Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə128/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   124   125   126   127   128   129   130   131   ...   151

 

645 


üz-gözünü  qırıĢdırıb  perqamentə  sarı  əyildi,  əlini  sətirlərin 

üstündə  gəzdirdi.  Yazılanların  bir-birinə  bağlı  olmayan 

hansısa kəlamlardan, tarixlərdən, təsərrüfat qeydlərindən və 

mənzum parçalardan ibarət olduğunu ayırd eləyə bildi. Pilat 

bəzi  sözləri  oxudu:  "Ölüm  yoxdur...  Dünən  dadlı  yaz 

bakkurotaları

30

  yedik..." 



Pilat  gərginlikdən  sifətini  turĢudub  gözünü  qıyaraq 

oxudu: "Biz həyatın dumduru axınını görəcəyik... BəĢəriyyət 

günəĢə Ģəffaf kristal arxasından baxacaq..." 

Bu yerdə Pilat diksindi. Perqamentin son sətirlərində o, 

bu sözləri oxuya bildi: "... ən böyük qüsur... qorxaqlıqdır". 

Pilat  perqamenti  büküb  kəskin  hərəkətlə  onu  Leviyə 

uzatdı. 

– Götür, – bir az susub əlavə elədi: – Görürəm oxumuĢ 

adamsan,  daldalanacaqsız,  dilənçi  kökündə  tək  gəzməyinə 

lüzum  yoxdur.  Qeysəriyyədə  böyük  kitabxanam  var,  mən 

çox  varlıyam,  istəyirəm  səni  iĢə  götürəm.  Papirusları 

sahmana salıb qoruyarsan, qarnın tox, canın isti olar. 

                                                 

30

 Bakkurota – tez yetişən əncir 



downloaded from KitabYurdu.org


 

646 


Levi ayağa qalxaraq cavab verdi: 

– Yox, istəmirəm. 

– Niyə?  –  Prokurator tutuldu.  –  Məndən xoĢun  gəlmir, 

məndən qorxursan? 

Həmin o pis təbəssüm Levinin sir-sifətini tanınmaz hala 

saldı. 


– Yox, çünki sən məndən qorxacaqsan. Onu öldürəndən 

sonra  mənim  üzümə  baxmaq  səndən  ötrü  elə  də  asan 

olmayacaq. 

– Sus, – Pilat dedi, – pul götür. 

Levi  baĢıyla  rədd  cavabı  verdi,  prokurator  isə  sözünə 

davam elədi: 

– Bilirəm, özünü ĠeĢuanın Ģagirdi sayırsan, ancaq onun 

öyrətdiklərindən  heç  nə  anlamamısan.  Anlasaydın,  məndən 

mütləq  nəsə  götürərdin.  Nəzərə  al  ki,  o  ölməmiĢdən  əvvəl 

heç  kimi  günahlandırmadığını  deyib,  –  Pilat  barmağını 

mənalı-mənalı  qaldırdı  və  onun  sifəti  səyridi.  –  Özü  də 

hökmən  nəsə  götürərdi.  Sən  qəddarsan,  ancaq  o,  qəddar 

deyildi. Sən hara gedəcəksən? 

downloaded from KitabYurdu.org




 

647 


Levi  qəfil  yaxına  gəlib,  hər  iki  əliylə  stoldan  tutaraq 

alıĢıb-yanan gözlərini prokuratora dikdi. 

– Ġgemon,  bil  ki,  YerĢalaimdə  bir  adamı  bıçaqlayıb 

öldürəcəyəm.  Sənə  demək  istəyirəm  biləsən,  hələ  qan 

axacaq. 

– Hələ  qan  axacağını  mən  də  bilirəm,  –  Pilat  cavab 

verdi,  –  sənin  bu  sözlərin  məni  təəccübləndirmədi.  Sən, 

yəqin, məni öldürmək istəyirsən? 

– Səni  öldürə  bilmərəm,  –  Levi  diĢlərini  qıcırdıb 

gülümsədi,  –  o  qədər  də  axmaq  deyiləm  ki,  buna  ümid 

eləyəm,  mən  kiriaflı  Ġudanı  öldürəcəyəm,  qalan  ömrümü 

buna həsr eləyəcəyəm. 

Bu  vaxt  prokuratorun  gözlərində  məmnunluq  oxundu, 

Levi Matveyi əlinin iĢarəsiylə yanına çağırdı. 

– Özünü  üzmə,  sən  bunu  eləyə  bilməyəcəksən.  Ġudanı 

artıq bu gecə öldürüblər. 

Levi heyrətlə döyüküb stoldan geri sıçradı: 

– Bunu kim eləyib? 

– Qısqanc olma, – Pilat gülüb əllərini bir-birinə sürtdü, 

– qorxuram ki, səndən də baĢqa onun pərəstiĢkarları olsun. 

downloaded from KitabYurdu.org



 

648 


– Bunu kim eləyib? – Levi pıçıltıyla təkrar elədi. 

Pilat ona cavab verdi: 

– Mən eləmiĢəm. 

Levi  ağzını  açıb  gözlərini  prokuratora  zillədi,  o  isə 

astadan dedi: 

– Əlbəttə,  bu  azdır,  ancaq  hər  halda,  bunu  mən 

eləmiĢəm. Ġndi nəsə götürəcəksən? 

Levi düĢünüb, axır ki, yumĢaldı: 

– TapĢır mənə təmiz perqament versinlər. 

Bir  saat  ötdü.  Levi  sarayı  tərk  eləmiĢdi.  Ġndi  sökülən 

dan yerinin sakitliyini yalnız bağda gəziĢən keĢikçilərin asta 

addım  səsləri  pozurdu.  Ayın  rəngi  solmuĢdu,  göyün  baĢqa 

səmtində dan ulduzu ağımsov ləkə kimi görünürdü. Çıraqlar 

çoxdan sönmüĢdü. Prokurator taxta uzanmıĢdı. Əlini baĢının 

altına  qoyub,  səssizcə  nəfəs  alaraq  yatırdı.  Banqa  da 

böyründə yatmıĢdı. 

Ġudeyanın  beĢinci  prokuratoru  Ponti  Pilat  nisan  ayının 

on beĢinci səhərini belə qarĢıladı. 

 

 

downloaded from KitabYurdu.org




 

649 


XXVII fəsil 

 50 №-LĠ MƏNZĠLĠN AQĠBƏTĠ 

Marqarita  fəslin  son  cümləsini:  "...Ġudeyanın  beĢinci 

prokuratoru Ponti Pilat nisan ayının on beĢinci səhərini belə 

qarĢıladı", – oxuyanda səhər açıldı. 

Ağsöyüd və cökə ağaclarındakı sərçələrin Ģən cikkiltisi 

həyəti baĢına götürmüĢdü. 

Marqarita  kreslodan  qalxıb  gərnəĢdi,  əzginliyini,  bərk 

yuxusu  gəldiyini  yalnız  indi  hiss  elədi.  Maraqlıdır  ki,  ürəyi 

çox  rahatdı.  Fikri  dağınıq  deyildi,  keçirdiyi  gecə  onu 

qətiyyən  sarsıtmamıĢdı.  ġeytanın  verdiyi  ziyafətdə  olması, 

hansı  bir  möcüzəyləsə  masterin  qaytarılması,  romanın 

küldən peyda olması, dalandakı zirzəmidə hər Ģeyin yenə öz 

yerini alması, çuğul Aloizi Moqarıçın oradan qovulması onu 

həyəcanlandırmırdı.  Bir  sözlə,  Volandla  tanıĢlıq  ruhi 

vəziyyətinə  heç  bir  xələl  gətirməmiĢdi.  Sanki,  hər  Ģey  elə 

belə də olmalıymıĢ. 

QonĢu  otağa  keçdi,  masterin  sakitcə  yatdığına  əmin 

oldu,  lazımsız  yerə  yanan  stolüstü  lampanı  söndürüb,  qarĢı 

tərəfdəki  divara  söykədilmiĢ,  üstünə  köhnə  cırıq  mələfə 

downloaded from KitabYurdu.org



Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə