Yeni TƏLİm texnologiyalari. FƏal və İnteraktiv təLİM Əhatə olunan məsələlər



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə15/38
tarix11.10.2017
ölçüsü0,94 Mb.
#4202
1   ...   11   12   13   14   15   16   17   18   ...   38

Yazılı debatlar 

 

Debatlar  şagirdləri  həyəcanlandıran,  xarakterli,  mübahisəli  mövzular  üzrə 



planlaşdırılmış xüsusi dialoqdur. 

Debatların  məqsədi  öz  mövqeyini,  nöqteyi-nəzərini  dəlil-sübutlu  şəkildə, 

sakitcəsinə müdafiə etməyi şagirdlərə öyrətməkdir. 

İştirakçılar  müzakirə  olunan  mövzunun  “lehinə”  və  “əleyhinə”  olan  dəlilləri 

gətirməli  və  opponentlərini  öz  mövqeyinin  düzgün  olduğuna  inandırmağa 

çalışmalıdırlar. 

Debatların aparılmasının 2 forması mövcuddur: şifahi və yazılı. 

Yazılı debatlar - tərəflər arasında yazılı dialoq formasıdır. 



Debatlar cütlüklər, ya da üç-dörd nəfərlik qruplar şəklində aparıla bilər. 

Debatlar  A-4  (albom)  və  A-1  (vatman)  vərəqlərində,  xüsusi  forma  üzrə 



keçirilir. 

Debatlar  zamanı  şagirdlər  yalnız  öz  dəlillərini  təqdim  etmir,  həm  də  digər 



tərəfin dəlillərinə cavab verirlər. 

Debatlar şagirdlərin müzakirə olunan  məsələ  ilə bağlı  fikirlərini dərinləşdirir, 



onları diskussiya mədəniyyətinə alışdırır. 

Tətbiq etmək qaydası 

1.  Müəllim  şagirdlərə  debatların  necə  keçirildiyini  izah  edir:  bir  qrup 

mövzusunu  təsdiq  edir  və  öz  mövqeyini  sübuta  yetirir,  digəri  isə  həmin  mövzunu 

təkzib edir və öz sübutlarını təqdim edir. 

2. Şagirdlər debatın keçiriləcəyi mövzu ilə irəlicədən tanış olurlar. 

3.  Sinif  ya  cütlüklərə,  ya  da  cüt  saylı  qruplara,  məsələn,  hərəsində  üç  şagird 

olmaqla 8, yaxud 10 qrupa bölünür. 

4.  Müəllim  şagirdlərə  sinif  otağının  hər  iki  tərəfi  boyu  düzülmüş  stullara 

əyləşməyi təklif edir və püşkatma yolu ilə hər qrupun üzvlərinin hansı nöqteyi-nəzəri 

müdafiə edəcəklərini müəyyənləşdirir. 

5.  Sinif  otağının  hər  iki  tərəfində  əyləşmiş  qruplar  iki-iki  yazılı  dialoqa 

başlayırlar.  Birinci  qrupdan  olan  şagirdlərə  öz  dəlilinin  formalaşdırılması  üçün  5 

dəqiqə vaxt verilir. Həmin dəlil kağız vərəqinə yazılır. 

6.  Sonra  vərəqlər  opponentlərə  ötürülür  və  onlara  öz  tərəf-müqabillərinin 

dəlillərinə  cavablarını  formalaşdırmağa  və  yazmağa,  eləcə  də  öz  əks-dəlillərini  şərh 

etməyə 8 dəqiqə vaxt ayrılır. 

7.  Bu  cür  mübadilə  prosesi  2-3  dəfə  təkrarlanır,  özü  də  bu  zaman  hər  şagird 

mütləq  tərəf-müqabilinin  dəlilinə  cavab  verməli  və  öz  dəlilini  də  buraya  əlavə 

etməlidir. Adətən 3-4 raund kifayət edir. Sonuncu raundda şagirdlərə nəticəni yazmaq 

imkanı  verilir.  Bundan  sonra  işlər  yığılır  (əgər  A-4  formatlı  kağızda  yerinə 

yetirilmişsə),  yaxud  bunların  təqdimatı  keçirilir  (əgər  iş  A-1  formatlı  kağızda  icra 

edilmişsə). Əgər qruplarda icra olunmuş işlərin təqdimatı keçirilirsə, dəlillər və əks-

dəlillər iki şagird tərəfindən oxunur. Çox vacibdir ki, oxu zamanı müəllim şagirdlərin 

yalnız  öz  cavablarını  oxumasına,  mübahisəyə  girişməməsinə,  bir-birinin  dəlillərini 

“saf-çürük” etməsinə göz yetirsin, çünki bunlar yazılı debatlardır və şagirdlər öz fi-

kirlərini yazılı formada bildirirlər. 




Əgər  işlər  A4  formatında  və  cütlükdə  yerinə  yetirilibsə,  onda  həmin  işlər 

toplanır və müəllim tərəfindən qiymətləndirilir. 

8. Yekunlaşdırmanın ən yaxşı forması hər iki tərəfə ünvanlanmış aşağıdakı sual ola 

bilərdi: “Rəqibin ən yaxşı dəlilləri hansılar idi?” 

 

Qar topası 

 

Sxem üzrə hərəkət edilir 

 

 



 

 

 



 

 

 



 

 

1-ci  mərhələ.  Müəllimin  qoyduğu  suala  şagirdlər  fərdi  şəkildə  cavab  verir,  öz 

fikirlərini kağız vərəqində qeyd edirlər. 



2-ci  mərhələ.  Qruplara  bölünmə  aparılır,  uşaqlar  elə  həmin  məsələ  üzrə  qrup 

işinə  başlayır  və  öz  rəyini  ümumiləşdirirlər.  Qrup  öz  rəyini  vatman  kağızı  vərəqi 

üzərində qeyd edir, sonra öz işini təqdim edir. 

3-cü  mərhələ.  Müəllim  qrupların  rəyini  ümumiləşdirir,  təqdim  olunmuş 

işlərdəki oxşar bəndləri aşkar edir və bunları ayrıca vatman kağızı vərəqinə yazır. 

 

 

Konkret hadisənin tədqiqi (situativ praktikum) 

 

Məqsəd: 

Konkret  hadisənin  tədqiqi,  hadisənin  təhlili,  qavranılması,  səhvlərin 

müəyyənləşdirilməsi  və  həlli  vasitəsilə  tənqidi  təfəkkürü  stimullaşdıran  tədqiqata 

əsaslanmış bir üsuldur. Problemin həllində aktiv və səmərəli iştirak etmək ideyasını 

vurğulamaq üçün real situasiyalardan istifadə olunur. Müəllim şagirdlərə həyatda tez-

tez  baş  verən  maraqlı  situasiyaları  və  ya  sinifdə  ciddi  müzakirəyə  ehtiyacı  olan 

problemləri nəzərdən keçirməyi təklif edə bilər. 

Bu üsulun vasitəsi ilə aşağıdakı bacarıqların formalaşdırılmasına nail olunur: 

1.

 

Hadisənin səmərəli həlli yollarını araşdırmaq; 



2.

 

Məntiqi  və  tənqidi  təfəkkürü  inkişaf  etdirmək:  təhlil  etmək,  səhvləri 



müəyyənləşdirmək; 

3.

 



Hadisənin  səbəbinin  aşkarlanması  vasitəsilə  tənqidi  təfəkkürü  inkişaf 

etdirmək; 

4.

 

Tədqiqatçı bacarıqlarını aşılamaq; 



5.

 

Məlumatı sistemləşdirmək; 



6.

 

Nəticə çıxarmaq və əsaslandırmaq. 



Alqoritm: 

1.

 



Müəllim tərəfindən hadisənin seçilməsi. 


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə