Yeni TƏLİm texnologiyalari. FƏal və İnteraktiv təLİM Əhatə olunan məsələlər



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə11/38
tarix11.10.2017
ölçüsü0,94 Mb.
#4202
1   ...   7   8   9   10   11   12   13   14   ...   38

Dərsin IV mərhələsi –“ İnformasiyanın müzakirəsi və təşkili” adlanır. 

Bu,  ən  mürəkkəb  mərhələdir  və  bütün  bilik,  bacarıq  və  vərdişlərin,  təfəkkürün 

müxtəlif növlərinin (məntiqi, tənqidi, yaradıcı) səfərbərliyini tələb edir.  

Mövcud mərhələnin məqsədi yeni faktlar əsasında bilikləri sistemləşdirmək və 

tədqiqat  sualına  cavab  tapmaq  üçün  başlıca  əlaqəni  üzə  çıxarmaqdır.  Müəllimin 

işləməli  olduğu  material  pərakəndədir.  O,  əsas  birləşdirici  ideyanı  və 

qanunauyğunluğu  aşkar  etmək  üçün  bu  dağınıq  faktlar  arasında  əlaqə  yaratmağa 

çalışmalıdır. Həmin zaman kəsiyində  müqayisə, təhlil və sintezdən istifadə olunur. 

Bütün  bu  faktları  necə  qruplaşdırmaq  olar?”  –  sualına  şagirdlərin  cavab  verə 

bilməsi üçün müəllim öncədən təsəvvür edə bilməlidir ki, informasiyanın müqayisəsi, 

təşkili  və  yenidən  qurulmasını  hansı  üsulla,  hansı  meyarın  köməyi  ilə  həyata 

keçirmək  olar.  Xüsusi  olaraq  vurğulayaq  ki,burada  seçim  materialın  məzmunundan 

və tədqiqatın məqsədindən asılıdır. 

Təsnifatın aparılması zamanı şagirdlərə təklif edilir ki, bütün fkatları müqayisə 

etsinlər,  oxşarlıqları  və  fərqləri  tapsınlar,  oxşar  məlumatları    müəyyən(adekvat) 

əlamətlər üzrə qruplar şəklində birləşdirsinlər və bu qruplara müvafiq adlar versinlər. 

Müzakirənin  gedişi  və  nəticələri  müəllimin  fasilitasiyanı  həyata  keçirmək  və 

şagirdlərin  düşüncəsini  lazımi  məcraya  yönəltmək  bacarığından  birbaşa  asılıdır. 

Müzakirə prosesində müəllim şagirdləri diskussiyaya təhrik edir, onların ideyalarını 

dinləyir  və  şagirdlərin  köməyilə  əsas  tezisləri  qısa  və  dürüst  ifadə  edir.  Sözügedən 

prosesdə  müəllim  öz  nöqteyi-nəzərini  şagirdlərə  zorla  qəbul  etdirməməlidir. 

Müzakirənin  sonunda  müəyyən  olunmuş  əsas  üzrə  qruplaşdırılmış  informasiya 

lövhədə  qeyd  edilir.  Müəllim  informasiyanın  təşkili  üsulundan  asılı  olaraq  vcib 

sayılan  söz  və  məqamları  xüsusi  nəzərə  çapdırmaqla,  strukturlaşdırılmış  tezisləri 

ucadan oxuya bilər. Bu sonradan məlumatları əlaqələndirməkdə və ümumiləşdirməni 

yığcam ifadə etməkdə şagirdlərə kömək edə bilər.  

İnformasiyanın  müzakirəsi  və  təşkili  zamanı  müəllim  tərəfindən  bir  sıra 

səhvlərə  yol  verilə  bilər,  belə  səhvlər  işin  səmərəliliyinə  öz  mənfi  təsirini 

göstərir.Odur  ki,həmin  səhvlərdən  sığortalanmaq  lazımdır.  Sözügedən  səhvlərə 

aşağıdakıları aid etmək olar



Səhv  1.  Müəllim  informasiyanın  təşkili  üçün  öz  şəxsi  mülahizəsini  zorla 

şagirdlərə qəbul etdirir, onlarin təklif və ideyalarını isə diqqətdən kənarda qoyur.   

Səhv 2. Müəllim yönəldici suallardan ifrata varmaqla istifadə edir və bununla 

da  şagirdlərin  müstəqilliyini  məhdudlaşdırır,problemin  həlli  yolunu  tapmalarına 

imkan vermir.  

Mövcud  mərhələnin  uğuru  bilavasitə  müəllimin  düzgün  fasilitasiyasından  və 

xüsusilə onun  pedaqoji təsiri ilə əhatə olnan şagirdlərin təfəkkürünü  şövqləndirmə 

qaydalarına riayət etməsindən asılıdır.  



Səhv  3.  Müəllim  diskussiyanın  axarını  başlı-başına  buraxır,  onu  lazımi 

məcraya yönəltməyə çalışmır.  

Nəticədə  vaxt  itkisinə  yol  verilir,  müzakirə  ahəngini  itirilir  və  bu  prosesdə 

maraqlı tərəflər öz başlıca məqsədlərindən yayınır. 

Fasilitasiyanın  mənası  yalnız  təfəkkürü  şövqləndirmək  deyil,  həm  də  onu 

ümumiləşdirməyə  yönəltməkdir.  Buna  görə  də  müəllim  müzakirənin  gedişini  daim 

nəzarətdə 

saxlamalı 

və 


çalışmalıdır 

ki, 


diskussiya 

verilmiş 

sual 

məcrasında(çərçivəsində) aparılsın.  



Səhv  4.  Uşaqların  irəli  sürdükləri  ideyalar  müzakirə  zamanı  müəllim 

tərəfindən fərqləndirilmir və heç bir şəkildə qeyd edilmir. 

 Halbuki  şagirdlərin  əsas  fikirlərini  xülasə  etmək  yolu  ilə  sonrakı 

ümumiləşdirmə  üçün  vacib  olan  əsas  ideyaların  tam  mənzərəsini  yaratmaq 

mümkündür.  

 

Dərsin V mərhələsi –“ Nəticə, ümumiləşdirmə” adlnır. 

Beləliklə,  şagirdlərə  yeni  bilginin  kəşfi  yolunda  son  addımı  atmaq:  konkret 

nəticəyə  gəlmək  və  ümumiləşdirməni  aparmaq  işi  qalır.  Bunun  üçün  şagird  nəinki 

əldə olunan bilgiləri ümumiləşdirməli, həm də gəldiyi nəticəni tədqiqat sualı ilə (bu 

nəticə  həmin  suala  cavab  verirmi?)  və  irəli  sürülmüş  fərziyyələrlə  (onların  arasında 

düzgün  olanı  varmı?)  müstəqil  olaraq  tutuşdurmalıdır.  Bu  çox  mühüm  məqamdır. 

Dərsin  kuliminasiyasını  bilikləri  məhz  uşaqların  özləri  axtarıb  tapdıqları,  kəşf 

etdikləri üçün onların duyduqları bənzərsiz sevinc və məmnuniyyət hissi təşkil edir. 



Bu  mərhələdə  müəllimin  buraxa  biləcəyi  səhvlər  aşağıdakılardır,  bunlardan 

yan keçməyi bacarmaq lazımdır,əks halda ümumi işə ziyan gətirilmiş olar: 


Səhv  1.  Müəllim  problem  qoyur  və  özü  də  onu  həll  edir  və  ya  şagirdlərin 

əvəzinə özü nəticə çıxarır. 

 Belə  olan  halda  fəal  təlimin  başlıca  mexanizmlərindən  biri  pozulur:  müəllim 

şagirdi  müstəqil  şəkildə  həqiqəti  kəşf  etmək  –  tədqiqatçı  olmaq  imkanı  və 

sevincindən məhrum etmiş olur.  



Səhv  2.  Müəllim  şagirdlərin  dərsin  axırında  çıxardıqları  nəticələrlə  və 

apardıqları  ümumiləşdirmələrlə  ilkin  fərziyyələr  və  tədqiqat  sualı  arasında  əlaqə 

yaratmağa çalışmır. 

Xüsusi  olaraq  vurğulayaq  ki,dərsin  məntiqi  strukturunu  qoruyub  saxlamaq 

şagirdlərə  kəşf  sevincini  duymağa  imkan  vermək,  habelə  axıra  qədər  tədqiq 

edilməmiş  və  ya  bundan  sonra  baxılması  zəruri    olan  məsələləri  aşkara  çıxarmaq 

baxımdan  arzuolunan dərəcədə faydalıdır.  

Dərsin VI mərhələsi – “Yaradıcı tətbiqetmə” adlanır. 

Biliklərin  mənimsənilməsinin  başlıca  meyarı  onun  yaradıcı  surətdə  tətbiqidir. 

Yaradıcı  tətbiqetmə  biliyi  möhkəmləndirir,  onun  praktiki  əhəmiyyətini  uşağa  açıb 

göstərir.  Buna  görə  müəllim  imkan  daxilində  şagirdlərə  təklif  edə  bilər  ki,  onlar 

müəyyən  məsələlərin  həlli  üçün,  yaxud  hansısa  yeni  suallara  cavab  tapmaq  üçün, 

qazanılmış  bilikləri  tətbiq  etməyə  çalışsınlar.  Əgər  yaradıcı  tətbiqetmə  dərhal 

mümkün  deyilsə  və  əvvəlcə  biliklərin  mənimsənilməsi  yolunu  sona  qədər  (model 

üzrə tətbiqdən başlamış yeni şəraitdə tətbiqə qədər), keçmək tələb olunursa, deməli, 

bu  yolu  keçmək  lazımdır.  Lakin  son  nəticədə  yaxşı  olar  ki,  şagirdlərə,  onların  kəşf 

etdikləri  bilgilərin  yaradıcı  surətdə  tətbiqinə  dair  çalışma  verilsin,  bu  halda  həmin 

bilgi  həmişəlik  onların  şüurunda  həkk  olunar.  Bu  mərhələ  vaxt  etibarilə  yalnız  bir 

akademik  dərslə  məhdudlaşdırılmaya  da  bilər,  yəni  onun  həyata  keçirilməsi  sonrakı 

dərslərdə də mümkündür. 

Dərsin VII mərhələsi- “Qiymətləndirmə” və ya “Refleksiya” adlanır. 

Qiymətləndirmə  istənilən  prosesin  təkmilləşdirilməsini  təmin  edən  bir 

mexanizmdir. Təkmilləşmək üçün vaxtında öz qüsurlarını və öz nailiyyətlərini aşkar 

etmək,  uğur  qazanılmasına  nələrin  mane  olduğunu  və  nələrin  kömək  etdiyini 

müəyyənləşdirmək  vacibdir.  Şagirdlərin  təlim  fəaliyyətini  qiymətləndirmə  və 

refleksiya prosesləri məhz bu məqsədə xidmət etməlidir. 



Refleksiya  –  artıq  başa  çatmış  prosesin  şüurda  inikasıdır.  Təlim  prosesinin 

refleksiyası  biliklərin  mənimsənilməsinin  bütün  mərhələlərini  təhlil  etməyə  və 

dərindən  başa  düşməyə  imkan  verən  başlıca  mexanizmlərdən  biridir.  Refleksiyanı 

həyata  keçirmək  üçün  şagirdlərə  onları  yeni  bilginin  kəşfinə  gətirib  çıxarmış  təlim 

hərəkətlərinin  alqoritmini  (addımları)  izləməyə  kömək  edə  biləcək  bir  neçə  sual 

vermək  kifayətdir  (məsələn:  Biz  kəşfə  necə  gəlib  çıxdıq?  Biz  nə  edirdik?  Qarşıya 

qoyulmuş problemin həllində Sizə nə kömək etdi? və s). Nəticədə şagird öz tədqiqat 



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə