Yeni TƏLİm texnologiyalari. FƏal və İnteraktiv təLİM Əhatə olunan məsələlər



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə4/38
tarix11.10.2017
ölçüsü0,94 Mb.
#4202
1   2   3   4   5   6   7   8   9   ...   38

2.

 

Fəal  təlim  prinsipi:  tədris  prosesi  elə  təşkil  olunmalıdır  ki,  idrak  fəallığını, 

təbii  öyrənmə  fəaliyyətini  doğursun,  şagirdə  “ilk  kəşf”  sevinci  keçirməyə  imkan 

versin, onda yeni biliklərə yiyələnmək həvəsini yaratsın; 

3.

 

İnkişafetdirici  təlim  prinsipi:  təlim  inkişafı  qabaqlamalı  (L.S.Vıqotskiy), 

uşağın “qarşıdakı (yaxın) inkişaf zonasına” yönəlməlidir. Yəni təlim uşağın özünün 

müstəqil fəaliyyəti və ya böyüklərin köməyi sayəsində aşkarlanan bilik və bacarıqları 

əldə etmək potensial imkanlarına tuşlanmalıdır; 



4.

 

Qabaqlayıcı  təlim”  pinsipi:  təlim  cəmiyyətin  inkişaf  təmayüllərini  əks 

etdirməli  və  yeni  nəsillərə  yaxın  gələcəkdə  təşəkkül  tapacaq  dünyada  fəaliyyətə 

hazırlamalıdır; 

5.

 

Təlim-tərbiyə  sisteminin  çevikliyi  prinsipi:  İctimai  mühitin  və  şagirdlərin 

dəyişən  tələbləri  nəzərə  alınmaqla,  təlim  proqramlarının  məzmununun,  tədris 

planlarının 

qurulmasının, 

təlim-tərbiyə 

prosesinin 

təşkilinin, 

pedaqoji 

texnologiyaların seçilməsinin sistematik təzələnməsi baş verməlidir; 

6.

 

Əməkdaşlıq  prinsipi:  “müəllim-şagird-valideyn  ”  qarşılıqlı  münasibətləri 

sistemində  onların  hər  biri  təlim  prosesi  gedişində  tərəf-müqabili  kimi  iştirak 

etməlidirlər; 

7.

 

Dialoji  təlim  prinsipi:  məsələlərin  birgə  həlli  gedişində  özünün  və  qrup 

üzvlərinin  fikirlərini,  imkanlarını  və  təcrübələrini  müəyyən  edə  bilməsi  və 

faydalanması  məqsədi  ilə  hər  bir  şagirdin  müzakirələrdə  və  qrupun  işində  iştirakı 

təmin edilməlidir 

Bildiyimiz  kimi,  yeni  təlim  texnologiyaları  və  ya  interaktiv  təlim  metodları 

yaddaşa yox təfəkkürə əsaslanır. Yeni təlim texnologiyaları ilə müstəqil şəkildə bilik 

əldə  edən  şagirdlərin  nəyinki  təfəkkürü  inkişaf  edir,  formalaşır  həm  də  yaradıcılıq 

qabiliyyəti  də  inkişaf  edir.  Şagirdlərin  göstərilən  istiqamətdə  formalaşmalarına  nail 

olmaq üçün təlim prosesində bir çox tələblərə əməl etmək lazımdır. 

Problemlilik:  təlim  modelində  problemli  inkişaf  şəraitinin  modelləşdirilməsi; 

ətraf  mühitin  cisim  və  hadisələrində  mövcud  olan  real  ziddiyyətlərin  həll  edilməsi 

cəhdinə əsaslanmış təlim; 

Bilik  və  təfəkkürün  ayrılmazlığı:  biliklər  hazır  vəziyyətdə  qavranılmamalıdır; 

onlar təfəkkürün inkişaf etdirilməsi vasitəsi olmalıdır; 



Məzmunun məlumatlılığı və elmi tutuma malik olmasıtəlim proqramları əsas 

elmi nailiyyətləri və məlumatı əks etdirməlidir; 



Yaradıcılığın  stimullaşdırılması:  təlim  prosesində  bütün  növ  yaradıcı  fikrə  və 

fəaliyyətə dayaq vermək; 



Biliklərin  və  həyat  tələbatlarının  qarşılıqlı  əlaqəsi:  təlimin  məzmunu  şagirdi 

onun öyrəndiklərinin həyat ilə necə əlaqəli olmasının dərk edilməsinə yönəltməlidir; 



Şəxsi  yönəlişlik:  təlim  proqramları  şagirdlərə  şəxsi  təcrübələrinin  istifadə 

edilməsinə imkan yaratmalıdır; 



Diferensiallaşdırma: 

məzmunun 

şagirdlərin 

maraq 


və 

meyllərinə, 

qabiliyyətlərinə, şagirdlərin inkişaf səviyyələrinə yönəlişliyi; 

Müstəqil  öyrənmə  vərdişlərinin  əldə  edilməsinə  yönəlişlik:  biliklərə  sərbəst 

yiyələnməyi, onları yaradıcı olaraq işləyib tətbiq etməyi öyrədən tapşırıqlar olmalıdır; 



İnteqrasiya:  fənlərarası  əlaqələrin  məzmunda  əks  olunması  müxtəlif  fənlərdən 

olan mövzuları əlaqəli surətdə yüksək səmərə ilə öyrənməyə, çoxsaylı tədris fənlərini 




bir-biri ilə əlaqələndirməyə və beləliklə, təlimin məzmununun tamlığını və şagirdlərin 

təsəvvüründə dünyanın vahid mənzərəsinin inkişafını təmin etməyə imkan verir. 



Təlim  proqramlarının  məzmununun  tərtibində  çeviklik:  proqramların 

məzmununun variativliyi və sistematik olaraq təzələnməsi; 



Biliklərin  ümumiləşdirilmiş  şəkildə  mənimsənilməsi:  təlim  proqramları  ancaq 

ayrıca biliklərin mənimsənilməsinə deyil, eyni zamanda biliklərin özəyini təşkil edən 

fundamental elmi biliklərin öyrənilməsinə yönəlməlidir; 

Gələcəyə  istiqamətlənmə:  təlimin  məzmununda  proqnoz  və  gələcək  üçün 

əhəmiyyətli ola bilməsi məsələlərinin həlli elementləri olmalıdır; 



Təlimin  nəticələrinin  əks  etdirilməsi:  təlim  proqramları  təlimin  sonunda 

şagirdin nələri bilmələrini və praktiki olaraq nəyə qabil olmalarını əks etdirməlidir. 



 

3. Ənənəvi təlimdən fəal və interaktiv təlimə 

 

Pedaqoji  tədqiqatlardan  məlum  olmuşdur  ki,  təlim  prosesinə  metodik 



yanaşmanın əsas üç növü vardır: 

1) Passiv ənənəvi təlim

2) Müasir fəal təlim

3) Yeni İnteraktiv təlim. 

Ənənəvi  təlim  metodunda  (buna  ənənəvi  təlim  də  deyilir)  müəllim  əsas  sima 

olub yalnız şagirdlərə diktə edir, öyrədir. Buna ənənəvi təlim prosesi deyilir ki, uzun 

illər belə təlim prosesi mövcud olmuş və bu gün də yeniliyə can ataraq yaşamaqdadır. 

Ənənəvi  təlim  prosesində  müəllim  fəaldır,  şagirdlər  isə  passiv  dinləyicidirlər. 

Müəllim  deyir,  şagirdlər  eşidir.  Belə  dərs  prosesində  qarşılıqlı  əlaqə,  əks  əlaqə 

yoxdur. Şagird bu prosesdə yalnız bir obyektdir. Müəllimin şagirdlərlə əlaqəsi yalnız 

suallara  verilən  cavablar,  yazı  işləri  vasitəsilə  həyata  keçirilir.  Şagirdlərə  çatdırılan 

biliyin  mənimsənilməsi  baxımından  belə  metod  səmərəsizdir.  Lakin,  belə  ənənəvi 

dərsin  də  müəyyən  müsbət  cəhətləri  vardır.  Belə  ki,  müəyyən  vaxt  çərçivəsində 

şagirdlərə  müəyyən  bilik  və  məlumatlar  verilır.  Şagirdlərin  bilik  dairəsi  genişlənir, 

məlumatları  artır.  Bu  prosesdə  təlim  şagirdləri  inkişaf  etdirir.  Amma  buna 

inkişafetdirici  təlim  deyə  bilmərik.  Bu  prosesdə  yalnız  biliklər,  məlumatlar 

genişlndirilir,  inkişaf  etdirilir.  Buna  inkişafetdirici  təlim  yox,  təlim  inkişaf  etdirir 

deyə bilərik. Şagirdin belə fəaliyyəti produktiv deyil, reproduktiv təlim adlanır. 

Reproduktiv  təlim  onunla  xaraktrerizə  edilir  ki,  şagird  yalnız  yazır, 

informasiyanı, bilikləri alır, onu qəbul edir, başa düşür, yadda saxlayır və təcrübədə 

tətbiq.  Belə  fəaliyyətin  əsas  məqsədi  məktəblidə  bilik,  bacarıq  və  vərdişlərin 

formalaşdırılması, diqqət və yaddaşın inkişaf etdiirlməsidir.

 

Bu metodun müsbət cəhətini görən bəzi müəllimlər bu metodun həmişə qalacağı 



iddiasındadırlar.  Bəzi  hallarda  da  təcrübəli  müəllimlər,  xüsusilə  də  şagirdlər  artıq 

materialın  mahiyyətini,  dərsin  məqsədini  biləndə  passiv  metodun  özündən  də  fənni 

əsaslı öyrənə bilirlər. 

Təlimdə ənənəvi metodların aşağıdakı səciyyəvi cəhətləri vardır: 

1.Bir  qayda  olaraq  ənənəvi  dərslərdə  əsas  diqqət  şagirdlərdə  bacarıqların 

formalaşmasına deyil, biliklərin mexaniki mənimsənilməsinə yönəldilir. 




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə