Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə129/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   125   126   127   128   129   130   131   132   ...   151

 

650 


örtülmüĢ  divanda  uzandı.  Bir  dəqiqə  sonra  artıq  yuxuya 

getmiĢdi  və  həmin  səhər  daha  heç  bir  yuxu  görmədi. 

Zirzəmidəki  otaqlarda,  evtikənin  balaca  evində  sakitlik 

hökm sürürdü, xəlvət dalanda da səs-səmir yox idi. 

Ancaq  bu  vaxt,  yəni  Ģənbə  günü  sübhə  qədər  Moskva 

idarələrindən  birinin  bütöv  bir  mərtəbəsi  yatmamıĢdı  və 

xüsusi  maĢınların  uğuldayaraq  yavaĢ-yavaĢ  hərlənib 

Ģotkayla təmizlədiyi asfalt döĢənmiĢ böyük meydana baxan 

pəncərələrində  yanan  iĢıq  doğan  günəĢin  iĢığından  hələ  gur 

idi. 


Bütün mərtəbə Volandın iĢi üzrə istintaqla məĢğuluydu 

və onlarla kabinetdə gecə iĢıqlar sönməmiĢdi. 

Əslinə  qalanda,  məsələ  artıq  dünən,  cümə  günü 

müdiriyyətin itməsindən sonra və məĢhur magiya seansında 

baĢ  verən  cürbəcür  biabırçılıqlar  nəticəsində  Varyeteni 

bağlamaq lazım gələndə aydınlaĢmıĢdı. Ancaq iĢ ondaydı ki, 

yuxusuz 

mərtəbəyə 

ardı-arası  kəsilmədən  yeni-yeni 

məlumatlar daxil olurdu. 

Tamamilə  müəmmalı  və  hipnoz  fokusları  ilə  bir-birinə 

qarıĢmıĢ, üstəlik, içində açıq-aydın cinayət izləri görünən bu 

downloaded from KitabYurdu.org



 

651 


qəribə  iĢlə  bağlı  Moskvanın  müxtəlif  yerlərində  baĢ  verən 

bütün  dolaĢıq  hadisələri  istintaq  indi  bir  yerə  toplayıb  bir 

yumağa sarımalıydı. 

Elektrik iĢığına bürünmüĢ yuxusuz mərtəbədə ilk əvvəl 

Akustika  komissiyasının  sədri  Arkadi  Apollonoviç 

Sempleyarov oldu. 

Cümə  günü  nahardan  sonra  onun  DaĢ  körpünün 

yaxınhğındakı  mənzilində  telefon  zəng  çaldı  və  kiĢi  səsi 

Arkadi Apollonoviçi soruĢdu. Arkadi Apollonoviçin aparata 

yaxınlaĢan  arvadı  kobudluqla  cavab  verdi  ki,  Arkadi 

Apollonoviç xəstədir, yatmağa gedib və telefona gələ bilmir. 

Ancaq  Arkadi  Apollonoviç  telefona  gələsi  oldu.  "Arkadi 

Apollonoviçi  haradan  soruĢurlar?"  sualına  telefondakı  səs 

çox qısa cavab verdi. 

– Bu  saniyə...  bu  saat...  bu  dəqiqə...  –  Akustika 

komissiyası sədrinin,  adətən,  çox ötkəm  olan  arvadının dili 

dolaĢdı  və  dünənki  seansı,  saratovlu  qardaĢı  qızının 

qovulması  ilə  müĢayiət  olunan  gecə  qalmaqalını 

xatırlayarkən  dəhĢətli  əzab  çəkən  Arkadi  Apollonoviçi 

oyatmaq üçün yel kimi yataq otağına cumdu. 

downloaded from KitabYurdu.org



 

652 


Bir saniyə çəkmədisə də, bir dəqiqə də çəkmədi, on beĢ 

saniyə  sonra  Arkadi  Apollonoviç  sol  ayağına  taxdığı 

baĢmaqda,  alt  tuman-köynəyində  artıq  telefonun  dəstəyini 

götürüb kəkələyirdi: 

– Bəli, mənəm... EĢidirəm, eĢidirəm... 

Onun  arvadı  vəfasızlığı  üzə  çıxmıĢ  bədbəxt  Arkadi 

Apollonoviçin  bütün  iyrənc  cinayətlərini  unudub,  qorxmuĢ 

halda  dəhlizin  qapısından  boylanaraq  havada  baĢmağın  o 

biri tayını göstərib pıçıldayırdı: 

– BaĢmağı  geyin,  baĢmağı...  Ayağın  soyuqlayar,  – 

bunun cavabında isə Arkadi Apollonoviç yalın ayağıyla onu 

rədd eləyib, gözünü ağardaraq telefona mızıldadı: 

– Bəli,  bəli,  bəli,  əlbəttə,  baĢa  düĢürəm...  Bu  saat 

gəlirəm... 

Arkadi  Apollonoviç  bütün  axĢamı  istintaq  aparılan 

həmin  mərtəbədə  keçirdi.  Ağır,  xoĢagəlməz  bir  söhbət  idi, 

çünki  yalnız  bu  murdar  seans  və  lojadakı  dava-dalaĢ 

haqqında  yox,  eyni  zamanda,  doğrudan  da,  vacib 

olduğuüçün  Yeloxovski  küçəsində  yaĢayan  Militsa 

Pokobatko,  saratovlu  qardaĢı  qızı  və  Arkadi  Apollonoviçə 

downloaded from KitabYurdu.org



 

653 


son  dərəcə  əzab  verən  bir  çox  baĢqa  Ģeylər  barədə  tam 

çılpaqlığıyla danıĢmalı oldu. 

Maskalı  cadugərin  özünü,  onun  iki  əclaf  köməkçisini 

gözəl təsvir eləyən, cadugərin adının məhz Voland olduğunu 

əla  yadında  saxlayan,  biabırçı  seansın  fərasətli,  təcrübəli 

Ģahidi  ziyalı  və  mədəni  Arkadi  Apollonoviçin  ifadəsi, 

aydındır ki, istintaqı xeyli irəli apardı. Seansdan sonra zərər 

çəkmiĢ bəzi xanımların (Rimskini heyrətləndirən bənövĢəyi 

alt  paltarındakı  qadınla  yanaĢı,  əfsuslar  ki,  bir  çox  baĢqa 

qadınların  da)  və  Sadovıdakı  50  №-li  mənzilə  göndərilən 

kuıyer  Karpovun  ifadələrinin  Arkadi  Apollonoviçin 

ifadəsiylə  tutuĢdurulması  isə  bütün  bu  macəraların 

günahkarlarını  harada  axtarmaq  lazım  olduğunu  dərhal 

müəyyən elədi. 

  50  №-li  mənzildə  oldular,  özü  də  dəfələrlə  oldular, 

sondərəcə diqqətlə araĢdırmaq nədir, divarları taqqıldatdılar, 

daĢ  bacalara  baxdılar,  hər  dəlmə-deĢiyi,  künc-bucağı 

axtardılar.  Di  gəl,  bütün  bu  tədbirlər  bir  nəticə  vermədi, 

gəliĢlərinin  heç  birində  mənzildə  kimisə  tapa  bilmədilər, 

Moskvaya gələn xarici artistlərdən nə cürsə xəbərdar olmalı 

downloaded from KitabYurdu.org



 

654 


Ģəxslər  qəti  surətdə  bildirsələr  də  ki  cadugər  Voland  adlı 

Ģəxs  Moskvada  yoxdur,  ola  da  bilməz,  mənzildə  kiminsə 

olduğu tamamilə aydın idi. 

Gələndə  qətiyyən  heç  yerdə  qeydə  alınmamıĢdı, 

pasportunu, ya hansısa sənədi, müqaviləni heç kimə təqdim 

eləməmiĢdi,  heç  kimin  də  ondan  xəbəri  yoxdu!  TamaĢalar 

komissiyasının  proqram  Ģöbəsinin  müdiri  Kitaytsev  and-

aman  eləyirdi  ki, itmiĢ  Styopa  Lixodeyev  hansısa  Volandın 

tamaĢa proqramını ona təsdiq üçün göndərməyib və Voland 

adlı  adamın  gəliĢi  barədə  ona  telefonla  bildirməyib.  Buna 

görə  Slyopanın  Varyetedə  belə  bir  seansa  necə  imkan 

verdiyi  Kitaytsevə  qətiyyən  aydın  deyil.  Deyəndə  ki  həmin 

cadugəri  Arkadi  Apollonoviç  öz  gözləriylə  seansda  görüb, 

Kitaytsev  yalnız  əllərini  yelləyib  gözlərini  yuxarı  dikdi. 

Kitaytsevin elə gözlərinə baxıb cəsarətlə demək olardı ki, o, 

büllur kimi safdır. 

BaĢ  tamaĢalar  komissiyasının  sədri  həmin  Proxor 

Petroviç...  

Yeri  gəlmiĢkən,–  milis  onun  kabinetinə  girən  kimi 

Anna  Riçardovnanın  böyük  sevincinə,  nahaq  yerə  narahat 

downloaded from KitabYurdu.org



Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə