Yeni TƏLİm texnologiyalari. FƏal və İnteraktiv təLİM Əhatə olunan məsələlər



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə7/38
tarix11.10.2017
ölçüsü0,94 Mb.
#4202
1   2   3   4   5   6   7   8   9   10   ...   38

Müəllimin mövqeyi – fasilitator ("bələdçi", "aparıcı")  daha çox istiqamətverici 

mövqeyindədir.  O,  problemli  vəziyyətləri  planlı  və  istiqamətlənmiş  surətdə  təşkil 

edir, şagirdlər qarşısında tədqiqat məsələlərinin meydana çıxmasına şərait yaradır və 

onların həllinə metodiki kömək göstərir. 

İnteraktiv  metodlarla  qurulan  dərs  ənənəvi  dərsdən  onunla  fərqlənir  ki,  burada 

uşaqlar özləri biliyi əldə edir, müstəil çalışaraq, axtararaq bilik qazanır. Şagirdlər təlim 

prosesinə fəal cəlb olunurlar. Müəllim isə daha çox istiqamət, məsləhət verir, o bələdçi 

rolunu  oynayır.  Sinifdəki  iqlim  uşaqların  sərbəstləşməsinə,  müstəqilliyinə,  fəallığına 

səbəb  olur,  uşaqlar  öz  fikirlərini  sərbəst  söyləyə  bilirlər.  İnteraktiv  dərsin  dəqiq 

strukturu var və qarşıya qoyulan məsələləri həll etməyə imkan verir, uşaqlar biliklərə 

yiyələnir, tədris proqramı zərər çəkmir. 

İnteraktiv  təlimin  əsas  üstünlüyü  -  real  idrak  motivasiyasının  (biliklərə 

yiyələnmək  həvəsinin)  yaranmasıdır.  Bu  da  idrak  fəaliyyətinin  gedişində  şagirdlərin 

təfəkküründə  gerçək  ziddiyyətlərin  həlli  imkanlarına  əsaslanır.  Real  ziddiyyətlərdən 

yaranan  emosiyalar  əqli  ehtiyatların  səfərbərliyini  təmin  edir,  idrak  fəaliyyətini 

şövqləndirir, diqqəti uzun müddət cəmləməyə imkan yaradır. Bilgilər “hazır” şəkildə 

deyil,  onların  müstəqil  surətdə  kəşfi  prosesində  mənimsənilir,  yəni  mənimsəmə 

prosesi passiv deyil, fəal xarakter daşıyır. 

Əgər şagird öz istəyinə və öz fəaliyyətinə əsasən yeni bilikləri kəşf edirsə, onda 

o, dərsə  yaradıcı və maraqla  yanaşır, əldə  etdiyi  bilikləri uzun müddətə və  möhkəm 

mənimsəyir. 

İnteraktiv  təlim  metodunun  tədris  prosesinə  daxil  edilməsi  şagirdlərin 

passivliyinin  aradan  qaldırılmasına,  lazım  olan  təfəkkür  xüsusiyyətlərinin  və 

yaradıcılığın formalaşdırılması və təlim keyfiyyətinin yüksəldilməsinə şərait yaradır. 

Təlimin səmərəliliyi (daha qısa müddətdə daha çox informasiyanı mənimsəmək 

imkanı) xeyli artır. Bunun aşağıdakı səbəblərini göstərmək olar: 

-

 

şagirdlərin idrak fəaliyyəti və təlim motivasiyası hesabına; 



-

 

təfəkkürə əsaslanaraq biliklərin müstəqil, məhsuldar və yaradıcı şəkildə əldə 



edilməsi və mənimsənilməsi sayəsində. 

Dünya  təcrübəsi  göstərir  ki,  interaktiv  təlim  metodu  müəllim  üçün  dərsin 

keyfiyyətini  artırmaq  üçün  vacib  bir  vasitədir.  Bu  metod  şagirdlər  üçün  dərsi  çox 

maraqlı  və  cəlbedici  edir.  Fəal  interaktiv  təlim  həm  təlimin  məzmununun 

öyrənilməsini,  həm  də  bu  məzmunun  tətbiqini  daha  səmərəli  edir,  şagirdlərin 

dərketmə  fəaliyyətini  daha  da  fəallaşdırır.  Şagirdlərin  öyrənməyə  həvəsi  və  nailiy-

yətləri artdıqca, müəllimin də fəaliyyəti yüngülləşir. Lakin bu o demək deyil ki, mü-

əllimin zəhməti azalır. İnteraktiv təlim əslində dərsin hazırlanması və idarə edilməsi 

üçün müəllimdən böyük zəhmət, işgüzarlıq və yaradıcılıq tələb edir. 

Bunu  da  qeyd  edək  ki,  interaktiv  təlim  metodlarından  hər  bir  mövzunun 

tədrisində  istifadə  etmək  məsləhət  görülmür.  Dərsdə  qarşıya  qoyulmuş  məqsəd, 

şagirdlərə  veriləcək  bilik,  bacarıq  və  vərdişlərin  məzmunu,  xarakteri,  inteqrasiya 

imkanları,  şagirdlərin  hazırlığı,  yerli  şərait,  məktəbin  maddi  bazası  və  s.  nəzərə 

alınmaqla interaktiv priyomlara müraciət edilməlidir. 

Bəzən  müəllimlərdən  eşitmək  olur:  “Biz  yaxşı  dərs  deyirik,  amma  şagirdlərin 

marağı  yoxdur”.  Təcrübələr  göstərir  ki,  maraq  biliyin  necə  təqdim  olunmasından 

asılıdır. Uşaqların biliyi artdıqca, daha çox şey bilməyə can atır, öyrənməyə həvəsi və 



marağı  olur,  araşdırmalar  aparırlar.  Təcrübəli  müəllimlər,  pedaqoqlar  bildirirlər  ki, 

oxumaq  istəməyən,  maraqlanmayan  uşaq  yoxdur.  Uşaq  doğulandan  ətraf  aləmi 

öyrənməyə, dərk etməyə can atır və onlarda hər şeyə maraq olur. 

Deyilənlərdən  məlum  olur  ki,  interaktiv  metodlar  təlimin  keyfiyyətini  xeyli 

dərəcədə  yüksəldir,  şagirdlərdə  yeni  idraki  və  əxlaqi  keyfiyyətlər  formalaşdırır: 

müsahibini,  hər  hansı  danışanı  (danışığını),  maqnitafon,  radio,  televiziya  verilişlərini 

dinləməyi,  söylənilən  fikirlərə  hörmət  etməyi,  yeri  gəldikdə  münasibət  bildirməyi, 

müstəqil,  tənqidi  və  yaradıcı  düşünməyi,  sərbəst  fikir  söyləməyi,  irəli  sürdüyü  fikri 

müdafiə  etməyi,  sübuta  yetirməyi,  məntiqi  təfəkkürünü inkişaf etdirməyi,  təcrübəsini 

və  ümumi  hazırlığını  təhlil  etməyi,  özünü  obyektiv  qiymətləndirməyi,  kollektivdə  öz 

yerini  görməyi,  əqli  və  fiziki  əmək  prosesində  kollektivin  üzvləri  ilə  əməkdaşlıq 

etməyi, birgə işləməyi, ümumi əməyin payına düşən hissəni ləyaqətlə yerinə yetirməyi, 

kollektivin  fikrinin  formalaşmasında  fəallıq,  işgüzarlıq  göstərməyi,  qrupun  üzvləri, 

sinif  kollektivi  ilə  birgə  qərar  verməyi,  qarşıdurma  yarandıqda  müdafiə  olunmağı, 

münaqişəni səbrlə, sülh yolu ilə həll etməyi, tolerant olmağı, risqə getməyi, emosional 

situasiyada özünü ələ almağı, özünü idarə etməyi, şəxsi sağlamlığına görə məsuliyyət 

daşımağı, insana, onun hüquqlarına hörmətlə, ədalətlə yanaşmağı bacarmaq və s. 

İnteraktiv  metodlarla  keçilən  dərslərdə  şagirdlərdə  hər  şeyi  bilmək  həvəsi, 

təşəbbüskarlıq  yüksəlir,  onların  öyrənmə  fəallığı,  təlimin  keyfiyyəti  və  səmərəliliyi 

artır, nəticədə mexaniki yaddaş deyil, yaradıcı təfəkkür inkişaf edir. 



İnteraktiv  təlim  bilik,  bacarıq,  təcrübə  və  vərdişlərə  yiyələnməyə,  cəmiyyətin 

vətəndaşları üçün zəruri sosial və intellektual təfəkkürün, müstəqil çalışma, müstəqil 

düşünmə  bacarıqlarının  inkişafına  kömək  edən  demokratik  üsullarla  aparılan  təlim 

prosesidir. 

İnteraktiv  təlim  prosesində  dərsdə  yaranan,  meydana  çıxan  şagirdlərarası 

öyrənmə-öyrətmə  ünsiyyəti  və  əməkdaşlığı,  müəllim-şagird  birliyi  və  əməkdaşlığı 

nəzərdə  tutulursa,  interaktiv  metodlar  isə  təlim  prosesində  öyrənmə  və  anlaşmaya, 

bacarıq  və  keyfiyyətlərə  şagirdlərin  yiyələnməsini  həyata  keçirən  üsullar,  tərzlər, 

işlər, yanaşmalar, vasitələr nəzərdə tutulur. 

Ən  son  tədqiqatların  nəticəsi  göstərir  ki,  interaktiv  təlim  metodları  effektiv 

nəticəni  konstruktivizm  nəzəriyyəsinə  istinad  edərək  təlimə  İKT-nin  yaxından  tətbiqi 

ilə  verir  və  öz  işləkliliyini  daha  da  səmərəli  edir.  Psixoloqlar  qeyd  edirlər  ki, 

informasiya  insanın  eşitdiklərinin  10%-i,  gördüklərinin  50%-i,  özü  etdiklərinin  isə 

90%-i  həcmində  yaddaşında  qalır.  İKT-nin  bu  sahədə  böyük  dəstəyi  öyrənənin  şəxsi 

araşdırması  zamanı  güclü  informasiya  bankı  ilə  təmin  olunmasındadır  (internet, 

elektron kitablar, test və tapşırıqlar və s.). 

İnteraktiv təlim prosesində ilk baxışdan elə görünə bilər ki, müəllim sinifdə fəal 

rol  oynamır.  Əslində  isə  müəllim  şagirdi  ruhlandıran,  ona  özünü  tapmaqda  kömək 

edən “yaradıcıya” çevrilir. 

İnteraktiv metodlar müəllimin təkcə başqalarını öyrətməsinə deyil, onun özünün 

də öyrənməsinə, daha yaradıcı və enerjili pedaqoq olmasına imkan verir. 

İnteraktiv  təlim  metodları  həmçinin  sinif  otağının  həmişəki  tərtibatından, 

məşğələlərin  təşkilinin  adət  etdiyimiz  qaydasından  imtina  olunmasını  tələb  edir. 

Şagird masalarının sinif otağında yerləşdirilməsinin dörd əsas forması vardır: 

1.

 

“Sinif” forması – ənənəvi qayda . 




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə