Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə127/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   123   124   125   126   127   128   129   130   ...   151

 

640 


Levi  Matveyi  edam  olunanların  meyitləri  yüklənmiĢ 

arabaya  mindirib,  iki  saat  sonra  YerĢalaimdən  Ģimaldakı 

kimsəsiz  dərəyə  çatıblar.  Dəstə  növbəylə  iĢləyərək  bir  saat 

ərzində  dərin  çala  qazıb,  hər  üç  edam  olunanı  orada  dəfn 

eləyib. 

– Çılpaq? 

– Yox,  prokurator,  dəstə  bu  məqsədlə  xitonlar 

götürübmüĢ.  Dəfn  olunanların  barmağına  halqa  keçirilib. 

ĠeĢuanın barmağına bir halqa, Dismasa iki, Hestasa üç. Çala 

daĢla doldurulub. Fərqləndirici niĢanlar Tolmaya məlumdur.  

– Ax, əgər mən bunu əvvəlcədən bilsəydim! – Pilat üz-

gözünü turĢutdu. – Axı mən bu Levi Matveyi görməliydim... 

– O buradadır, prokurator. 

Pilat gözlərini geniĢ açaraq bir müddət Afraniyə baxıb 

dedi: 

– Bu  iĢlə  bağlı  elədiklərinizin  hamısı  üçün  sizə 



minnətdaram.  XahiĢ  eləyirəm,  sabah  Tolmayı  yanıma 

göndərin, əvvəlcədən ona mənim razılığımı çatdırın, sizdən 

isə,  Afrani,  –  prokurator  stolun  üstündəki  kəmərinin 

downloaded from KitabYurdu.org




 

641 


cibindən iriqaĢlı üzük çıxarıb, məxfi idarənin rəisinə verdi, – 

xahiĢeləyirəm, bunu məndən yadigar olaraq götürün. 

Afrani baĢ əyib dedi: 

– Böyük Ģərəfdir, prokurator. 

– XahiĢ 

eləyirəm 

dəfni 

icra 


eləyən 

dəstəni 


mükafatlandırasınız.  Ġudanı  gözdən  yayındıran  xəfiyyələrə 

töhmət  verin.  Levi  Matveyi  isə  indi  yanıma  gətirsinlər. 

ĠeĢuanın iĢiylə bağlı təfərrüatları bilməyim lazımdır. 

– Oldu, prokurator, – Afrani geri çəkilə-çəkilə baĢ əydi, 

prokurator isə əlini əlinə çırpıb qıĢqırdı: 

– Yanıma! Sütunların altına çıraq gətirilsin! 

Afrani  artıq  bağa  tərəf  gedirdi,  Pilatın  arxasında  isə 

nökərlərin  əlində  alov  Ģölələnirdi.  Üç  çıraq  prokuratorun 

qarĢısındakı  masanın  üstünə  qoyuldu  və  aylı  gecə  o  saat 

bağa  çəkildi,  sanki,  Afrani  onu  özüylə  apardı.  Afraninin 

əvəzinə  eyvanda nəhəng kenturionla  yanaĢı  balaca,  arıq bir 

adam  göründü.  Prokuratorun  baxıĢlarını  hiss  eləyən  kimi 

kenturion bağa çəkilib yoxa çıxdı. 

downloaded from KitabYurdu.org




 

642 


Prokurator gələn adamı ürkək və həris baxıĢlarla süzdü. 

Haqqında çox eĢidib, çox da düĢündüyün və nəhayət, peyda 

olmuĢ adama belə baxırlar. 

Qırx yaĢlarında olan bu adam qaralmıĢdı, əyin-baĢı cır-

cındır  və  qurumuĢ  palçıq  qatı  halındaydı,  canavar  kimi 

acıqlı-acıqlı baxırdı. Bir sözlə, daha çox məbədin qarĢısında, 

ya  hay-küylü,  çirkli  AĢağı  ġəhərin  bazarlarında  vurnuxan 

dilənçiyə oxĢayırdı. 

Sükut  uzun  sürdü  və  bu  sükut  Pilatın  yanına  gətirilən 

adamın  qəribə  hərəkətiylə  pozuldu.  Onun  sir-sifəti  dəyiĢdi, 

səndələdi, əgər çirkli əliylə stolun kənarından yapıĢmasaydı, 

yıxılardı. 

– Sənə nə oldu? – Pilat soruĢdu.  

– Heç  nə,  –  Levi  Matvey  udqundu,  elə  bil,  nəsə  uddu. 

Hülqumu qalxıb-düĢdü. 

– Sənə nə oldu, cavab ver, – Pilat təkrar soruĢdu. 

– YorulmuĢam,  –  Levi  qaĢqabaqlı  halda  döĢəməyə 

baxdı. 


– Otur, – Pilat ona kreslonu göstərdi. 

downloaded from KitabYurdu.org




 

643 


Levi  inamsız-inamsız  prokuratora  baxıb  kresloya  tərəf 

getdi,  çəkinə-çəkinə  qızıl  qoltuqları  süzərək  kresloda  yox, 

onun böyründə döĢəmədə oturdu. 

– Niyə kresloda oturmadın? – Pilat soruĢdu. 

– Mən çirkliyəm, onu bulayaram, – Levi yerə baxa-baxa 

dedi. 


– Ġndi sənə yemək verərlər. 

– ĠĢtaham yoxdur, – Levi cavab verdi. 

– Niyə yalan danıĢırsan? – Pilat astadan dedi. – Sən axı 

bütün günü, bəlkə, daha çox vaxtdır heç nə yeməmisən. Di 

yaxĢı, yemə. Səni ona görə çağırmıĢam ki, üstündəki bıçağı 

göstərəsən. 

– Məni  bura  gətirəndə  əsgərlər  əlimdən  aldılar,  –  Levi 

sonra  qaĢqabaqlı  halda  əlavə  elədi.  –  Siz  bıçağı  mənə 

qaytarın, onu sahibinə verməliyəm, mən onu oğurlamıĢam. 

– Niyə? 


– Kəndiri kəsmək üçün, – Levi dedi. 

– Mark!  –  prokurator  çağırdı  və  kenturion  sütunların 

altında göründü. – Onun bıçağını mənə verin. 

downloaded from KitabYurdu.org




 

644 


Kenturion  kəmərindəki  iki  çexolun  birindən  çirkli 

bıçağı çıxarıb prokuratora verdi və uzaqlaĢıb getdi. 

– Bıçağı kimdən almısan? 

– Hevron  darvazasının  yanındakı  çörək  dükanından, 

Ģəhərə girən kimi soldadır. 

Pilat  bıçağın  enli  ağzına  baxdı,  nəyə  görəsə  itiliyini 

yoxlamaq üçün barmağını toxundurub dedi: 

– Bıçaq 


sarıdan 

narahat 


olma, 

onu 


dükana 

qaytaracaqlar.  Ġndi  isə  mənə  baĢqa  Ģey  lazımdır:  özünlə 

gəzdirdiyin ĠeĢuanın sözləri yazılmıĢ xartiyanı mənə göstər. 

Levi  nifrətlə  Pilata  baxdı  və  elə  pis-pis  gülümsədi  ki, 

sifəti eybəcər hala düĢdü. 

– Hər  Ģeyi  almaq  istəyirsiniz?  Son  olan-qalanı  da?  –  o 

soruĢdu. 

– Mən  demədim  ki,  ver,  –  Pilat  cavab  verdi,  –  dedim, 

göstər. 

Levi  əlini  qoynuna  soxub  perqament  bükülüsünü 

çıxartdı. Pilat onu alıb açdı, çıraqların arasına sərib gözünü 

qıyaraq mürəkkəblə yazılmıĢ çətin oxunan hərfləri oxumağa 

baĢladı.  Bu  əyri-üyrü  sətirləri  baĢa  düĢmək  çətindi  və  Pilat 

downloaded from KitabYurdu.org




Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə