Yeni TƏLİm texnologiyalari. FƏal və İnteraktiv təLİM Əhatə olunan məsələlər



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə36/38
tarix11.10.2017
ölçüsü0,94 Mb.
#4202
1   ...   30   31   32   33   34   35   36   37   38

        Qabiliyyətlər şəxsiyyətin fərdi-psixoloji xüsusiyyətləri olub müəyyən fəaliyyətin 

müvəffəqiyyətli icrasının şərtini təşkil edir və onun üçün zəruri olan bilik, bacarıq və 

vərdişlərə  yiyələnmə  dinamikasındakı  fərqlərdə  ifadə  olunur  .  Qabiliyyətlər  bilik, 

bacarıq  və  vərdişlərlə  qarşılıqlı  əlaqədədir,  lakin  onları  eyniləşdirmək  olmaz.  Əgər 

müəllim  hərtərəfli  yoxlama  aparmadan  uşağın  ancaq  müəyyən  bilik,  bacarıq  və 

vərdişlər sisteminə malik olub-olmamasına görə onun qabiliyyətli və ya qabiliyyətsiz 

olması  haqqında  nəticə  çıxarırsa,  elmi  cəhətdən  kobud,  praktik  cəhətdən  zərərli 

addım atır. 

      Danılmazdır  ki,  bilik,  bacarıq  və  vərdişlər  qabiliyyətlərin  inkişafı  üçün  zəruri 

şərtlərdən  biridir.  Bilik  uşaqların  zehni  qabiliyyətlərinin,  yaradıcı-dialektik 

təfəkkürünün,  idrak  motivlərinin,  psixi  proseslərinin  inkişafına  kömək  edir  . 

Uşaqların  qabiliyyətlərini  inkişaf  etdirmək  üçün  onların  müvafiq  bilik,  bacarıq  və 

vərdişlərə  yiyələnməsinə  ardıcıl  surətdə  fikir  verilməlidir.  Biliyin  yaradıcı  sıciyyə 

daşıması  üçün  onun  elə  bil  ki,  yenidən  kəşf  olunması-özününküləşdirilməsi 

lazımdır.Bilik  hafizə  faktından  fikir  faktına,  canlı  düşüncə  prosesinin  bir  ünsürünə 

çevrildikdə, o özü də canlanır və sonrakı nəzəri və əməli fəaliyyət üçün təməl olur . 

Qabiliyyətlər  bilavasitə  bilik,  bacarıq  və  vərdişlərdə  deyil,  onların  qazanılma 

dinamikasında, yəni bütün başqa şərtlər eyni olduqda, bu fəaliyyət üçün zəruri olan 

bilik,  bacarıq  və  vərdişlərə  yiyələnmə  prosesinin  nə  qədər  tez  ,  dərin,  asan  və 

möhkəm icra olunmasında təzahür edir. 

           B.M.Teplov qeyd edir ki, qabiliyyət anlayışı  həmişə özündə üç əlaməti ehtiva 

edir:  qabiliyyət  dedikdə  bir  insanı  digərindən  fərqləndirən  fərdi  psixoloji 

xüsusiyyətlər nəzərdə tutulur; qabiliyyət dedikdə insanın istənilən fərdi xüsusiyyətləri 

deyil, yalnız hər hansı bir məsələnin uğurlu həllini şərtləndirən keyfiyyətləri nəzərdə 

tutulur;  qabiliyyət  anlayışı  yalnız  insanın  əldə  etmiş  olduğu  bilik,  bacarıq  və 

vərdişlərlə məhdudlaşmır .    

       Qabiliyyət  və  istedad  insan    fəaliyyətinin  özü  kimi  ictimai-tarixi  xarakter 

daşıyır.Qabiliyyət  və  istedad  əmək  fəaliyyətinin  konkret  ,  tarixən  inkişaf  edən 

formalarından təcrid olunmuş  şəkildə izah edilə bilməz.Onlar konkret tarixi dövrdə 

fəaliyyətin  ictimai    cəhətdən  əhəmiyyətli  olan  hansı  növlərinin  təşəkkül  etməsindən 

və  “fəaliyyətin  müvəffəqiyyətli  icrası”  dedikdə  hansı  meyarın  başa  düşülməsindən 

tamamilə  asılıdır.Bu  meyardan  asılı  olaraq  hər  hansı  bir  ictimai  quruluşda  istedadın 

bu və ya digər xüsusi növü haqqındakı anlayışın da  məzmunu əhəmiyyətli dərəcədə 

dəyişilir.Məsələn,  “musiqi  qabiliyyətləri”  və  ya  “musiqi  istedadı”  anlayışı    bir  səsli 

mahnıdan başqa digər musiqi bilməyən xalqlardan fərqli olaraq müasir adamlar üçün  

başqa məzmuna malikdir .  

         C.Gilfordun intellektin strukturu modeli zəminində istedad anlamının məzmunu 

daha  da  dəqiqləşdirilmişdir.Müasir  təsəvvürlərə  görə,istedad  anlamını  koqnitiv 

qabiliyyətlərə  aid  edirlər, inkişafın bütün digər tərəflərini  isə talant termini  ilə təhlil 

edirlər. Lakin bununla bahəm qeyd etmək lazımdır ki, intellektin inkişafı prosesində 

bütün  psixi  funksiyalar  qarşılıqlı  əlaqədədir.Klarkın  fikrincə,  istedadlı  adam  öz 

imkanlarını tam şəkildə yalnız qavrayış, təfəkkür, emosiyalar və başqa funksiyaların 

inteqrasiyası vasitəsilə reallaşdıra bilər. M.Karne bu fikirləri açıqlayaraq göstərir ki, 

Klarkın mövqeyi Yunqun ideyalarına əsaslanır.    




         İnsanın   istedadı  onun fəaliyyəti  ilə üzə  çıxır.Fəaliyyət  növləri və onları  təmin 

edən  psixika  sahələri  kriteriyasına  görə,  istedadın  növlərinin  ayırd  edilməsi  əsas 

fəaliyyət  sahələri  çərçivəsində  müvafiq  psixi  sahələr  və  psixi  səviyyələrin  iştirak 

dərəcəsi  nəzərə  alınmaqla  aparılır.Sözügedən  aspektdən  istedadın  aşağıdakı  növləri 

fərqləndirilə  bilər:  praktik  fəaliyyətdə  peşələr  üzrə,  idman  sahəsində,  təşkilati  və  s. 

fəaliyyətlərdə  istedad;    idraki  fəaliyyətdə  məzmundan  asılı  olaraq  müxtəlif  növ 

intellektual istedad             ( dəqiq elmlərdə, təbiət elmlərində, intellektual oyunlarda 

və s.); bədii-estetik fəaliyyətdə-xoreoqrafik, səhnə, ədəbi-poetik, musiqi, təsviri və s. 

istedad;  kommunikativ  fəaliyyətdə-liderlik,  attrakativ  (cəlbedici,  diqqətçəkici) 

istedad;  mənəvi-dəyər  yönümlü  fəaliyyətdə-yeni  mənəvi  dəyərlərin  yaradılmasında 

təzahür edən istedad . 

        İstedad  və  zəka  arasındakı    münasibətdən  də  bəhs  etmək  olar.  Zəka  hiss  və 

ağılın, fəhm və intellektin vəhdətidir. Müəyyən bir məsələnin öyrənilməsində abstakt 

təfəkkür,  formal  məntiq  qaydaları  ilə  yanaşı,  müəyyən  bir  sövq-təbii  hiss,  fəhm 

(fəlsəfi dildə desək”qeyri-şüuri” idrak) də iştirak edir .  

        M.Qorki  S.Sergeyev-Senskiyə yazdığı bir məktubunda belə göstərir: “Mənə elə 

gəlir  ki,  Sizin,  L.N.Tolstoy  “qəflətən  qocalmışdır”  fikriniz  düz  deyil,  məncə  o, 

özünün  qüdrətli  istedadının  müqabilində  son  dərəcə  aciz  görünən  qoca  dərrakəsilə, 

bir qədər küt və ağır dərrakəylə doğulub.Tolstoy özünün bu iki keyfiyyəti arasındakı 

facianə  uyğunsuzluğu  hələ  lap  gəncliyində  duymuş,  elə  buna  görə  də  bütün  ömrü 

boyu  bu  dərrakəylə  mübarizə  aparmışdır”.Fikrimizcə,  burada  əlavə  şərhə  ehtiyac 

yoxdur. 


          Elmi  mənbələrdə  “aktual  istedad”  və”potensial  istedad”  anlayışları  işlədilir. 

Aktual istedad  istedadlı uşağın müəyyən hadisə, proses sahəsində fəaliyyətin  yaş və 

sosial  normalara  nəzərən  yüksək  icraçılıq  səviyyəsini  şərtləndirən  psixoloji 

xarakteristikasıdır.  Potensial  istedad  isə  istedadlı  uşağın  müəyyən  hadisə,  proses 

sahəsində  fəaliyyəti  yaş  və  sosial  normalara  nəzərən  yüksək  nəticələrin  müəyyən 

imkanlarını (potensialını) şərtləndirən psixoloji xarakteristikadır. 

       İstedadı  təzahür  formasına  görə  də  təsnifatlaşdırmaq  olar:gizli  istedad  və  aşkar 



istedad. Gizli istedad qeyri-ənənəvi, maskalanmış formada təzahür edir və bir qayda 

olaraq  ,  ətrafdakılar  tərəfindən  qeyri  adekvat  qarşılanır.Bu  zaman  istedadlı  uşaq 

nəzərdən  qaçırıla,  zəruri  kömək  və  dəstəkdən  məhrum  ola  bilər.  Aşkar  istedad  uşaq 

fəaliyyətində, hətta  əlverişsiz şəraitdə belə, özünü kifayət qədər parlaq və aydın əks 

etdirir. Nailiyyətləri o qədər aşkar olur ki,mütəxəssislərin tərəddüdünə yer qalmır.  

       Elmi  mənbələrdə    göstərilir  ki,  uşaqlarda  istedad  əlamətləri  onların  real 

fəalyyətlərində  və  ya  onların  davranış  xüsusiyyətlərinin  müşahidəsi  zamanı  görünə 

bilər.  İstedadın  yəqin  əlamətləri  fəaliyyətin  yüksək  səviyyədə  yerinə  yetirilməsi  ilə 

bağlıdır  və”istəyirəm”  həm  də  “bacarıram”kateqoriyaları  ilə  birlikdə  nəzərdən 

keçirilməlidir. Yəni istedad əlamətləri uşağın davranışının instrumental və motivasiya 

aspektlərini  əhatə  edir.  İstedadlıların  davranışlarının  instrumental  aspekti  aşağıdakı 

əlamətlərilə  şərh  edilə  bilər:  fəaliyyətin    spesifik  strategiyalarının  olması;  

keyfiyyətcə özünəməxsus məhsuldarlığa səbəb olan fəaliyyət üsullarının olması.  

        İstedadlı uşağın davranışının motivasiya aspekti aşağıdakı kimi şərh edilə bilər: 

predmet  gerçəkliyin bəzi  sahələrinə( səslərə,  rənglərə, işarələrə,  canlılara, qurğulara 

və s.) və ya öz fəallığının müəyyən formalarına (fiziki,idraki, təsviri, bədii və s.) həzz 




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə