Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə122/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   118   119   120   121   122   123   124   125   ...   151

 

615 


– Niza! 

Qadın  çevrilib  gözlərini  qıydı,  onun  sifətindən 

dilxorçuluq oxundu və soyuq tərzdə yunanca cavab verdi: 

– Ah, sənsən, Ġuda? Səni o saat tanımadım. Amma belə 

olmağı  yaxĢıdır.  Bizlərdə  deyim  var  ki,  kimi  tanımadılaro, 

dövlətli olacaq... 

Həyəcandan  qara  paltarın  altında  ürəyi  quĢ  kimi 

çırpınan Ġuda yoldan keçənlərin eĢitməməsi üçün səsini qısıb 

soruĢdu: 

– Hara gedirsən, Niza? 

– Nəyinə  lazım?  –  Niza  addımını  yavaĢıdıb  təkəbbürlə 

Ġudaya baxdı. 

Ġuda uĢaq kimi özünü itirdi: 

– Necə  axı?..  Biz  ki  ĢərtləĢmiĢdik.  Mən  sənə  baĢ 

çəkmək istəyirdim. Bütün axĢamı evdə olacağını demiĢdin... 

– Eh, yox, yox, – Niza Ģıltaqlıqla alt dodağını büzdü və 

Ġudaya elə gəldi ki, həyatında gördüyü bu ən gözəl sifət daha 

da gözəlləĢdi, – mən darıxdım. Sizin bayramdır, bəs mən nə 

etməliyəm?  Oturub  sənin  artırmada  necə  köks  ötürdüyünə 

qulaq  asım?  Həm  də  qorxum  ki,  qulluqçu  bunu  ərimə 

downloaded from KitabYurdu.org



 

616 


deyəcək?  Yox,  yox,  mən  də  qərara  aldım,  Ģəhər  kənarına 

çıxıb bülbüllərə qulaq asım. 

– Necə yəni Ģəhər kənarına? – Ġuda çaĢqınlıqla soruĢdu. 

– Tək? 


– Əlbəttə, tək, – Niza cavab verdi. 

– Ġcazə ver, səni müĢayiət eləyim, – Ġuda nəfəsi kəsilə-

kəsilə  dedi.  BaĢında  hər  Ģey  bir-birinə  qarıĢmıĢdı,  dünyada 

hər  Ģeyi  unutmuĢdu  və  yalvarıĢ  dolu  baxıĢlarla  Nizanın 

mavi, indi qara görünən gözlərinə baxdı. 

Niza dinməyib addımını yeyinlətdi. 

– Nəyə  görə  susursan,  Niza?  –  Ġuda  onunla  yanaĢı 

yeriyərək yazıq-yazıq soruĢdu. 

– Bəs  səninlə  darıxdırıcı  olmayacaq?  –  Niza  birdən 

ayağını saxladı. Ġuda lap karıxdı. 

– Di yaxĢı, – Niza, nəhayət, yumĢaldı, – gedək. 

– Bəs hara, hara? 

– Dayan...  bu  həyətə  girib  ĢərtləĢək,  yoxsa  qorxuram 

tanıĢlardan kimsə məni məĢuqumla küçədə gördüyünü ərimə 

deyə. 

downloaded from KitabYurdu.org




 

617 


Nizayla  Ġuda  bazardan  çıxdılar.  Onlar  hansısa  bir 

həyətin darvazası qarĢısında pıçıldaĢırdılar. 

– Kedronun  arxasına,  Hefsimandakı  zeytunluğa  get,  – 

 

Niza  örtüyü  gözlərinin  üstünə  çəkib,  əlində  vedrə 



darvazadan  girən  adamdan  üzünü  kənara  çevirdi,  –  baĢa 

düĢdün? 


– Hə, hə, hə. 

– Mən irəlidə gedəcəyəm, – Niza sözünə davam elədi, – 

ancaq sən arxamca dabanbasma gəlmə, məndən aralan. Mən 

qabaqda  gedəcəyəm...  Çayı  keçəndən  sonra...  bilirsən 

mağara haradadır? 

– Bilirəm, bilirəm... 

– Zeytun  məngənəsinin  yanından  yuxarı  qalxıb 

mağaraya  tərəf  dön.  Mən  orada  olacağam.  Ancaq  dərhal 

arxamca gəlməyə cürət eləmə, hövsələni basıb burada gözlə. 

– Niza bu sözləri deyib darvazanın altından çıxdı, guya, heç 

Ġudayla danıĢmamıĢdı. 

Ġuda  bir  müddət  tək-tənha  dayanıb  fıkrini  toplamağa 

çalıĢdı.  Narahatlığının  biri  də  o  idi  ki,  bayram  süfrəsində 

olmadığını  doğmalarına  necə  izah  eləyəcək.  Ancaq 

downloaded from KitabYurdu.org



 

618 


həyəcandan  düz-əməlli  bir  Ģey  düĢünə  bilmədi  və  özündən 

asılı olmadan darvazadan uzaqlaĢdı. 

O  indi  yolunu  dəyiĢib  AĢağı  Ģəhərə  yox,  yenidən 

Kaifanın  sarayına  tərəf  qayıtdı.  Artıq  Ģəhərə  bayram 

gəlmiĢdi. Ətrafdakı pəncərələrdə iĢıqlar yanırdı, dua-sənalar, 

cürbəcür  söhbətlər  eĢidilirdi.  Bayram  süfrəsinə  gecikənlər 

qamçılaya-qamçılaya, qıĢqıra-qıĢqıra eĢĢəklərini qovurdular. 

Ġuda fikirli halda getdiyindən mamır basmıĢ qorxunc Antoni 

qala bürclərinin arxada qaldığını hiss eləmədi, qaladan gələn 

Ģeypur  səslərini  eĢitmədi,  yoluna  iĢıq  salan  məĢəlli  Roma 

patruluna məhəl qoymadı. 

Ġuda  qala  bürclərini  ötüb  geri  dönəndə  məbədin 

üstündə, çox yüksəklikdə ayrı-ayrı iki nəhəng Ģamdanda beĢ 

Ģamın yandığını gördü. Ancaq Ġuda Ģamlara ötəri baxdı, ona 

elə  gəldi  ki,  YerĢalaim  üzərində  get-gedə  yüksələn  yeganə 

iĢıqla – ay iĢığıyla bəhsləĢən on çox böyük çıraq iĢıq saçır. 

Ġndi  Ġudanı  heç  nə  maraqlandırmırdı,  Ģəhəri  tezcə  tərk 

eləmək  üçün  Hefsiman  darvazasına  tərəf  üz  tutmuĢdu. 

Hərdən ona elə gəlirdi ki, irəlidə yoldan keçənlərin kürəyi və 

sifətləri  arasından  Ģux,  oynaq  bədən  gözünə  görünüb,  onu 

downloaded from KitabYurdu.org



 

619 


arxasınca  aparır.  Ancaq  bu,  aldanıĢ  idi,  Ġuda  baĢa  düĢürdü 

ki,  Niza  onu  xeyli  ötüb.  Ġuda  pul  xırdalayan  dükanların 

yanından  keçib,  nəhayət,  Hefsiman  darvazasına  çatdı. 

Səbirsizlikdən alıĢıb-yansa da, darvazanın ağzında ləngiməli 

oldu.  ġəhərə  dəvələr,  onların  arxasınca  Ġudanın  ürəyində 

lənətlədiyi hərbi suriya patrulu girirdi... 

Ancaq  hər  Ģeyin  sonu  var.  Səbirsiz  Ġuda  artıq  Ģəhər 

divarlarının o üzündə idi. Ġuda sol tərəfdə kiçik qəbiristanlıq, 

onun  yanında  bir  neçə  zolaqlı  zəvvar  çadırı  gördü.  Ayın 

iĢıqlandırdığı tozlu yolu keçib, Kedron çayını adlamaq üçün 

o  səmtə  yönəldi.  Su  Ġudanın  ayaqları  altında  Ģırıldayırdı. 

DaĢdan-daĢa  hoppanıb,  nəhayət,  qarĢı  Hefsiman  sahilinə 

çıxdı  və  bağın  aĢağısından  keçən  yolda  heç  kimin 

olmadığına  sevindi.  Zeytun  bağının  yarıuçuq  qapısı  artıq 

görünürdü. 

Bürkülü  Ģəhərdən  sonra  yaz  gecəsinin  bihuĢedici 

qoxusu  Ġudanı  valeh  elədi.  Hefsiman  talalarından  gələn 

mərsin və akasiya ətri hasardan dalğa-dalğa ətrafa yayılırdı. 

Darvazanı heç kim qorumurdu, heç kim görünmürdü və 

bir  neçə  dəqiqə  sonra  Ġuda  artıq  qollu-budaqlı  zeytun 

downloaded from KitabYurdu.org



Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə