Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə123/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   119   120   121   122   123   124   125   126   ...   151

 

620 


ağaclarının altındakı əsrarəngiz kölgəliklə qaçırdı. Yol dağa 

qabardı.  Ġuda  hərdən  ay  iĢığının  Nizanın  qısqanc  ərinin 

dükanındakı  xalılar  kimi  naxıĢladığı  yerlərdən  keçərək 

tövĢüyə-tövĢüyə yoxuĢu dırmanırdı. Bir qədər sonra Ġudanın 

solundakı  talada  iri  daĢ  təkərli  zeytun  məngənəsi  və 

çəlləkyığını  gözə  dəydi.  Bağda  heç  kim  yox  idi.  ĠĢ  Ģər 

qarıĢanda  qurtarmıĢdı,  indi  Ġudanın  baĢı  üzərində  bülbüllər 

cəh-cəh vururdu. 

GörüĢ  yerinə  az  qalmıĢdı.  Ġuda  bilirdi  ki,  indi  sağ 

tərəfdə, mağarada damcılayan suyun səsini eĢidəcək. Elə də 

oldu: o, bu səsi eĢitdi. Get-gedə sərinləĢirdi. 

Ġuda addımlarını yavaĢıdıb astadan çağırdı: 

– Niza! 

Ancaq  Nizanın  əvəzində  zeytun  ağacının  iri 

gövdəsindən enlikürək bir kiĢi qopub yola sıçradı və əlində 

nəsə parıldadı. Ġuda yavaĢca qıĢqırıb geri atıldı, amma ikinci 

adam onun qarĢısını kəsdi. 

Ġrəlidəki adam Ġudadan soruĢdu: 

– Ġndicə nə qədər almısan? Ölmək istəmirsənsə, de! 

Ġudanın ürəyində ümid yarandı və bərkdən dedi: 

downloaded from KitabYurdu.org



 

621 


– Otuz  gümüĢ  pul!  Otuz  gümüĢ  pul!  Aldığımm  hamısı 

üstümdədir. Pullar bax budur! Alın, ancaq mənə dəyməyin! 

Ġrəlidəki  adam  pul  kisəsini  Ġudanın  əlindən  qapdı.  Elə 

həmin  an  aĢiq  olmuĢ  Ġudanın  kürəyinə  bıçaq  saplandı.  Ġuda 

qabağa səndələdi, əlləriylə havanı qamarladı. Ġrəlidəki adam 

bıçağı dəstəyinəcən onun ürəyinə soxdu. 

Ġuda öz təmiz, uca səsiylə yox, zəif, tənəli səslə: 

– Ni... za... – deyib guppultuyla yerə dəydi. 

Bu  vaxt  yolda  üçüncü  adam  göründü.  Həmin  adam 

baĢlıqlı plaĢ geyinmiĢdi. 

– Ləngiməyin,  –  o  əmr  elədi.  Qatillər  pul  kisəsini 

üçüncü  adamın  verdiyi  kağızla  birlikdə  dəriyə  büküb 

kəndirlə  bağladılar.  Ġkinci  adam  bağlamanı  qoynunda 

gizlətdi  və  hər  iki  qatil  yoldan  çıxıb  zeytunluqda  qaranlığa 

qarıĢdı.  Üçüncü  adam  isə  meyitin  yanında  çömbəlib  onun 

sifətinə  baxdı.  Qaranlıqda  bu  sifət  baĢlıqlı  adama  tabaĢir 

kimi ağ, gözəl və nurlu göründü. 

Bir  neçə  saniyədən  sonra  yolda  ins-cins  qalmamıĢdı. 

Cansız bədən qolları  yana açılmıĢ halda torpağa sərilmiĢdi. 

Sol  dabanına  ay  iĢığı  düĢdüyündən  səndəlinin  qayıĢları 

downloaded from KitabYurdu.org



 

622 


aydınca  görünürdü.  Hefsiman  bağını  bülbüllərin  cəhcəhi 

baĢına  götürmüĢdü.  Ġudanı  bıçaqlayan  iki  adamın  hara 

getdiyini heç kim bilmir, ancaq baĢlıqlı adamın hara getdiyi 

məlumdur.  O,  yoldan  çıxıb  cənuba  üz  tutaraq  zeytunluğa 

girdi.  Əsas  qapıdan  aralıda,  bağın  cənub  küncündə 

hörgüsünün  üst  daĢları  tökülən  hasardan  aĢdı.  Az  keçmiĢ 

Kedronun sahilinə çatdı. Suya girib, uzaqda iki at və onların 

yanında  adam  qaraltısı  görənə  qədər  suda  qaldı.  Atlar  da 

suyun  içində  dayanmıĢdı.  Su  onların  ayağını  yuyurdu. 

Atabaxan atların birinə mindi, baĢlıqlı adam o birinə sıçradı 

və  hər  ikisi  atları  yavaĢ-yavaĢ  çayla  sürdü,  atların  ayağı 

altında daĢların necəxırçıldadığı eĢidilirdi. Sudan YerĢalaim 

sahilində  çıxıb,  atlarını  Ģəhər  divarının  dibiylə  sürdülər.  Bu 

vaxt  atabaxan  irəli  çaparaq  gözdən  itdi,  baĢlıqlı  adam  isə 

kimsəsiz  yolda  atdan  düĢdü,  plaĢını  astarına  çevirdi,  plaĢın 

altından lələksiz yastı dəbilqə çıxarıb baĢına qoydu. Ġndi ata 

hərbi xlamidalı və budunun üstündə gödək qılınc olan adam 

sıçradı.  O,  cilovu  oynatdı  və  qızğın  süvari  atı  onu 

yırğalayaraq  dördnala  çapdı.  Yol  uzun  deyildi  –  atlı 

YerĢalaimin cənub darvazasına yaxınlaĢırdı. 

downloaded from KitabYurdu.org



 

623 


Darvazanın  tağı  altında  məĢəllərin  alovu  titrəyirdi. 

Ġldırımsürətli  legionun  ikinci  kenturiyasının  keĢikçi 

dəstəsinin  əsgərləri  daĢ  skamyalarda  oturub  zər  atırdılar. 

YaxınlaĢan hərbiçini  görüb  ayağa  sıçradılar.  Hərbiçi onlara 

əl eləyib Ģəhərə girdi. 

ġəhər  bayram  iĢıqlarına  bürünmüĢdü.  Pəncərələrdə 

çıraqların alovu titrəĢirdi, hər yerdən bir-birinə qarıĢan dua-

səna, cürbəcür söhbətlər eĢidilirdi. Atlı hərdən küçəyə baxan 

pəncərələrə  boylananda  çəpiĢ  əti  qoyulmuĢ,  göyərti 

boĢqablarının  arasına  piyalələr  düzülmüĢ  bayram  süfrəsi 

arxasında  oturan  adamları  görürdü.  O,  fitlə  xəfif  bir  mahnı 

çalaraq,  yorğa  yeriĢlə  tələsmədən  AĢağı  Ģəhərin  boĢ 

küçələrindən  keçib,  məbədin  üstündə  yanan,  dünyanın  heç 

bir  yerində  görünməmiĢ  beĢĢama,  ya  beĢĢamdan  daha 

yüksəkdə  dayanan  aya  hərdən  nəzər  salıb,  Antoni  qalasına 

tərəf gedirdi. 

Böyük  Ġrodun  sarayında  təntənəli  Pasxa  gecəsi  qeyd 

olunmurdu.  Sarayın  cənuba  baxan,  Roma  koqortası 

zabitlərinin  və  legion  leqatının  yerləĢdiyi  yardımçı 

otaqlarından  iĢıq  gəlirdi,  orada  hərəkət  və  həyat  hiss 

downloaded from KitabYurdu.org



 

624 


olunurdu. Sarayın yeganə və məcburi sakini prokurator olan 

giriĢ  hissəsi  öz  sütunları,  qızıl  heykəlləriylə  parlaq  ay  iĢığı 

altında  kor  olmuĢdu.  Sarayın  içərisində  zülmət  və  sakitlik 

hökm  sürürdü.  Afraniyə  dediyi  kimi,  prokurator  içəri 

keçmək  istəməmiĢdi.  Nahar  elədiyi,  səhər  isə  istintaq 

apardığı  eyvanda  yataq  salınmasını  tapĢırmıĢdı.  Prokurator 

taxtda uzanmıĢdı, ancaq yuxusu gəlmirdi. Buludsuz səmada 

ay  çox  yüksəkdə  dayanmıĢdı  və  prokurator  bir  neçə  saatdı 

ondan gözünü çəkmirdi. 

Nəhayət,  gecəyarısı  yuxunun  igemona  rəhmi  gəldi.  O 

əsnədi, plaĢını çıxarıb tulladı, köynəyin üstündən bağlanmıĢ 

enli  polad  xəncər  asılan  qayıĢı  açıb  taxtın  böyründəki 

kresloya qoydu, səndəli soyunub uzandı. Banqa dərhal onun 

yatağına  dırmaĢıb  yanında  uzandı  və  prokurator  əlini  itin 

boynuna qoyub, axır ki, gözünü yumdu. Ġt də yalnız bundan 

sonra yatdı. 

Sütunların  qarĢısını  kəsdiyi  taxt  yarıqaranlıqdaydı, 

ancaq  artırmanın  pillələrindən  yatağa  ay  iĢığı  uzanırdı. 

Prokurator  ətrafında baĢ verənlərlə  əlaqəni  itirən kimi  iĢıqlı 

yolun  ağına  düĢüb,  bu  yolla  düz  aya  tərəf  getdi.  Apaydın 

downloaded from KitabYurdu.org



Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə