Yeni TƏLİm texnologiyalari. FƏal və İnteraktiv təLİM Əhatə olunan məsələlər



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə8/38
tarix11.10.2017
ölçüsü0,94 Mb.
#4202
1   ...   4   5   6   7   8   9   10   11   ...   38

2.

 

“Kafe” forması (“diskussiya klubu”). 



3.

 

“Ü” hərfi formasında sinif. 



4.

 

“Dairə” formasında sinif. 



“Kafe” forması qruplarda iş üçün əlverişlidir. 

“U” hərfi forması rollu oyunlar zamanı, tanışlıq vaxtı, diskussiyaların gedişində 

daha səmərəlidir. 

“Dairə”  forması  müxtəlif  diskussiyaların,  dairəvi  masaların  keçirilməsi  üçün 

daha rahatdır. 

İstifadə olunan bütün üsullar aşağıda verilmiş komponentlərdən ibarət olan təlim 

prosesinin qanunauyğunluqlarından irəli gəlir: 

a)

 



təlimin məqsədi, 

b)

 



təlimin məzmunu, 

c)

 



şagirdlərin dərketmə imkanları, 

ç)  müəllimin  öyrətmə  fəaliyyəti  və  şagirdlərin  öyrənmə  işi,  təlimin  təşkilati 

forması və s. 

d) təlimin nəticəsi. 

Bütün bu komponentlər qarşılıqlı surətdə əlaqəlidir və təlim prosesində vəhdətdə 

çıxış edirlər. Onlar sabit və təkrarlanandır. Buradan belə bir vacib tələb ortaya çıxır-hər 

hansı təlim üsulları, vasitələri və formalarının müəyyənləşdirilməsi və tətbiqi zamanı 

bu  komponentlərin  qarşılıqlı  əlaqəsini  nəzərə  almaq  zəruridir.  Müəllim  bu  əlaqələrin 

bütün  dərs  prosesi  boyu  mövcud  olduğunu  yaddan  çıxarmamalıdır.  Bunu  nəzərə 

almadan istənilən nəticəni əldə etmək qeyri-mümkündür. 



Kiçik qruplarda iş. 

Kiçik qruplarda iş təlim əməkdaşlığı kimi mühüm bir prinsipə əsaslanır. 

Kiçik qruplarda iş üsulu üzrə keçirilən dərs ənənəvi qaydada aparılan dərsdən nə 

ilə fərqlənir? 

Bu  cür  dərsdə  şagirdlər  fəal  iştirak  edir,  birlikdə  çalışırlar;  qrupun  üzvü  kimi 

onlarda bir-birinin müddəa və rəylərini müzakirə etməyə motiv yaranır. Qruplarda iş 

tolerantlığa (dözümlülüyə) və nəzakətliliyə alışdırır. 

Qruplarda işin şagirdlər üçün faydası aşağıdakılardır: 

istedadlı  şagirdlər  bütün  sinfin  diqqətini  cəlb  etmədən  öz  qabiliyyətlərini 



göstərə  bilərlər  (yeniyetmələr  çox  vaxt  öz  qabiliyyətlərini  nümayiş  etdirməyə 

çəkinirlər,  yaşıdlarının  onları  “müəllimin  gülməşəkəri”  adlandıracaqlarından 

ehtiyatlanırlar); 

passiv şagirdlər öz bacarıqlarını açıqlamağa məcbur olurlar (qrupda iş onlarda 



məsuliyyət hissi doğurur); 

şagirdlər  az  vaxt  ərzində  müəyyən  ideyalar  söyləməyi,  bu  və  ya  başqa 



mücərrəd ideyaya öz şəxsi təcrübəsi baxımından yanaşmağı öyrənirlər. 

Qruplara necə bölməli? 

Hər  birində  4-6  nəfərdən  çox  olmamaqla  4-6  qrup  yaradıla  bilər.  Qrupların 



çoxluğu işin nəticələrinin təqdimatı üçün zəruri olan vaxtı uzadır, qrupda şagirdlərin 

sayının çoxluğu isə onlardan hər birinin qrupun işində fəal idrakını məhdudlaşdırır. 

Qrupun  tərkibi  çox  vaxt  müəllim  tərəfindən  müəyyənləşdirilir.  Şagirdlərin 



bölgüsünü əvvəlcədən planlaşdırmaq lazımdır. 

Qrupun  tərkibi  hər  cəhətdən  müxtəlif  ola  bilər.  Dostları  ayırmaq  yaxşı  olar. 




“Yaxşı” və “pis” qrupların yaranmasına yol vermək olmaz. 

Qrupun  tərkibi  tez-tez  dəyişir.  Şagirdlərin  daim  eyni  tərkibdə  işləməsi 



arzuolunmazdır. 

Qruplara bölgü üsulları maraqlı və cəlbedici olmalıdır. 



Kiçik qruplarda iş üsulu üzrə dərsi necə planlaşdırmalı? 

Dərsə hazırlaşarkən aşağıdakı sual-məsələlər üzərində fikirləşmək lazımdır: 

Məqsədlər  nədən  ibarətdir?  Şagirdlər  hansı  biliklərə,  bacarıq  və  dəyərlərə 



yiyələnməlidirlər? 

Uşaqların bunu öyrənməsi nə üçün vacibdir? 



Planlaşdırma: 

Paylama materialının hazırlanması. 



Sinif otağının əvvəlcədən lazımi vəziyyətə gətirilməsi. 

Dəqiq tapşırığın (təlimatın) verilməsi. 



Diqqətin, işləmək üçün ayrılmış vaxtın cəlb edilməsi. 

Qrupun gördüyü işə dair hasabat formasının (təqdimatın) şərtləşdirilməsi. 



Bir  qayda  olaraq,  görülmüş  iş  qrupun  iştirakçılarından  biri  tərəfindən  təqdim 

edilir (ya şagirdlərdən birinin istəyi, ya da qrupun seçimi üzrə). 

İşin davam etdiyi müddətdə müəllim hər bir qrupun necə çalışmasını müşahidə 

edir:  bütün  qruplara  bərabər  diqqət  yetirir;  əgər  qrup  özü  xahiş  edərsə,  müzakirə 

prosesinə  müdaxilə  edir.  İş  başa  çatdıqdan  sonra  müəllim  qrupların  hər  birinin  əldə 

olunmuş nəticələri təqdim etməsini xahiş edir. Təqdimetmələr bitdikdən sonra müəl-

lim görülmüş işlərə yekun vurur. 

 

Sinif otağının təşkili formaları 

                              “Sinif” 

 

 

 

 

 

 

 

 “Kafe” 

   

 

                  

 

 

 

 

 

 

 

                                                                                                                                                

 

 

“U” forması                                    ”Dairə” 

   

 

 

 

 

 

   

 

  

          

 

 

Yazı taxtası 

Yazı taxtası 

 

Yazı taxtası 



Yazı taxtası 


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə