2.
Fəal təlim prinsipi: tədris prosesi elə təşkil olunmalıdır ki, idrak fəallığını,
təbii öyrənmə fəaliyyətini doğursun, şagirdə “ilk kəşf” sevinci keçirməyə imkan
versin, onda yeni biliklərə yiyələnmək həvəsini yaratsın;
3.
İnkişafetdirici təlim prinsipi: təlim inkişafı qabaqlamalı (L.S.Vıqotskiy),
uşağın “qarşıdakı (yaxın) inkişaf zonasına” yönəlməlidir. Yəni təlim uşağın özünün
müstəqil fəaliyyəti və ya böyüklərin köməyi sayəsində aşkarlanan bilik və bacarıqları
əldə etmək potensial imkanlarına tuşlanmalıdır;
4.
“Qabaqlayıcı təlim” pinsipi: təlim cəmiyyətin inkişaf təmayüllərini əks
etdirməli və yeni nəsillərə yaxın gələcəkdə təşəkkül tapacaq dünyada fəaliyyətə
hazırlamalıdır;
5.
Təlim-tərbiyə sisteminin çevikliyi prinsipi: İctimai mühitin və şagirdlərin
dəyişən tələbləri nəzərə alınmaqla, təlim proqramlarının məzmununun, tədris
planlarının
qurulmasının,
təlim-tərbiyə
prosesinin
təşkilinin,
pedaqoji
texnologiyaların seçilməsinin sistematik təzələnməsi baş verməlidir;
6.
Əməkdaşlıq prinsipi: “müəllim-şagird-valideyn ” qarşılıqlı münasibətləri
sistemində onların hər biri təlim prosesi gedişində tərəf-müqabili kimi iştirak
etməlidirlər;
7.
Dialoji təlim prinsipi: məsələlərin birgə həlli gedişində özünün və qrup
üzvlərinin fikirlərini, imkanlarını və təcrübələrini müəyyən edə bilməsi və
faydalanması məqsədi ilə hər bir şagirdin müzakirələrdə və qrupun işində iştirakı
təmin edilməlidir
Bildiyimiz kimi, yeni təlim texnologiyaları və ya interaktiv təlim metodları
yaddaşa yox təfəkkürə əsaslanır. Yeni təlim texnologiyaları ilə müstəqil şəkildə bilik
əldə edən şagirdlərin nəyinki təfəkkürü inkişaf edir, formalaşır həm də yaradıcılıq
qabiliyyəti də inkişaf edir. Şagirdlərin göstərilən istiqamətdə formalaşmalarına nail
olmaq üçün təlim prosesində bir çox tələblərə əməl etmək lazımdır.
Problemlilik: təlim modelində problemli inkişaf şəraitinin modelləşdirilməsi;
ətraf mühitin cisim və hadisələrində mövcud olan real ziddiyyətlərin həll edilməsi
cəhdinə əsaslanmış təlim;
Bilik və təfəkkürün ayrılmazlığı: biliklər hazır vəziyyətdə qavranılmamalıdır;
onlar təfəkkürün inkişaf etdirilməsi vasitəsi olmalıdır;
Məzmunun məlumatlılığı və elmi tutuma malik olması: təlim proqramları əsas
elmi nailiyyətləri və məlumatı əks etdirməlidir;
Yaradıcılığın stimullaşdırılması: təlim prosesində bütün növ yaradıcı fikrə və
fəaliyyətə dayaq vermək;
Biliklərin və həyat tələbatlarının qarşılıqlı əlaqəsi: təlimin məzmunu şagirdi
onun öyrəndiklərinin həyat ilə necə əlaqəli olmasının dərk edilməsinə yönəltməlidir;
Şəxsi yönəlişlik: təlim proqramları şagirdlərə şəxsi təcrübələrinin istifadə
edilməsinə imkan yaratmalıdır;
Diferensiallaşdırma:
məzmunun
şagirdlərin
maraq
və
meyllərinə,
qabiliyyətlərinə, şagirdlərin inkişaf səviyyələrinə yönəlişliyi;
Müstəqil öyrənmə vərdişlərinin əldə edilməsinə yönəlişlik: biliklərə sərbəst
yiyələnməyi, onları yaradıcı olaraq işləyib tətbiq etməyi öyrədən tapşırıqlar olmalıdır;
İnteqrasiya: fənlərarası əlaqələrin məzmunda əks olunması müxtəlif fənlərdən
olan mövzuları əlaqəli surətdə yüksək səmərə ilə öyrənməyə, çoxsaylı tədris fənlərini
bir-biri ilə əlaqələndirməyə və beləliklə, təlimin məzmununun tamlığını və şagirdlərin
təsəvvüründə dünyanın vahid mənzərəsinin inkişafını təmin etməyə imkan verir.
Təlim proqramlarının məzmununun tərtibində çeviklik: proqramların
məzmununun variativliyi və sistematik olaraq təzələnməsi;
Biliklərin ümumiləşdirilmiş şəkildə mənimsənilməsi: təlim proqramları ancaq
ayrıca biliklərin mənimsənilməsinə deyil, eyni zamanda biliklərin özəyini təşkil edən
fundamental elmi biliklərin öyrənilməsinə yönəlməlidir;
Gələcəyə istiqamətlənmə: təlimin məzmununda proqnoz və gələcək üçün
əhəmiyyətli ola bilməsi məsələlərinin həlli elementləri olmalıdır;
Təlimin nəticələrinin əks etdirilməsi: təlim proqramları təlimin sonunda
şagirdin nələri bilmələrini və praktiki olaraq nəyə qabil olmalarını əks etdirməlidir.
3. Ənənəvi təlimdən fəal və interaktiv təlimə
Pedaqoji tədqiqatlardan məlum olmuşdur ki, təlim prosesinə metodik
yanaşmanın əsas üç növü vardır:
1) Passiv ənənəvi təlim;
2) Müasir fəal təlim;
3) Yeni İnteraktiv təlim.
Ənənəvi təlim metodunda (buna ənənəvi təlim də deyilir) müəllim əsas sima
olub yalnız şagirdlərə diktə edir, öyrədir. Buna ənənəvi təlim prosesi deyilir ki, uzun
illər belə təlim prosesi mövcud olmuş və bu gün də yeniliyə can ataraq yaşamaqdadır.
Ənənəvi təlim prosesində müəllim fəaldır, şagirdlər isə passiv dinləyicidirlər.
Müəllim deyir, şagirdlər eşidir. Belə dərs prosesində qarşılıqlı əlaqə, əks əlaqə
yoxdur. Şagird bu prosesdə yalnız bir obyektdir. Müəllimin şagirdlərlə əlaqəsi yalnız
suallara verilən cavablar, yazı işləri vasitəsilə həyata keçirilir. Şagirdlərə çatdırılan
biliyin mənimsənilməsi baxımından belə metod səmərəsizdir. Lakin, belə ənənəvi
dərsin də müəyyən müsbət cəhətləri vardır. Belə ki, müəyyən vaxt çərçivəsində
şagirdlərə müəyyən bilik və məlumatlar verilır. Şagirdlərin bilik dairəsi genişlənir,
məlumatları artır. Bu prosesdə təlim şagirdləri inkişaf etdirir. Amma buna
inkişafetdirici təlim deyə bilmərik. Bu prosesdə yalnız biliklər, məlumatlar
genişlndirilir, inkişaf etdirilir. Buna inkişafetdirici təlim yox, təlim inkişaf etdirir
deyə bilərik. Şagirdin belə fəaliyyəti produktiv deyil, reproduktiv təlim adlanır.
Reproduktiv təlim onunla xaraktrerizə edilir ki, şagird yalnız yazır,
informasiyanı, bilikləri alır, onu qəbul edir, başa düşür, yadda saxlayır və təcrübədə
tətbiq. Belə fəaliyyətin əsas məqsədi məktəblidə bilik, bacarıq və vərdişlərin
formalaşdırılması, diqqət və yaddaşın inkişaf etdiirlməsidir.
Bu metodun müsbət cəhətini görən bəzi müəllimlər bu metodun həmişə qalacağı
iddiasındadırlar. Bəzi hallarda da təcrübəli müəllimlər, xüsusilə də şagirdlər artıq
materialın mahiyyətini, dərsin məqsədini biləndə passiv metodun özündən də fənni
əsaslı öyrənə bilirlər.
Təlimdə ənənəvi metodların aşağıdakı səciyyəvi cəhətləri vardır:
1.Bir qayda olaraq ənənəvi dərslərdə əsas diqqət şagirdlərdə bacarıqların
formalaşmasına deyil, biliklərin mexaniki mənimsənilməsinə yönəldilir.