Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə124/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   120   121   122   123   124   125   126   127   ...   151

 

625 


mavi  yolda  hər  Ģey  o  qədər  gözəl, o  qədər  bənzərsiz  idi  ki, 

hətta yuxuda xoĢbəxtlikdən ağladı. O, Banqanın müĢayiətilə 

gedirdi,  sərgərdan  filosof  da  yanındaydı.  Çox  mürəkkəb  və 

mühüm  Ģeylər  barədə  mübahisə  eləyirdilər,  amma  biri  o 

birinə  üstün  gələ  bilmirdi.  Onların  heç  nədə  sözləri  düz 

gəlmirdi,  buna  görə  də  mübahisələri  olduqca  maraqlıydı  və 

uzandıqca  uzanırdı.  Söz  yox  ki,  bugünkü  edam  əsl 

anlaĢılmazlıqdı,  axı  bütün  insanların  xeyirxah  olması  kimi 

cəfəng  bir  Ģey  uyduran  filosof  onunla  yanaĢı  addımlayırdı, 

deməli,  o,  sağıydı.  Və  əlbəttə,  bu  cür  adamı  edam  eləməyi 

düĢünməyin özü belə dəhĢətliydi. Edam olmayıb! Olmayıb! 

Pilləkənlə aya səyahət eləməyin bütün gözəlliyi də elə bunda 

idi. 

Asudə  vaxt  lazım  olduğu  qədərdi,  tufan  isə  yalnız 



axĢama yaxın olacaq, qorxaqlıq da, heç Ģübhəsiz, ən dəhĢətli 

qüsurlardan  biridir.  ĠeĢua  Qa-Nosri  belə  deyirdi.  Yox, 

filosof, mən sənə etiraz eləyirəm: bu ən dəhĢətli qüsurdur! 

Bax,  misal  üçün,  Qız  Vadisində  qəzəbli  germanlar 

Nəhəng  Siçovulqıranı,  az  qala,  parçalayanda  indiki 

prokurator,  legionun  keçmiĢ  tribunu  heç  qorxmamıĢdı. 

downloaded from KitabYurdu.org



 

626 


Ancaq  məni  əfv  edərsiniz,  filosof!  Doğrudanmı,  sizin  kimi 

ağlı baĢında olan adam fikirləĢir ki, qeysər əleyhinə cinayət 

eləyən  adama  görə  Ġudeyanın  prokuratoru  öz  karyerasını 

məhv edər? 

– Hə, hə, – Pilat yuxuda inildəyib hıçqırdı.  

Əlbəttə,  məhv  edər.  Səhər  hələ  məhv  eləməzdi,  ancaq 

indi,  gecə  hər  Ģeyi  ölçüb-biçəndən  sonra  məhv  eləməyə 

hazırdır.  Tamamilə  heç  bir  günahı  olmayan  divanə 

xəyalpərəsti,  həkimi  edamdan  xilas  etmək  üçün  o,  hər  Ģeyə 

gedər! 


– Biz  indi  həmiĢə  bir  yerdə  olacağıq,  –  Qızıl  Nizəli 

atlının  yoluna  çıxan  üst-baĢı  tökülmüĢ  sərgərdan  filosof 

yuxuda  ona  deyirdi.  –  Birimiz  buradayıqsa,  deməli,  o 

birimiz  də  buradayıq!  Məni  xatırlayanda  o  saat  səni  də 

xatırlayacaqlar! Məni – valideynləri məlum olmayan atılmıĢ 

uĢağı  və səni –  münəccimlər  Ģahının gözəl  dəyirmançı  qızı 

Piladan olan oğlunu. 

– Hə, heç olmasa, sən məni unutma, münəccim oğlunu 

xatırla, – Pilat yuxuda xahiĢ eləyirdi. Və yanıyla gedən En-

Saridli  dilənçinin  baĢını  tərpətməyilə  razılığını  alıb, 

downloaded from KitabYurdu.org



 

627 


Ġudeyanın  qəddar  prokuratoru  yuxuda  gah  ağlayır,  gah 

gülürdü. 

Bunlar hamısı nə qədər yaxĢıydısa, igemonun yuxudan 

oyanması  bir  o  qədər  dəhĢətliydi.  Banqa  aya  baxıb 

zingildədi  və  prokuratorun  qarĢısındakı  yağ  sürtülmüĢ  kimi 

sürüĢkən mavi yol uçub dağıldı. O, gözünü açdı və ilk əvvəl 

edamın  olduğunu  xatırladı.  VərdiĢ  etdiyi  kimi  Banqanın 

xaltasından  yapıĢdı,  sonra  qızarmıĢ  gözləriylə  ayı  axtarıb 

gördü ki, ay bir az uzaqlaĢıb, özü də gümüĢü rəng alıb. Ayın 

iĢığı eyvanda, gözü qarĢısında titrəĢən xoĢagəlməz, həyəcan 

oyadan  iĢığı  soldururdu.  Kenturion  Sıçovulqıranın  əlindəki 

məĢəl  his  eləyirdi.  O,  tullanmağa  hazırlaĢan  itə  qorxu  və 

qəzəblə baxırdı. 

– Dəymə,  Banqa,  –  prokurator  xəstə  səslə  deyib 

öskürdü.  Alovun  iĢığından  əliylə  daldalanaraq  sözünə 

davam  elədi:  –  Gecə  də,  ay  iĢığında  da  rahatlığım  yoxdur. 

Allahlarım  mənim!  Sizin  də  pis  vəzifəniz  var,  Mark. 

Əsgərləri Ģikəst eləyirsiniz... 

Mark heyrətlə prokuratora baxdı və o, ayılan kimi oldu. 

Yuxuda söylədiyi lüzumsuz sözləri yumĢaltmaq üçün dedi: 

downloaded from KitabYurdu.org



 

628 


– Ġnciməyin,  kenturion.  Təkrar  eləyirəm,  mənim 

vəziyyətim daha pisdir. Sizə nə lazımdır? 

– Məxfi idarənin rəisi gəlib, – Mark sakitcə xəbər verdi. 

– Çağırın, çağırın, – prokurator boğazını arıtlayıb, yalın 

ayaqlarıyla 

səndəllərini 

axtardı. 

MəĢəlin 


iĢığı 

sütunlardaoynadı, 

kenturionun 

qısaboğaz 

çəkmələri 

mozaikalı döĢəmədə taqqıldadı. Kenturion bağa çıxdı. 

– Aylı gecədə də rahatlığım yoxdur, – prokurator diĢini 

xırçıldadıb deyindi. 

Kenturionun əvəzinə eyvanda baĢlıqlı adam göründü. 

– Banqa,  dəymə,  –  prokurator  yavaĢdan  deyib,  itin 

boynundan basdı. 

Afrani  danıĢmazdan  əvvəl  öz  adəti  üzrə  ətrafına  göz 

gəzdirib  qaranlığa  çəkildi  və  eyvanda  Banqadan  baĢqa  heç 

kimin olmadığma əmin olandan sonra astadan dedi: 

– Prokurator,  xahiĢ  eləyirəm  məni  məhkəməyə 

verəsiniz.  Sizin  dediyiniz  düz  çıxdı.  Mən  kiriaflı  Ġudanı 

qoruya  bilmədim,  onu  bıçaqlayıb  öldürdülər.  Məhkəməyə 

verilməyimi və istefaya göndərilməyimi xahiĢ eləyirəm. 

downloaded from KitabYurdu.org



 

629 


Afraniyə elə gəldi ki, ona dörd göz  – bir cüt it, bir cüt 

də canavar gözü baxır. 

  Afrani  xlamidanın  altından  iki  möhür  vurulmuĢ, 

qandan quruyub bərkimiĢ pul kisəsini çıxartdı. 

– Qatillər bu pul kisəsini baĢ ruhaninin evinə atıblar. Bu 

kisədəki qan kiriaflı Ġudanın qanıdır. 

– Maraqlıdır,  nə  qədərdir?  –  Pilat  pul  kisəsinə  tərəf 

əyildi. 


– Otuz gümüĢ pul. 

Prokurator istehzayla gülümsədi: 

– Azdır. 

Afrani dinmədi. 

– Öldürülən haradadır? 

– Bunu bilmirəm, – öz baĢlığından heç vaxt ayrılmayan 

adam təmkinlə cavab verdi, – səhər axtarmağa baĢlayacağıq. 

Prokurator  heç  cür  bağlanmaq  istəməyən  səndəlinin 

qayıĢını buraxıb diksindi. 

– Ancaq onun öldürüldüyünü yəqin bilirsiniz? 

Bu suala prokurator soyuq tərzdə cavab aldı: 

downloaded from KitabYurdu.org




Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə