz  təxmin  etdiyiniz  kimi.  Yeri 

gəlmiĢkən...  –  Afrani  bağlamanın  möhürünü  qoparıb 

içindəkiləri Pilata göstərdi. 

– Afrani,  siz  nə  eləyirsiniz,  axı,  yəqin,  məbədin 

möhürüdür! 

– Buna  görə  prokuratorun  narahat  olmağına  dəyməz,  – 

deyib Afrani bağlamanı bükdü. 

– Doğrudanmı, sizdə bütün möhürlər var? – Pilat güldü. 

– BaĢqa  cür  ola  da  bilməz,  prokurator,  –  Afrani  çox 

ciddi tərzdə cavab verdi. 

– Təsəvvür eləyirəm Kaifanın yanında nələr baĢ verib! 

– Bəli,  prokurator,  bu,  çox  böyük  təĢviĢə  səbəb  olub. 

Məni dərhal çağırdılar. 

downloaded from KitabYurdu.org



 

636 


Pilatın gözünün necə parıldadığı hətta yarıqaranlıqda da 

görünürdü. 

– Maraqlıdır, maraqlıdır... 

– Etiraz elədiyim üçün bağıĢlayın, prokurator, bu heç də 

maraqlı  deyildir.  Darıxdırıcı  və  yorucu  iĢdir.  Kiməsə  pul 

verildiyini  Kaifanın  sarayında  qətiyyən  boyunlarına 

almadılar. 

– Bəs belə! Neyləyək, verilməyibsə, demək, verilməyib. 

Qatili tapmaq lap çətin olacaq. 

– Tamamilə doğrudur, prokurator. 

– Hə,  Afrani,  beynimə  qəfil  bir  fikir  gəldi:  o,  bəlkə, 

intihar eləyib? 

– Yox,  prokurator,  –  Afrani  təəccübdən  hətta  geri 

çəkildi, – məni bağıĢlayın, bu qətiyyən mümkün deyil! 

– Ax,  bu  Ģəhərdə  hər  Ģey  mümkündür!  Sizinlə  mərc 

gəlməyə hazıram ki, bu barədə Ģayiələr ən qısa vaxtda bütün 

Ģəhərə yayılacaq. 

Afrani  prokuratora  zənlə  baxıb,  bir  az  düĢünəndən 

sonra cavab verdi: 

– Ola bilər, prokurator. 

downloaded from KitabYurdu.org



 

637 


Artıq  hər  Ģey  aydın  olsa  da,  görünür,  prokurator 

kiriaflının qətliylə bağlı məsələdən hələ də ayrıla bilmirdi və 

hətta bir az xəyalpərəstliklə dedi: 

– Mən onun necə öldürüldüyünü görmək istəyərdim. 

– Çox böyük məharətlə öldürülüb, prokurator, – Afrani 

azacıq istehzayla prokuratora baxdı. 

– Siz bunu haradan bilirsiniz? 

– Zəhmət çəkib kisəyə nəzər salın, prokurator, – Afrani 

cavab  verdi,  –  sizi  əmin  edirəm  ki,  Ġudanın  qanı  sel  kimi 

axıb. Prokurator, mən ömrümdə çox qətllər görmüĢəm! 

– Yəqin, daha ayağa durmayacaq. 

– Yox,  prokurator,  duracaq,  –  Afrani  filosofcasma 

gülümsədi,  –  burada  gözlədikləri  Məsihin  Ģeypuru  onların 

üstündə çalınanda duracaq. Ancaq ondan əvvəl durmayacaq. 

– Kifayətdir,  Afrani!  Bu  məsələ  aydındır.  Dəfn 

məsələsinə keçək. 

– Edam olunanlar dəfn edilib, prokurator. 

– Afrani, sizi məhkəməyə vermək cinayət olardı. Siz ən 

yüksək mükafata layiqsiniz. Necə oldu? 

downloaded from KitabYurdu.org




 

638 


Afrani danıĢmağa baĢladı və məlum oldu ki, o, Ġudanın 

məsələsiylə  məĢğul  olduğu  zaman  onun  köməkçisinin 

rəhbərlik  elədiyi  məxfi  mühafizə  dəstəsi  Ģər  qarıĢanda 

dərəyə  çatıb.  Ancaq  çarmıxda  bir  meyit  aĢkar  olunmayıb. 

Pilat diksinib xırıltılı səslə dedi: 

– Ax,  necə  olub  ki,  mən  bunu  qabaqcadan 

düĢünməmiĢəm! 

– Narahat  olmağa  dəyməz,  prokurator,  –  deyib  Afrani 

söhbətini davam etdirdi.  

Yırtıcı quĢların gözlərini dimdikləyib çıxartdığı Dismas 

və  Hestasın  meyitini  düĢürüb,  dərhal  da  üçüncü  meyiti 

axtarmağa baĢlayıblar. Onu çox tez tapıblar. Bir adam... 

– Levi Matvey, – Pilat soruĢmaqdan çox təsdiqlədi. 

– Bəli, prokurator... 

Levi  Matvey  Keçəl  Kəllənin  Ģimal  yamacındakı 

mağarada  gizlənib  qaranlığın  düĢməsini  gözləyirmiĢ. 

Mühafizəçilər  əllərində  məĢəl  mağaraya  girəndə  Levi  bərk 

qəzəblənib.  QıĢqırıb  ki,  heç  bir  cinayət  törətməyib  və 

qanuna  görə  hər  bir  Ģəxs  edam  olunmuĢ  cinayətkarı  dəfn 

eləyə  bilər.  Levi  Matvey  meyitdən  ayrılmaq  istəmədiyini 

downloaded from KitabYurdu.org



 

639 


deyib.  O,  həyəcanlıymıĢ,  ağlına  gələni  qıĢqırıb  gah  xahiĢ 

eləyirmiĢ, gah hədələyib lənətlər yağdırırmıĢ. 

– Onu tutmalı olublar? – Pilat qaĢqabaqlı soruĢdu. 

– Yox, prokurator, yox, – Afrani təskinedici tərzdə dedi, 

–  bu  ötkəm  divanəni  baĢa  salıblar  ki,  meyiti  dəfn 

eləyəcəklər. 

Levi  deyilənləri  anlayaraq  sakitləĢib,  ancaq  heç  hara 

getməyəcəyini,  dəfndə  iĢtirak  eləmək  istədiyini  bildirib. 

Deyib  ki,  öldürsələr  də,  getməyəcək,  hətta  bu  məqsədlə 

üstündəki çörək bıçağını da təklif eləyib. 

– Onu qovublar? – Pilat boğuq səslə soruĢdu. 

– Yox, prokurator, yox. Mənim köməkçim onun dəfndə 

iĢtirakına razılıq verib. 

– Hansı köməkçiniz bu iĢə rəhbərlik eləyib? 

– Tolmay,  –  Afrani  sonra  həyəcanla  əlavə  elədi.  – 

Bəlkə, o, səhv iĢ görüb? 

– DanıĢın, – Pilat cavab verdi, – səhv eləməyib. Afrani, 

ümumiyyətlə,  mən  çaĢıb  qalıram,  mən,  deyəsən,  heç  vaxt 

səhv eləməyən adamla iĢ görürəm. Bu adam sizsiniz. 

downloaded from KitabYurdu.org




Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə