Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə125/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   121   122   123   124   125   126   127   128   ...   151

 

630 


– Prokurator,  mən  on  beĢ  ildir  Ġudeyada  iĢləyirəm. 

Valeri  Qratın  vaxtında  xidmətə  baĢlamıĢam.  Adamın 

öldüyünü  demək  üçün  hökmən  onun  meyitini  görməyim 

lazım  deyil,  indi  mən  də  sizə  bildirirəm  ki,  kiriaflı  Ġuda 

deyilən Ģaxs bir neçə saat əvvəl bıçaqla öldürülüb. 

– Məni  bağıĢlayın,  Afrani,  –  Pilat  dedi,  –  hələ  tamam 

ayılmamıĢam,  ona  görə  belə  dedim.  Mən  pis  yatıram,  – 

prokurator  istehzayla  gülümsədi,  –  həmiĢə  də  yuxuda  ay 

iĢığı görürəm. Təsəvvür edin, çox gülməlidir. Guya, mən bu 

ay  iĢığının  üstüylə  gəzirəm.  Nəsə,  bu  iĢlə  bağlı  sizin 

ehtimallarınızı  bilmək  istərdim.  Siz  onu  harada  axtarmaq 

fikrindəsiniz? Oturun, məxfı idarənin rəisi. 

Afrani  baĢ  əyib  kreslonu  çarpayıya  yaxın  çəkdi  və 

qılıncını taqqıldadıb oturdu. 

– Mən  onu  Hefsiman  bağındakı  zeytun  məngənəsinin 

yaxınlığında axtarmaq fikrindəyəm. 

– Belə, belə. Bəs niyə məhz orada? 

– Ġgemon,  mənim  mülahizələrimə  görə  Ġuda  nə 

YerĢalaimdə,  nə  də  ondan  uzaqda  öldürülüb.  O,  YerĢalaim 

yaxınlığında öldürülüb. 

downloaded from KitabYurdu.org



 

631 


– Sizi  öz  iĢinin  ən  mahir  bilicilərindən  biri  sayıram. 

Romanı  deyə  bilmərəm,  ancaq  müstəmləkələrdə  sizə  tay 

yoxdur. Ġzah eləyin, niyə? 

– Heç bir vəchlə düĢünmürəm ki, – Afrani astadan dedi, 

– Ġuda hansısa Ģübhəli adamların əlinə Ģəhərin hüdudlarında 

keçsin. Küçədə gizlicə bıçaqlaya bilməzsən. Deməli, aldadıb 

hansısa  zirzəmiyə  aparmalıydılar.  Ancaq  mühafizə  xidməti 

artıq  onu  AĢağı  Ģəhərdə  axtarıb;  belə  olsaydı,  hökmən 

tapardı.  Amma  o,  Ģəhərdə  yoxdur,  mən  buna  zəmanət 

verirəm.  Əgər  onu  Ģəhərdən  uzaqda  öldürsəydilər,  bu  pul 

bağlaması  belə  tezliklə  atılmazdı.  O,  Ģəhərin  yaxınlığında 

öldürülüb. Onu aldadıb Ģəhərdən kənara apara biliblər. 

– Anlaya bilmirəm, bunu necə bacarıblar. 

– Bəli,  prokurator,  bütün  iĢdə  bu  ən  çətin  məsələdir, 

hətta bunun öhdəsindən gəlib-gəlməyəcəyimi bilmirəm. 

– Doğrudan  da,  müəmmalıdır!  Mömin  adam  bayram 

axĢamı Pasxa süfrəsini tərk eləyib, nə üçünsə Ģəhər kənarına 

gedir  və  orada  öldürülür.  Kim  və  necə  onu  aldadıb  apara 

bilib?  Bunu  qadın  etməyib  ki?  –  prokurator  birdən 

coĢqunluqla soruĢdu. 

downloaded from KitabYurdu.org



 

632 


Afrani sakitcə və qəti Ģəkildə dedi: 

– Heç  bir  vəchlə,  prokurator.  Bu,  tamamilə  istisna 

olunur. Məntiqlə düĢünmək lazımdır. Ġudanın ölümündə kim 

maraqlıydı? Hansısa avara xəyalpərəstlər, hər Ģeydən əvvəl, 

qadının  iĢtirak  eləmədiyi  hansısa  dəstə.  Prokurator, 

evlənmək  üçün  pul  lazımdır,  dünyaya  insan  gətirmək  üçün 

yenə  pul  lazımdır,  ancaq  qadının  köməyilə  adam  öldümıək 

üçün lap çox pul lazımdır, o da heç bir avarada yoxdur. Bu 

iĢdə qadın olmayıb, prokurator. Üstəlik, onu deyim ki, qətlin 

bu  cür  Ģərhi  izi  azdırar,  istintaqa  mane  olar  və  məni 

dolaĢdırar. 

– Görürəm, siz tamamilə düz deyirsiniz, Afrani, – Pilat 

dedi, – mən yalnız öz ehtimallarımı söylədim. 

– Heyif ki, onlar səhvdir, prokurator. 

– Bəs onda necə olub? – Prokurator çox böyük maraqla 

Afraninin üzünə baxdı. 

– Güman eləyirəm ki, yenə elə pul məsələsidir. 

– Əla  fikirdir!  Ancaq  kim  və  nə  üçün  gecə  Ģəhər 

kənarında ona pul təklif eləyə bilər? 

downloaded from KitabYurdu.org




 

633 


– Yox, prokurator, o cür yox. Mənim yeganə fərziyyəm 

var,  əgər  o  səhvdirsə,  ola  bilsin,  baĢqa  bir  səbəb  tapa 

bilməyim. – Afrani prokuratora tərəf əyilib pıçıldadı: – Ġuda 

öz  pulunu  təkcə  ona  məlum  olan  xəlvət  yerdə  gizlətmək 

istəyib. 

– Çox  ustalıqla  düĢünülmüĢ  izahdır.  Görünür,  əhvalat 

bu  cür  də  olub.  Ġndi  sizi  anlayıram:  onu  kimsə  yox,  öz 

düĢüncəsi tora salıb. Hə, hə, belədir. 

– Belədir.  Ġuda  heç  kimə  etibar  eləməyən  adam  idi.  O, 

pulunu adamlardan gizlətmək istəyib. 

– Hə,  Hefsimanda  gizlədib  dediniz.  Niyə  məhz  orada 

onu  axtarmaq  fikrindəsiniz,  etiraf  eləyim  ki,  bunu  baĢa 

düĢmürəm. 

– Prokurator,  bu,  hər  Ģeydən  sadədir.  Heç  kim  pulunu 

yolda, açıq və görünən yerdə gizlətməz. Ġuda nə Hevrona, nə 

Vifaniyaya  gedən  yolda  olub.  Belə  iĢdən  ötrü  təhlükəsiz, 

xəlvət,  ağaclıq  bir  yer  tapmalıydı.  YerĢalaim  ətrafında 

Hefsimandan  baĢqa  belə  yer  yoxdur.  O,  uzağa  gedə 

bilməzdi. 

downloaded from KitabYurdu.org




 

634 


– Siz  məni  tamamilə  inandırdınız.  Hə,  bəs  indi  nə 

eləyək? 


– ġəhər  kənarında  Ġudanın  izinə  düĢən  qatilləri  dərhal 

axtarmağa  baĢlayacağam,  həm  də  bayaq  sizə  bildirdiyim 

kimi, məhkəməyə təslim olacağam. 

– Nə üçün? 

– O,  Kaifanın  sarayını  tərk  eləyəndən  sonra 

mühafizəçilərin  axĢam  bazarda  onu  gözdən  qaçırıblar. 

Bunun  necə  baĢ  verdiyini  ağlıma  sığıĢdıra  bilmirəm. 

Həyatımda belə bir Ģey olmayıb. Bizim söhbətimizdən sonra 

o  dərhal  nəzarət  altına  alınmıĢdı.  Ancaq  bazar  səmtdə  izi 

necəsə azdıraraq yoxa çıxıb. 

– Belə.  Bildirirəm  ki,  sizi  məhkəməyə  verməyə  lüzum 

görmürəm.  Siz  əlinizdən  gələni  etmisiniz,  –  bu  yerdə 

prokurator  gülümsədi,  –  heç  kim  də  sizdən  artığını  eləyə 

bilməzdi!  Ġudanı  gözdən  qaçıran  xəfiyyələri  cəzalandırın. 

Ancaq  sizə  xəbərdarlıq  eləyim  ki,  cəzanın  elə  də  ağır 

olmasını istəmirəm. Bir yana qalanda, bu yaramazı qorumaq 

üçün  biz  əlimizdən  gələni  elədik!  Hə,  unutdum  soruĢam,  – 

downloaded from KitabYurdu.org




Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə